Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə84/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   80   81   82   83   84   85   86   87   ...   102

194 
 
Tsitseron artıq yaxınlaşan təhlükə barədə Senatı çətinliklə inandıra bildi, 
ancaq  «sonuncu  dekret»  («Sanatos  consiilium  ultimum»)  bir  qədər  hərbi  qanun 
proklamasiyasına  bənzəməklə,  22  oktyabrda  Senatdan  keçdi.  8  noyabrda  isə  öz 
həyatına olan sui-qəsddən qaçıb  qurtardıqdan  sonra,  o, Senatda  Katilina  əleyhinə 
ilk  çıxışını  etdi  və  təhlükə  hiss  edən  Katilina  gecə  ikən  Romadan  qaşmaq  istədi. 
Lakin  2–3  dekabr  gecəsi  o,  Qall  elçilərinin  köməyi  ilə  Romanı  tərk  etdikdə  həbs 
edildi  və  5  dekabrda  Senatdakı  müzakirədən  sonra  –  burada  Kiçik  Katon  onun 
edam  edilməsi  zərurəti  barədə  danışmışdı,  Sezar  isə  bunun  əksinə  çıxmışdı,  – 
Katilina  və  ona  kömək  edənlər  bilavasitə  Tsitseronun  məsuliyyəti  altında  edam 
edildilər.  
Tsitseron  kütləyə  Katilinanın  edam  edilməsini  elan  edəndə  «vixerunt» 
(«onlar  ölmüşlər»)  kimi  sadə  bir  söz  işlətdi.  Bütün  siniflərdən  olanlar  bu  xəbəri 
alqışlarla  qarşıladılar.  Bu  vəziyyət  onu  siyasətdə  sonrakı  addımı  atmağa  - 
«concordia  ordinium»-a.  –  «siniflər  arasında  razılıq»  yaranmasına  səsləməyə 
ilhamlandırdı.  Katul  onu  «ölkənin  atası»  kimi  salamladı.  Bu,  Tsitseronun  siyasi 
karyerasının kulminasiya nöqtəsi idi. 
Katilina  qəsdi  açılanda  o,  böyük  ustalıqla  hərəkət  edirdi,  hətta 
tənqidçiləri  də  onun  fəaliyyəti  ilə  razılaşırdılar.  Baxmayaraq  ki,  o,  heç  vaxt 
qəsdçilərin  edamına  görə  peşman  olmamışdı,  ancaq  həmin  edamın  qanuni 
olmasının  özü  isə  şübhəli  idi.  Bu  səlahiyyəti  ona  Senatdan  keçən  «son  dekret» 
vermişdi, lakin onun inzibati fərmanı ilk dəfə b.e.ə. 121-ci ildə icra edilmişdi. Bu 
qayda  edamdan  əvvəl  Roma  vətəndaşlarının  mühakimə  edilməsi  barədəki 
fundamental  haqqını  inkar  edirdi.  Bu,  populyarlar  tərəfindən  heç  vaxt 
bəyənilməmişdi,  onlar  isə  hökumətə  Senatın  ağalıq  etməsinin  əleyhdarları  idilər. 
63-cü  ilin  yayında  isə  onlar  Sezarın  köməkliyi  ilə  qətl  mühakiməsi  vaxtı  kənara 
çəkilmişdilər.  
60-cı  ilin  sonunda  Tsitseron  Sezar,  Krass  və  Pompey  siyasi  ittifaqına  – 
Triumvirata  qoşulmaq  barədə  Sezarın  təklifini  rədd  etdi.  O,  bu  üçlük  ittifaqını 
Konstitusiyaya  zidd  hesab  edirdi  və  həmçinin  Sezarın,  onun  Qalliyadakı 
qərargahında vəzifə tutmaq barədəki təklifindən də imtina etdi.  
Tsitseronun  əleyhinə  şəhadət  verən  Publi  Klodi  58-ci  ildə  tribun 
vəzifəsinə  gəldikdə,  Tsitseron  onun  düşmənçiliyi  hesabına  artıq  təhlükədə  idi  və 
mart  ayında  Pompeyin  ona  kömək  göstərməkdən  imtina  etməsinə  görə  ondan 
narazı  qalıb,  Romadan  qaçmağa  məcbur  oldu.  Sabahısı  günü  Klodi  Roma 
vətəndaşlarının məhkəməsiz edam edilməsinin bütünlüklə qadağan edilməsi barədə 
təklifi  ifadə  edən  qanun  layihəsini  Senata  təqdim  etdi.  Klodi  sonra  ikinci  qanun 
layihəsini də Senatdan keçirdi. Leqallığı şübhəli olsa da, həmin qanun Tsitseronun 
sürgün  olunmasını  xeyli  asanlaşdırdı.  Klodi  öz  bandaları  vasitəsi  ilə  Tsitseronun 
Palatindəki  evini,  o,  bu  evi  62-ci  ildə  almışdı,  Tuskulandakı  və  Romadakı 
villalarını dağıtdı.  
Tsitseron  əvvəlcə  Makedoniyadakı  Fessalonikaya  yollandı,  sonra 
İllerikuma  getdi.  57-ci  ildə  Pompeyin  fəaliyyəti  və  xüsusən  tribun  Milonun 
hesabına  o,  4  avqustda  geri  çağırıldı.  Brunduziyada  həmin  gün  sahilə  çıxıb, 
Romaya qədər olan uzun yol boyu hərarətlə salamlandı. Bir ay sonra isə Romaya 


195 
 
gəlib çıxdı. Onun Romadan getməsi, əvvəllər ona peşmançılıq kimi gəlsə də, indi 
romalılar üçün artıq altruist qəhrəmanlıq kimi görünürdü.  
57–56-cı illərin qışında Tsitseron Pompeyi Sezardan uzaqlaşdırmaq üçün 
uğursuz cəhddə bulundu. Pompey Tsitseronun məsləhətinə məhəl qoymadı, 56-cı 
ilin aprelində Sezar Krass ilə əlaqəsini Lukada bərpa etdi. Pompeyin təzyiqi altında 
Tsitseron  razılaşmalı  oldu  ki,  hər  iki  siyasətçi  ilə  münasibətlərini  düzəltməlidir. 
Onun De provinciis consularibus-u bu təzə ittifaqa girmək cəhdinin əlaməti idi. O, 
öz  köhnə  düşmənlərindən  müdafiə  olunmağa  məcbur  idi  və  58-ci  ildə  ictimai 
həyatı tərk etməli oldu. Sonrakı bir neçə il ərzində «De oratore» və «De republica» 
əsərlərini tamamladı və 52-ci ildə isə «De Regibus» kitabını yazmağa başladı. 
52-ci ildə Milon Appi yolunda baş verən sözləşmədə Klodini öldürəndə, 
Tsitseron  öz  quduz  düşməninin  sıradan  çıxmasına  çox  sevindi.  O,  Milonun 
məhkəmədəki  müdafiəsini  öz  üzərinə  götürdü.  Nitqlərinin  çox  təsirli  olmasına 
baxmayaraq,  Milonun  müdafiəsində  o,  uğursuzluğa  düçar  oldu  və  məhkəmə 
Milonu təqsirkar kimi məhkum etdi.  
51-ci  ildə  onu  Kiçik  Asiyadakı  Kilikiya  əyalətini  bir  illiyə  idarə  etmək 
üçün  oraya  yollanmağın  vacibliyinə  inandırdılar.  O,  özü  ilə  qardaşı  da  daxil 
olmaqla  qərargahının  üzvlərini  də  apardı.  Bu  əyalət  parfiyalıların  müdaxiləsini 
gözləyirdi,  lakin  həmin  müdaxilə  baş  vermədi.  Tsitseron  da  sakit  dayanmırdı. 
Amanus dağında bir neçə quldur dəstəsini təslim etməyə müvəffəq oldu. Buna görə 
Senat  ona  minnətdarlığını  bildirdi,  lakin  Tsitseron  triumf  keçirməyə  ümid  edirdi. 
Triumf Romaya qayıdanda şəhərə təntənə ilə girmək demək idi. Hamının həm də 
yekdil rəyi ondan ibarət idi ki, o, Kilikiyanı vicdanla idarə etmişdir.  
Tsitseron  Romaya  qayıdan  vaxt  Pompey  ilə  Sezar  arasında  tam 
hakimiyyətə  sahib  olmaq  üstündə  mübarizə  gedirdi.  49-cu  ilin  yanvarında  Sezar 
Rubikonu  keçib  İtaliyaya  müdaxilə  edəndə,  Tsitseron  Romanın  kənarında  idi. 
Yanvarın  17-də  Tsitseron  Pompeylə  Roma  ərafında  görüşdü  və  Kampaniya 
əyalətindən əsgərlər yığılmasına nəzarət etmək vəzifəsini öz üzərinə götürdü. Onun 
qətiyyətliliyi heç də inanılası deyildi, lakin Pompey strategiyasını tənqid etməsi də 
onun təcrübəsizliyindən xəbər verirdi.  
Tsitseron 28 martda Sezarla söhbətində öz şərtlərini elan etməklə, əlbəttə 
ki,  cəsarətini  nümayiş  etdirdi.  O,  Sezarın  Pompeyə  qarşı  heç  vaxt  müharibəyə 
başlamayacağı barədə Senata təkliflə müraciət edəcəyini bildirdi, baxmayaraq ki, 
Sezar Pompeylə elə bir şəraitdə idi ki, o, bu təklifi heç cür qəbul edə bilməzdi.  
7 iyulda o, Pompeyə birləşmək üçün Qetadan gəmi ilə yola düşdü. 48-ci 
ildə  o,  özünün  xəstəliyinə  görə  Pompey  düşərgəsini  tərk  edib,  Dirraxiyaya 
yollandı.  Farsalda  Pompeyin  məğlubiyyətindən  sonra  respublika  qüvvələrinə 
komandanlıq  etmək  təklifindən  imtina  etdi  və  48-ci  ilin  oktyabrında,  öz 
təhlükəsizliyi barədə Sezardan təminat aldıqdan sonra İtaliyaya qayıtdı. O, Sezarın 
diktaturasını  bəyənmirdi,  həm  də  anlayırdı  ki,  45-ci  ilə  qədər  davam  edən 
döyüşlərin uğurundan sonra, zəfərlərə ardıcıl olaraq imza atan Sezarın düşmənləri 
sırasındakı  qurbanlarının  birincisi  yəqin  ki,  Tsitseronun  özü  olacaqdır.  Bu,  onun 
intensiv ədəbi məhsulları istehsalının qızğın ikinci dövrü idi. O dövrdəki əsərlərə 
46-cı  ildə  yazılan  «Brutus»,  «Paradox»,  «Orator»,  45-ci  ildəki  «De  finibus» 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə