Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə97/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   94   95   96   97   98   99   100   101   102

220 
 
Lakin  o,  bunu  heç  vaxt  etmədi.  Adanın  hər  bir  iri  şəhərinə  məktublar 
göndərildi, onlardan şəhadətləri vermək xahiş olunurdu. Tsitseron qubernator Lutsi 
Metellə nəzakətli məktub yazıb, ona öz səfəri barədə məlumat verdi. O, əmisi oğlu 
Lutsini də özü ilə götürmək istəyirdi. Lakin səfərə yollanmaq müəyyən məbləğ pul 
tələb  edirdi.  Tsitseronun  qanuni praktikası  ona  bu  vaxt  bir  qədər  gəlir  gətirirdi  – 
bu, heç də birbaşa haqq ödəmək deyildi, həmin qayda qadağan olunmuşdu. Yalnız 
minnətdar  müştərilərdən  hədiyyə  və  irs  şəklində  nəsə  almağa  icazə  verilirdi.  Bu 
təqib etməni reallaşdırmaq üçün isə onun nəğd pulu yox idi. Krass da ona borc pul 
verməzdi.  Yeganə  çıxış  yolu  arvadı  Terentsiyanın  malikanəsindən  100  min 
sestertsi  pul  çıxarmaq  idi.  Qadın  narazılıq  etsə  də,  ona  bu  pulu  ödəməyə  razılıq 
verdi. Səhərisi gün arvadının biznes meneceri bir kiçik pul sandığı gətirdi, onda 10 
min nəğd pul var idi, lazım gəlsə, 40 min də əlavə veriləcəkdi. 
 
 Siciliyada səfərin uğuru və çətinlikləri 
 
Tsitseron  yanvarın  idisində  – 15-də,  Nimfalar bayramının  son günündə 
Romanı tərk edib Siciliyaya  yollandı. Velia sahilinə gəlib çatanda, qayıq əvəzinə 
gəmidə getməyi qərara aldı, bu, qış tufanlarına və dəniz quldurlarına görə riskli bir 
iş idi. O öyrəndi ki, gəmi Siciliya limanı Messana vətəndaşları tərəfindən keçmiş 
qubernator Qay Verresə hədiyyə kimi verilibmiş.  
Messana  əhalisinin  xüsusi  ittihamçıya  ümumi  düşmənçiliyinə 
baxmayaraq,  iki  nəfər  qonaqpərvərlik  göstərmək  əlaməti  kimi  onu  salamladı. 
Tsitseron  addımbaşı  «Mən  Roma  vətəndaşıyam»  deyə  təkrar  edirdi.  O, 
Sirakuzadan  Romaya  qaçıb,  Verresin  bütün  cinayətlərini  açmaq  istəyən  adama 
tərəf  gəldi.  Messananın  böyükləri  onu  həbs  etmiş,  bu  yazığa  qızmar  dəmirlə 
işgəncə vermişdilər. Kim danışmaq istəsə, onun üçün çarmıx da hazır idi. Yüzlərlə 
adamı Verres çarmıxa çəkdirmişdi, hətta Roma vətəndaşlarını da. Tsitseron həm də 
onun casus olduğundan şübhələnirdi. 
Sonra  o,  şimal  sahil  şəhəri  Tindara  getdi.  Orada  Roma  ədaləti  barədə 
qısa bir çıxış etdi, yerli adamların şikayətlərini dinlədi. Tindardan Steninin vətəni 
olan  Termeyə  yola  düşdü,  burada  onun  boş  evində  qalmış  arvadını  gördü.  Qadın 
sürgündəki  ərindən  Tsitseronun  gətirdiyi  məktubu  oxuyub  ağladı.  Evində  qaldığı 
Lisona məxsus olan Apollonun qiymətli heykəlini və Mentorun gümüş qədəhlərini 
qarət etmişdilər.  
Yeni  qubernator  Lutsi  Metellin  liktorları  əllərindəki  qamçı  və  balta  ilə 
bazar  meydanı  tərəfdə  dayanmışdılar  və  Verres  barədə  şəhadət  verənləri 
cəzalandıracaqları  hədəsi  ilə  qışqırırdılar.  Tsitseron  ilk  dəfə  bu  adaya  gələndə, 
buradakı Leontini düzənliyi Romanın taxıl anbarı idi. İndi isə tərk edilmiş ferma 
evləri,  becərilməyən  tarlalar  gözə  çarpırdı.  Bir  fermer  şikayət  etməyə  cəsarət 
göstərdi.  Gəlirin  onda  birini  Verres  üçün  yığanlar  bir  nəfəri  bazar  meydanındakı 
zeytun ağacından asmışdılar. 
Sirakuza  Siciliyanın  ən  böyük  və  ən  yaxşı  şəhəri  idi.  Əslində,  burada 
dörd şəhər birləşmişdi və bir şəhər içərisində ərimişdi. Romalı qubernator Diana və 
Minerva  böyük  məbədlərinin  yanındakı  saraya  malik  idi.  Messanadan  sonra  bu 


221 
 
şəhər  Verresə  loyal  olduğundan,  bu  yaxınlarda  şəhərin  senatı  ona  elegiya 
göndərməyə  səs  vermişdi.  Ona  görə  də  Tsitseron  özünün  düşməncəsinə  qəbul 
ediləcəyindən qorxurdu. 
Tsitseron gənc magistrat olanda görkəmli matematik Arximedin 130 illik 
qəbrini  nankorluqla  itirmiş  qəbiristanlığın  yanında  məskunlaşmışdı,  bu  adam  isə 
böyük alim olmaqla, Sirakuza tarixinin ən məşhur şəxsiyyəti idi. 
Hortensinin  yenidən  öz  köhnə  fırıldaqlarını  təkrar  etməsini  eşidəndə, 
Tsitseron  dedi  ki,  «Biz  müharibəni  düşmən  cəbhəsinə  keçirməliyik,  nə  baş 
verdiyini  anlayan  romalıların  özlərinin  dilini  açmalıyıq.  Həm  də  o  bilirdi  ki,  bu, 
riskli  bir  strategiyadır,  lakin  öz  inamından  dönmürdü  və  əmin  idi  ki,  Verresin 
başçılıq etdiyi qatillərin zülmət ürəyi açılıb göstəriləcəkdir. O, çox sürətlə və məxfi 
qaydada hazırlıq görürdü. O, belə bir fikirlə razı idi ki, «kim küçəyə nəzarət edirsə, 
o,  qanuna  nəzarət  edir».  Bu  həmin  Tsitseron  idi  ki,  küçəyə  nəzarət  edirdi.  O 
deyirdi: «Bir buna baxın, bu, heç də müəyyən bədbəxt fərdlərdən tutulub alınmış 
mallar deyildir. 400 kiçik çəllək bal, əcnəbi paltarlardan ibarət 90 bağlama. Bunlar 
gəmi yükü idi. Sizin qubernator Verres gəmini də oğurlamalı idi».  
Şahid 10, bəlkə də, 20 gəminin yükünün oğurlandığını və heç bir gömrük 
rüsumu  alınmadığını  dedi.  Verres  bütün  yükləri  özünə  götürmüşdü.  Bu  gəmilər 
Asiyadan, Suriyadan, Tirdən, Aleksandriyadan gəlirdi. Verres təkcə malları, yükü 
deyil, gəmiləri də özünə götürürdü. O, casusluq yolu ilə buna nail olurdu. Bütün 
casusların kökü qubernator Verresin özündə idi.  
Bu  gəmilərin  komandaları  isə  «Daş  karxanası»  adlanan  zindana 
göndərilirdi.  Onların  gələcək  taleyininin  necə  olacağını  heç  kəs  bilmirdi.  «Daş 
karxanası» Siciliyada ən qorxulu dustaqxana idi. Ondan pis olanı barədə heç kəs 
heç nə eşitməmişdi. Burada Verresin qurbanları əzab çəkir və ölürdülər. Bu, tiran 
Dionisinin üç əsr bundan əvvəl tikdirdiyi yeraltı məhbəs idi. Bəzi adamların azad 
olunması  xəbərləri  gəlirdi,  əksəriyyəti  barədə  isə  «onların  üzərinə  ölüm  cəzası 
qoyulmuşdur» mənasını verən Siciliya sözü olan «edikaiothesan» yazılırdı.  
Tsitseron  ayrı-ayrı  ölkələrdən  olanların  nəyə  görə  həbs  olunduqlarını 
soruşanda,  bu  suala  belə  cavab  verdilər  ki,  onlar  dəniz  quldurları  idilər,  dəniz 
quldurları  və  casuslar.  Onların  hamısı  artıq  öldürülmüşdü,  təkcə  romalılar  və  iki 
ispan həbsdən azad olunmuşdu. İki nəfərin edam edilməsi isə Tsitserona detalları 
ilə təsvir edildi.  
Tsitseronun  fəallığı  hesabına  Sirakuzada  qarışıqlıq  yaranmışdı.  Senat 
binası  mühasirəyə  alınmışdı.  Aşağıda  Verresin  özünün  qızıl  suyuna  çəkilmiş 
heykəli dururdu. Şəhərlilərin mitinqi qubernator Metellin göstərişi ilə dağıdılmışdı. 
Qanlı qiyam baş verə bilərdi. Tsitseron da siciliyalıları sakitləşməyə çağırırdı.  
Metell ailəsi bu vaxt hakimiyyətin kulminasiya nöqtəsində idi. Üç qardaş 
– Kvint, Lutsi və Mark bir neçə il idi ki, Romada ağalıq edirdi. Ən qorxulusu ikinci 
qardaş  Lutsi  idi.  O,  Tsitseronu  qubernator  sarayındakı  kral  otağında  qəbul  etdi. 
Yerindən  qalxmadan  dedi  ki,  «Roma  əyalətində  qiyam  qaldırmaq  xəyanətkar  bir 
cinayətdir». Tsitseron cavab verdi ki, «Bu da xəyanətkar bir cinayətdir ki, xalqı və 
Roma  xalqını,  onun  təyin  etdiyi  təmsilçini  öz  vəzifəsini  yerinə  yetirməyə  görə 
kimsə təhqir etsin». Onu da əlavə etdi ki, «Qubernator, mən sizi əmin edirəm ki, 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə