Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə69/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   65   66   67   68   69   70   71   72   ...   102

160 
 
ştatlara  ratifikasiyaya  göndərildikdə,  öz  doğma  ştatı  İllinoys  bu  məsələdə  irəli 
getdiyinə  və  bir-birinin  ardınca  digərlərinin  də  ona  qoşulduğuna  görə  o,  çox 
sevinirdi. Lakin o, bütünlüklə Düzəliş üçün sevinə bilməzdi, çünki artıq həyatdan 
getmişdi.  
Linkoln  Böyük  Azadlıq  verən  (the  Liberator)  reputasiyasına  layiq  idi. 
Ondan  35  il  əvvəl  həyatdan  getmiş  Cənubi  Amerika  xalqlarının  azadlığı  və 
birləşməsi  uğrunda  yorulmaz  mübarizə  aparan  Simon  Bolivar  ona  təklif  edilən 
titullar  içərisində  məhz  «Azadlıq  verən»,  «Xilaskar»  (the  Liberator)  titulunu 
seçmişdi. Şimali Amerikanın böyük mübarizi olan Linkoln da bu şərəfə layiq idi, 
onun  bu  iddiası  özünün  məşhur  Proklamasiyasına  əsaslanırdı.  Antiquldarlıq 
Düzəlişinin özü də sağlam əsasa malik idi. O, dərisinin rəngindən asılı olmayaraq 
insanların ləyaqətinə hörmətlə yanaşırdı.  
Həyatının son iki ili ərzində o, qəbuluna gələn və dostları olan zənciləri 
salamlamışdı, ona qədər heç bir prezident bunu etməmişdi. Onun hörmət bəslədiyi 
dostlarından biri keçmiş qul Frederik Duqlas idi. Sonralar həmin Duqlas yazmışdı: 
«Mister Linkolnla mənim bütün söhbətlərimdə rəngli irqə qarşı mənfi düşüncədən 
onun tam azad olmasının lap əvvəldən təsiri altına düşürdüm».  
 
 
 
Linkolnun siyasət manevrləri 
 
 
Müharibəni udmaq üçün Linkoln özünə populyar dəstək göstərilməsinə 
malik olmalı idi. Şimalın və Cənubun birləşməsi hər şeydən əvvəl Şimalın özündə 
də müəyyən dərəcədə birliyin olmasını tələb edirdi. Lakin Şimalda özlərinin xüsusi 
mənafeləri  olan  müxtəlif  qruplar  mövcud  idi.  Linkoln  mümkün  qədər  onların 
dəstəyini qazanmalı idi. O, vaxtının çoxunu bu dəstəyi almağa sərf edirdi.  
Linkoln öz ətrafındakılara müraciət edərək deyirdi ki, onların bəzilərini 
hələ  keçmiş  vaxtlardan  tanıyır.  Və  onları  əmin  etməyə  çalışırdı  ki,  biz  Cənub 
ştatlarına heç bir xətər toxundurmamışıq. Sonra əlavə edirdi:  
–  Bu  da  həqiqətdir  ki,  mən  prezident  seçilmişəm  ki,  Birliyin  yeni 
ərazilərində quldarlığın genişlənməsinin qarşısını alım. Lakin Cənub ştatlarındakı 
indi  mövcud  olan  status  quo-nu  dəyişdirmək  də  hətta  mənim  hakimiyyətim 
xaricindədir.  
Hələ  seçilmiş  Prezident  olanda  o,  cənubluların  birinə  quldarlıq  barədə 
belə cavab vermişdi:  
– Baxın. Burada bizim aramızda yalnız bir fərq vardır. Siz düşünürsünüz 
ki,  quldarlıq  haqdır  və  genişlənməlidir.  Biz  düşünürük  ki,  o,  səhvdir  və 
məhdudlaşdırılmalıdır. Buna görə də hansısa bir səbəb digəri tərəfindən narazılıqla 
qarşılanmalıdır.  
Xoşbəxtlikdən,  Birlik  məsələsində  o,  nadir  siyasi  ustalığa  malik  bir 
prezident  idi.  O,  siyasətçilərlə  onların  dilində  danışırdı,  o,  müxtəlif  adamları 


161 
 
sakitləşdirə bilmək, bir-birinə zidd olan adamların loyallığını əldə etmək istedadına 
malik idi.  
Müxalif  partiya  isə  fəaliyyətini  davam  etdirməklə  güclü  olaraq  qalırdı. 
Onun  üzvlüyünə  müharibə  demokratları  və  çox  vaxt  «Misbaşlılar»  adlanan  sülh 
demokratları  daxil  idi,  onlardan  bir  neçəsi  hətta  düşmənlə  əməkdaşlıq  etmişdi. 
Linkoln bacardığını edirdi ki, müharibə demokratlarının köməyindən istifadə etsin.  
Müharibə  dövründə  insan  haqları  prinsipinin  pozulmasına  yol  verilirdi. 
Birliyi dəstəkləmək və bununla Konstitusiyanı bütövlükdə qoruyub saxlamaq üçün 
müvəqqəti olaraq onun bəzi hissələrinin qurban verilməsinə Linkoln icazə verirdi. 
O,  generallarına  səlahiyyət  verirdi  ki,  yalnız  qısa  müddət  üçün  bəzi  qəzetləri 
bağlasın.  
Zamanın  təhlükələrini  və  provokasiyaları  nəzərə  alaraq,  Linkoln  öz 
siyasi opponentlərinə və müxalifət mətbuatına qarşı liberal idi. Bir sıra tənqidçiləri 
onun diktator olması barədə ittiham irəli sürsələr də, o, heç də diktator deyildi.  
Vətəndaş  müharibəsi  yadelli  işğalçılarla  müharibədən  çox  fərqlənir, 
burada eyni ölkənin vətəndaşları fərqli məqsədlər naminə bir-biriylə vuruşur, ölkə 
bu  müharibənin  yaraları  ilə  xarabalığa  çevrilir,  xalq  ehtiyac  girdabına  düşür. 
Vətəndaş  müharibəsi  ölkənin  ayrı-ayrı  hissələrini  bir-birinə  qarşı  üz-üzə  qoyur. 
Lakin  təbiət  də  istənilən  müharibəyə  öz  həlledici  təsirini  göstərə,  məğlubiyyəti 
qələbəyə  də  çevirə  bilir.  Vətəndaş  müharibəsində  də  belə  möcüzəli  hadisə  baş 
verdi.  1863-cü  ilin  yayında,  iyul  ayında  Gettisburqda  şiddətli  leysan  yağışı 
Konfederat  sərkərdəsi  Lini,  aldığı  ağır  zərbə  ilə  yanaşı  şəhəri  tərk  etməyə  və 
Cənuba  qaçmağa  məcbur  etmişdi.  Təbiət  bu  vaxt  şimallılara  öz  mərhəmətini 
göstərmişdi.  Yarım  əsr  əvvəl,  1812-ci  ildə  ingilislər  Vaşinqtonu  işğal  edəndə  də 
belə  hadisə  baş  vermişdi.  Əcnəbi  ordu  ilə  vuruşu,  əlbəttə  ki,Vətəndaş 
müharibəsindəki döyüşlərlə müqayisə etmək düzgün olmazdı. Amerikalılar o vaxt 
xarici müdaxilə ilə üzləşmişdi, bu, hər yerdə deyil, ölkənin yalnız kiçik hissəsinə 
öz  təsirini  göstərmişdi.  Linkoln  isə  elə  bir  müharibə  ilə  üzləşmişdi  ki,  burada 
əhalinin üçdə biri digər üçdə ikisinə qarşı çıxmışdı.  
Ona  görə  də  problemlər  həddən  çox  idi.Linkoln  paytaxtın  yerləşdiyi 
Merilend  ştatını  (Merilend  ştatı  Vaşinqton  şəhərinin  tikildiyi  ərazidə  Kolumbiya 
mahalının (Distrikt of Columbia) qurulması üçün, özünün həmin torpaq sahəsindən 
imtina etmişdi) Birlikdə saxlamaq üçün hər şeyi edirdi, buna nail olmaq üçün onun 
etmədiyi  heç  bir  tədbir  yox  idi.  Merilend  Birlikdən  çıxsaydı,  paytaxtı 
Vaşinqtondan köçürmək lazım gələcəkdi, bu isə fövqəladə əhəmiyyətə malik olan 
bir məsələ idi.  
Linkolnun  ilk  prezidentliyi  dövrünə  qayıtsaq,  bu  vaxt  Konqress  də  öz 
sessiyasını  altı  həftə  sonra  (söhbət  1861-ci  l  Konqressindən  gedir)  keçirməyə 
başladı.  Bu  altı  həftədə  Syuard  əmin  idi  ki  Prezidentə  qarşı  impiçment  aktı 
gündəmə  gələcəkdir,  Linkoln  hesabat  verməyə  çağırılacaqdı.  Lakin  ölkə  dözə 
bilərdimi ki, müharibə gedən bir vaxtda prezidentin impiçmenti və mühakiməsi baş 
tutsun?  Mümkün  deyildir  ki,  Linkolnun  özünü  də  vəzifəsindən  getməyə 
inandırmaq mümkün olacaqdır.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə