Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə81/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   77   78   79   80   81   82   83   84   ...   102

187 
 
Linkoln da mövzunu davam etdirərək:  
– Və ya azacıq cavan olsaydı, o, Montqomeri Blerə ərə gedərdi, axı o da 
Transilvaniyada idi.  
Duqlas  çıxıb  gedəndə  Meri  ərinə  dedi  ki,  Ata,  o  ölür.  Linkoln  başının 
hərəkətiylə  onun  rəyi  ilə  razılaşdığını  bildirdi.  Merinin  rəyi  düz  çıxdı,  Stefen 
Duqlas 1861-ci ildə 48 yaşında öldü.  
Missis  Linkoln  bir  dəfə  Mansion  –  Ağ  Ev  üçün  bəzi  şeylər  almaqdan 
ötəri Nyu Yorka getmişdi və Prezident ictimai binalara baxana dedi ki, arvadının 
üzərində  ciddi  göz  qoymadığından,  Meri  mağazalarda  çox  pul  xərcləyir.  O 
şikayətləndi ki, həmin pula müharibə üçün lazım olan şeyləri almaq olar.  
Bəzi  adamlar  isə  Meridən  narazılıqlarını  «Prezidentin  arvadı  dəlidir» 
sözləri ilə ifadə edirdilər.  
Meri  ərinin  vəzifəsini  itirəcəyindən,  ikinci  müddətə  seçilə 
bilməməsindən  də  qorxurdu,  ərinə  deyirdi  ki,  maliyyə  naziri  Çeyz  prezident 
seçkilərində sənə rəqib olacaqdır. O, hər gün sənin əleyhinə işləyir. Meri qorxurdu 
ki,  elə  o  da  prezident  seçiləcəkdir.  Linkoln  isə  ona  dedi  ki,  biz  heç  vaxt  pis 
prezidentə malik olmamışıq. 
1865-gi  ilin  25  martında  Prezident  generallarla  birlikdə  Ceyms 
ordusunun düşərgəsində  idi. Onlar  ordunun baş düşərgəsində at  çapırdılar. Missis 
Linkoln və missis Qrant onların arxasınca ambulyansda Virciniyanın qırmızı palçıq 
dənizindəki  və  bataqlıqdakı  yollarla  gedirdilər.  Meri  öz  həyatında  belə  bir 
narahatçılığı görməmişdi. Faytondan düşəndə əsgər ona yaxınlaşıb dedi ki, burada 
palçıq üç fut dərinliyindədir, heç kəs burada gəzə bilməz.  
Onlar müşahidə yerinə gəlib çıxanda, böyük bir atın üstündə yaraşıqlı bir 
qadının  atlıların  arxasınca  öz  atını  dördnala  çapdığını  gördülər.  Bu  general 
Qriffinin arvadı idi, təkcə ona qabaqda dayanmağa icazə verilmişdi. Bildirdilər ki, 
o, Prezidentlə söhbət edirmiş, özəl söhbət. Axı indiyədək heç bir qadın Prezidentlə 
təklikdə  olmamışdı.  Qabaqda  olmaq  icazəsini  isə  ona  müdafiə  naziri  Stenton 
vermişdi.  
Bu  vaxt  Meri  gördü  ki,  Prezident  generalların  –  Qrantın  və  Ordun 
müşaiyəti ilə qoşunların dayandığı uzun cərgənin qarşısında atını çapır. Prezident 
hər alaya  yaxınlaşanda adamlar onu salamlayırdı və o, şlyapası ilə cavab verirdi. 
Bu üç adamın arxasında bir düjün yüksək rütbəli zabit və at üstündə görünən gənc 
qadın var idi. Meri onun da kim olduğunu soruşdu. Missis Qrant dedi ki, o, missis 
Orddur, generalın arvadı.  
Meri:  
– O, mənim ərimdən sonra çapır?  
Missis Qrant cavab verdi ki, yox, o, öz ərinin arxasınca çapır.  
Meri qışqırdı:  
– O, mənim yerimə olduğunu iddia edir.  
Meri  alçaldılmışdı.  Missis  Ord  yaxınlaşıb  irəli  çıxdı,  müşahidə  yerində 
dayanaraq dedi:  
– Xoş gəlmişsiniz, missis Linkoln. 


188 
 
Meri  yerindən  qalxıb,  nəhayət,  öz  düşməninə  mənəvi  zərbə  vurmaq 
istədi:  
– Sən fahişəsən! 
Sonra bu günahsız qadının davranışı barədə nalayiq sözlər söylədi. Meri 
qadının  sifətindən  yaş  axdığını  gördü.  Generalın  arvadı  Culiya  Qrant  onu 
sakitləşdirdi.  Missis  Qrant  Meri  üçün  təhlükə  idi,  o,  qəhrəmanın,  özü  də  qəssab 
qəhrəmanın arvadı idi. Həm də Meriyə görə həyasız bir adam idi. O, birinci lediyə 
çevrilə bilərdi. (Doğrudan da, Uliss Qrant Endryu Consondan sonra iki müddətə – 
1869–1877-ci illərdə ABŞ-ın prezidenti oldu.) Ona görə də Meri ona dedi ki, sən 
düşünürsən ki, Ağ Evi əldə edəcəksən. Culiya isə ona cavab verdi ki, biz harada 
oluruqsa, orada özümüzü tam xoşbəxt hesab edirik.  
Təbii  ki,  Meri  ictimai  nöqteyi-nəzərdə  Missis  Ord  tərəfindən 
alçaldılmışdı və missis Qrant tərəfindən isə özəl qaydada təhqir edilmişdi.  
Merinin  hədyan  davranışı  mülayim  xasiyyətli  Prezidentə  heç  də  şərəf 
gətirmirdi.  
Meri əri öləndən sonra Çikaqoda yaşadı, Prezident ona qiyməti yüz min 
dollara yaxın olan malikanə qoyub getmişdi. Lakin o, pullarının hamısını itirdi. On 
il ərzində psixatriya xəstəlindən əziyyət çəkdi, yaşlı vaxtında onsuz da çox sayda 
fiziki  simptomlardan  şikayətlənirdi.  1875-ci  ildə  Meri  rəsmi  qaydada  dəli  elan 
edildi,  1882-ci  ildə  isə  17  il  ərzində  daha  ağır  kədərlərlə  dolu  olan  həyatı  ilə 
vidalaşdı.  
 
 
 
Linkolnun oğlu Robert Todd Linkoln 
 
 
O,  1843-cü  ildə  Sprinqfilddə  anadan  olmuşdu.  Abraham  Linkolnun 
böyük oğlu idi. 1864-cü ildə Harvard Universitetini bitirmişdi. Atası böyük oğluna 
mümkün  qədər  yaxşı  təhsil  vermək  istəyirdi,  axı  özü  yaxşı  təhsil  almamasından 
çox əziyyət çəkirdi.  
Robert General Qrantın qərargahında kapitan rütbəsində xidmət edirdi və 
Appamattoksda təslim sənədi imzalananda orada iştirak etmişdi.  
1867-ci  ildə  Çikaqoda  hüquq  praktikası  keçib  uğur  qazandı.  Onun 
müştəriləri  içərisində  Pulman  Palas  vaqon  korporasiyası  var  idi.  Respublikaçı 
Robert  Linkoln  1881–1885-ci  illərdə,  prezidentlər  Ceyms  Qarfildin  və  Çester 
Arturun  rəhbərliyi  altında  müdafiə  naziri  olmuşdu.  Prezident  Bencamin  Harrison 
onu  Britaniyaya  səfir  təyin  etmişdi, burada  o, 4  il  ərzində  işlədi.  Bu vaxt Berinq 
dənizi ziddiyyətinə və Alyaska sərhəd müzakirəsinə cəlb edilmişdi.  
Corc  Pulmanın  1897-ci  ildəki  ölümündən  sonra  R.  Linkoln  Pulman 
kompaniyasının  prezidenti  oldu.  Bu  vəzifədən  o,  1911-ci  ildə  istefa  verdi,  lakin 
həmçinin  Dövlət  Edison  kompaniyasının,  Pulman  tresti  və  əmanət  bankının 
direktoru idi.  


189 
 
O, atasının sənədlərini Konqress kitabxanasına verdi, lakin göstəriş verdi 
ki, onlar həmin sənədləri onun öz ölümündən 21 il sonra açsınlar.  
Bir  sıra  səbəblərə  görə  Robert  Todd  Linkoln  xüsusilə  yazığı  gəlinən, 
hətta faciəvi şəxsiyyət hesab edilə bilərdi. Məşhur adamların çox uşaqları kimi o da 
şəxsi tanınmağın güclü hissinə  malik deyildi. Buna işarə edərək bir dəfə dostuna 
demişdi:  «Heç  kəs  məni  müdafiə  naziri,  İngiltərədəki  səfir,  Pulman 
kompaniyasının  prezidenti  kimi  axtarmır.  Onlar  Abraham  Linkolnun  oğlunu 
axtarırlar».  Doğrudan  da  öz  böyük  valideyninin  soyadını  daşımaq,  onun  malik 
olduğu  nailiyyətlər  şleyfindən  azad  olmaq  o  qədər  də  asan  deyildi.  Çünki  atanın 
işığı hökmən oğulun üzərinə düşür.  
R.T.Linkoln  həm  də  kədərlə  də  tanış  idi.  Onun  üç  kiçik  qardaşı  həddi-
büluğa  çatmamış  ölmüşdülər.  Robertin  21  yaşı  olanda  atası  qətlə  yetirilmişdi. 
Anası  heç  vaxt  emosional  cəhətdən  stabil  olmamaqla,  xüsusən  əri  qətlə 
yetirildikdən  sonra  əsəb  xəstəliyinə  tutulmuşdu.  Anası  ilə  arasındakı  problemlər 
artırdı,  o,  qısa  müddətə  anasını  dəlilər  evinə  göndərdi.  Robertin  yeganə  oğlu  16 
yaşında  öldü,  onun  qızı  atasının  razı  olmadığı  bir  adama  ərə  getdi.  Beləliklə, 
R.T.Linkolnda  bir  şey  təəccüblü  idi:  «Dünyada  ən  böyük  görünən  adamın  əla 
sosial  pozası  onun  özü  barədə  əmin  olmasına  gətirib  çıxarmalıdır.  Lakin  aldığı 
sillənin əksinə çox az adam buna nail olur».  
Linkoln yalnız maddi cəhətdən əzab çəkmirdi. Milyoner hüquqşünas və 
biznesmen kimi o, öz rahat həyatını yaxşı təmin edə bilərdi. Roll-Roys avtomobili, 
bahalı  paltar,  qolf  və  varlığın  digər  həzzləri,  mühafizəkar  Viktoriya  dövrünün 
centlemeni kimi ona məxsus idi.  
O, məşhur atasına nə şəxsən, nə də siyasi cəhətdən bənzəmirdi. Abraham 
Linkoln  hərarətli,  yumor  hissi  olan  və  iddiasız  adam  olduğu  halda,  onun  oğlu 
soyuq təbiətli, darıxdırıcı və hamıdan kənarlaşan adam idi. Ona öz atası tərəfindən 
hədiyyə  verilmiş  “təhlükəsizlik  yastığından”  istifadə  etməkdən  də  daim  qaçırdı. 
Respublikaçılar  Partiyasının  standart  qanadına  daim  dəstəkçi  olsa  da,  Robert 
Linkolnun azadlığa və ədalətə atasına məxsus olan pərəstişə heç də marağı yox idi. 
İctimai  həyat  onu  cəlb  etmirdi.  Deyirdilər  ki,  əslində,  Robert  Todd  Linkoln 
bütünlüklə  «Todd»  idi,  o,  sonralar  anasının  soyadını  götürmüşdü,  bu  ailə  isə 
Kentukki cəmiyyətinin üzvləri arasında çox qürurlu və görkəmli bir ailə sayılırdı. 
Robert Todd Linkoln 1920-ci ildə 83 yaşında vəfat etmişdi.  
 
Abraham Linkolnun parlaqlığı solmayan şərəfi 
  
Linkoln  son  nəfəsini  verəndə  Stenton  demişdi:  «İndi  o,  əsrlərə 
məxsusdur». Çoxları onun şəhid olduğunu düşünürdü. Qətl Müqəddəs Cümə günü 
baş  vermişdi  və  onun  öldüyü  günün  sabahısı  –  şənbə  günü  isə  «Black  Easter»  – 
«Qara  pasxa»  kimi  xatırlanır.  Hər  iki  söz  rəmz  xarakteri  daşımaqla,  xristianlar 
üçün  müqəddəs  günlər  hesab  edilir.  Yüzlərlə  natiq  bu  hadisə  ilə  əlaqədar  moizə 
oxudu.  Onlardan  bəziləri  bu  faktda  hadisənin  sadə  uyğun  gəlməsindən  daha  çox 
qətl  gününün  İisusun  çarmıxa  çəkilməsi  kimi  gördülər,  biri  isə  bəyan  etmişdi  ki, 
İisus  Xrist  dünya  üçün,  Abraham  Linkoln  isə  öz  ölkəsi  üçün  öldü.  Ölümündən 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə