Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə72/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   68   69   70   71   72   73   74   75   ...   102

166 
 
Ceyms Spiid belə güman etdi ki, «o, heç vaxt bizim nöqteyi-nəzərimizə belə yaxın 
görünməmişdir».  Əgər  o,  özünün  ikinci  prezidentlik  müddətini  tamamlaya 
bilsəydi,  Linkolnun  yenidənqurma  siyasəti  həyata  keçərdi.  Bunu  isə  yalnız 
təsəvvür etmək olardı. 
Onun  varisi,  prezident  Endryu  Conson  ləngimədən  Linkon  proqramını 
müdafiə etdiyini bildirdi. Lakin o, Konqressin kəskin tənqidi ilə qarşılaşdı. Conson 
öz  proqramını  həyata  keçirəndə  ABŞ-da  siyasi  mübarizə  olduqca  kəskinləşdi. 
Yalnız 1867-ci ildə Konqress Cənubun yenidən qurulması barədə bir sıra qanunlar 
qəbul etdi. 
1866-cı  ilin  aprelində  Birləşmiş  Ştatlar  Konqressi  vətəndaş  haqları 
barədə  qanun  qəbul  etdi,  həmin  sənədə  görə  ABŞ-da  doğulmuş  bütün  sakinlər 
vətəndaş  hüquqları  aldı.  Qanun  ağlar  kimi  rəngli  amerikanlara  da  aid  idi,  lakin 
ölkənin  yerli  sakinləri-hindular  rezervasiylarda  yaşamalarını  davam  etdirməklə, 
həmin hüquqlardan məhrum idi. Konstitusiyaya edilən 14-cü Düzəliş isə vətəndaş 
haqları haqqında qanun üçün hüquqi əsas oldu.  
 
 
Zəncilərlə səmimi görüş və baş tutmayan sui-qəsd 
 
Zənci liderlərindən bir neçəsi Prezidentlə görüşə gəlmişdi. Görüş ideyası 
Linkolnun ağlına çoxdan düşmüşdü. O, yalnız az sayda rəngli adamı tanıyırdı. Bu 
vaxt isə bir sıra məsələlər barədə onların fikrini öyrənmək istəyirdi. Qrupun lideri 
E.M.Tomas dedi:  
– Belə çıxır ki, ser, quldarlıq Birliyin sərhəd ştatlarında hələ də davam 
edəcəkdir?  
Linkoln cavab verdi ki, bu, düzdür. 
Zənci lideri davam etdi:  
–  Beləliklə,  ayrılmağa  görə  qul  sahiblərini  cəzalandırmaq  üçün  Siz 
həqiqətən dəmi, Konfederatdakı qulları azad edəcəksiniz.  
Linkoln onlara dedi ki, mən sizin məsləhətinizi və köməyinizi istəyirəm. 
Konqress mənə  müəyyən  məbləğdə pul vermişdir ki, Mərkəzi  Amerikadakı Yeni 
Qrenadanı  məskunlaşdırım.  Orada  əkinçilik  torpaqları  münbitdir,  daş  kömür 
mədənləri vardır və ərazi boşdur. Əgər siz seçsəniz, ora sizin adamlarla dola bilər.  
Sonra görüşdə iştirak edən adamlara müraciətlə dedi ki, mən düşünürəm 
ki, mövcud fiziki fərqlilik hər iki tərəfə böyük ziyan vurur. Sizin irqin əzabları çox 
böyükdür, sizin adamların çoxu bizim aramızda yaşadıqlarından, bu vaxt sizin iş- 
tirakınızdan  da  bizim  əzablarımız  əmələ  gəlir.  Bir  sözlə,  biz  hər  tərəfdən  əzab 
çəkirik.  
Tomas  bildirdi  ki,  niyə  Prezidentin  məntiqi  elə  bir  sual  soruşmağa 
ehtiyac duyur ki, onlara verilən cavabı o, artıq bilir. Bəlkə də, siz uzun müddətdir 
ki, azadsınız, güman ki, bu bütün sizin həyatınızdır. Siz quldarlığı ləğv etsəniz də, 
ağ irqlə bizim bərabərliyimizə uzun bir yolun keçilməsi lazım gələcəkdir.  
E.M.Tomas sonra nəzakətlə dedi:  


167 
 
–  Biz,  qul  qardaşlarımızın  Linkam  Dayı  adlandırdıqları  adam  ilə  görüş 
imkanını qiymətləndiririk.  
Linkoln güldü:  
–  Mənə  deyiblər  ki,  1861-ci  ildən  sonra  Cənubda  doğulan  rəngli 
uşaqların hamısına Eyb adı veriblər. 
Tomas cavab verdi:  
–  Sənə  həqiqəti  deyiblər.  Təkcə  Cənubdakkı  bizim  oğlanlarımız 
Abraham  adlanmır,  çox  yerdə  körpə  uşaqlar  bu  adı  daşımağa  başlayırlar.  Sən 
Allahın işini görmək üçün seçilmisən, bu, müəyyən şəkildə mənim üçün qəribədir. 
Mən indiki tək sənə baxanda – Taleyin bəxş etdiyi bir adamı görürəm.  
Prezidentin  ağlı  bu  vaxt  öz  qərarını  verdi.  O,  bütün  böyük  vəzifəlilərə 
dedi ki, o, Azadlıq Proklamasiyasını bəyan edəcəkdir.  
Lakin  təhlükə  də  Linkolnu  addımbaşı  izləyirdi.  Onu  təkcə  sözlə 
hədələmirdilər,  bu  hədənin  reallaşmasına  da  cəhd  edirdilər.  Arvadının 
rəfiqələrindən  birinin  ona  ərinə  təhlükə  gözlənildiyini  dedikdə,  Meri  soruşmuşdu 
ki, bu nə təhlükədir, kimə ünvanlanmışdır? Qadın cavab verdi ki, Prezidentə, onun 
üzərində qara bulud gəzir.  
Bu iki qadın daş binanın kiçik otağında söhbət edən vaxt Linkoln heç bir 
müşayiətçisi  olmadan  Əsgər  Evinə  doğru  at  çapırdı.  Göydəki  Ay  parlaq  işıq 
saçırdı, bu anda o, dəqiq hədəf idi. At iri söyüd ağaclarının altı ilə sürətlə gedəndə 
Ay  işığı  budaqlarda  tərpənir,  təhlükəli  kölgələr  rəqs  edirdi.  At  kənara  sıçradı. 
Linkoln atı sakitləşdirmək üçün irəliyə tərəf əyiləndə, güllə səsi eşidildi. Linkolnun 
papağı  başından  düşdü.  O,  bir  refleks  qaydasında  atın  başına  tərəf  yatdı  ki,  onu 
dördnala  çapmağa  sövq  etsin.  Bu vaxt  ikinci  atəş  baş verdi.  O,  arvadının  olduğu 
daş evə gələndə, həm Linkoln, həm də altındakı at çətinliklə nəfəs alırdı. Xidmətini 
icra  edən serjant  atdan  düşməkdə  Prezidentə kömək  etdi.  Arvadı onun  papağının 
başında olmadığını gördü.  
Linkoln:  
– Yəqin ki, onu itirmişəm.  
Arvadına təhlükə barədə xəbər verən qadın ona dedi ki, sizin həyatınıza 
qəsd olacaqdır, cənab Prezident. Sən vuruşmayan generalın yerini dəyişdirməlisən. 
Sən prezident olacaq Kabinet üzvünü vəzifədən azad etməlisən. Sən iri burnu olan 
adam barədə agah olmalısan. Linkoln qadının sözlərinə belə cavab verdi:  
–  Yaxşı,  mister  Çeyz  kiçik  burnu  olan  iri  adamdır,  beləliklə,  onu 
kənarlaşdırmalıyam.  Bu  məsələlərdə  mən  fatalistəm.  Əgər  bir  təkrar  olunan  qəsd 
varsa, mən ona çox əhəmiyyət vermirəm və əgər bu, qiyamçılar tərəfindən mənim 
əsir götürülməyim və girov kimi saxlanmağımdırsa… 
O,  belə  söhbətləri  adətən  zarafatt  müstəvisinə  keçirib,  onları  kəsməyi 
bacarırdı.  
Linkoln  öz  taleyi  barədə  düşünmürdü,  onu  daha  çox  qayğılandıran 
ölkəsinin  maliyyə  vəziyyəti  idi.  O,  gileylənirdi  ki,  müharibə  necə  də  baha  başa 
gəlir.  Bütün  axıdılan  qanlar  barədə  düşün  və  onda  özündən  soruş  ki,  hansısa  bir 
adam  deyə  bilərmi  ki,  o,  bu  dəhşətli  müharibədə  yalnız qulları  öz  mülkiyyətində 
saxlamaq hüququ üçün vuruşmuşdur.  



Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə