Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə98/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   94   95   96   97   98   99   100   101   102

222 
 
xalqın qəzəbi Romaya qarşı deyil, Verresə qarşıdır». Metell bildirdi ki, «sən özünü 
irəlilətmək  üçün  bu  şansdan  istifadə  etmək  istəyirsən».  Sonra  sıçrayıb  ayağa 
duraraq dedi: «Mən səhər götürdüyünüz sənədləri geri qaytarmağı əmr edirəm».  
Tsitseron  bildirdi  ki,  qubernator  unutmasın  ki,  azad  Roma  vətəndaşına 
müraciət  edir  və  o,  özünə  həvalə  edilmiş  vəzifəni  yerinə  yetirəcəkdir.  «Görünür, 
siz, Lutsi Metell, Verresin layiqli varisisiniz».  
Verres rüşvət verməyə pulu olmayanları kimdənsə borc almağa məcbur 
edirdi.  Beləliklə,  Verres  rüşvət  tələb  edirdi  və  qurbanına  təkid  edirdi  ki, 
Karpinatidən  lazım  olan  nəğd  pulu  borc  götürsün.  Tsitseron  onu  «parlaq  əclaf, 
parlaq  tamahkar,  səfeh  əclaf»  adlandırırdı.  Sənədlər  isə  Qay  Verrusinin  adına 
rəsmiləşirdi, əslində isə heç bir Verrusi yox idi, bu, Verresin özü idi.  
 
 Tsitseronun məhkəmədə qələbə çalması 
 
Reqiumdan  Romaya  səfər  nisbətən  asan  idi.  Tsitseron  öz  ittihamlarını 
Verresin korrupsiyasına, vergi yığanda və rəsmi gəlir götürüləndə rüşvətə, özəl və 
munatsipial  mülkiyyəti  qarət  etməyə  və  nəhayət,  qanunsuz  və  tiranlara  xas  olan 
qaydadakı  cəzalar  bölməsinə  ayırırdı.  Şahid  bəyanatları  və  məlumatları  müvafiq 
qaydada qruplaşdırılmışdı. 
Tsitseronun başlıca qayğısı isə edil seçilmək üçün fonda malik olmaq idi. 
O, bunun üçün pul toplamalı idi. Krass, yəqin ki, ona borc pul verməyəcəkdi.  
Konsul  seçkisində  Pompey  nəhayət  qalib  elan  edildi.  Hortensi  Kvint 
Metellə  birlikdə  ikinci  konsul  vəzifəsi  uğrunda  mübarizə  aparırdı.  Mark  Metell 
pretor  seçilmək  üçün  səslərin  çoxunu  aldı.  Keçmiş  konsul  Verresi  qucaqlayıb 
demişdi ki, «bugünkü seçki sənin bəraət almağın deməkdir».  
Tsitseron bilməli idi ki, Pompey onunla görüşməyə razılıq verəcəkdir. O, 
Sezarı da  çoxdan tanıyırdı.  Tərəfdarları  isə  Sezar haqqında deyirdilər  ki,  o, hətta 
beşikdə olandan dahi idi. Özünü yüksəltmiş adam olan Tsitseron onlara nifrət və 
paxıllıq  edirdi.  Sezarın  özü  də  inanırdı  ki,  o,  Veneranın  birbaşa  törəməsidir, 
aşağıdan qalxanlardan isə başqalarının işinə qarışanlar kimi zəhləsi gedirdi.  
Tsitseron çox işləyirdi, bir dəfə qulu Tirona demişdi ki, təşviş keçirmə, – 
biz öləndə elə vaxt gələcəkdir ki, kifayət qədər yatacağıq.  
Avqustun  5-də  Mark  Qney  Pompeyin  və  Mark  Lutsi  Krassın 
konsulluğunda, Steninin ilk dəfə Tsitseronun yanına gəlməsindən bir il doqquz ay 
keçirdi.  Artıq  məhkəmə  öz  işinə  başlamışdı.  Tsitseron  ayağa  durub  çıxışına 
başladı. Hortensi Korneli qanununa əsaslanaraq tələb etdi ki, ittihamçı 48 şahiddən 
artıq siyahı verməməlidir, Tsitseron isə məhkəməyə ikiqat artıq şahid gətirmişdi ki, 
onları qorxuda bilməsinlər. O, çıxışında dedi:  
–  Məhkəmə  centlemenləri!  Bu  böyük  siyasi  böhranda  sizə  indi  təklif 
edilən heç də insan müdrikliyindən irəli gəlmir, birbaşa göylərin hədiyyəsi kimidir, 
bu şeyə isə sizin əksəriyyətiniz möhtacsınız. İnam baş tutacaqdır, respublikaya və 
sizin  özünüzə  zərərli  olan  bir  iş  baş  verəcəkdir,  -  bu  məhkəmələr  senatorlardan 
ibarət  jüri  ilə  aparılır  və  heç  vaxt  kifayət  qədər  pula  malik  olan  adamı  məhkum 
etməyəcəkdir.  


223 
 
Kütlə bu sözləri eşitdikdə qışqırdı: «Sən burada səhv etmirsən». 
Tsitseron çıxışına davam etdi:  
– Lakin mənim ittiham etdiyim adamın xarakteri elədir ki, siz öz yaxşı 
adınızı bərpa edə bilərsiniz. Verres xəzinəni qarət etmişdir və özünü dəniz qulduru 
kimi aparmışdır, öz Siciliya əyalətində taun xəstəliyi yaymaqla onu məhv etmişdir. 
Siz  təkcə  bu  adamı  təqsirkar  sayın  və  sizin  iradəniz  hesabına  düzgünlük  bərpa 
olunacaqdır.  Əgər  siz  bunu  etməsəniz,  –  onun  nəhəng  var-dövləti  sizin 
vicdanlılığınızı parçalayıb dağıtmaq üçün kifayətdir, – onda yaxşı mən azı bir şeyə 
nail  olacağam.  Millət  Verresin  haqq  olduğuna  və  mənim  səhv  olduğuma 
inanmayacaqdır,  –  lakin  onlar  Roma  senatorlarından  ibarət  jüri  barədə  hər  şeyi 
bilməyə ehtiyac duyduqlarını əminliklə öyrənəcəklər.  
Bu, çıxışın başlanğıcı üçün yaxşı sözlər idi: «Qoy mən sizə indi Verresin 
ağlında  olan  həyasız  və  qanlı  planı  deyim.  O  bilir  ki,  mən  onu  quldur  kimi 
çökdürəcəyəm  və  təkcə  məhkəmədəki  dinləmələrlə  deyil,  ancaq  bütün  dünyanın 
gözü  qarşısında.  Bunun  əksinə,  o,  aristokratiyanın  rəyinə  o  qədər  aşağı  baxır  və 
inanır ki, senatorlar məhkəmələri bütünlüklə yoxa çıxmışdır və görünür, bununla o, 
açıqca  lovğalanır  ki,  öz  mühakiməsinin  təhlükəsiz  olacağı  məlumatını  satın 
almışdır. O, təkcə jürini deyil, həm də konsul seçkisini də özünün iki titullu dostu 
naminə  təhlükəsiz  şəkildə  satın  almışdır.  Onlar  mənim  şahidlərimi  qorxutmağa 
cəhd etmişlər».  
Çıxışın  bəyənilməsi  ifadəsi  kimi  hay-küy  qalxdı.  Metell  hirslə  ayağa 
durdu. Hortensi ilə o, hirslə Tsitserona jest nümayiş etdirdilər.  
Tsitseron  dedi:  «Metell,  mən  sənə  təəccüb  edirəm.  Şahidləri,  xüsusən 
Siciliyada bədbəxtliyə düçar olmuşları qorxutmağa cəhd etməklə, onlarda seçilmiş 
konsul  kimi  qorxu  yaratmısan.  Sən  qardaşlarının  da  hakimiyyətindən  istifadə 
edirsən – məgər bu, hüquqi korrupsiya deyilmi, bunun nə olduğunu bilmək mənə 
xoş  olardı.  Niyə  sən  bir  əclafa  görə  öz  borcundan  və  şərəfindən  imtina  edirsən. 
Mən sənə bunu deyirəm: Verres gəzib, hər yerdə deyir ki, onun gərginliliyinə görə 
sən  konsul  olmusan  və  yanvardan  etibarən  o,  iki  konsula  malik  olacaqdır  və 
məhkəmənin sədri də ona yararlı olacaqdır.  
Verres hirslə öz vəkilinə əl işarəsi etdi ki, buna son qoysun. Məhkəmənin 
işi isə yalnız bayramlardan sonra, Mark Metell jüri üzvü olanda bərpa olunacaqdı.  
Tsitseron çıxışında dedi: «Ən böyük təhlükə ondadır ki, mənim ittiham 
etdiyim adam barmaqlarımın arasından sürünüb çıxacaqdır. Hortensi, bu da düzdür 
ki, mən sənin oyununu oynamayacağam. Mən işin yanvaradək uzanmasına imkan 
verməyəcəyəm  ki,  o  vaxt  sən  və  Metell  konsullar  kimi  mənim  şahidlərimi 
qorxutmaq  üçün  öz  liktorlarınızdan  istifadə  edəsiniz.  O,  davam  etdi:  «Bu  gün 
dünyanın gözü bizə dikilmişdir, görən, adamlar öz vicdanlarına qulaq asacaqlarmı 
və qanuna riayət edəcəklərmi?» 
Sonra  o,  Termedən  olan  birinci  şahidi  Stenini  dəvət  etdi.  Hortensi 
Steninin nə deyəcəyini bilmirdi. Steni ona müraciət edərək dedi:  
–  Sizin  yadınıza  düşmürəm,  çünki  siz  çox  məşğul  olan  adamsınız. 
Senator, mən isə sizi xatırlayıram. Siz dediniz ki, Verresi təmsil edirsiniz, onun nə 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə