Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə94/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   90   91   92   93   94   95   96   97   ...   102

214 
 
Əlbəttə,  Palikan  haqlı  idi,  Tsitseronun  heç  bir  seçimi  yox  idi.  O,  öz 
müştərisini ata bilməzdi. Həm də o, öz siyasi riskini də ölçürdü. Bu isə ona Servi 
kimi mülayimlərin dəstəyini itirməyə başa gələcəkdi.  
Nəhayət,  məhkəmə  dinləmələri  başlandı.  Tsitseron  məhkəmədəki 
çıxışında dedi:  
– Cənablar, burada bir köhnə deyim vardır: «balıq başından iylənir» və 
bu gün Romada da nəsə iylənir, kim buna şübhə edə bilər? Mən sizə deyirəm ki, 
bu, başdan başlayır. Bu, yuxarıdan başlayır. Bu Senatdan start götürür. Burada bir 
üfunət  verən  şey  vardır.  İylənmiş  balıq  başı.  O  aforizmi  söyləyən  tacirlər  sənə 
deyəcəklər  ki,  onu  kəs  at,  –  onu  kəs  at  və  tulla.  Lakin  başı  kəsmək  üçün  sadəcə 
bıçağa  ehtiyac  vardır,  biz  bilməliyik  ki,  onlar  nəyə  bənzəyir.  Bu,  bir  başdır  ki, 
korrupsiya zəhəri ilə şişmişdir, məğrurluqdan və özündən razılıqdan böyüyür. Və 
bu bıçağı işlətmək üçün güclü əl lazımdır və bununla yanaşı, həm də möhkəm əsəb 
tələb olunur. Çünki onlar – bu aristokratlar bürünc boyunlara malikdirlər. Mən sizə 
deyirəm, onların hamısı bürünc boyunlulardır. 
Adamlar Tsitseronun sözlərinə bir neçə dəfə gülüşdülər. O, davam etdi:  
– Lakin həmin adam gələcəkdir. O, uzaqda deyildir. Onun hakimiyyəti 
bərpa olunacaqdır, mübarizə nə qədər çətin olsa da, mən sizə vəd edirəm. 
Bir  neçə  adam  Pompeyin  adını  ucadan  çəkdi.  Tsitseron  əlini  qaldırıb, 
Molonun öyrətdiyi kimi, üç barmağını uzatdı:  
–  Siz  bu  mübarizənin  sınağının  kimin  üzərinə  düşdüyünü  bilirsiniz? 
Dostlar,  cəsarət  göstərin.  Bu  gün  start  verin.  Tiraniyaya  zərbə  vurun.  Mənim 
müştərimi azad edin. Sonra isə Romanı azad edin.  
Hökm sıfıra qarşı on səs üstünlüyü ilə keçdi və Steni Romada qalacağı 
müddətdə təhlükəsiz olmalı idi.  
 
 
 
Krez kimi varlı Krass və onun qəddarlığı. Böyük Pompey 
 
 
Bir nəfər Krassı «sürüdəki ən təhlükəli öküz adldandırmışdı». Onun var-
dövləti iki yüz milyona bərabər idi. Onu qədim Midiya çarı, varlılıq simvolu olan 
Krezlə  müqayisə  etmək  olardı.  Qəddarlıqda  da  Krass  ad  çıxarmışdı.  O,  Spartak 
üsyanını  yatırtdıqdan  sonra  Appi  yolunda  çarmıxlar  qurdurmuşdu.  O,  350  mil 
uzunluğunda yolda 6 min adamı çarmıxa çəkdirmək istəyirdi. Hər bir mil məsafəyə 
17 çarmıxa çəkilmiş adam düşürdü. O, gülə-gülə deyirdi:  
– Mən şübhə edirəm ki, bir dəfə bu barədə eşidən hansısa çox sayda qul 
gələcəkdə Roma əleyhinə qalxmağa cəsarət etsin.  
O, öz rəqiblərini ələ salmaqdan da çəkinmirdi. O, Pompey barədə istehza 
ilə  deyirdi:  «Pompey  kimdir?  Böyük  Pompey.  Nə  kimi  böyük?»  Krass  həm  də 
borclu olan adamı heç vaxt unutmurdu.  
Romalılar  danışmaq  üçün  dilə  malik  olan  vaxtdan  6  min  qulu  çarmıxa 
çəkən Krassın adını daim xatırlayacaqlar. Romanın böyük generallarından heç biri 


215 
 
nə vaxtsa bunu etməmişdi. Stsipion Afrikalı, Pompey, Lukull. Krass onlara nifrətlə 
baxırdı: «Onlardan heç biri hətta bu barədə fikirləşə də bilməzdi». 
Tsitseron geri tərəfdə oturub Krassa gülürdü, əvəzində Krass da gülürdü. 
O, ayağa qalxıb əlini Tsitserona tərəf uzatdı: «Gəldiyinə görə, cavan dostum, çox 
sağ ol!» 
Bu vaxt Böyük Pompey gecə yarısı Romaya gəldi. Konsullar onunla bir 
yerdə  olacaqdılar.  Tsitseronun  Pompeyin  qızğın  tərəfdarı  olmaq  istədiyini  bilən 
senatorlar da gözləyirdilər. Günorta Hortensi də gəldi, onun arxasında çoxlu əsgər 
var idi. Tsitseron Metell qardaşlarının arxasınca gəlirdi. Pompey göründükdə hamı 
əl  çaldı.  Sonra  Krassla  birlikdə  bu  iki  rəqib  addımladıqda,  kütlə  daha  ucadan 
qışqırdı.  Bu  vaxt  Pompey  Krassın  əlini  onun  başı  üzərinə  qaldırdı.  Bunu  görən 
Tsitseron  «Necə  də  ürək  bulandırcı  səhnədir»  –  dedi.  Pompey  kütləyə  əl  eləyib 
danışmağa başladı:  
–  Roma  xalqı!  Senatın  liderləri  mənə  şərəfli  bir  təklif  etdilər  və  mən 
lütfən bu təklifi qəbul etdim. Onlar həmçinin mənə dedilər ki, konsulluğa namizəd 
olmağa  razılıq  verim  və  mən  onu  da  lütfən  qəbul  etdim.  Bir  şey  mənə  xüsusilə 
xoşdur  ki,  köhnə  dostum  Mark  Litsini  Krass  konsulluqda  mənim  kolleqam 
olacaqdır.  
Krass,  məşq  keçmiş  bir  natiq  səsi  ilə  dedi  ki,  Pompey  oyunlar  təşkil 
edəndə,  Roma  xalqını  azad  qida  ilə  təmin  edəcəkdir.  Bu,  mənim  taleyimin  onda 
biridir.  Sizin  hər  birinizə  üç  ay  ərzində  azad  qida  verəcəyəm,  küçələrdə  hər  bir 
vətəndaş üçün Herkulesin şərəfinə böyük ziyafət təşkil ediləcəkdir. Kütlə bu vaxt 
təzədən ekstaza gəldi. Tsitseron aludə olan bir şəkildə dedi: «Əclaf, onun taleyinin 
onda biri 20 milyona bərabərdir, həm də çox ucuz bir qiymətə. Gör o, necə zəif bir 
mövqedən qüvvətli olmağa keçdi». 
Pompey azacıq natiqlik təcrübəsinə malik idi. O, sadəcə olaraq adamlara 
komandanlıq etməyə alət etmişdi, onları inandırmağa yox. O, platformadan aşağı 
düşdü. Krass isə yerində oturmaqda davam edirdi və alqışlar yavaş-yavaş kəsildi. 
Tsitseron  dedi:  «Mən  onlara  tamaşa  göstərəcəyəm.»  O,  şəhərin  ən  tanınmış 
vəkillərindən biri hesab  olunurdu.  Senatda  adamlara  çox  lazım  idi.  O,  sonrakı  ili 
edil  olmağa  ümid  edirdi.  Pompey  «edil»  sözünü  eşitdikdə,  bu  ideyaya  görə 
qaşqabağını tökdü: «Yox, yox. Mən belə düşünmürəm. Bu məsələ barədə mənim 
başqa planlarım vardır. Mən əminəm ki, yaxşı hüquqşünas kimi biz ondan daima 
istifadə edəcəyik». O, bu sözləri deyib, çıxıb getdi. Tsitseron ona baxıb: 
– Səninlə görüşmək xoş idi.  
O, bu sözləri çətinliklə uddu.  
 
 
Tsitseron Verres işində hücuma keçir 
 
Tsitseron  evdə  arvadı  Terentsiya  ilə  mübahisə  etdikdən  sonra  çox 
hirslənmişdi.  Hətta  onu  boşayacağını  deyirdi.  Sonra  o,  otağında  tək  qaldı, 
siciliyalıar onun yanına gəldilər. Steni qəribə, həm də uzaq özəl bir səltənətdə idi, 
oraya kənardan nüfuz etmək də çox çətin idi.  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə