Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə67/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   63   64   65   66   67   68   69   70   ...   102

156 
 
Hər iki tərəfdə müharibə dövründə komandanlıq problemləri mövcud idi. 
1861-ci  ildə  iki  rəqib  baş  komandan  müqayisə  edildikdə,  adamların  çoxu 
düşünürdü  ki,  Devis  Linkolndan  daha  qabiliyyətlidir.  Devis  West  Point-da 
(Amerikadakı  məşhur  ali  hərbi  məktəb)  təhsil  almışdı,  Meksika  müharibəsinin 
qəhrəmanı  idi,  prezident  Franklin  Piers  hökumətində  bacarıqlı  müdafiə  naziri, 
Birləşmiş  Ştatların  Missisipidən  senatoru  olmuşdu.  Linkon  isə  İllinoys  ştat 
qanunvericiliyində  xidmət  etmiş,  bircə  müddətə  (iki  illiyə)  Birləşmiş  Ştatlar 
Nümayəndələr  palatasının  üzvü  olmuşdu.  Yalnız  qısa  müddətdə  Black  Hawk 
(”Qara Quzğun”) müharibəsində hərbi xidmət etməsi ilə öyünə bilərdi. Burada da 
onun fərqlənmək imkanı olmamışdı.  
Devis  prezident  və  Konfederat  qüvvələrinin  baş  komandanı  kimi  çox 
sayda  yaxşı  keyfiyyətlərini  göstərə  bilmişdi,  buna  səbirlilik,  cəsarət,  ləyaqət, 
təmkinlilik, möhkəmlik, enerji, qətiyyətlilik və vicdanlılıq daxil idi. Lakin o, həm 
də müstəsna qaydada məğrur adam idi, tənqidə riyakarlıqla yanaşırdı və onun, ən 
kiçik detalları da öz tabeliyində olanlara ötürmək qabiliyyəti də yox idi, hər şeyi öz 
əlində  cəmləşdirmək  istəyirdi.  Devis  əslinndə özünün  həm  də  müdafiə  naziri  idi, 
baxmayaraq  ki,  Kofederasiyanın  tarixi  boyu  beş  müxtəlif  adam  bu  vəzifəni 
tutmuşdu.  Devis,  Robert  li  1865-ci  ilin  fevralında  bu  posta  təyin  olunana  qədər 
Konfederat  ordusunun  baş  generalı  vəzifəsini  tutmuşdu.  Li  həmin  vəzifəyə 
keçəndə Konfederasiya artıq süquta yaxın idi.  
Çoxlarının  təəccübünə  rəğmən  Linkoln  öz  vəzifəsində  zaman  keçdikcə 
və  təcrübə  əldə  etdikcə  kamilləşirdi,  böyüyürdü  və  1864-cü  ildən  o,  mütləq 
müharibə komandanı, bu dəhşətli və geniş bir ərazidəki səhnənin rejissoru idi. O, 
əvvəl  vaxtlarda  xüsusən  strategiya  və  taktika  məsələlərini  çox  öyrənirdi.  İlk 
uğursuz  müdafiə  naziri  Simon  Kemeronun  dövründə  o,  tərəddüd  etmədən  hərbi 
hərəkətlərin planlaşdırılmasına birbaşa müdaxilə edirdi. 1862-ci ildə müdafiə naziri 
təyin olunan Edvin Stenton da hərbi işləri bilmirdi, lakin öz rəhbərinə fəal kömək 
edirdi.  
Linkoln  prezident  vəzifəsini  tutanda  Uifild  Skott  Fedderal  baş  general 
idi. 75 yaşlı Skott 1812-ci il və Meksika müharibələrinin qəhrəmanı idi və 1861-ci 
ilin noyabrında pensiyaya çıxdı. Onun yerinə gənc Corc Makklellan təyin olundu. 
Lakin o, Linkolnla harmoniyalı əlaqə qura bilmədi. 1862-ci ilin martında o, azad 
olundu. Con Hellekdən sonra, 9 mart 1864-cü ildə Uliss Qrant bu vəzifəni tutdu. 
Hellek  isə  baş  qərargah  rəisi  oldu.  Müharibənin  qalan  dövrü  ərzində  Qrant  çox 
səmərəliliklə baş general vəzifəsini icra etdi. 
Müharibə  illərində  hər  iki  tərəf  kütləvi  volyunterlər  ordusu  qaldırmağa 
keçdi. Yerli görkəmli vətəndaşlar vuruşa girəcək alaylar təşkil etməli idilər. 
Devis müdafiə döyüşlərinə üstünlük verirdi, Şimal ərazilərinə girməyə o 
qədər  meylli  deyildi.  Linkoln  isə  öz  qoşunlarını  Cənub  ərazilərinə  girməyə  sövq 
edirdi.  Müharibənin  gedişi  dövründə  o,  artıq  bacarıqlı  generallara  malik  oldu  və 
Cənubla  müqayisədə  güclü  resurslardan  istifadə  edirdi.  Linkolnun  Cənuba 
müdaxilə  taktikası  fayda  verirdi,  federallar  Cənubun  həyati  ərazilərinin 
əksəriyyətini  tədricən  işğal  edib,  əllərində  saxlamışdı.  Onun  böyük  strategiyası 
Skottun  “Anakonda”  adlanan  planına  əsaslanırdı.  Lakin  həmin  strategiya  qısa 


157 
 
müddət üçün heş də öz səmərəliliyini göstərə bilmədi. Bütün cəhdlərə baxmayaraq 
müharibə  dörd  il  davam  etməklə  nəhəng  itkilərə  və  ölkə  ərazilərinin  viran 
qalmasına səbəb oldu. 
Hər iki tərəf laissez-faire (dövlətin biznesə, iqtisadi məsələlərə müdaxilə 
etməməsi) prinsipinə əməl edirdi, qiymətlərə, maaşlara və ya mənfəətlərə nəsarətə 
az  cəhd  edirdi.  Yalnız  dəmir  yolları  həm  Şimalda,  həm  də  Cənubda  hökumət 
tərəfindən  nizamlanmağa  tabe  idi.  Nə  Linkoln,  nə  də  Devis  adminstrasiyaları 
müharibəni  maliyyələşdirməyin  öhdəsindən  necə  gəlməyi  bilmirdi.  Ona  görə  də 
hər  ikisi  çap  maşınını  işlətməyə,  dekret  pulu  buraxmağa  əl  atdı  və  hər  ikisi  ağır 
borc  götürməli  oldu.  Birləşmiş  Ştatlar  hökuməti  432  milyon  dollarlıq  kağız  pul 
buraxdı,  bu  vaxt  Konfederasiya  1,5  milyard  dollardan  çox  kağız  əskinas  çap 
etmişdi.  Hər  iki  sektsiyada  inflyasiya  gedirdi,  bu,  Cənubda  daha  böyük  sürət 
almaqla hiperinflyasiya xarakteri almışdı. Müharibənin sonunda burada bir çəllək 
un 1 min dollara satılırdı. 
  
 
 Quldarlıq problemi və Emansipasiya Proklamasiyası 
 
Linkolnun fərdi azadlıq məsələsinə dərindən və səmərəli qaydada özünü 
həsr etməsinə isə heç bir şübhə ola bilməzdi. Prezidentliyə seçilməmişdən əvvəl o, 
tez-tez və bəlağətli şəkildə bu mövzu barədə danışırdı. Misal üçün, 1854-cü ildə o 
demişdi  ki,  ərazilərdə  quldarlığın  mümkün  olan  genişlənməsinə  Duqlasın  laqeyd 
münasibət  bəsləməsini  qəbul  etmir:  «Mən  buna  nifrət  edirəm,  ona  görə  ki, 
quldarlığın  ədalətsizliyinin  özü  dəhşətdir».  Və  əlavə  edirdi:  «Mən  buna  nifrət 
edirəm, ona görə ki, bizim respublika nümunəmizi dünyaya öz təsirini göstərmək 
imkanından məhrum edir». 
1855-ci ildə isə dostu Coşua Spiidə yazdığı məktubda 14 il əvvəl ikisinin 
birlikdə  buxar  gəmisində  Ohayo  çayı  ilə  səyahət  etdiklərini  xatırlayır:  «Mənim 
kimi, sən də xatırlaya bilərsən ki, Luisvilldə, Ohayo çayının mənsəbində gəminin 
göyərtəsində  on  və  ya  bir  düjün  qul  var  idi,  onlar  dəmir  qandallarla  bir-birlərinə 
bağlanmışdılar.  Bu  mənzərə  mənə  arası  kəsilməyən  və  hansısa  bir  quldarlıq 
sərhədində müşahidə etdiyimə bənzər şeyləri daim görürəm».  
Quldarlıq  həm  də  iqtisadi  inkişafa  mane  olurdu.  Hər  bir  qul  sahibi 
məhkəmə  hakimi  kimi  özü  cəzanı  müəyyən  edirdi,  onlar  həm  də  qulu  bir  əmtəə 
kimi  alıb-satırdılar.  Lakin  bir  prezident  kimi  Linkoln  əvvəllərdə  abolyutsionist 
siyasətə həvəssiz olaraq uyğunlaşırdı. O, ştatların daxilindəki quldarlığa müdaxilə 
etməməyə əsaslanan platformada seçilmişdi və hər bir an şəraitlərin təsiri altında 
bu  məsələdə  hansısa  bir  federal  hərəkətin  Konstitusiyaya  uyğun  olmasına  şübhə 
edirdi. O, 4 milyona yaxın zəncinin, onlar nə vaxtsa azad olsaydılar, millətin sosial 
və siyasi həyatına qatılmalarının da mümkün çətinlikləri ilə razılaşırdı. Hər şeydən 
əvvəl o, hiss edirdi ki, sərhəd quldarlıq ştatlarını Birlikdə saxlamağa borcludur və 
qorxurdu  ki,  abolyutsionist  proqram  onları,  xüsusən  doğma  Kentukkini  də 
Konfederasiyaya  doğru  hərəkətə  gətirə  bilər.  Beləliklə,  digərləri  irəli  gedəndə  o, 
geri çəkilirdi 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə