Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə82/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   78   79   80   81   82   83   84   85   ...   102

190 
 
sonra  onun  reputasiyası  yaşadığı  dövrlə  və  ölüm  şəraiti  ilə  əlaqədar  olaraq 
yüksəldi, bu, ona müqəddəsliyə bərabər bir halə verdi.  
Linkolnun  çox  sayda  tanışları  arasında  biri  əmin  idi  ki,  digərlərindən 
fərqli olaraq, onu daha yaxından tanıyır və bütün başqaları ilə birlikdə olduğundan 
daha  çox  onun  dünya  konsepsiyasına  təsir  göstərmişdir.  Bu  adam  onun  keçmiş 
vəkil  partnyoru  Herndon  idi.  Herndon  Linkoln  hakimiyyətində  yeni  karyerasına 
başlamışdı  və  onun  barəsində  xatirələri  topladı.  Linkolnla  öyünməsinə 
baxmayaraq, o, insanın müqəddəsləşdirilməsi meylindən imtina etdi. O görmüşdü 
ki, Linkolnun həyatının başlıca xüsusiyyəti özünü inkişaf etdirən adi adamdan çox-
çox  uzaqdır.  O,  ən  aşağı  dərinlikdən  ən  böyük  yüksəkliyə  qalxmışdı,  «elə bil  ki, 
durğun  suyu  olan,  iy  verən  göldən  qalxan  qaz  təmiz  və  parlaq  alovla  yanmağa 
başlayır.» Bu nöqteyi-nəzəri vurğulamaq üçün Herndon diqqəti Linkolnun ətrafının 
qaranlıq və alçaq şəhadətlərinə yönəldir.  
Linkolnun  inkişafında  müstəsna  əhəmiyyətli  hadisə  kimi  Herndon  Enn 
Rutlec  ilə  onun  məhəbbət  əhvalatını  göstərir.  Bunu  «böyük  reallığın  romansı» 
adlandırır.  Herndon  hesab  edir  ki,  Linkoln  Enndən  başqa  heç  kəsi  sevməmişdir. 
Qızın  vaxtsız  ölümündən  sonra  Linkoln  ona  görə  qüssə  çəkməsini  heç  vaxt 
kəsməmişdi.  Qız  barədə  xatirə  onu  həm  kədərləndirir,  həm  də  ilhamlandırırdı. 
Arvadı  Meri  Todda  isə  qəzəbinə  görə  evlənmişdi,  sonra  isə  bu  qadın  özünü  onu 
bədbəxt etməyə həsr etmişdi.  
Linkoln  bir  insan  kimi  həm  də  mifə  çevrildi.  Onun  əfsanəvi  bir 
qəhrəman  olmasını  ona  həsr  olunan  ədəbiyyatda  və  folklorda,  poemalarda, 
romanlarda,  anektodlarda  tapmaq  mümkündür.  Əfsanə  Linkolnu  çoxtərəfli 
qabiliyyəti  olan  allaha  yüksəltdi  (Hinduizm  allahları  məhz  belədir),  ona  az  qala 
sitayiş edirdilər. O, Qoca Eyb idi və həm də eyni zamanda hiyləgər fəvqəlbəşər idi. 
O, həmçinin Abraham Ata idi, hakimiyyətə malik olmaqla, zəifləri müdafiə edirdi. 
Və o, həm də başqalarına bərabər olan bir adam, qonşu və dost idi.  
Linkolnun  bir  şəxs  kimi  reputasiyası  mif  Linkolnunkundan  ayrıca 
qiymətləndirilə bilərdi. Həyatda yaşa dolduqca onun nüfuzu yüksəlməyə başladı və 
ölümündən əvvəl onun böyüklük keyfiyyətləri artıq geniş şəkildə etiraf olunurdu. 
Vətəndaş müharibəsinin ortasında «Washinqton chronicle» onu Corc Vaşinqtonla 
müqayisə etmişdi. Digər bir qəzet isə onu «gözəl mülayimləşdirən, aclıqdan xilas 
olmağa ehtiraslı kömək edən» adlandırmışdı. Sonra yazı müəllifi əlavə edirdi: «Biz 
inanırıq  ki,  Vaşinqtonun  özü  hakimiyyət  naminə  hakimiyyətdən  istifadə  etməyə 
daha az laqeyd idi». İngilis qəzeti onu «qəhrəmanlıq subyekti olmaqla, Abraham 
Linkoln  kimi  sitayiş  edilməsində  heç  bir  kəs  onunla  rəqabətə  girə  bilməz»  kimi 
xarakterizə  edirdi.  Onun  uzun  qılçaları  və  qolları,  qrotesk  fiqurası  bu  adamı 
karikatura və gülüş obyekti üçün çox əlverişli etmişdi. Onun daxili keyfiyyətləri, 
sədaqəti, vicdanlılığı, qətiyyəti, nüfuz etmək bacarığı, cəsarəti «uzun bir yolla onu 
qəhrəman etmişdi».  
Linkolnun  ən  yaxşı  ideyaları  və  ən  mükəmməl  kəlamları  öz  qiymətini 
almış, dəfələrlə heyranlıq şəklindəki təsvir mövzusu olmuşdur. Onun tarixi töhfəsi 
ölkəsinə, xalqına verdiyi dərs idi. Bu dərsdən digər ölkələr və xalqlar da faydalana 
bilərlər. 


191 
 
Onun mərkəzi mövzularından biri öz hökuməti, verdiyi vədlər və qarşıya 
çıxan  problemlər  idi.  Erkən  dövrlərdə,  1848-ci  ildə  Sprinqfilddə  gənc  adamların 
litseyində  «Bizim  siyasi  institutlarımızın  cinayət  törətməsi»  barədə  danışarkən, 
inqilabi  atalara  həsr  olunmaq  çağırışı  etməklə  «xalqın  özünü  idarə  etməsi 
qabiliyyətindən» söhbət açmışdı.  
Dəfələrlə,  xüsusən  Vətəndaş  müharibəsi  başlananda  o,  öz  ideyasına 
qayıtmış və öz kəlamını xeyli dərəcədə yaxşılaşdırmışdı. Fort Samter yıxıldıqdan 
sonra  o,  Konqressə  ilk  mesajında  bəyan  etmişdi  ki,  Şimal  və  Cənub  arasındakı 
məsələ  Birləşmiş  Ştatların  gələcəyinə  daha  çox  sayda  olan  cəhətə  toxunur:  «o 
özünü bütün bəşər ailələrinə bir sual kimi təqdim edir, Konstitusiya respublikası və 
demokratiya – xalqın hökuməti, həmin xalq tərəfindən qurulan hökumətin olması – 
olar  və  ya  olmaz,  onun  ərazi  bütövlüyünü  isə  öz  vətənindəki  düşmənlərinə  qarşı 
dəstəkləmək vacibdir».  
Və  nəhayət,  Gettisburqda  o,  özünün  kulminasiya  səviyyəsindəki  ali 
bəyanatını  bu  sözlərdə  ifadə  etdi:  «...Bu  şərəfli  həlak  olanlardan  biz  belə  bir  işə 
həsr  olunmağımızı  artırmalıyıq,  bunun  üçün  onlar  həsr  olunmanın  sonuncu  tam 
ölçüsünü  vermişlər  –  biz  burada  yüksək  dərəcədə  qərara  alırıq  ki,  bu  mərhumlar 
əbəs  yerə  həlak  olmamışlar,  –  bu  millət  Allahın  altında  azadlığın  yeni  doğuşunu 
göstərəcəkdir  –  və  həmin  xalqın  hökuməti,  xalq  tərəfindən,  xalq  üçün  olan 
hökumət Yer üzündən silinməyəcəkdir».  
Cənub  ştatları  Birlikdən  çıxmaq  üçün  hər  bir  konstitusional  hüquqa 
malik idilər. Lakin Linkoln buna «yox» deyirdi. O, təkrar edirdi ki, Birlik heç vaxt 
dağıla  bilməz.  O,  bəşəriyyət  tarixindəki  ən  böyük  müharibədə  vuruşmalı  idi,  o, 
bunu  etdi  və  qalib  gəldi.  Beləliklə,  o,  təkcə  Birliyi  yenidən  tam  şəkildə  geri 
qaytarmadı, həm də bütöv bir yeni ölkə yaratdı və bu məkanın hər bir guşəsində 
onun öz töhfəsi, öz imici vardır. Linkoln hamını təəccübləndirdi.  
Almaniya  kansleri  Bismark  öz  ölkəsi  üçün  etdiyini  Linkoln  Birləşmiş 
Ştatlar üçün etmişdi. Bismark bircə işi görmüşdü, bütün digər alman dövlətlərindən 
olan  milləti  mərkəzləşdirərək,  vahid  bir  dövlətdə  birləşdirmişdi.  Linkoln  və 
Bismark  köhnədən  fərqli  olan  yeni  ölkələr  yaratmışdılar.  Herr  Bismarkın  öz 
karyerasını necə bitirdiyi məlumdur, yeni imperator II Vilhelmin dövründə istefaya 
getmiş və bir neçə ildən sonra ölmüşdü. 
Linkoln  isə  sirli  bir  qaydada  öz  ölümü  ilə  böyük  və  dəhşətli  bir  işi 
görməyinin  günahını  yumaq  formasında  vəsiyyət  etmişdi.  Çünki  o,  belə  qan 
hesabına mütləq qaydada öz millətinin yenidən doğulmasına nail olmuşdu.  
Bismark  Prussiya  militarizminin  toxumlarını  yaratmaqla  yanaşı, 
birləşmiş  Almaniyada  da bu toxumları  səpmişdi və təəssüf ki,  belə  böyük dövlət 
xadiminin  irsi  zəhərli  bitkilər  verdi.  Almaniya  iki  Dünya  müharibəsinin 
başlanmasının baiskarı olmaqla yanaşı, hər iki müharibədə məğlubiyyətlə üzləşdi. 
Birinci Dünya müharibəsində yadelli əsgərin ayağı alman torpağına dəymədi, lakin 
alçaldıcı sülh şərtləri Almaniyada revanşizm hisslərinin coşmasına  və Hitler kimi 
monstrın  meydana  gəlməsinə  şərait  yaratdı.  Bismarkın  militarizm  irsi,  Birinci 
Dünya  müharibəsindəki  məğlubiyyətin  ağır  nəticələri  olmasaydı,  Hitler  də 
olmazdı. Almaniyada 1920-ci illərin sonu və 1930-cu illərin başlanğıcındakı ağır 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə