Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə66/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   62   63   64   65   66   67   68   69   ...   102

154 
 
Huker  öz  ordusunu  yenidən  qura  bildi  və  yaxşı  vuruşmağa  qadir  etdi. 
132  min  nəfərlik  bu  ordu  “planetdə  ən  yaxşı  ordu”  adını  aldı.  O,  Qərbdə 
irəliləyəndə  Li  birbaşa  ona  tərəf  hərəkət  etdi.  Hukerin  əsəbi  dözmədi  və  o,  geri 
çəkilməyə  məcbur  oldu.  Başqa  bir  döyüşdə  federallar  yenə  də  5  min  artıq  itki 
verdilər. Huker əlavə qüvvə istəyib, onu ala bilməyəndə komandalıqdan getdi və 
onun yerini Corc Mid tutdu. Ona daha sərbəst hərəkət etməyə icazə verildi. 
1863-cü ildə ən böyük döyüş Gettisburqda getdi. Düşmən qoşunların hər 
ikisi  Pennsilvaniyanın  cənubundakı  mühüm  yol  ayrıcı  olan  Gettisburq  şəhərinə 
gəldilər,  burada  Qərb  yarımkürəsindəki  çox  qızğın  vuruş  gedəcəkdi.  1  iyulda 
qərbdən və şimaldan hücum edən Konfederat qüvvələri nəticədə federallara üstün 
gəldilər.  Fedral  qoşununun  komandanı  Reynolds  həlak  oldu.  Kondederat  qoşunu 
federalları  Gettisburqun  küçələri  ilə  Cemetry  Ridge-ə  (Qəbristanlıq  dağ  silsiləsi) 
tərəf geri  çəkilməyə  məcbur  edirdi,  burada  isə gecə  ərzində  Mid öz qüvvələrinin 
qalığını toplamışdı. 
Döyüşün ikinci günü Li öz generallarına hücum əmri verdi. Onlar Şaftalı 
bağı  adlanan  mövqeləri  tutdular.  Üçüncü  günün  səhəri  Midin  sağ  qanadı 
konfederatları  aşağı  yamaclardan  qovdu.  İki  saat  ərzində  artilleriya  dueli  getdi. 
Konfederatın  itkiləri  demək  olar  ki,  60  faizi  təşkil  edirdi.  Mid  əks-hücuma  keçə 
bilmədi, Li Virciniyaya geri çəkilməyə məcbur oldu. Konfederatlar bütövlükdə 28 
min və ya müqayisədə 5 min artıq itki vermişdilər. Gettisburq döyüşü müharibədə 
dönüş  nöqtəsi  oldu,  şimallıların  hərbi  uğurları  Vətəndaş  müharibəsinin  gedişini 
dəyişdi.  Cənubluların  ordu  komandanı  general  Li  bir  qədər  əvvəl  rəqibin  açıq 
üstünlüyündən  narahat  olub,  ümidsiz  qaydada  cəhd  etdi  ki,  qüvvələr  nisbətini  öz 
xeyrinə  dəyişsin.  Bunun  üçün  o,  öz  qoşunları  ilə  Potomak  çayını  keçib, 
Pennsilvaniya ştatının içərilərinə can atmış, lakin Gettisburqda şimallıların ordusu 
ilə qarşılaşmışdı. Burada isə o, fəlakətlə üzləşməli olmuşdu. Üç gün davam edən 
döyüş  konfederatların  tam  məğlubiyyəti  ilə  nəticələnmişdi.  4  iyulda  darmadağın 
edilmiş cənubluların ordusu Virciniyaya geri çəkilməyə məcbur olmuşdu. 
Payızdakı  yüngül  döyüşlərdən  sonra  hər  iki  ordu  qış  düşərgələrinə 
çəkildilər.  Li  bir  daha  heç  vaxt  özünün  bütöv  ordusu  ilə  Şimala  tam  həcmli 
müdaxilə etməyə qadir olmadı. 
1863-cü ildə Şərqdə hər iki ordu qışı düşərgədə keçirdi. “Vuruşan Co” – 
Huker  ordusunu  yenidən  təşkil  etdi.  Qərbdə  isə  federal  qoşunlar  konfederatların 
üstünə hücuma keçib, onları Preri Qrouvda (Preri meşəsi) məğlub etdilər. Bu, Littl 
Rokun (Kiçik qaya) sentyabrda işğal edilməsinə yol açdı. 
Qrant  Missisipidəki  Konfederatın  “Qəbrin  Gibraltarı”  hesab  edilən 
Viksburqa  tərəf  hərəkət  etməyə  başladı.  Bu  qalaya  yaxınlaşmaq  çətin  idi.  Qrant 
Şermanla  birlikdə  1862-ci  ildə  onu  tutmaqda  uğursuzluğa  uğramışdı.  O,  admiral 
Devis  Porterin  kanonerkalarının  müşayiti  ilə  öz  ordusunu  Bruinsburqda  sahilə 
çıxardı. Və konfederatlar Viksburqu müdafiə edəndə, kiçik qələbələr qazandı. 
Qrant  Viksburqun  müdafiəçilərinin  arxasına  çıxmaq  üçün  qərbə  tərəf 
dönüb,  Çempion  təpəsində  Konfederat  ordusunu  darmadağın  etdi.  Onlar 
Viksburqdan cənubda da təslim oldular. Linkoln bu münasibətlə demişdi: “Suların 
Atası əsəbiləşmədən yenidən dənizə gedir.” 


155 
 
 Li geri çəkiləndə Qrant onun sağ flanqına çıxmağa bir sıra cəhdlər etdi. 
Riçmonddan şimalda o, bir sıra ağır hücumlar etdi, lakin xeyli itkilər verdi. 
Həyati əhəmiyyət kəsb edən dəmir yolu mərkəzi olan Pitersburq ilə, - bu, 
Riçmondun  cənub  açarı  idi.  –  Linin  sağ  tərəfində  asılmaqla,  ona  hücum  etdi. 
Federal zabitlərin buraxdığı bir neçə səhvə, Linin sürətli reaksiyasına baxmayaraq, 
konfederatlar  Pitersburqu  əllərində  saxlamağa  heç  də  qadir  deyildilər.  Qrant 
iyunun 15-də və 18-də hücum edib, Linin xəttini yarmaq istədi, lakin 8 min nəfər 
itki verdi. 
Qrant  Lİ  ordusunu  məğlub  edə  və  Riçmondu  tuta  bilmədiyinə  görə 
Pitersburqun doqquz ay davam edən mühasirəsini qurdu. 1864-cü ilin yayında və 
payızında  30  iyulda  daş  kömür  şaxtasının  partlayışı  ilə  federallar  uğursuzluğa 
düçar oldular və bu vaxt konfederatlar Vaşinqtonu tutmağa qadir idilər. 
 Şerman  isə  elə  həmin  dövrdə  Corciyadan  Atlantaya  tərəf  atıldı.  Onun 
qüvvələri  110  min  olmaqla,  Konfederatınkından  iki  dəfə  böyük  idi.  Cənub 
sərkərdəsi  prezident  Devisə  məlumat  verdi  ki,  o,  Şermanın  qüdrətli  ordusunun 
öhdəsindən  gələ bilməyəcəkdir.  Devis  onu vəzifədən götürdü.  Döyüşdə  ağır  yara 
almış yeni Cənub komandanı B. Hud sentyabrın 1-də Atlantanı tərk etdi. Şerman 
onu  təqib  edib,  dekabrın  21-də  Savannanı  tutdu.  Minnətdar  amerikalılar  onun 
böyük  xidmətlərinin  əvəzi  kimi  XX  əsrdə  icad  etdikləri  güclü  tanka  “Şerman” 
adını verdilər. Porterin hərb gəmilərinin müşayiəti ilə o, Red River (Qırmızı çay) 
tərəfə  hərəkət  etdi.  Bu  döyüşdə  Porter  bir  neçə  kanonerka  itirdi  və  Şerman 
uğursuzluğa uğradı. 
Federal  qoşunları  konfederaları  təqib  edib,  Missuri  çayının  cənub 
sahilindən qərbə tərəf hərəkət etdilər. Konfederat generalı Prays qəti şəkildə təslim 
edildi və dekabrın 2-də Arkanzasa geri çəkildi. Prays artilleriyasının əksəriyyətini 
və özünün 12 minlik ordusunun çox böyük hissəsini itirdi. 
10 yanvar 1865-ci ildə Tennessi və Corciya artıq federalların əlində idi. 
Şerman  60  min  adamla  şimala  tərəf,  Karolinanın  içərilərinə  hücum  etdi. 
Konfederat  qüvvələri  çox  zəifləmiş  və  kiçilmişdi.  Şerman  Kolumbiyanı  fevralda 
işğal  etdi  və  konfederatları  Çarlstona  köçməyə  məcbur  etdi.  Li  nəhayət 
Konfederatın  baş  komandanı  adlananda,  Constonu,  Federal  qüvvələrin  qarşısını 
kəsməli  olan  kiçik  orduya  komandan  təyin  etdi.  18  apreldə  (artıq  Linkolnun 
ölümündən sonra) Conston Şermana təslim oldu. 
Qrant və Mid 1865-ci ilin əvvəlində diqqəti Pitersburqun və Riçmondun 
mühasirəsinə  cəmləmişdilər.  Cənub  lideri  hücum  edib,  qısa  müddətə  mühasirəni 
pozdu.  Lakin  öz  xəttləri  parça-parça  olduqda,  Li  2-3  aprel  gecəsi  Pitersburqu  və 
Riçmondu tərk etdi. 
Linin  son  sığınacaq  tapdığı  yerdə  də  mühasirədən  çıxmağa  etdiyi  son 
cəhd uğursuz olduqda, Appomattoksdakı məhkəmə binasında 9 aprel 1865-ci ildə 
özünün Şimali Virciniya ordusunun qalıqlarını Qranta təslim etdi. Təslim Federal 
baş  komandanının  şərtləri  əsasında  getdi.  Qrantın  eqoizmdən  kənar  olan  bu 
şərtlərində  də  onun  alicənablığının  nişanələri  görünürdü.  Axırıncı  Konfederat 
qoşunu  isə  Texasdakı  Qalverston  limanında  2  iyunda  təslim  oldu  və  Amerika 
torpağında tarixdəki ən böyük müharibə başa çatdı. 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə