Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə7/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   102

13 
 
bu, sənsizlikdirsə, deməli, kədərli, əzab verən, heç bir rahatlıq imkanı olmayan bir 
şəraitdir. Onda sən qəddar olma, məni inkar etmə, səndən xahiş edirəm, yalnız sən 
bu azacıq yüngüllüyü mənə verə bilərsən. Qoy sədaqətlilik hesabına mən sənə aid 
olan  hər  şeydən  hali  olum.  Mən  hər  şeyi,  hətta  uğurlu  olmayanı  belə  biləcəyəm. 
Yəqin ki, səninlə birlikdə çəkdiyim ahlar  məni az əzab çəkməyə sövq edəcəkdir. 
Çünki deyirlər ki, bütün dərdlər yarı bölünəndə xeyli yüngülləşir.  
Mənə  de  ki,  hansı  bir  vasitə  ilə  sən  mənim  göz  yaşlarıma  aman 
verəcəksən.  Qadının  göz  yaşları  melanxoliya  anında  dayanır  və  aman  bilməyən 
tövbəyə həsr olunur. Xoşbəxtlik nadir hallarda xeyirxah adamların ünvanını seçir. 
Tale o qədər kordur ki, kütlə içərisində təkcə bir müdrik və igid adam vardırsa, o, 
heç  də  gözləməməlidir  ki,  tale  onu  başqalarından  ayıracaqdır.  Vaxtı  ötürmədən 
mənə yaz və heç də möcüzə gözləmə, o çox nadir hallarda baş verir və biz özümüz 
isə xoşbəxtliyin qayıdıb gəlməsini gözləmək xatirinə bədbəxtliklərə daha çox adət 
etmişik.  Mən  səndən  bir  məktub  alan  kimi  biləcəyəm  ki,  sən  hələ  də  məni 
xatırlayırsan.  Seneka  (Qədim  Roma  filosofu  –  tərcüməçi)  nəzərdə  tuturdu  ki,  bu 
növ həzz üçün çox hissiyyatlı olmaq lazımdır. O, stoik olmasına baxmayaraq, bu 
növ həzzlərə həssas idi, dostu Lutsilidən hər bir məktubu alanda o, təxəyyül edirdi 
ki, onunla söhbət etdikləri vaxtdakı sevinci yenə də hiss edir.  
Otağımda  sənin  şəklin  vardır.  Mən  heç  vaxt  dayanıb  ona  baxmadan 
yanından  keçmirəm.  Və  elə  bil  ki,  sən  hələ  də  mənimsən,  gözlərimi  ona  nadir 
hallarda  dikirəm.  Məgər  bu  dilsiz  şəkil  məktubların  ilhamlandıra  biləcəyi  həzzi 
verə  bilərmi?  Məktublar  könülə  malikdir,  onlar  danışa  bilirlər,  onlar  ürəyin  nəql 
etdiklərini  ifadə  etmək  gücünə,  ehtiraslarımızın  bütün  alovuna  malikdir.  Biz  bir-
birimizə yaza bilərik, belə günahsız həzz bizdən yan keçə bilməz. Qoy, yeganə bir 
xoşbəxtlik  hansısa  laqeydlik  hesabına  bizi  tərk  etməsin  və  bu,  yeganə  şeydir  ki, 
onun vasitəsi ilə düşmənlərimizin qəzəbi heç vaxt bizə görə  sevinə bilməz. Sənin 
mənim ərim olduğunu oxuyacaq, sənsə mənim sənin arvadın olmağımın əlamətini 
görəcəksən.  Bütün  bədbəxtliklərimizin  əksinə,  sən  öz  məktubundan  həzz  ala 
bilərsən.  Məktublar  ilk  dəfə  mənim  kimi  bədbəxtlərin  təskinliyi  üçün  icad 
edilmişdir.  Səni  görmək  və  sənə  malik  olmaq  həzzlərini  itirsəm  də,  müəyyən 
ölçülərdə bu itkinin əvəzini sənin yazılarında tapmaqla məmnun olacağam, onlarda 
sənin  ən  müqəddəs  fikirlərini  oxuyacağam.  Mən  məktubları  həmişə  özümdə 
saxlayacaq,  hər  an  onları  öpəcəyəm.  Mən  beynimin  diktələrindən  daha  çox 
ürəyimin diktələrini oxuyuram. Mənim indiyədək sevmədiyini desən, mən yaşaya 
bilmərəm.  Dostunla  melanxolik  yazışmağında  mənim  bütün  kədərlərimi  oyatdın, 
həm də bu məktub sənin dəyişməyən sevginin bəzi nişanələrini göstərdi.  
Sən  hər  şeyi  həmin  dostundan  daha  çox  bizə  borclu  olduğuna  görə 
etmisən, axı sənin dostluğun nə vaxtsa belə yaxın olmuşdumu? Biz özümüzü (həm 
də rahibələri nəzərdə tutur-tərcüməçi) sənin bacıların, sənin uşaqların adlandırırıq 
və güman edirik ki, bu əziz olan bir münasibətin əlaməti olduğunu ifadə edir. Əgər 
biz  nankor  olmağı  bacarsaydıq,  bizə  məlum  olanları  sənə,  bu  kilsəyə,  bu 
mehrablara,  bu  divarlara  danışa  bilməzdik.  Sən  bu  binanın  bünövrəsini  yeganə 
qoyansan,  bu,  bütünlüklə  sənin  işindir  (Paraklet  monastırının  əsasını  qoyduğuna 


14 
 
işarə edir - tərcüməçi). Sən burada yaşamasan da, əvvəllər quldurları, qatilləri ilə 
tanınan  bu  yerə  belə  şöhrət  və  müqəddəslik  verməzdin.  Bizim  xidmət  etdiyimiz 
Allah burada yerləşdirdiyi ziyansız rahibələrdən başqa heç nəyi görmür. Bu cavan 
üzümlük ancaq sənə borcludur, sən onu becərməyə və yaxşılaşdırmağa tam qayğı 
göstərirsən. Bu, sənin həyatının ən vacib işlərindən biri olmağa borcludur. Bizim 
müqəddəslikdən  təcrid  olunmağımıza  baxmayaraq,  andlarımız  və  həyat  tərzimiz 
bizi bütün şirnikləmələrdən, azmalardan qoruyur. Bizdəki ləyaqət təbiətə və qadına 
bəxş  edilmiş  bir  şeydir.  Allahın  üzümlüyünü  salmaq  heç  də  kiçik  zəhmətin  işi 
deyildir. Allahın mərhəməti, həmin kilsə üçün adamların daimi duaları hər ikisinin 
işini bəhrəli etməlidir.  
Sən  bu  dünyanın  yaxşı  şeyləri  ilə  dolu  olanlarla  və  yerin  piyi  ilə 
qidalananlarla danışanda İncilin kəhrəbalarını donuzun qabağına səpələdin (“Yeni 
Vəsiyyət”dəki  pritçaynı  yada  salır  –  tərcüməçi)  və  sən  günahsız  qoyunlara 
laqeydlik göstərdin.  
Sən  mənə  yazanda,  məhz  öz  arvadına  yazacaqsan,  nikah  belə 
məktublaşmanı  qanuni  etmişdir  və  sən  ən  kiçik  hay-küyə  də  yol  vermədən  məni 
məmnun  edəcəksən.  Mən  öz  əmimdən  qorxmuram.  Burada  sənin  də  qorxmağın 
üçün heç nə yoxdur. Sən məni görə bilərsən, mənim çəkdiyim ahları eşidə bilərsən 
və  heç  bir  təhlükə  hiss  etmədən  bütün  dərdlərimin  şahidi  ola  bilərsən.  Beləliklə, 
sən  yalnız  göz  yaşları  və  sözlərlə  mənim  ağrımı  yüngülləşdirə  bilərsən.  Mənim 
bəzi  bədbəxtliklərimə  sən  səbəb  olmusansa,  mənim  bütün  rahatlığım  üçün  də  bir 
alət olmalısan. 
Sən xatırlamaya bilməzsən ki, (çünki sevgililər yaddan çıxara bilməzlər) 
sənin  mülahizəni  dinlədiyim  bütün  günlərdə  mən  həzz  fazasını  yaşamışam.  Sən 
olmayanda mən özümü hamıdan gizlətdim ki, sənə məktub yazım. Məktubun sənin 
əlinə düşməsi o qədər də asan məsələ deyildir.  
Mən  özümə  nifrət  edirəm  ki,  səni  sevə  bilmişdim.  Mən  özümü  daim 
həbsxana şəraitində əzdim, bu, səni sakit və yüngül bir şəraitdə yaşada bilər. Qüsur 
heç vaxt heç nəyi bu qaydada ilhamlandırmır, bu, bədəni əsir etmək üçün olduqca 
çoxdur. Mənim qəddar əmim heç də sevdiyim bir adam deyildir. Lakin o, heç bir 
səbəb  olmadan da təqsirkar idi.  Mən  səni  həmişə olduğundan artıq sevirəm.  Ona 
olan  mənim  qisasım  da  məhz  belədir.  Ömrümün  sonuna  qədər  səni  sevəcəyəm. 
Əgər keçmişdə sənə heyranlığım elə saf deyildisə, indiki dövrdə mənim ağlım və 
bədənim  səni  sevir.  Digər  hansısa  bir  xoşbəxtliyə  nisbətən,  sənin  ürəyinə  sahib 
olmaqdan  daha  çox  həzz  duyurdum  və  səndə  həm  də  bir  ləyaqətli  adamı 
qiymətləndirirdim.  
Müstəsna  qaydada  bunu  istəməsəm  də,  sizə  ərə  getməyimə  razılıq 
verdim,  baxmayaraq  ki,  bilirdim  ki,  kiminsə  arvadı  olmaq  adı  dünyada  şərəfli, 
dində isə müqəddəs sayılır. Ancaq sənin məşuqən olmaq adı daha böyük lətafətə 
malikdir,  çünki  məşuqə  daha  sərbəstdir.  Mən  kiminsə  arvadı  olmaq  adına  nifrət 
edirəm, ona görə də məşuqə sifətində daha xoşbəxt yaşa bilərəm. Mən Abelyarla 
onun  məşuqəsi  kimi  yaşamağı  dünyanın digər  bir imperatriçəsindən daha  yüksək 



Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə