Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə73/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   69   70   71   72   73   74   75   76   ...   102

168 
 
O deyirdi:  
–  Mən  seçilmişəm  ki,  müəyyən  bir  işi  görüm  və  bunu  görməliyəm. 
Mənim gördüyüm iş köməyə möhtacdır. Buna heç bir şübhə yoxdur.  
Dövlət  katibi  Syuardı  isə  öz  ambitsiyaları  məşğul  edirdi.  Bir  dəfə  o, 
qaraqabaq  şəkildə  Prezidentə  dedi  ki,  mən  arzulayıram  ki,  Tsitseron  kimi  Senata 
girib, bir gecədə bu Katilinaları qovmaq hüququna malik olum. (Tsitseron b. e. ə. 
63-cü  ildə  konsul  olduqda  Respublikanı  məhv  etməyə  çalışan  qiyam  başçısı 
Katilinanı məhkəməsiz, mühakiməsiz həbs etdirib, edam etdirmişdi. Sonralar o, bu 
qanunsuz  hərəkətinə  görə  Yunanıstana  sürgünə  getməyə  məcbur  olmuşdu). 
Syuardın bu istəyi onsuz da kövrək olan sabitliyi poza bilərdi.  
Mülayimlər  də  quldarlığın  ləğv  edilməsinin  nəticələrindən  ehtiyat 
edirdilər.  Onlar  Birliyin  hər  bir  hissəsində  zənci  əhalisi  arasındakı  qarışıqlıqdan 
qorxduqlarından narazılıqlarını bildirirdilər. 
Linkolnun  düşmənləri  isə  heyifsilənərək  deyirdilər  ki,  Azadlıq 
Proklamasiyası heç də Linkolnu öz fərqlənən imzasından məhrum etmədi. O, bunu 
çoxları  ilə,  daha  artıq  dərəcədə  səfehlərlə,  qabiliyyətsizlərlə,  krallar  və 
imperatorlarla, xəlifələr və itlərlə bölüşəcəkdir, çünki o, Linkolndur – Axırıncıdır. 
Linkoln buna gülürdü:  
–  Mən  bilmirəm  ki,  niyə  düşünürlər  ki,  mən  axırıncı  amerikan 
prezidentiyəm və ya Linkoln adlı axırıncı bir prezident olacağam.  
Linkoln  tam  başqa  şey  haqqında  düşünür  və  qüssələnirdi.  O,  məyus 
olurdu ki, ölkənin 720 milyon dollarlıq borcu vardır.  
Müharibə  o  dərəcədə  də  azad  əməyin  qul  əməyinə  qarşı  olan  vuruşu 
deyildir,  bu  həyata  iki  münasibəti  bildirir,  Cənublular  və  Yankilər  (Cənublular 
Şimallıları belə adlandırırdı) İngiltərədəki antaqonist kimi doğulmuş Süvarilərə və 
Dəyirmi  başlılara  bənzəyirdər  (XVII  əsrdəki  İngilis  Vətəndaş  müharibəsində, 
1649-cu  ildə  kral  I  Çarlz  Kromvel  tərəfindən  edam  edilmişdi.  Əks  tərəflərdə 
mübarizə  aparanlar  yuxarıda  göstərilən  adları  daşıyırdılar.  Kralın  tərəfində 
vuruşanlar  Süvarilər  adlanırdı.  Parlament  tərəfində  vuruşanlara  isə,  Süvarilər 
«Dəyirmi başlar» yarlığını yapışdırmışdılar). 
Syuardın  ambisiyasına  da  şərait  uyğun  gəlmirdi.  O  öyrənmişdi  ki, 
Respublikaçı  senatorların  tam  çoxluğu  ona  etibar  etmir.  Bu  səbəbdən  də  özünün 
1864-cü ildə prezidentliyə namizəd göstərilməsi fikrindən vaz keçmişdi. O, qərara 
almışdı ki, mümkün olan hər bir şeyi etsin ki, Linkoln yenidən prezident seçilsin. 
Prezident isə ölkənin etimadını itirmişdi, bu vaxt Sülh Demokratları adlananlar hər 
yerdə başlarını qaldırmışdılar.  
Cəbhədə  də  işlər  yaxşı  getmirdi.  Konfederatın  baş  komandanı  Li  öz 
qüvvələrini  Pennsilvaniya  ətrafına  yaymağa  başlamışdı.  York  şəhəri  təslim 
olmuşdu.  Li  bu  vaxt  ştatın  paytaxtı  Harrisburqu  tutmağa  tələsirdi.  O,  Birilyin 
anbarlarından  yenidən  silahlanılır  və  ərzaq  ehtiyatı  götürürdü.  Filadelfiyaya 
hərəkət edəcək, yol üstündə Midlə döyüşə girəcəkdi. Hər iki ordu Pennsilvaniyada 
üz-üzə gəldi. Döyüş başlandı. 


169 
 
Mid bu vaxt Linin hücumunu gözləyirdi. Linkoln gileylənirdi ki, bizim 
generallar  onlara  daim  hücum  edilməsini  gözləyirlər.  İlkin  hücum  etmək  onların 
təbiətinə uyğun deyildir.  
Uğurlu  döyüşlər  aparan  və  qələbə  çalan  Uliss  Qranta  isə  Linkolnun 
silahdaşlarının  münasibəti  heç  də  bir  mənalı  deyildi.  Syuard  onu  açıqca 
sərxoşluqda  günahlandırırdı.  Belə  deyirlər  ki,  Linkoln  bu  ittihamları  eşitdikdə, 
Qrantın  hansı  marka  viski  içdiyi  ilə  maraqlanmış  və  əlavə  etmişdi  ki,  o  biri 
generallara da həmin viçkini içməyi məsləhət görərdi. Oxşar sözləri 1756–1763-cü 
illərdəki Yeddiillik müharibədə Kanadada fransızlara qarşı böyük uğurla vuruşub, 
axırda  həlak olan  ingilis  generalı  Vulf haqqında  məşhur baş nazir böyük  Uilyam 
Pitt də demişdi. Paxılları məharətli sərkərdə Vulfu da sərxoşluqda ittiham edirdilər. 
Belə çıxırdı ki, sərxoşluq qələbələr bəhrəsi gətirir.  
Syuard  ittihamını  əsaslandırmaq  üçün  Qrant  barədə  şayiələrin  doğru 
çıxdığını, onun casuslarının bunu bilavasitə gördüklərini misal gətirmişdi ki, guya 
23  iyulda  o,  sərxoş  imiş.  Prezident  dedi  ki,  mən  bunu  eşitməmişəm.  Həmçinin 
şəxsən şəhadət verə bilərəm ki, 31 iyulda o, ayıq idi. 
Linkoln öz qədəhləri ilə oynayarkən buna belə cavab vermişdi:  
 –  Mənə  Qrant  xoş  gəlir.  O,  məni  təşvişə  salmır  və  cana  doydurmur, 
əlavə  kömək  verilməsi  barədə  heç  vaxt  haray  çəkmir.  Ona  verilən  qoşunları 
götürür  və bacardığı ən  yaxşı şeyləri  edir.  Əgər  o,  Viksburqu götürübsə,  biz  ona 
minnətdar olmalıyıq.  
 Syuardın  Qrantı  aşağılamaq  cəhdi  baş  tutmadı,  burada  Linkoln  özünü 
müdrik bir prezident kimi göstərdi.  
Pennsilvaniyada isə Li hücumunu davam etdirirdi. Mid isə olduğu yerdə 
də dururdu. O, öz əməliyyatlarının müdafiə və ya hücum əməliyyatı olduğunu da 
bilmirdi.  Görünür,  hər  ikisini  eyni  vaxtda  edir,  qarışıq  salırdı.  Gecə  düşəndə  Li 
qaçmağa məcbur oldu. Linkoln Midə xəbər göndərdi ki, düşmənin arxasına düşsün 
və  Potomak  çayına  çatmamışdan  onların  yolunu  kəssin.  General  Middən  alınan 
xəbərdə o, düşmən qüvvələrinin sayca çox olduğunu, həmin ordunu məğlub edib, 
məhv  etməyə  cəhd  etdiyini  yazırdı.  Axırda  isə  əlavə  edirdi  ki,  ordusu 
«müdaxiləçiləri  bizim  torpaqdan  qovmağa»  çalışır.  Bu  sözlər  Linkolnu 
əsəbiləşdirdi.  Düşünürdü  ki,  general  Mid  ona  qulaq  asmalıdır.  O  deyirdi  ki, 
qiyamçıları  biz  öz  ağuşumuzda  sıxacağıq.  Biz  əgər  əllərimizi  irəli  uzatsaq,  onlar 
bizim  olacaqlar.  O,  çox  inandığı  bu  ümid  barədəki  sözlərini  oğlu  Robertə  də 
söyləmişdi.  
Linkoln  Viksburqun  nə  yolla  tutulmasını  bilmək  istəyirdi.  Qrant  30 
minlik  Konfederat  qarnizonuna  öz  düşərgəsinə  dönməyə  imkan  verməmişdi.  Bu, 
1863-cü  il  iyulun  4-də  18  günlük  mühasirədən  sonra  baş  vermişdi.  Qrant  şəhəri 
zəbt  etmişdi.  Missisipi  çayı  Birliyin  əlində  idi.  Bu  olduqca  böyük  məsələ  idi. 
Linkoln  bunu  anlaya  bilmədiyini  deyirdi.  Lakin  Çeyz  bildirdi  ki,  mən  həmişə 
inanırdım ki, tez ya gec biz bunu edəcəyik, Viksburqu götürəcəyik. Və müharibəni 
udacağıq.  Linkoln  narazı  qaydada  dedi  ki,  onu  başa  düşə  bilmir  ki,  niyə 
müharibədəki  bu  ən  böyük  qələbəni  çalan  adam  bu  xəbəri  mənə  və  millətə 
verməmişdir.  Mənim  o  biri  generallarım  adətən  hələ  döyüş  gedən  vaxt  öz 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə