Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə87/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   83   84   85   86   87   88   89   90   ...   102

200 
 
nəzəriyyəsi  əsasında  Roma  tarixini  təsvir  etməyə  cəhd  göstərdi.  Tsitseron 
demokratiyanı,  oliqarxiyanı  və  monarxiyanı  rədd  edirdi  (bununla  o,  bu  üçlükdən 
yaxşı  olan  başqa  birini  nəzərdə  tuturdu).  Məqsədi  isə  təxəyyül  edilən  Romanın 
malik olacağı qarışıq konstitusiyanın xeyrinə çalışmaq idi. Onun «moderator»-un 
və  ya  «rector»-un  təmsil  olunması  barədə  nəzəriyyəsi  məhz  filosof  avtokratı 
nəzərdə  tuturdu.  Onun  konsepsiyasından,  sonrakı  romalılar  imperator  mövqeyini 
möhkəmləndirmək üçün saray xidmətçisi kimi istifadə etdilər.  
Fəlsəfi  əsərlərində  o,  ölüm  şərəfdirmi,  ağrı  şərdirmi,  müdrik  adam 
dərddən  əzab  çəkə  bilərmi,  həmçinin  əqli  qarışıqlıq,  ləyaqət  xoş  sonluq  üçün 
kifayətdirmi  kimi  suallara  cavab  axtarırdı.  Onun  məqsədi  Romanı  fəlsəfə 
ensiklopediyası  kimi  bir  şeylə  təmin  etmək  idi.  O,  öz  materiallarını  Stoiklər, 
Akademiklər,  Epikurianlar  və  Peripatetiklər  mənbələrindən  çıxarmışdı.  O,  Platon 
kimi  dialoq  formasından  istifadə  etmişdi,  lakin  Platonunkuna  deyil,  Aristotel 
modelinə üstünlük verirdi.  
Tsitseronun  fəlsəfə  tarixində  əhəmiyyəti  onun  yunan  fikrini  Romaya 
ötürməsidir.  Onun  bu  xəttdəki  rolu  Romaya,  həmçinin  Avropaya  onların  fəlsəfi 
lüğətlərini  verməkdən  ibarətdir.  Biz  keyfiyyət,  fərdiçilik,  boşluq,  mənəviyyat, 
mülkiyyət,  idrak,  nəhayətsizlik,  element,  müəyyən  etmə  və  digər  başqa  bu  kimi 
şeylərə  görə  Tsitseronun  sözlərinə  borcluyuq.  Bu  yolda  o,  düşüncənin  müasir 
yollarını qazıb çəkdi və fəlsəfə öz diqqətini dil problemlərində cəmləşdirəndə, o, 
öz qiymətini almamış deyildi. 
Tsitseron  öz  niqləri,  həm  də  ritorikaya  aid  olan  və  fəlsəfi  əsərləri 
hesabına klassik latın bədii nəsrınin yaradıcısına çevrilmişdi. Sonrakı dövrlərdə bu 
üslub  nümunəvi  kimi  hesab  olunmuşdu.  Onun  fəlsəfi  əsərləri  təkcə  müasirlərini 
deyil,  Orta  əsrlərdəki  və  Yeni  tarixdəki  nəsilləri  də  yunan  fəlsəfəsi  ilə  tanış 
etmişdi.  O,  hər  bir  adamın  təhsili  üçün  yunan  mədəniyyətinin  əhəmiyyətinə 
dərindən  inanırdı.Tsitseron  “humanitas”  sözünü  “təhsil”  mənasında  işlədirdi, 
güman edirdi ki, yalnız təhsil hesabına insan olmaq olar. 
Tsitseronun  antik  dövrdəki  təsiri  müstəsna  dərəcədə  böyük  idi.  Antik 
dövrün  romalılarından  bizə  çatan  tarixi  irsdə  o,  daim  ən  mühüm  yer  tutmuşdur. 
Ölümündən  120  il  sonra  Kvintilian  “tsitseronizm”in  başlanğıcını  qoydu,  onun 
nitqləri  nümunə  kimi  göstərilir,  üslub  və  təhsil  idealı  isə  geniş  təbliğ  olunurdu. 
Erkən  xristian  kilsəsinin  atası,  filosof  Müqəddəs  Avqustin  (354-430-cu  illər) 
Tsitseron  və  Hortensi  arasındakı  dialoq  ilə  tanışlığını  öz  həyatının  həlledici 
hadisəsi  hesab  edirdi.  Böyük  şair  Petrarka  (XVI  əsr)  dahi  natiqin  qızğın 
pərəstişkarı olduğundan, əsərlərinin öyrənilməsinə şərait yaratmışdı, axı onların da 
məqsədi humanizm idi.  
Vaxtilə Tsitseron da yunan filosoflarının əsərlərini populyar dildə ifadə 
etməklə onların təbliğinə yol açmışdı və onun bu əməyi yunanların orijinal əsərləri 
XVIII  əsrdə  yenidən  açılıb,  istifadə  edilməyə  başlanana  qədər  böyük  rol  oynadı. 
Antik dövrdə isə onun dahiyanə zəhməti olduqca mühüm əhəmiyyətə malik idi.  
O, bir dəfə nə vaxtsa öz qiymətini aldı, qiymətləndirildi və indiyədək bu 
münasibət qüvvədə qalır. Böyük italyan şairi Petrarka Tsitseron haqqında demişdi: 
«Sən bəzən təsəvvür edə bilərsən ki, o, heç də bütpərəst filosof kimi yox, xristian 


201 
 
apostolu kimi danışır». Bu gün hər kəs Volterin dediyi sözün əks-sədasının təsiri 
altındadır: «Necə düşünməyi bizə öyrədən Tsitseronu biz də şərəfləndiririk». Ona 
ən böyük ehtiram isə onun böyük düşməni olan Yuli Sezardan gəlir: «İmperiyanın 
sərhədlərini uzağa atmaqdan, ağılın sərhədlərini genişləndirmək daha yaxşıdır».  
 
 
«İmperium» barədə düşüncələr  
 
Tsitseron haqqında söhbətlər, rəylər, təsəvvürlər onun öz dövründən min 
illər keçsə də kəsişmək bilmir. Onun ölümündən sonrakı onilliklərdə çoxları pıçıltı 
şəklində  özünə  sual  verirdi  ki,  görən,  Tsitseron,  əslində,  nəyə  oxşayırdı,  lakin 
çoxları  bu  suala  dinməz  dayanmaqla  cavab  verirdilər.  Bəziləri  hətta  onun 
hökumətin  casusu  olub-olmadığı  müəmması  üzərində  düşünürdü.  Lakin  başa 
düşürdülər  ki,  cavab  üçün  birinci  növbədə  onun  özünün  xatirələrinə  əsaslanmaq 
lazımdır.  Adamlar  öz  üzərlərinə  düşən  tale  xoşbəxtliyini  də  bəzən  daşımağı 
bacarmırlar.  Hakimiyyət  də  adama  çoxlu  dəbdəbələr  bəxş  edir,  lakin  onların 
arasında təmiz cüt ələ çox nadir hallarda rast gəlinir.  
Tsitseron  rəsmi  siyasi  hakimiyyətə  malik  idi,  latın  dilində  bu 
«imperium»  –  həyat  və  ölüm  üzərində  hakimiyyət  olmaqla,  dövlət  tərəfindən 
fərdlərin  üstünə  yayılırdı.  Yüzlərlə  adam  hakimiyyət  sorağında  idi,  hakimiyyət 
axtarırdı.  Tsitseron  isə  respublika  tarixində  ucalan  elə  bir  şəxs  idi  ki,  öz 
istedadından başqa heç bir resursun köməyinə bel bağlamadan buna nail olmuşdu. 
O,  böyük  kübar  ailələrindən  olanlardan  tamamilə  fərqlənirdi,  axı  onlar  bir  neçə 
nəsil ərzində seçki vaxtlarında öz xeyirlərinə bu amildən istifadə etmiş və onun öz 
dövründə  də  edirdilər.  O,  öz namizədliyinin  arxalanması  üçün,  Pompey  və  Sezar 
kimi qüdrətli orduya da malik deyildi. O, Krassa məxsus olan qaydada öz cığırını 
səhlanlamaq üçün geniş taleyə də malik deyildi. Onun malik olduğu hər şey onun 
sərəncamında  olan  səsi  idi  və  iradəsinin  azacıq  səyi  ilə  o,  bunu  dünyadakı  ən 
məşhur səsə çevirə bilmişdi.  
Tsitseronun  27  yaşı  olanda  Aprinum  şəhəri  yanındakı  təpədə  yerləşən 
ailə malikanəsində yaşayırdı, heç Romanı da görməmişdi. Gənc vəkil kimi o, əsəbi 
gərginlikdən  əzab  çəkirdi  və  bu  təbii  zəifliyinə  qalib  gəlmək  üçün  mübarizə 
aparırdı. O dövrdə Tsitseronun səsi hələ heç də sonralar başqalarından seçilməklə 
çevrildiyi qorxulu bir alət rolunu oynamırdı. O, şüurunu, ağlını məşq etdirmişdi ki, 
bir qədər daha çox sözə malik olsun. Bəzi stress hallarında onun boğazı tutulurdu, 
necə  ki,  bir  cüt  qoyunu  arxadan  gələn  sürü  qapıdan  keçmək  üçün  həmin  vaxt 
itələyib kənara sıxırdı. Hər bir halda bu sözlər çox vaxt o qədər ucadan səslənirdi 
ki, auditoriyanı ələ alırdı.  
Yorulmuş dinləyiciləri onu «alim» və  ya  «yunan» adlandırırdılar və bu 
terminlər  əsla  kompliment  deyildi.  Baxmayaraq  ki,  heç  kəs  onun  natiqlik 
istedadına  şübhə  etmirdi,  onun  daxilində  olduğu  çərçivə  öz  ambisiyasını  həyata 
keçirmək üçün çox dar idi və vəkilliyinin bir neçə saatı ərzində düzgün vokal tonda 
açıq havada və bütün mövsümlərdə danışması, onu bəzən bir neçə günlüyə səsdən 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə