Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə68/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   64   65   66   67   68   69   70   71   ...   102

158 
 
 Onun  xarici  görünüşündə  də  malik  olduğu  xüsusi  istedadından  heç  bir 
əlamət görünmürdü. Lakin onun ağlına bir məharət qüvvəsi əlavə olunurdu. O, öz 
fərasətinin  müşahidə  edilməsi  üçün  sözlərdən  dəqiq  nitq  vasitəsi  kimi  istifadə 
edirdi.  Qabiliyyətinin  zirvəsinə  isə  senator  Duqlasla  olan  mübahisələrində 
çatmışdı.  Bu  mübahisələri  bütün ölkə  eşitmək  istəyirdi.  Və o, prezidentliyə  hazır 
olanda prezident seçilmişdi.  
Prezident  kimi  səbirli  hərəkət  etməyə  üstünlük  verirdi,  vaxtı  çatmamış 
tədbirlərin  icrasına  imkan  vermirdi.  Generallar  Con  Frimont  və  Devid  Hanter 
özlərinin  müvafiq  hərbi  departamentlərinin  daxilində  sahiblərindən  narazı  qalan 
qullara  azadlıq  verilməsini  bəyan  etdikdə,  Linkoln  hətta  həmin  proklamasiyaları 
ləğv  etmişdi.  Konqress  müsadirə  aktlarını  qəbul  edəndə  (1861-ci  və  1862-ci 
illərdə)  o,  qul  mülkiyyətinin  tutulması  üçün  ona  verilən  səlahiyyətin 
gücləndirilməsinə  neytral  qaldı.  Buna  görə  onu  tənqid  edəndə,  səbirli  qaydada 
cavab  verdi:  «Mənim  bu  mübarizədə  böyük  məsələm  Birliyi  xilas  etməkdir, 
quldarlığı  xilas  etmək,  ya  da  ləğv  etmək  deyildir.  Əgər  mən  hansısa  bir  qulu  da 
azad etməklə onu xilas edə bilsəm, mən bunu edəcəyəm və əgər mən bir hissəsinin 
azad  edib,  digərlərini  olduqları  vəziyyətdə  tərk  etməklə  Birliyi  xilas  etsəm,  mən 
həmçinin onu edəcəyəm».  
Abolyutsionistlər  isə  heç  vaxt  unuda  bilməzdilər  ki,  Linkoln  əvvəllər 
quldarlığın  ləğv  edilməsinin  tərəfdarı  olmamışdır.  Konqressdə  quldarlığın 
opponentlərinin lideri olan senator Çarlz Samner söhbət vaxtı Linkolna demişdi ki, 
bizim  cəbhələri  birləşdirmək  vaxtı  gələcəkdir  və  biz  ölkəmizin  düşmənlərinə 
arxamızı  göstərməyəcəyik.  Samner  istəyirdi  ki,  Linkoln  ayrılmış  ştatlarda 
quldarlığı ləğv etsin. Lakin Linkoln hələlik bunu etmək istəmirdi və hərbin tələbi 
gəlib çıxanda isə bunu həyata keçirməyi heç də gecikdirmədi.  
Bu  vaxt  yüksələn  antiquldarlıq  hissinə  cavab  vermək  üçün  o,  özünün 
Emansipasiya (azad olunma) planını hazırlamağa başladı. Onun təklifi üzrə qullar 
ştatın özünün aktı ilə azad olmalı idi, qul sahibləri müvafiq kompensasiya almalı 
idilər,  federal  hökumət  ştatın  çəkməli  olduğu  maliyyə  yükünə  şərik  olmalı  idi. 
Emansipasiya  prosesi  tədricən  getməli  idi  və  azad  olunmuş  adamlar  xarici 
ölkələrdə  məskunlaşmalı  idilər.  Konqress  Linkoln  planını  həyata  keçirmək  üçün 
zəruri fondların yaradılmasına səs verməyə hazır olduğunu bildirdi, lakin Şimalla 
sərhəddə  yerləşən  ştatın  heç  biri  qulların  azad  olunmasına  başlamaq  istəmirdi  və 
yalnız az sayda olan zənci liderləri öz xalqının xarici ölkəyə göndərilməsini arzu 
edirdi.  
Özünün  tədricən  həyata  keçiriləcək  planının  hökmən  uğurlu  olacağına 
ümid  edən  Linkoln  Emansipasiya  Proklamasiyasını  dərc  etdirmək  üçün  iki  bir-
birindən fərqli addım atdı. Bunlardan birincisi 22 sentyabr 1862-ci ildə, axırıncısı 
isə 1 yanvar 1863-cü ildə elan olunmuşdu. Bu son məşhur dekret prezidentin hərbi 
hakimiyyətinin  təcrübəsi  kimi  qiymətləndirilirdi,  ancaq  ölkənin  Konfederatın 
nəzarəti altına düşmüş olan hissələrinə aid idi, nə loyal qul ştatlarına, nə də Federal 
qoşunların işğal etdiyi Konfederasiya ərazilərinə aid deyildi. 1 yanvar 1863- cü il 
Proklamasiyası  ölkənin  qullarının  əksəriyyətini  “həmişəlik”  azad  etdi.  Lakin 
Linkoln  buna  qədər  abolyutsionistlərin  təzyiqinə  baxmayaraq  “xüsusi  institutu” 


159 
 
narahat etmək mövqeyini tutmamışdı, çünki əvvəlki illərdə emansipasiyaya doğru 
hərəkət  Delaverin,  Merilendin,  Kentukki  və  Missurinin  Birliyə  qarşı  loyallığını 
məhv edə bilərdi, bu dörd ştat isə başqa quldarlıq ştatlarına qoşulmamış, Birlikdə 
qalmışdı. 
Linkoln  belə  bir  fikirə  gəldi  ki,  qaraların  emansipasiyası  Avropanın 
Şimala  qarşı  rəyinə  faydalı  təsir  göstərəcəkdir.  Konfederatları  isə,  ağların 
fermalarındakı  məhsuldar  işçi  qüvvəsindən  məhrum  etməklə  yanaşı,  Federal 
ordulara çox ehtiyac olan yeni əsgərlərin gəlməsini artıracaqdır. 1 yanvar 1863 cü 
il  Proklamasiysında  qiyam  qaldırmış  ərazilərdə  bütün  qulların  azad  edilməsi  vəd 
edilirdi.  Emansipasiya  həqiqətən  də  qara  qoşunların  istifadəsinə  yol  açdı  və 
müharibənin  sonunda  Federal  ordularda  xidmət  edən  qaraların  sayı  ümumilikdə 
179 min nəfər idi. Quldarlığı ləğv etmək barədə Konstitusiyaya Düzəliş isə yalnız 
31 yanvar 1865-ci ildə edildi.  
Birliyin artan dərəcədə effektli olan Cənubu blokadaya salması, Cənubda 
vuruşan  adamların  çatışmaması  da  əlavə  olunmaqla  Konfederatı  1864-cü  ilin 
sonundan  etibarən  xüsusən ümidsiz  vəziyyətə  saldı.  Müharibə  ərzində  birbaşa və 
ya başqa qaydada Proklamasiya 200 mindən az olan qula azadlıq verdi.  
Həm də bu sənəd bir simvol kimi böyük əhəmiyyət kəsb edirdi. Bu, onu 
göstərirdi ki, Linkoln hökuməti azadlığı müharibə məqsədi kimi Birliyə əlavə edir 
və  bu,  İngiltərədə  və  Avropadakı  liberal  rəyin  Birlik  məsələsində  Şimala  dəstək 
göstərməsinin artmasına yönəlməsinə şərait yaradırdı.  
Linkolnun özü isə atdığı addımın Konstitusiyaya uyğun olduğuna şübhə 
edirdi.  Müharibədən  sonra  Proklamasiya  ilə  azad  olunmuş  qullar  yenidən  qula 
çevrilmək riskinə məruz qala bilərdilər, çünki onların azadlığını möhkəmləndirmək 
üçün  hələ  heç  nə  edilməmişdi.  Bəzi  şeylər  isə  artıq  həyata  keçirilirdi. 
Konstitusiyaya 13-cü düzəliş baş verdi və Linkoln fundamental hüquqda dəyişiklik 
edilməsində böyük rol oynadı. Prezident proklamasiyasının məqsədi «nəhəng şərə 
ölümcül zərbə vurmaq idi». Konstitusiya düzəlişi «Hədd qoymaq və əbədi qadağan 
etmək üçün zəruri idi».  
Linkoln  bu  platformada  yenidən  seçildikdə  və  Konqressdə 
Respublikaçıların çoxluğu artdıqda, ona aydın oldu ki, xalqdan 13-cü Düzəliş üçün 
mandat almışdır. 
31yanvar 1865-ci ildə qəbul edilən13-cü Düzəlişin mətni belə idi:  
«Şöbə  1.  Nə  quldarlıq,  nə  məcburi  xidmətdə  olmaq  nə  Birləşmiş 
Ştatlarda,  nə  də  onun  yurisdiksiyasına  tabe  olan  hansısa  bir  yerdə  mövcud 
olmamalıdır,  o  hallar  istisna  edilir  ki,  onlar  qoyulmuş  qaydada  sübut  olunmuş 
cinayətə görə cəza kimi qəbul edilir. 
Şöbə 2. Bu maddənin icrası üçün zəruri qanunları qəbul etməkdən ötəri 
Konqressə hüquq verilməlidir».  
Yeni seçilən Konqress izafi Respublikaçı çoxluğu ilə 1864–65-ci illərin 
qışına  qədər  köhnə  Konqressin  «axsaq  ördək»  (Prezidentin  partiyası  Konqressdə 
azlıqda  olduqda,  o,  bir  qayda  olaraq  «axsaq  ördək»  adlanır)  sessiyasından  sonra 
yığılmamışdı.  Linkoln  isə gözləmədi, öz himayəçilik  resurslarından  istifadə edib, 
o, sessiya qurtarandan əvvəl səslərin lazım olan üçdə ikisinə malik oldu. Düzəliş 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə