Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə78/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   74   75   76   77   78   79   80   81   ...   102

179 
 
düşünürəm  ki,  o,  həmin  gün  Kapitolidə  onu  öldürmək  cəhdinə  hazırlaşırdı.  İndi 
onun  özü  Sezara  son,  23-cü  zərbəni  endirən  Brutun  rolunu  oynamaq  istəyirdi, 
Linkolna  bıçaq  zərbəsi  vurmağı  arzulayırdı.  O,  həm  də  özü  ilə  tapança  da 
götürmüşdü.  Axı  Sezar  b.e.ə.  44-cü  ilin  mart  idilərində,  həmin  ayın  15-də  qətlə 
yetirilmişdi. Linkolna qəsd də baş tutsaydı, həmin aya təsadüf edəcəkdi.  
Saat 10-da  yağış  yağmaqda davam  edirdi.  Tədbirin  marşalı  düşündü ki, 
Prezident  özünü  kütləyə  göstərməyəcəkdir,  onu  Kapitolinin  içərisində 
qarşılayacaq, bu vaxt Vitse-prezident də içəridə and içəcəkdir.  
But  Senatın  qalereyasında  oturmuşdu.  Ondan  aşağıda  Vitse-prezident, 
Tennessinin qubernatoru Endryu Conson tam sərxoş vəziyyətdə dayanmışdı. Ona 
yaxınlaşan  Senat  katibinə  dedi  ki,  heç  bir  ştat  Birlikdən  çıxa  bilməz.  Conson 
Bibliyanı əlində tutub bərk səslə dedi: 
– Mən Birləşmiş Ştatlara məxsus millətim qarşısında bu kitabı öpürəm.  
But  özünə  yer  tapa  bilmirdi,  o,  kütlənin  içərisində  dayanmışdı,  sol 
tərəfdəki cibində olan tapançanı əli ilə tutmuşdu.  
Linkoln çıxış etməyə qalxanda, o, əslində yayınılması mümkün olmayan 
bir hədəf idi. Lakin qəflətən çıxan günəşdən But başqa hər bir adam kimi özünü 
itirmişdi. Prezident çıxışına başladı:  
– Həmvətənli sirdaşlarım!  
Çıxış qısa idi. Nəhayət, çıxışında bir yer tapıb dedi:  
– Və müharibə gəldi.  
Meri,  oğlu  Robert  də  yanında  olmaqla,  Kapitolinin  tribunasında 
oturmuşdu.  Onun  kentukkili  atası  həmişə  deyirdi  ki,  hər  iki  adam  eyni  Bibliyanı 
oxuyur  və  eyni  Allaha  dua  edir  və  hər  kəs  digərinə  qarşı  öz  məqsədini  güdür. 
Prezident  isə  daim  Şimalı  və  Cənubu  birləşdirməyə  çalışır.  Atası  sözünə  davam 
edərək:  “Bu  da  qəribədir  ki,  istənilən sayda  adam  Allahdan kömək  xahiş etməyə 
cəsarət göstərir ki, başqasının üzündəki tər hesabına öz çörəyini qazansın.” Bu vaxt 
Meri  ağlamağa  başlamışdı.  “Hər  iki  dua  edən  cavab  ala  bilməcəyəkdir.  Qüdrətli 
Allah öz niyyətinə malikdir”. Atası qızına bu sözlərlə müdriklik dərsi vermişdi.  
Bütün  baş  barmağı  indi  tapançanın  tətiyi  üstündə  idi.  Həqiqətən  də, 
öldürmək və ölmək üçün bunun kimi yer, həmçinin bunun kimi bir vaxt lazımdır.  
 
 
 
Linkolnun inauqurasiyası və ikinci müddətin başlanması 
 
 
Prezident çıxışının sonunda dedi:  
–  Heç  kəsə  qarşı  qəzəb  nümayiş  etdirmədən  hamı  üçün  mərhəmət 
göstərilməklə,  hüququn  möhkəmliyi  ilə,  necə  ki  Allah  bizə  haqqı  görməyi 
vermişdir,  gəlin  biz  içərisində  olduğumuz  müharibənin  başa  çatması  uğrunda 
mübarizə aparaq, döyüşdə həlak olan hər kəsə, onun dul arvadına və yetim uşağına 
qayğı  göstərək,  –  hər  şeyi  edək  ki,  qazanılan  və  bizim  bütün  millətin  arasında 
davam edəcək sülhün qədrini bilək! 


180 
 
Gurultulu  alqış  eşidildi.  But  cibindəki  tapançanı,  yaxşı  görünən  bu 
hədəfə tuşlamışdı və tətiyi basdı, lakin atəş açılmadı.  
Sonra Linkoln Ali Hakim Çeyzin qarşısında göylərdə yazılmış andı içdi:  
–  Mən  təntənəli  qaydada  and  içirəm  ki,  Birləşmiş  Ştatların  Prezidenti 
vəzifəsini  sədaqətlə  icra  edəcəyəm  və  bütün  bacarığımla  onu  (yəni  Birləşmiş 
Ştatları-müəllif) qoruyub saxlayacaq, mühafizə və müdafiə edəcəyəm.  
Top  21  yaylım  atəşi  açdı.  But  cibindən  çıxardığı  tapançanı  yoxladı.  O, 
təhlükəsizliyi sərbəstləşdirməyi yaddan çıxarmışdı, ona görə də atəş açılmamışdı.  
Artıq  Birlik  qoşunları  bütün  istiqamətlərdə  Riçmonda  –  Konfederatın 
paytaxtına doğru hərəkət edirdi. Şeridanın gəlib çıxması şəhərin tutulması demək 
idi.  Müharibə  Şimal  üçün  xüsusi  əhəmiyyət  kəsb  edirdi.  Lakin  Şimal  ordusu 
əvvəllər  daim  məğlub  olurdu.  Qrant  deyirdi  ki,  əgər  Şeridan  bizə  qoşulsa,  ölkə 
deyəcəkdir ki, Şərq müharibələrə başladı, Qərb onları başa çatdırmışdır.  
Prezident admiral Porterlə faytonda Pitersburqa gedirdi. Linkoln deyirdi: 
– Bu, indi başa çatmışdır, birdəfəlik və hər şey üçün. Pitersqburq dəmir 
yolu stansiyasında kapitan Robert Linkoln «Pitersburqa xoş gəlmişsiniz, ser» deyə 
öz atasını salamladı. 
Qrant  isə  onları,  özünə  qərargah  kimi  saxladığı  evin  yanında  qarşıladı. 
Linkolnun əlini sıxdı. O dedi:  
– Mister Prezident, bu gün səhər saat 15-də general Ueytsel Riçmondun 
təslim  olmasını  qəbul  etmişdir.  Dünən  gecə  mister  Devis  və  onun  belə  adlanan 
hökuməti Denvillə köçmüşdür. General Li indi  Cənuba qaçmağa cəhd edir, lakin 
biz ona imkan verməyəcəyik. Nəhayət, biz onu axtardığımız yerdə götürəcəyik.  
Linkoln dedi ki, mən bu xəbəri teleqrafla millətə çatdıracağam. 
14  mart  1965-ci  ildə  Linkoln  arvadı  və  kiçik  oğlu  Tedlə  birlikdə 
göyərtəsində  olduqlari  “River  Queen”  gəmisi  Siti  Poyntdan  (Məntəqə  şəhəri) 
kənarda  lövbər  saldı.  Linkolnu  general  Qrant  salona  apardı.  Generalın  arvadı 
Culiya missis Linkolna “Siti Poynta xoş gəlmişsiniz”deyib,onu salamladı. Bu heç 
də Meriyə xoş gəlmədi, elə bil ki, Siti Poynt və ordu onunku imiş. Sonra onlar tək 
qalanda  Culiyanın  divanda  oturması  da  onu  narazı  saldı.  Axı  heç  kəs  Birinci 
Ledinin  icasəsi  olmadan  otura  bilməzdi.  Müharibənin  gedişi  barədə  söhbət 
gedəndə, Meri, əri üçün sülh danışıqlarının çətin olacağını deyəndə, missis Qrant 
bildirdi  ki,indi  heç  bir  sülh  danışığı  ola  bilməz.  Və  əlavə  etdi  ki,  mənim  ərim 
Riçmondu götürməyənə qədər müharibə başa çatmayacaqdır. 
 Aprelin  2-də  general  Qrant  Pitersburqu  işğal  etdi.  Li  geri,  Liçmonda 
qaçdı.  
Sonrası günü «Milvern» flaqman gəmisində o, admiral Porterlə birlikdə 
Riçmond limanına gəldi. Linkoln baş küçəni gəzəndə xarabalıqları gördü və şəhərə 
özlərinin  çox  ziyan  vurduqlarını  dedi.  Sonra  əlavə  etdi  ki,  Birlik  elə  bərpa 
ediləcəkdir  ki,  heç  kəs  onda  bütün  böyük  narahatlıqların  ən  kiçik  çapığını  da 
görməyəcəkdir.  Süvari  komandiri  raport  verdi:  «Bu,  Konfederatın  İcraiyyə 
binasıdır,  mister  Prezident.  O  indi  sizindir».  Linkoln  atdan  düşüb  Cefferson 
Devisin  evinə  girdi.  Linkolna  həmin  gündəki  fəaliyyət  barədə  məruzə  edildi. 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə