Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə80/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   76   77   78   79   80   81   82   83   ...   102

184 
 
Aktrisa  Larisa  Kiinn  lojaya  gəldikdə  Prezidentin  artıq  şüursuz  başını 
dizinin  üstündə,  həkim  yaranı  yoxlamağa  gələnə  qədər  saxladı.  Güllə  Linkolnun 
sol  qulağının  üstündən  başına  dəyib,  aşağı  və  sağa  hərəkət  edib,  sağ  gözün  lap 
aşağısında dayanmışdı.  
Ağ  Evdə  yaralını  gətirən  faytonu  gözləyirdilər,  bu  vaxt  kimsə  isterika 
şəklində qışqırdı:  
–  Mister  Syuard  da  həmçinin  öldürülmüşdür.  Kabinetin  bütün  üzvləri 
öldürülmüşdür.  
«Bunu kim etmişdir?» sualına biri cavab verdi: «Qiyamçılar». 
Linkoln  kiçik  yataq  otağında  arxası  üstə  uzanmışdı,  ağır  nəfəs  alırdı. 
Dağıdılmış kəllədən qan axırdı. Linkolnun sağ gözü şişib bağlanmışdı.  
Kabinet üzvləri gəlib-gedirdilər. Təkcə Stenton qalmışdı. Robert, hansısa 
bir ümidin olub-olmadığını soruşduqda, Stenton həkimin əvəzinə cavab verdi:  
– Heç bir ümid yoxdur. Beyin dağıdılmışdır. Yara ölümcüldür.  
Sonra əlavə etdi:  
– Teleqraf general Qranta xəbəri Filadelfiyada çatdırmışdır və o, tezliklə 
qayıtmalıdır. Həm də çoxlu mühafizəçilərlə. 
Sonra bir başqasına dedi:  
–  Get  Baş  hakimin  yanına.  Ona  nə  baş  verdiyini  söylə.  O,  lazımdır  ki, 
yeni prezidentin andını qəbul etsin. 
Dövlət  Departamenti  rəsmi  məlumat  verdi:  “Bir  nəfər  mister  Syuardı 
xəncərlə vurmuşdur, lakin çənəsindəki yeni icad edilmiş, dəmirdən olan protez onu 
xilas  etmişdir.  Ona  ümumiyyətlə,  xətər  toxunmamışdır.”  Bu  hadisələrin  hər  ikisi 
bir saat içərisində baş vermişdi.  
Robert Stentona baxdı, o, başını silkələdi. Sonra Meri otağa daxil olub, 
bərkdən qışqıraraq özünü çarpayıda uzanan Linkolnun üstünə atdı və dedi:  
– Bizi tərk etmə! 
Stenton yanındakılara müraciətlə:  
– Qadını buradan aparın, – dedi.  
O, daim ehtiramla davrandığı qadına  – birinci lediyə qəflətən kobudluq 
göstərdi. Qadını otaqdan çıxardılar.  
Vitse-prezident sərrast olmayan addımlarla içəri daxil oldu. Stenton ona 
daimi mühafizə ayrıldığını dedi:  
–  O  vaxta  qədər  ki,  biz  düşmənin  kim  olduğunu  biləcəyik.  Onlar  səni 
öldürmək istəyirlər. Mən buna əminəm.  
Vitse-prezident Conson dedi:  
– Bizə zərbə dəymişdir. 
Stenton əlavə etdi:  
–  Lakin  artıq  o,  yoxdur.  Biz  bu  qəzanın  xarabalıqları  altında  yaşamalı 
olduğumuz bir vaxt o, əsrlərə məxsus olacaqdır.  
15 aprel səhər saat 7-dən azacıq sonra Abraham Linkoln dərindən nəfəs 
aldı və öldu. Stenton sağ əlini avtomat kimi qaldırdı və ayağa qalxdı:  
– Kabinet indi yığışmalıdır.  
Prezident Conson and içəcəkdi. 


185 
 
Merini otağa gətirdilər. O, hıçqırırdı, ağlayaraq deyirdi:  
– Ey mənim Allahım! Mən öz ərimi ölməyə verdim.  
Robert onu otaqdan çıxardı. 
Brayantaun  yolunda Devid  Uilkislə görüşdü,  axırıncı  öz  atını çətinliklə 
çapırdı. But soruşdu:  
– Uğurmu?  
Devid «hə» cavabını verdi. But dedi: 
– Mən də həmçinin belə fikirdəyəm. 
But onu qarşılayan Con Lloyda dedi ki, biz Prezidenti və Dövlət katibini 
qətlə yetirdik. 
Dünyaya  xəbər  yayıldı  ki,  Con  Uilkis  But  Prezidenti  öldürmüşdür. 
Mister  Syuard  haqqında  isə  heç  bir  xəbər  yox  idi.  Uilkis  düşünürdü  ki,  Devid 
Herold  deyiləni  etmişdir  və  onlar  ikisi  də  dost  və  həqiqi  qardaş  olmuşdular, 
ölməzlik qazanmışdılar. 
Sonra  But  Virciniyadakı  bir  anbarda  öldürüldü.  Bir  həftə  əvvəl  teatrın 
lojasından  tullananda  ayağını  sındıran  But  bu  dövrdə  Tobakko  limanında 
gizlənmiş,  sonra  Potomak  çayı  ilə  üzmüşdü.  O,  anbarda  yatan  vaxt  anbar 
yandırıldı. Həm də onu boynundan güllə ilə vurdular.  
Butun  ətrafına  toplaşan  səfehlərin  hamısı,  missis  Surrat  adlı  qadın, 
güman ki, günahsız olduğu halda, dar ağacından asıldı. Stenton onların hər birini 
kütlənin gözləri qarşısında edam etdirdi. But öz yeznəsinə yazdığı məktubda olan 
şeyləri etiraf şəklində ifadə etməklə, artıq heç nəyi gizli saxlamamışdı.  
Belə  bir  versiya  mövcuddur  ki,  But,  Konqressdəki  müəyyən  radikal 
elementlər  tərəfindən  sadəcə  olaraq  istifadə  edilmişdi.  Stenton  isə  Konqressdəki 
radikallara  daha  yaxın  idi.  Sonralar  nəticədə  onunla  Prezident  Conson  arasında 
böyük  gərginlik  meydana  gəldi.  Conson  Linkolnun  Cənuba  qarşı  mülayim 
siyasətini  davam  etdirirdi.  Müdafiə  naziri  Stenton  isə  hər  an  ona  mane  olmaq 
istəyirdi.  
Siyasi cəhətdən Stenton və Linkoln, əgər Prezident sağ qalsaydı, hökmən 
sözləşəcəkdilər.  Stenton  öz  inkişafına  görə  Linkolna  borclu  idi.  Bəziləri  güman 
edirdi ki, onun Prezidenti öldürmək  üçün qəsd təşkil etməsi ağlabatan bir məsələ 
deyildir.  Linkolnun  kiçik  oğlu  Tez  Stentondan  atasının  kim  tərəfindən 
öldürüldüyünü  soruşduqda,  o,  qışqırığa  bənzər  səs  çıxarıb  otağı  tərk  etmişdi. 
Stenton  elə  qəzəblənmişdi  ki,  Ford  teatrının  həmişəlik  bağlanmasına  göstəriş 
vermişdi. Bəziləri isə onu qatillərin arasında xatırlayırlar. 
 
  
 
 
Linkolnun arvadı Meri Todd 
 
 
Kentukkidən varlı Todd ailəsinin qızı olan Meri 1842-ci ildə Linkolnla 
nikaha girdi. Bu qadın haqqında tarixçilər müxtəlif fikirlər irəli sürür, onu gah ilk 


186 
 
gündən  ərini  ilhamlandıran,  siyasətdə  uğurlar  qazanmasından  ötrü  cəhdlər  edən 
qadın kimi, gah da əsəbi durumu heç vaxt taraz olmayan, tez özündən çıxan, özünü 
idarə  edə  bilməyərək  bəzi  qadınları  heç  bir  səbəb  olmadan  təhqir  etməkdən  də 
çəkinməyən  ağılsız  şəxs  kimi  təqdim  edirlər.  Fakt  orasındadır  ki,  Meri  əri 
Linkolnun  vaxtsız  həyatdan  getməsinə,  özündən  asılı  olmayaraq  şərait  yaratmış, 
əslində ərinin qatillərinə öz dəhşətli əməllərini həyata keçirmək üçün axtardıqları 
imkanı vermişdi. Onun təkidi ilə Ford teatrında tamaşaya baxmağa gedən Linkoln 
qatilin  atəşi  hesabına  həyatdan  getmişdi.  Axı  Prezidenti,  konkret  olmasa  da, 
xəbərdar  etmişdilər,  onun  ictimai  tədbirlərə  qatılmaması  məsləhətini  vermişdilər. 
Meri  isə  ağıl  korluğu  ilə  şəraiti  qiymətləndirməyərək,  onu  yüngül  şıltaqlığının 
qurbanına çevirmişdi.  
Meri Todd öz əhvali-ruhiyyəsindən asılı olaraq ya madam ya da Hellcat 
– «cəhənnəm pişiyi» olurdu. Meri əri kimi Sprinqfilddən Vaşinqtona gəlmək üçün 
12  günü  və  gecəni  faytonda  keçirmişdi.  Hellicat  deyirdi  ki,  mən  faytonda  yol 
gedəndə  özümü  dəniz  xəstəliyinə  tutulan  kimi  hiss  edirəm.  Onu  sakitləşdirirdilər 
ki, sən tezliklə Ağ Evdə məskunlaşacaqsan. Vaşinqtona çatanda yalnız əynindəki 
mavi  velvet  paltarının  cırılıb-cırılmadığını  yoxladıqdan  sonra  sakitləşdi.  Özü 
haqqında deyirdi ki, «mən güvə şəhidiyəm».  
Meri  ərinə  deyirdi  ki,  mister  Byükenen  (Linkolndan  əvvəlki  ABŞ 
prezidenti)  bədbəxt  adam  imiş  və  Allaha  şükür  ki,  onun  yerini  parlaq  şəxs  olan 
hakim  Duqlas  deyil,  sən  tutdun.  Qəribəlik  orasındadır  ki,  mən  sənə  necə  ərə 
getdim. Hər bir adam düşünürdü ki, mən ərə gedə bilərəm, özüm də düşünürdüm 
ki,  bunu  edə  bilərəm.  Lakin  mən  evimizdəki  rəqs  axşamında  səni  gördüm,  mənə 
yaxınlaşdın, özünü təqdim edib dedin ki, mənimlə rəqs etmək istəyirsən. Biz rəqs 
etdik və sənin özünün dediyin kimi, bu, həqiqətən də, «ən pis vasitə» ilə baş verdi. 
O, bu sözləri deyəndə öz xatirələrinə gülümsəyirdi. Üç yaş on aylığında olan oğlu 
Eddini isitmədən itirdiyini yada saldı və hıçqırmağa başladı.  
Merinin,  adətən,  səhər  vaxtı  başı  ağrıyırdı  və  bundan,  ölümdən  də  pis 
qorxurdu. Hiddətlənirdi ki, vampir mətbuat daim onun üstünə atılmağa hazırdır.  
Ağ Evdə onlar məskunlaşdıqdan sonra bir dəfə Duqlasla Linkoln dəhlizə 
çıxanda,  Meri  onlarla  qarşılaşdı.  Duqlas  qollarını  geniş  açıb,  «Meri  Todd»  deyə 
onu  salamladı.  O.  isə  həyəcanla  «Hakim  Duqlas»  deyib,  çoxlarının  düşündüyü 
kimi ərə gedə bilməli olduğu bu adamı qucaqladı. Və sonra Linkolna tərəf dönüb, 
«Eh, gör mən nə etmişəm, Ata» dedi.  
Duqlas  ona  diqqətlə  tamaşa  edib  dedi  ki,  Meri  Todd,  sən  bu  Evin 
bəzəyisən. Sonra Linkolna tərəf döndü:  
–  Əgər  o,  mənə  ərə  getməyə  razılıq  versəydi,  mən  indi  burada  sənin 
yerində olardım.  
Linkoln:  
–  Lakin,  Hakim,  güman  et  ki,  o,  Con  Brekinricə  ərə  getsəydi,  onda 
Brekinric burada olardı.  
Meri güldü, şadlandı və qürur hiss etdi. Duqlas əlavə etdi ki, əgər Meri 
azacıq yaşlı olsaydı, Transilvaniya kollecində Cefferson Devisə ərə gedə bilərdi və 
Cənubun kraliçası olardı.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə