Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə75/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   71   72   73   74   75   76   77   78   ...   102

172 
 
şeyin  icrası  başa  çatdıqdan  sonra  Linkoln  qızdan  nə  qədər  pul  verməli  olduğunu 
soruşduqda,  qız  «5  dollar»  cavabını  verdi.  Linkoln  özünü  lazımınca  təqdim 
etdiyindən, bu vaxt bildirdi ki, onun yalnız 3 dollar pulu vardır. Qız «yaxşı» deyib 
razılaşdı  və  əlavə  etdi  ki, iki  dollara  görə sənə  inanıram. Lakin  Linkoln  fikirləşib 
dedi  ki,  yox  mən  borclu  kimi  buranı  tərk  etmək  istəmirəm.  Mən  kasıb  adamam, 
bilmirəm  ki,  sonrakı  dollarım  haradan  gələcəkdir.  Səni  də  aldatmağı  özümə  rəva 
bilmirəm. Qız 3 dolları ondan almadı və dedi:  
– Mister Linkoln, sən indiyədək gördüyüm ən vicdanlı adamsan. 
Yüngül  əxlaqlı  bir  qız  da  onun  vicdanlılığını  müəyyən  etməyi 
bacarmışdı.  
Bu hadisəni Linkolnun Sprinqfilddən olan köhnə dostu Spiid danışmışdı 
və  əlavə  etmişdi  ki,  nə  baş  verdiyini  o,  özü  sonralar  mənə  söyləmişdi.  Qız  özü 
əvvəlcə bunu ona danışmış, Linkoln isə həmin əhvalatı sonralar xatırlamışdı.  
Bəlkə  də,  yüksək  vicdanlılığına  görə  o,  öz  uşaqlarının  səhvinə  də 
bütünlüklə kor idi.  
Arvadına  gəldikdə,  onun  özünü  biabır  edən  həyasızlığına,  nadanlığına, 
əsassız  qısqanclığına  da  o,  güzəştlə  yanaşırdı.  Merinin  şıltaqlığına,  ağılsız 
təkidlərinə  o,  boyun  əyməli  olurdu.  Linkolnu  xəbərdar  etmişdilər  ki,  ictimai 
yerlərdə  iştirakdan  çəkinsin,  çünki  sui-qəsd  ehtimalı  müharibədən  sonra  azalmaq 
əvəzinə  daha  da  artmışdır.  Özü  tamaşaya  baxmağa  getmək  istəməsə  də,  arvadı 
Meri  guya  aktrisanın  son  çıxışı  olacağını  bəhanə  edərək,  ağılsız  təkidini  davam 
etdirmiş  və  Ford  teatrına  getməyə  onu  razı  salmışdı.  Bu  teatrın  lojası  isə  onun 
aqoniya  çarpayısının  başlanğıcı  oldu.  Ölümcül  yaralanmış  Prezident,  yəqin  ki, 
hətta danışmağa imkanı olsaydı, ağılsız arvadını onu ölümə məhkum etdiyinə görə 
yenə də məzəmmət etməkdən çəkinərdi.  
Lakin Linkoln müharibə dövrünün zəruri diktəsindən də yayına bilmirdi. 
Ona  görə  də  bəzən  demokratiyanı  məhdudlaşdırmaq  istiqamətində  də  addımlar 
atırdı.  Müharibə  başlayanda,  1861-ci  ilin  aprelində  o,  «Habeas  Corpus»-un 
fəaliyyətini dayandırdı, bu isə insan haqlarına hörmətsizlik idi. O, tənqid hədəfinə 
çevrilsə də, Cənubda ABŞ-ın bütün qanunlarının zorakılığa məruz qaldığını buna 
haqq qazandıran səbəb kimi göstərmişdi. Lakin Medisonun vaxtında bu tədbirə əl 
atılmamışdı.  Çünki  o  vaxt  müharibə  bu  miqyasda  deyildi  və  əhalinin  böyük 
əksəriyyətini  əhatə  etməmişdi,  müqayisə  olunduqda,  həmin  müharibə  lokal 
xarakter daşıyırdı. 
Vaxtilə  qoca  siyasətçi  Blerin  Linkolna  dediyi  kimi,  qələbə  nəyin  düz, 
nəyin əyri olduğu sualına heç vaxt cavab vermir. Qan axıdılan bir münaqişədə əldə 
edilən qələbə  bütün suallara cavab verir, səhvləri  və  ədalətsizlikləri də ört-basdır 
edə, malalaya bilir.  
Vətəndaş  müharibəsi  ölkə  vətəndaşlarını  iki  cəbhəyə  bölüb,  üz-üzə 
gətirib,  döyüşdürdüyünə  görə  daha  sərt  xarakter  daşıyırdı,  burada  «Habeas 
Corpus»un prinsiplərinə sadəlövhlüklə riayət etməklə, adamları səfərbərliyə almaq, 
həm də xainləri layiqincə cəzalandırmaq mümkün olmazdı.  
 
 


173 
 
 
Gettisburq nitqi 
 
 
Prezident Getticburqa gəldi, onu Syuard, Bler və Aşer  müşayiət edirdi. 
19  noyabr  1863-cü  il  günü  hələ  də  isti  hava  var  idi.  Gettisburq  qələbəsi 
münasibətilə  təşkil  edilən  tədbirdə  köhnə  məşhur  natiq  Eduard  Evert  öz  gələcək 
çıxışını Prezidentə göndərmişdi, o, iki saat danışacaqdı.  
Onlar  sonrakı  günün  səhəri  Qəbiristanlıq  təpəsində  oldular.  Yeddi 
qubernator  da  burada  idi.  Bu  vaxt  Sattanoqa  döyüşü  başlanmışdı.  Qrant  hücum 
edirdi.  Mitinqdə  Evert  çıxış  etdi.  O,  oturanda  Linkoln  öz  kağızlarını  çıxartdı  və 
eynəyini taxdı. Hərarətli alqış səsləndi və o, çıxışına başladı. O, çıxışında dedi: « 
Bu  müharibənin  böyük  döyüş  səhnəsində  biz  qarşılaşdıq,  millətin  yaşaması  üçün 
onların  qurban  verdikləri  həyatlarının,  uyduqları  son  mənzildə  bu  həsr 
olunmalarının  bir  hissəsini  gördük.  Bizim  elədiklərimiz  bütünlüklə  faydalı  və 
düzgün  idi. İgid  adamlar,  yaşayanlar və həlak olanlar  burada mübarizə  apardılar, 
buna özlərini həsr etdilər. Burada bizim dediklərimizə dünya az diqqət verəcək və 
ya uzun müddət xatırlamayacaqdır. Onların burada etdikləri isə heç vaxt unudula 
bilməz.  Burada  mərhum  olanlar  əbəs  yerə  həlak  olmamışlar,  millət  Allahın 
himayəsi altında azadlığa yeni doğuş verdi və bu xalqın hökuməti, xalq vasitəsilə 
olan hökumət, xalq üçün olan hökumət Yer üzündən silinməyəcəkdir».  
Bu nitq tarixdə Linkolnun Gettisburq çıxışı kimi məşhur oldu.  
 
 
 
 Linkoln ikinci müddətə prezident seçilir 
 
 
1864-cü  il  prezident  seçkisinə  namizəd  kimi  generallar  Makklellan  və 
Qrant da qatılmışdılar. Linkoln isə Baltimorda Respublikaçılar partiyası tərəfindən 
yekdilliklə  namizəd  göstərilmişdi.  Linkoln  deyirdi  ki,  mənə  heç  nə 
saxlanmamışdır,  mən  isə  hələ  prezidentəm.  Ona  imkan  verilməlidir  ki,  həyata 
keçirmək  üçün  seçdiyi  işi  başa  çatdırsın.  O,  dinc  qaydada  vəzifədən  getmək 
istəyirdi. Qoy onun təhlükəli yerinə daha yaxşı adam gəlsin. O deyirdi ki, bu, bir 
faktdır  ki,  sən  və  sənin  ən  yaxşı  adamın  mənim  yasıma  gələ  bilər,  bu  münaqişə 
başa  çatanda  mən  qurtaracağam.  Elə  bil ki,  o, taleyinin  necə bir  acı  şəkildə başa 
çatacağını hiss edirdi.  
8  noyabr  1864-cü ildə, cümə  axşamı  Vaşinqtonda  yağış  yağırdı. Həmin 
gün  prezident  seçkisi  gedirdi.  Prezident  parkı  sarı  palçıq  dənizinə  çevrilmişdi. 
Axşam  saat  7-yə  yaxın  o,  yazı  masasının  arxasında  idi.  Axşam  saat  9-da  məlum 
oldu ki, o, öz doğma ştatında irəlidədir. Massaçusetsdən də məmnunedici xəbərlər 
gəlirdi.  Nyu  Cersi  Makklellana  tərəf  sürüşməyə  başlamışdı.  Nyu  Yorkda  da 
Makklellanla  müqayisədə  üstünlük  Linkolnun  tərəfində  idi,  burada  qubernator 
Horatsio  Seymur  isə  məğlub  olmuşdu.  Ohayoda  da  Respublikaçılar  qalib  gəldi. 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə