Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə83/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   79   80   81   82   83   84   85   86   ...   102

192 
 
iqtisadi böhran olmasaydı, Hitler siyasət aləmində şahmat piyadasından uzağa gedə 
bilməzdi.  Bismark  Almaniyanı  birləşdirdi,  ancaq  almanları  ayırdı  və  onların 
şüuruna  müharibə  allahına  sitayiş  etmək  xüsusiyyəti  aşıladı.  Belə  zəhərli 
ideologiya  şovinizmi  gücləndirdi,  dünyaya  natsizm  kimi  dəhşətli  fenomen  bəxş 
etdi.  Hitler  natsizmi  dünyanı  hərb  düşərgəsinə,  döyüş  meydanına  çevirdi,  bütöv 
millətləri rəhmsiz qaydada məhv etməyə çalışdı, 50 milyon insanın həlak olmasına 
səbəb oldu.  
Bütün  bunlara  görə  Linkolnu  Bismarkla  müqayisə  etmək  o  qədər  də 
düzgün  deyildir.  Linkoln  Bismarkdan  fərqli  olaraq  militarizm,  düşmənçilik 
toxumları  səpməmişdi,  demokratik  prinsiplərin  müharibə  dövründə  azacıq  zəruri 
zədələr olmasından asılı olmayaraq, dövlətin Bani-Atalarının qoyduğu demokratik 
bünövrəni  qoruyub  saxlamış  və  Vətəndaş  müharibəsindəki  öz  düşmənlərinə  – 
cənublulara  mərhəmətli  münasibət  göstərmək  vəsiyyətini  etmişdi.  Ona  görə  də 
Linkoln  müharibə  aparmağa  məcbur  edilsə  də,  ali  amalına  –  Birliyi  qoruyub 
saxlamaq  naminə  ona  xəyanət  edənlərə  qarşı  vuruşa  başçılıq  edərək,  ona  tanış 
olmayan  bu  sahədə  də  zəfər  qazanmış,  Birliyi  yeni  keyfiyyətdə  bərpa  etməyin 
konturlarını cızmışdı.  
Bugünkü  yüksək  inkişaf  etmiş  və  dünyada  yeganə  fəvqəldövlət  olan 
Amerika  Birləşmiş  Ştatlarının  mövcudluğu  Linkoln  dühasına  həsr  olunmuş  ən 
böyük abidə sayıla bilər. Nə qədər ki Birləşmiş Ştatlar var, Linkoln da bir simvol 
kimi  yaşayacaqdır.  Ona  hücum  edənlər  nəhəng  qayaya  daş  atanların  aqibətindən 
uzağa  getməyəcəklər,  qayanın  möhtəşəmliyinə  xələl  gətirə  bilməməklə  yalnız  öz 
səfehliklərini göstərəcəklər.  
 
 
SON  
Sentyabr 2017-ci il 
 
 
 
 
Telman Orucov 
 
 
Tsitseron – natiqliyin sinonimi 
 
Tsitseron  qədim  Romanın  dövlət  xadimi,  hüquqşünas  alimi  və  yazıçısı 
kimi Romada respublika quruluşunun qorunub saxlanması üçün mübarizə aparmış, 
öz dövrünün ən istedadlı natiqi olmaqla, afinalı yunan Demosfen kimi bu intellekt 
fəaliyyəti  sahəsini  xeyli  zənginləşdirərək,  bəşəriyyət  tarixində  özünə  şərəfli  yer 
tutmuşdur.  Tsitseronun nitqlərii bu gün də,  b.e.ə.  V  əsrdəki böyük  Afina strateqi 
Periklin  Peloponnes  müharibəsində  həlak  olan  həmyerlilərinin  dəfn  mərasimində 
söylədiyi nitq kimi öz dəyərini qoruyub saxlayır, onun bəzi kəlamları zərb-məsəl 
kimi istifadə olunur.  


193 
 
Tsitseron  böyük  uğurları  ilə  yanaşı,  uğursuzluğa  da  düçar  olur, 
rəqiblərinin,  əslində  düşmənlərinin  əhatəsində  irəli  çıxmaq,  öz  istedadını  gur 
işıqlandırmağa  cəhd  etməklə  birlikdə,  onu  məhv  etməyə  çalışanların  səyi  ilə  az 
qala  izqoya  çevrilirdi.  Respublikanı  nəticə  etibarilə  məhv  edən  vətəndaş 
müharibəsində o, beş  əsrə  qədər  ömür  sürən  respublika prinsiplərini  əbəs  şəkildə 
müdafiə etmiş, hakimiyyəti ələ keçirənlərin qarşısında zəif mövqedə olduğundan, 
öz həyatını da itirməli olmuşdu.  
Lakin  quduz  düşmənləri  də  onun  böyük  natiq  şərəfini  məhv  etməyi 
bacarmadılar.  O,  hamıdan  çox  və  daha  yaxşı  xatırlanan  ən  böyük  Roma  natiqi 
olmaqla, Tsitseron ritorikası kimi tanınan bir üslubun banisi idi.  
Mark Tulli Tsitseron b.e.ə. 106-cı ildə Arpinumda (Arpino) yerli varlı bir 
ailədə anadan olmuşdu. Romada və Yunanıstanda əla təhsil almış, Qney Pompeyin 
atası Pompey Strabonun başçılığı altında 89-cu ildə hərbi xidmətdə olmuşdu və 81-
ci ildə Kvintini müdafiə etmək üçün ilk dəfə məhkəmədə vəkil kimi çıxış etmişdi. 
Onun 80-ci və erkən 79-cu ildəki parlaq müdafiələrində (o vaxt o, Sikst Rossinini 
müdafiə  etmişdi)  zərbəni  dəf  etməklə  məhkəmədə  öz  parlaq  reputasiyasını 
qurmağa  nail  olmuşdu.  75-ci  ildə  Qərbi  Siciliyada  kvestor  kimi  ilk  ictimai 
fəaliyyətə başlamışdı. Kvestor maliyyə icrası ilə əlaqədar vəzifə idi.  
Onun  vəkil  kimi  qabiliyyəti  70-ci  ildə  ortodoks  olmayan  qaydada 
Siciliyanın b.e.ə. 73–71-ci illərdə qubernatoru olmuş  Qay  Verresi rüşvətxorluqda 
ittiham etməsi vaxtı daha yaxşı şəkildə üzə çıxdı. O, qısa çıxışlar etməklə ittihamı 
möhkəmləndirmək  üçün  əsasən  şahidlərin  şəhadətlərinə  geniş  yer  verirdi.  Bu 
məhkəmədə Verresi çox sayda nüfuzlu aristokratlar – onların içərisində senatorlar 
da az deyildi, – müdafiə etsələr də, Tsitseron məhkəməni udmuş və Verres sürgünə 
yollanmışdı.  
66-cı  ildə  mühüm  vəzifə  kimi  böyük  səlahiyyətlərə  malik  olan  pretor 
işləmişdi.  Bu  vaxt  o,  özünün  ilk  mühüm  siyasi  çıxışını  etmişdi.  O,  çıxışında 
Senatda Katula və digər mühafizəkar elementlər olan optimatların əleyhinə, Pont 
çarı Mitridata qarşı yürüşə Pompeyin başçı təyin edilməsinin isə lehinə danışmışdı. 
Onun  Mark  Lütsi  Krassa  qarşı  Pompeyin  nifrətinə  şərik  olması,  Pompeylə  yaxın 
əlaqəsi,  bundan  yararlanmaq  və  öz  siyasi  karyerasını  bu  yolla  irəliyə  aparmaq 
məqsədini güdürdü. 
63-cü  ildə  Tsitseronun  konsul  seçilməsi,  onu  həm  də  rəqibi  Katilinanın 
inqilabı, əslində qiyama yol açan ideyalarından qorxan optimatlara yaxınlaşdırdı.  
Konsulluq  fəaliyyəti  Tsitseronun  taleyində  həm  müsbət,  həm  mənfi 
çalarları ilə  mühüm  rol oynadı.  Konsul  kimi  ilk  çıxışında  o,  Servili  Rullun  aqrar 
qanun  layihəsinə  zidd  çıxdı,  bu  vaxt  birinci  növbədə  o,  Romada  olmayan 
Pompeyin  mənafeyini  nəzərə  alırdı.  Lakin  onun  baş  mövzusu  Katilinanın 
şirnikləndirici niyyətlərinin üstünü açmaq və ictimaiyyətə onları göstərmək idi. O, 
Katilinanı  64-cü  ildə  konsul  seçkilərində  məğlub  etmişdi.  63-cü  il  konsul 
seçkilərində  onlar  yenidən  qarşılaşdılar.  Tsitseron  səsvermədə  irəlidə  olmaqla 
yanaşı,  öz  təhlükəsizliyi  barədə  ehtiyat  etdiyinə  görə  toqasının  altından  zireh 
geyinmişdi.  Katilina  yenə  də  uduzdu.  O,  bu  vaxt  İtaliyada  və  Roma  ətrafında 
silahlı üsyan qaldırmağı planlaşdırırdı.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə