Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə77/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   73   74   75   76   77   78   79   80   ...   102

176 
 
Məhkəməsinin  keçmiş  hakiminin  və  Birləşmiş  Ştatlarının  keçmiş  senatorunun 
müşayiəti ilə Linkolnun və Syuardın onları gözlədikləri zala daxil oldular. 
Stefens Linkolna tərəf gəlib əlini qaldırdı. Prezident dedi:  
–  Belə  çox  qabıqdan  sonra  burada  nə  vaxtsa  bir  qarğıdalı  qıçası 
olmuşdurmu?  
Linkolnun  belə  obrazlı  ifadəsi  Böyük  Britaniyanın  gələcək  baş  naziri, 
həmin vaxt icraçı kansler işləyən Bencamin Dizraelinin hazırcavablığını xatırlatdı. 
Dizraeli  bir  qayda  olaraq  nahardan  sonra  qonaqlarla  oturmağı  sevmirdi  və  təkid 
edirdi  ki,  hər  bir  adam  ev  sahibəsi  ilə  eyni  vaxtda  süfrə  arxasından  durub,  çıxıb 
getsin.  O  qədər  də  yaxşı  xörəklər  olmayan  bir  nahardan  sonra  Dizraeli  ev 
sahibəsinin  qalxmaq  istədiyini  düşünüb  ayağa  durdu.  Bu  vaxt  o,  həmin  qadının 
səsini eşitdi:  
– Hələ getmək yoxdur, kansler. İndi şampan gətiriləcək.  
Dicraeli kürsüsündə əyləşib dedi: 
– Nəhayət ki, bir isti şey verilir. 
Stefens onun əlini sıxdıqdan sonra güldü:  
– Mister Linkoln, mən sizi əvvəlki kimi görməyə şadam. Qorxurdum ki, 
bu böyüklükdən sonra siz daha da boy atacaqsınız.  
Linkoln:  
– Yeganə böyüklük o idi ki, mən narahatlıq yoluna qədəm qoymuşdum.  
Stefens ona cavab verdi:  
– Onda biz bəzi şeyləri bölüşməliyik.  
Stefens hesab edirdi ki, qulların azad olmasının tədricən – beş il ərzində 
keçirilməsi təklifi dəyişilən şəraitlərdə hər iki tərəfə yaşamaq üçün iş görməyə vaxt 
verəcəkdir. Bəlkə, mənim Corciya sirdaşlarım da deyəcəklər ki, onlar öz qullarını 
saxlamaq istəyirlər.  
Linkoln buna etiraz etdi:  
– Bu, mümkün deyildir.  
Stefens:  
–  Ancaq  əgər  mən  sizi  düzgün  başa  düşürəmsə,  siz  bizim  qulları 
müharibə  zərurəti  kimi  azad  etmisiniz  və  heç  də  ona  görə  yox  ki,  prinsipcə 
quldarlığın ləğv olunmasına rəğbət bəsləyirsiniz.  
Linkoln başının hərəkəti ilə bu sözlə razılaşdı:  
– Bu, düzdür.  
Syuard müdaxilə etdi:  
–  Konstitusiyaya  13-cü  Düzəliş  əgər  ratifikasiya  olunsa,  hər  şey 
dəyişiləcəkdir.  
Stefensi müşayiət edən hakim bu 13-cü Düzəlişin nə olduğunu soruşdu. 
Axı o, məhkəmədə işləyəndə yalnız 12-ci Düzəliş var idi.  
Syuard cavab verdi:  
–  Konqress  yanvarın  31-də  bütün  Birləşmiş  Ştatlarda  quldarlığın  ləğv 
edilməsi  barədə  düzəlişi  qəbul  etmişdir.  Təbii  olaraq,  ştatların  üçdə  ikisi  onu 
ratifikasiya etməlidir. O vaxt siz Birliyin daxilində olacaqsınız, siz «yox» deyə səs 
verməyə də qadir olacaqsınız. 


177 
 
Stefens dedi:  
–  Bu,  hər  şeyi  dəyişəcəkdir.  Mister  Bler  isə  bizi  əmin  etmişdi  ki, 
kontinental alternativ mövcuddur.  
Linkoln başını silkələdi:  
–  Bu,  mister  Blerin  qərarıdır,  mənim  qərarım  deyildir.  Bir  gün  biz 
Meksikada fransızlarla  müharibəyə girməli olsaq, bu, əlbəttə, mümkündür. Lakin 
bu, baş verməmişdir, əvvəlcə biz Birliyi yenidən bütöv etməliyik. 
Onlar 4 saat söhbət etdilər və heç bir nəticə alınmadı. Linkoln belə bir 
xətti götürmüşdü ki, hər kəsin Birliyə daxil olmaq andı içdikdə digər tərəfdən onun 
xoş qarşılanmasına baxmayaraq, burada müəyyən fərdlər də vardır ki, başqalarını 
qiyama təhrik etdiyinə görə cəzaya layiq olmalıdır.  
Cənubdan  gələn  keçmiş  senator  Linkolna  «mister  Prezident»  deyə 
müraciət  etdi.  Syuard  buna  diqqət  yetirdi  ki,  cənublular  Linkolna  öz  titulu  ilə 
müraciət etməyi  məqbul sayırlar. Linkoln isə söhbətdə bir dəfə də olsun Stefensi 
Vitse-prezident  adlandırmamışdı,  daha  az  qaydada  da  Devisə  prezident  deyirdi. 
Senator  əlavə  etdi  ki,  əgər  söz  düzgün  başa  düşülürsə,  siz  fikirləşirsiniz  ki,  biz, 
Konfederasiyadan olanlar xəyanət işlətmişik, biz sizin hökumətin satqınlarıyıq, biz 
öz  hüquqlarımızdan  məhrum  olmalıyıq  və  cəlladın  tam  tabeliyində  olmalıyıq. 
Həqiqətənmi siz bunu demək istəyirsiniz?  
Linkoln dedi:  
–  Bəli.  Bu,  böyük  qayda  pozğunluğu  yaranan  vaxtdan  bizim 
dediyimizdir.  
Cənublu senator Hanter buna belə cavab verdi: 
–  Nə  qədər  ki  siz  Prezidentsiniz,  bizim  dar  ağacından  asılmaqdan 
yayınmağımız ancaq özümüzün necə davranmağımızdan asılı olacaqdır.  
Syuard əlavə etdi:  
– Hər şey fərdi və özəl qaydada həyata keçiriləcəkdir.  
Prezident  cənublulara  əlvida  dedi,  əlavə  etdi  ki,  bu  səfərə  çıxmağa, 
demək olar ki, dəyərdi. Onlar yalnız sonluq barədə düşünürlər.  
Ondan bunun nə qədər uzanacağını soruşduqda dedi:  
– Yüz gün. Təbii ki, mən hələ itirməli olacağım şansların sayını nəzərdə 
tutmağa cəsarət etmirəm.  
Üç gün sonra Linkoln Kabinetə qul sahiblərinə dəyən ziyanın ödənilməsi 
barədə öz sxemini təklif etdi.  
Linkoln  müharibəni  mühakimə  edirdi,  həm  də  müharibə  qurtardıqdan 
sonra Birliyin necə yenidən qurulmasını təsəvvür etmək istəyirdi.  
 
 
 
Con Uilkis Butun sui-qəsd cəhdi 
 
 
4 mart 1865-ci ildə yeni inauqurasiya günü idi. But qış ərzində çox və ya 
az  qaydada  özünü  bu  işə  həsr  edən,  əsasən,  cənublulardan  ibarət  olan  bir  dəstə 


178 
 
toplanmışdı. O, Gettisburqda yaralanmış Peyni də qəsdçilər sırasına daxil etmişdi. 
Burada  digər  iki  köhnə  Konfederat  əsgəri  var  idi,  onlar  Baltimordan  idilər, 
onlardan biri Butla bir məktəbdə oxumuşdu. Aktrisa Ella isə Butla sevişir, ona ərə 
getməyi arzulayırdı. 
 Dəstənin  üzvü  Devid  seçkinin  nəticəsi  ilə  Butun  çox  məyus  olduğunu 
gördü.  Tiranı  indi  öldürmək  lazımdır  ki,  onun  yerini  satqın  Conson  (Vitse-
prezident Endryu Consonun özü cənublu idi) kimi nifrət edilən bir adam tutmasın. 
Onlar  13  avqustda  axırıncı  şansa  malik  olmuşdular  ki,  Prezidentə 
məhvedici  qədəhi  ötürsünlər.  Bu  plan  Prezidenti  zəhərləmək  məqsədini  güdürdü, 
lakin qabaqcadan aşkarlandığından baş tutmadı. Prezident bir həftə yatmamışdı, öz 
həkimi  Tompsondan  xahiş  etmişdi  ki,  ona  yuxu  dərmanı  versin.  Bu,  olduqca 
əlverişli  an  idi.  Riçmonddakı  Konfederat  hökuməti  Butun  arxasında  dayanmışdı. 
Bir  anlığa  Prezident  qətldən  təhlükəsiz  oldu.  Vitse-prezident  Endryu  Conson 
Linkolndan  daha  çox  təhlükədə  idi.  Qrantın  üstün  strategiyasından 
Konfederasiyanın başı fırlanırdı. Artıq Cənubda vuruşa bilən adam da qalmamışdı.  
Prezidentin 18 yanvarda Ford teatrına gəlib “tamaşaya baxmaq istədiyi” 
elan olunduqda qiyamçı sima olan But hərəkətə gəldi. Teatrın arxasında qəsdçilər 
üçün  iki  at  bağlanmışdı.  Butdan  siqnal  olan  kimi  onun  dostu  olan  aktyor  teatrda 
bütün  qaz  işıqlarını  söndürəcəkdi.  Bu  vaxt  Prezident  tutulacaq,  sarınacaq  və 
səhnəyə  gətiriləcəkdi.  Burada  xüsusən  güclü  olan  Peyn  onu  teatrın  yanında 
gözləyən  atlardan  birinin  belində  qaçıracaqdı.  Plan  iki  gün  ərzində  ehtiyatlı 
qaydada məşq edildi. Lakin sonra 18 yanvar axşamı Prezident teatra gəlmədi.  
Con  Uilkis  But  və  Luis  Peyn  Prezident  parkının  qurtaracağında 
dayanmışdılar. But dəhşətə gəlirdi.  
– Allahım! O, zəncilərə səs hüququ verəcəkdir.  
Sonra Peynin qulağına pıçıldadı:  
– İndi gəl, onu güllə ilə vur.  
Peyn başını silkələdi:  
– İndi yox, kapitan. Bu, çox risklidir. Və o, çox uzaqdır. 
Prezident  çıxışını  bitirdikdə,  But  inauqurasiya  nitqini  nəzərdə  tutaraq 
dedi:  
– Bu, onun son çıxışı olacaqdır. 
But iki teatrda işləyir, rollar oynayırdı. Onlardan biri Ford teatrı, digəri 
Qreverinki  idi.  O  deyirdi  ki,  mən  özüm  Prezidentə  və  general  Qranta  qayğı 
göstərəcəyəm,  yəni  onları  özüm  öldürəcəyəm.  Elə  həmin  vaxt  Luis  Syuardı 
öldürəcəkdi.  Digəri  isə  Kolvud  evi  hotelində  Vitse-prezidenti  öldürəcəkdi.  Bir 
sürətli zərbə ilə hökuməti başsız edəcəyik.  Sonra biz Şimali Karolinaya gedəcək, 
orada həm də təpəlik yerlərdə vuruşan Constonun adamları ilə birləşəcəyik. 
Qrant  Riçmondun  şimalında  düşməni  əzdikcə,  Şeridan  isə  bu  vaxt 
şəhərin cənubunu atəşə tuturdu. Konfederasiya parçalanırdı. Həmin vaxt But daha 
da qızışmışdı. Qəsdçilər düşünürdülər ki, bizim faciəvi ölkə üçün edə biləcəyimiz 
bir şey, yalnız sonuncu iş ola bilərdi.  
Qəsdçilərdən  biri  Qay  Yuli  Sezarın  qətli  ilə  nəticələnən  qəsdin 
təşəbbüsçülərindən biri olan Mark Brutu nəzərdə tutaraq 4 mart günü dedi ki, mən 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə