Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə89/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   85   86   87   88   89   90   91   92   ...   102

204 
 
çıxışın yadda saxlanmasının standart metodunun tərəfdarı idi, bu çıxış edən adamın 
evin ətrafına dolanması təsəvvürünü yaradırdı. «Zaldakı çıxışında ilk hansı nöqtəni 
qoyacağın yeri bil və əmin ol ki, axtardığın mənzərə oradadır. Sonra ikinci nöqtəni 
müəyyən  et  və  beləcə  davam  et.  Evin  ətrafına  bu  yolla  dolaşmaqla  sən  təbii 
qaydada səfər edəcəksən. Beləliklə, öz çıxışının bölmələrini təkcə bir otaqla deyil, 
hər bir yataq çarpayısı və heykəllə nişanlaya biləcəksən».  
Tsitseron  həmin  yaz  və  yay  aylarında  Molon  akademiyasında  yalnız 
yeganə şagird deyildi. Bəzi vaxtlarda ona kiçik qardaşı Kvint və əmisi oğlu Lutsi, 
həm də onun iki dostu da qoşulurdu. Bu dostlardan biri olan Attik natiqliyə heç bir 
maraq  göstərmirdi.  O,  Afinada  yaşayırdı  və  yəqin  ki,  siyasətdə  karyera  qurmaq 
barədə onun heç bir niyyəti də yox idi, lakin Tsitseronla birgə vaxt keçirməyi çox 
sevirdi.  Onlar  yığışırdılar  ki,  öz  natiqliyi  hesabına  Molonun  nə  effektə  malik 
olduğuna  tamaşa  etsinlər.  Molon  isə  başını  təxəyyül  etdiyi  jüriyə  əyib,  bir  qədər 
sakit dayandıqdan sonra ayağa durub deyirdi: «Tsitseron,  mən səni təbrik edirəm 
və  səndən  həzz  alıram.  Bura  Yunanıstandır  və  mən  onun  taleyinə  görə  üzr 
istəyirəm. (Axı Roma b.e.ə. 146-cı ildən başlayaraq Yunanıstanı da işğal etmişdi). 
Bizə qalan yeganə şərəf nitqimizin aliliyidir və indi sən onu çox yaxşı götürdün». 
O, əlavə etdi: «Sən, mənim oğlanım, geri qayıt və Romanı fəth et!» 
Əlbəttə, bunu demək asan idi. Lakin bunu necə həyata keçirmək olardı? 
Səsindən başqa heç bir silahın olmadan, necə «Romanı fəth» edə bilərdin? 
 
 
 
Tsitseronun senator olmaq arzusu 
 
 
Bu vaxt atacağı ilk addım ona tam aydın idi, o, senator olmalı idi. Həmin 
dövrdə Senata girməyə nail olmaq ən azı 31 yaşına çatmış və milyoner olan adam 
üçün  zəruri  idi.  Hər  ilin  iyun  ayında  keçirilən  seçkilərdə  namizəd  olmağa  qadir 
olmaq  üçün  sadəcə  bir  milyon  sestertsi  pulun  olmalı  idi,  bu  yolla  özünü  layiq 
olduğunu  hakimiyyətə  göstərə  biləsən.  Bu  vaxt  əvvəlki  ildə  ölən  və  ya  öz  yerini 
saxlamaq  üçün ümidsiz  yoxsula  çevrilən senatorların  yerini  tutmaq  üçün  20  yeni 
senator seçilirdi.  
Bəs Tsitseron bir milyon pulu haradan əldə etməli idi? Onun atası heç də 
o  məbləğdə  pula  malik  deyildi.  Onların  ailə  malikanəsi  kiçik  idi  və  onun  girov 
qoyulması da müşkül bir məsələ idi. Bu vaxt o, üç ənənəvi çıxış yolu ilə üzləşdi, 
lakin  onları  həll  etmək  də  çox  vaxt  aparacaqdı  və  bu  məbləği  oğurlamaq  da 
olduqca riskli bir iş idi. Buna müvafiq olaraq o, Romadan geri qayıtdıqdan sonra 
tezliklə  evləndi.  Terentsiya  17  yaşında  olmaqla,  bu  qızın  oğlan  uşağı  kimi  düz 
səthli  döşü  var  idi,  qara  saçlarını  qısa  və  möhkəm  hörürdü.  Qızın  ögey  bacısı 
bakirə  Vestal  qızı  idi,  ailəsinin  sosial  statusunu  təmin  edirdi.  Daha  əhəmiyyətlisi 
isə  o  idi  ki,  o,  Romada  iki  kasıb  mənzil  blokunun  sahibi  idi,  şəhər  kənarında  da 
malikanəsi və ferması var idi. Onların ümumi dəyəri 1,25 milyon sestertsi idi.  


205 
 
Beləliklə, Tsitseron bu yolla gedərək senatora çevrildi; bu da bir fakt idi 
ki, o, ümumən Romada Hortensidən sonra ikinci vəkil kimi qiymətləndirilirdi. Və 
bu vaxt o, Senatda yer tutmağa icazə veriləndən əvvəl bir illiyə Siciliya əyalətində 
kvestor kimi işləməyə göndərildi. Onun rəsmi titulu magistratlar içərisində ən aşağı 
səviyyə sayılırdı. Bu vəzifəni icra etmək üçün yola düşənlərə, onların arvadlarını 
ərlərini  müşayiət  etməyə  icazə  verilmirdi,  ona  görə  də  Terentsiya  evdə  qalmalı 
oldu.  
Tsitseron  müəyyən  kəlmələri  təkrar  etməyi  sevirdi.  O,  hamamdan  və 
məhkəmədən  çıxıb  arabada  gedəndə  və  şəhər  kənarındakı  gəzintiləri  vaxtı 
çıxışlarını  qulu  Tirona  diktə  edirdi.  O,  heç  vaxt  çıxışını  gödək  sözlərdən 
başlamırdı.  
Siciliyada necə yaşamasını və fəaliyyət göstərməsini isə onun gündəliyi 
əks  etdirir.  Mart  ayında  bir  aylığa  evinə  qayıtdı,  o,  Senata  Puteolidən  keçməyə 
əmin olmaq istəyirdi. O, Neapol limanına ilk dəfə Roma respublikası senatorlarının 
al-qırmızı kənarları olan toqqasında daxil oldu.  
Tsitseron özünü inandırmışdı ki, Siciliyada  elə  böyük uğur  qazanmışdır 
ki, Romaya qayıdanda hamının diqqət mərkəzində olacaqdır. O, çox miqdarda taxıl 
almışdı ki, qayıdanda paytaxtdakı öz seçicilərinə yedirtsin. Əlbəttə ki, taxılın satın 
alınması  ona  xeyli  ucuz  başa  gəlmişdi.  Bu  vaxt  onun  hökumət  tədbirlərində 
çıxışları  nəzakət  inciləri  sayıla  bilərdi.  O  hətta  yerliləri  ilə  söhbət  etməyə  də 
marağını  itirmişdi.  Senata  rəsmi  məlumatlarında  öz  nailiyyətləri  ilə  lovğalanırdı. 
Bəziləri ona eyham vururdu ki, axı Siciliya heç də dünyanın mərkəzi deyildir. O 
isə belə istehzalı qeydlərə əhəmiyyət vermirdi.  
Senata  Puteolidən  seçilmək  heç  də  asan  məsələ  deyildi.  Buradakı  yerli 
kütlə  də  onun  namizədliyinin  lehinə  deyildi.  Konsul  olmağa  artıq  göz  dikən 
Hortensi  bir  neçə  ziyafət  vermişdi.  Tsitseron  sahilə  çıxdıqda  heç  kəs  ona  məhəl 
qoymadı.  Biri  ondan  soruşdu:  «Senator,  Romadan  nə  kimi  yeniliklər  vardır?» 
Tsitseron  özünü  gülümsəyən  kimi  göstərdi:  «Yaxşı,  sirdaş,  mən  Romadan 
gəlmirəm.  Mən  öz  əyalətimdən  qayıdıram».  Sərxoş  adam  dedi:  «Ey!  Ay  mənim 
yaxın sirdaşım! O, öz əyalətindən dönür». Bu sözə başqaları da gülüşdü.  
Bu  vaxt  Hortensi  qonaqlarını  qayıqla  yola  salırdı.  O,  Tsitseronu  ona 
qoşulmağa dəvət etmədi. Tsitseron fikir içərisində sahildə tək dayanmışdı.  
Bu  adi  hadisə  onun  daxilində  öz  ambisiyasını  qaya  kimi 
möhkəmləndirməsinə  xidmət  göstərdi.  O,  alçaldılmışdı,  həm  də  özünə  çox 
güvəndiyindən  alçalmışdı  və  bu,  onun  dünyada  kiçik  adam  olduğuna  kobud  bir 
işarə idi. O, Hortensidən və onun qonaqlarından gözünü ayırdı və kənara baxmağa 
başladı. Bu vaxt o artıq dəyişilmişdi. Onun gözlərindən oxunurdu ki, «Çox yaxşı, 
siz  səfehlər  şadlanın,  mən  isə  işləyəcəyəm».  O,  yuxuda  olan  bir  adam  kimi 
limandan ayrıldı, gəzməyə başladı və bir dəfə də olsun, geriyə baxmadı.  
Mark Tulli Tsitseron barədə əsl əhvalat başladı.  
 
 
 
Dönüş nöqtəsi 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə