Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə95/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   91   92   93   94   95   96   97   98   ...   102

216 
 
O, Tsitserona müraciətlə:  
–  Mən  sizə  çox  minnətdaram,  Senatda  mən  Sirakuzadan,  məhkəmədən 
əldə edilmiş xəbərlər almışam. Sən bu monstrın nə etdiyini görə bilərsən». 
O, bir kağız parçasını Tsitserona verdi. Bu tribunların qərarından əvvəl 
yazılmışdı, digəri isə sonra yazılan idi.  
Tsitseron gözlərini yazıya dikib dedi:  
–  Deməli,  Verres  öz  məhkəməsinin  də  qərarını  saxtakarlığa  məruz 
qoymuşdur.  
Steni  «Həqiqətən  də!»  deyə  qışqırdı.  Sonra  Tsitseron  ondan  kisəsində 
başqa nə olduğunu soruşdu. Steni dedi ki, Verres iki hadisədə, bir dəfə 60 min, o 
biri  dəfə  isə  30  min  məbləğində  pul  ələ  keçirmişdir.  O,  saxta  ittihamlar  irəli 
sürməklə  və  qanunsuz  verdiktlər  verdirməklə  öz  vəzifəsindən  sui-istifadə 
etməkdən  də  çəkinmir.  Həm  də  Steni  ilə  eyni  vaxtda  başqalarını  da  soymuşdur. 
Onlardan ikisi onun qubernatorluğuna qədər icmanın aparıcı adamları olmuşdular. 
Təqib  olunanda  isə  adadan  bir  qəpikləri  də  olmadan  qaçmağa  məcbur  olmuş  və 
Romada  sığınacaq  axtarmışdılar.  Steninin  tribunlara  müraciət  etməsini  eşitdikdə, 
onlar onu axtarıb tapmış və birgə hərəkət etməyi təklif etmişdilər.  
Tsitseron  deyirdi  ki,  qurbanlar  təkcə  heç  də  zəif  olmur,  ancaq  onlar 
ümumi  işə  görə  birləşdikdə  bütöv  adada  yayılan  əlaqə  şəbəkəsinə  malik  olurlar. 
Terme  şimalda,  Vidis  cənubda,  Sirakuza  şərqdədir,  onların  həmvətən  sirdaşları 
nədən  əzab  çəkdiklərinin  sirrini  öyrənirlər,  çünki  onlar  bunu  heç  vaxt  Roma 
senatoruna açmayacaqlar.  
And içən şahid Halesalı Duondan Verres ilk dəfə 10 min sestertsi rüşvət 
tələb etmişdi, gətirməsə, təqsirkar olması barədə verdikt verdirməyə söz vermişdi 
və  sonra  onun  bütün  atlarını,  qobelenini,  qızıl  və  gümüş  lövhələrini 
oğurlatdırmışdı.  Məbədlər  qarət  edilmiş,  heykəltəraş  Mironun  əsəri  olan  bürünc 
“Apollon” da oğurlanmışdı.  
Verres digər iyrənc qanunsuz hərəkətlərə də yol vermiş, onun liktorları 
bir  adamı  döyüb,  çılpaq  şəkildə  atlı  adam  heykəlinə  bağlamışdılar.  Tsitseron 
şikayətlərin və şahidlərin daha çox olmasını tələb edirdi.  
Verres  əvvəllər  də  dəfələrlə  zorakılıq  etmiş  və  adamları  qorxutmuşdu. 
Tsitseron  deyirdi  ki,  biz  bütün  şəhadətləri  əclafın  xəbəri  olmadan  əldə  etməliyik. 
O,  düşünürdü  ki,  əgər  hakimiyyəti  əldə  etmək  istəyirsənsə,  indi  onu  tutmaq 
vaxtıdır,  bu,  mənim  zamanımdır.  Lakin  ona  necə  nail  olmaq  olar?  Yalnız  Qay 
Verresi  rüşvətxorluqda  ittiham  etməklə.  Bu  vaxt  o,  çox  qətiyyətli  görünürdü.  O, 
edil olsa, bir gecə ərzində pretora da çevrilə bilərdi. Özü də heç kəsin, hətta Böyük 
Pompeyin köməyi olmadan da (O, tale quşunu tutmalı idi, əgər təcrübəsizlik edib 
quşu  quyruğundan  tutsa,  quş  uçub  gedəcək,  onun  əlində  isə  yalnız  quyruğun 
bəzəkli lələkəri qalacaqdı. Ona görə də çox ustalıqla, səhvə yol vermədən hərəkət 
etməli idi).  
Xüsusi elektoral kollegiyada Tsitseronun bir neçə üstünlüyü var idi. Ona 
güclü dəstək verənlər iş adamları və tərbiyə olunmuş kasıblar idi, aristokratlar ona 
çətinliklə  qoşula  bilərdilər.  Tsitseronun  aparacağı  kampaniyanın  təqvim  cədvəli 
tezliklə tədbirlərlə doldu və onun iş günü daha da uzandı. Onun şüarı «Ədalət və 


217 
 
İslahat» idi. Qardaşı Kvint onun kampaniyasının meneceri idi. Əmisi oğlu Lutsiyə 
Verresə  qarşı  ittihamın  ayrı-ayrı  cəhətlərini  təşkil  etmək  etibar  olunmuşdu. 
Tsitseron  Verresə  ilk  mümkün  zərbəni  vurmağı  qərara  almışdı  ki,  ona  vaxt 
verməsin ki, öz xeyrinə şəhadətlər təşkil etsin və ya şahidləri qorxutsun. O çalışırdı 
ki,  Verresə  qarşı  qalxan  kütləvi  şübhədən  onun  yayınmasına  heç  cür  imkan 
verməsin.  
Tsitseron Katonun öz qohumu 18 yaşındakı məlahətli Emiliya Lepidaya 
evlənməsinə kömək edirdi. Bu qızın həyatı faciə ilə “parlamışdı”. 13 yaşı olanda 
öz  nişanlısı,  gənc  aristokrat  Stsipion  Nasika  tərəfindən  alçaldıcı  qaydada  tərk 
edilmişdi.  15  yaşı  olanda  atası,  16  yaşında  isə  qardaşı  ölmüş,  bu  qız  tam  tək 
qalmışdı.  Tsitseron  Katona  deyirdi  ki,  onu  al,  yazıq  qız  –  əgər  o,  sənin  dayın 
qızıdırsa,  –  altı  il  əvvəlki  konsul,  sənin  mərhum  anan  Liviyaya  doğma  qardaş 
düşən  Emili  Livianın  qızı  olmalıdır.  Tsitseron  çox  sayda  əsilsiz  radikallar  kimi, 
aristokratlar haqqında geniş məlumata malik idi.  
O,  Katonu  belə  parlaq  ittifaqa  görə  təbrik  etdi.  Onların  damarlarında 
həmin  üç  nəslin  qanı  axır,  qızın  yaxın  qohumlarının  hamısı  ölmüşdürsə,  o, 
Romadan ən varlı mirasa malikdir.  
Katon dedi:  
–  O,  varlıdır,  bu  da  bir  narahatçılıqdır.  Onun  keçmiş  nişanlısı  Stsipion 
Nasika İspaniyadan yenicə qayıtmışdır. Pompeyin ordusunda vuruşmuş, qızın çox 
varlı olduğunu eşidib, onun özünə məxsus olduğunu reklam edir. Qız isə artıq onun 
barəsində  öz  qərarını  vermişdir.  Katon  dedi  ki,  mən  istəyirəm  ki,  Stsipiona  qarşı 
qanuni  mühakimə  qurasan.  Stsipion  isə  demişdi  ki,  mənim  son  cavabım 
Lepidadadır. Qız bu vaxt əlini Stsipionun əlinə keçirdi. Stsipion:  
–  Bu,  mənim  arvadımdır,  biz  dünən  axşam  evlənmişik.  Onun  yanında 
olanlar  isə  bizim  dostlarımızın  toy  hədiyyələridi.  Böyük  Pompey  Kapitolidə 
qurban verəndən sonra birbaşa nikaha şahid olmaq üçün gəlmişdi. 
Tsitseron dedi:  
–  Hüquqşünasların  dediyi  kimi,  sahiblik  qanunun  onda  doqquzudur  və 
Stsipion  təkcə  sadəcə  sahib  deyildir,  öz  yeni  nişanlısını  əvvəlcədən  güclə  razı 
salmışdır. 
Tsitseron Qay Verresin Romaya qayıtdığını öyrənə bildi. O «əclaf, əclaf, 
əclaf!»  deyə  təkrar  edirdi.  Verres  Mironun  əsərini  gənc  Stsipiona,  sonra  isə 
Hortensiyə, daha sonra Metell qardaşlarına vermişdi. 
 
 
Tsitseron edil olmaq istəyirdi. Verresin məhkəməsi 
 
Adamlar bilirdilər ki, Tsitseron Verresi təqib etmək planına malikdir və 
ona  məsləhət  görürdülər  ki,  bundan  vaz  keçsin.  Tsitseron  öz  məşq  etmiş 
tərəfdarları ilə birlikdə gəlib, əlində açdığı sənədlə tamaşaçılara müraciət etdi:  
–  Vətəndaşlar,  bu  gün  mən  gəlmişəm  ki,  öz  xidmətimi  Roma  xalqına 
təklif edim. Mən istəyirəm ki, Romada edil olmaq barədə öz niyyətimi elan edim. 
Bundan hansısa bir şərəf üçün istifadə etmək barədə heç bir arzum yoxdur. Çünki 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə