Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə12/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   8   9   10   11   12   13   14   15   ...   102

23 
 
Mənim  qəflətən  ölməyimdən  qorxu  sənin  əlindən  qələmi  salmayacaqmı?  Mən 
güman  edirəm  ki,  bütün  bu  işgəncələri  mənə  vermək  istədiyini  sən  hiss 
etmirsənmi?  Göylər  mənə  nə  qədər  sərt  olsa  da,  o  qədər  laqeyd  olmayacaqdır  ki, 
mənə  səndən  bir  an  da  olsun  artıq  yaşamağa  icazə  versin.  Abelyarsız  yaşamaq 
dözülməyən  bir  cəza  olardı  və  mənim  onunla  birləşməyim  mənasında  ölüm  ən 
müstəsna xoşbəxtlik olardı. Əgər Göylər mənim davam edən harayımı eşitsə, sənin 
ömrün xeyli uzanacaq və sən məni dəfn edəcəksən.  
Ona  görə  də  narahatlıq  doğuran  şeylər  barədə  bir  daha  mənə  yazma. 
Çünki  biz  artıq  kifayət  dərəcədə  səfil  insanlarıq,  bizim  kədərlərimizin  az  da  olsa 
çoxalmasına ehtiyacımız yoxdur. Bizim buradakı həyatımız əriməkdə olan, yavaş-
yavaş gedən ölümdür, sən onu tələsdirəcəksənmi? Biz gələcək qorxu üçün də yeni 
səbəblər  axtarmalıyıqmı?  Seneka,  öz  hissləri  ilə  şərin  gəlməsindən  məsafə 
saxlamaq üçün səbəbdən necə qaçmaq və ölümdən əvvəl ağrını qəbul etmək üçün 
həyatın bütün sevinclərini necə itirməyin yollarını göstərirdi.  
Sənə  görə  mən  yaşamağı  qərara  almışam.  Əgər  sən  məni  tərk  etmək 
istəyirsənsə,  son  ayrılmağımız  barədə  düşünəndə  səfil  günlərə  ehtiyac 
duymayacağam. Mən bütün ölümcül zərbələri hiss edirəm.  
Sən  mənə  özümü  bütünlüklə  Allaha  həsr  etməyimi  arzulayırsan,  mən 
bunu necə edə bilərəm ki, sən gecə və gündüz daim ağlıma sahib olan təhlükələrlə 
məni qorxudursan. Səni itirdikdən sonra mən nəyə ümid edə bilərəm? Mən çətinlik 
çəkmədən  həyatın  bütün  məlahətlərindən  imtina  etdim,  təkcə  məhəbbətimi  və 
sənin sağ-salamat olmağını eşitməyimi saxladım.  
Mən özümü öyməyə cəsarət etmirəm ki, səni nə vaxtsa görmək ümidi ilə 
yaşayım. Bu, mənim bədbəxtliklərimdən ən böyüyüdür. Əgər sən məni öldürməyi 
arzu  etmirsənsə,  mənim  yaralarım  artıq  digər  başqa  növlər  üçün  heç  bir  yer 
qoymamışdır.  
Əziz  Abelyar,  mənim  ümidsizliyimə  yazığın  gəlsin.  Görən,  belə  səfil 
olan  başqa  biri  varmı?  Sən  məni  digər  qadınlardan  yuxarı  qaldırdın,  onlar  sənin 
məhəbbətinə  görə  mənə  paxıllıq  edirdilər.  Mən  öz  xoşbəxtliyimin  zirvəsində 
şadlananda,  yalnız  daha  dəhşətli  qaydada  yıxılmalıydım,  heç  bir  şey  mənim 
həzzlərimlə müqayisə edilə bilməzdi və indi də mənim bədbəxtliyimə bərabər olan 
heç  nə  yoxdur.  Mənim  taleyim  daim  təhlükəli  vəziyyətdə  idi.  O,  məni  ən  böyük 
xoş münasibətlə yükləmişdi və həmin vaxt məni ən böyük qüssənin içərisinə atdı. 
Mənə  ayrıca  əzab  verdi,  mənim  sevinc  xatirələrimi  tale,  axını  dayanmayan  göz 
yaşları  bulağında  itirdi.  Malik  olduğun  sevgi  mənim  ən  sevincli  hədiyyəm  idi. 
Qısası,  onun  qəzəbi  bütünlüklə  uğur  qazandı  və  mən  indiki  kədərlərimin,  mənə 
valeh olmağının şirinliyinə mütənasib olan bir acı olduğunu hiss etdim.  
Biz özümüzə, təqsirkar bir məhəbbətin sevincinə verəndə heç nə bizim 
həzzlərimizə mane olmurdu, lakin tezliklə bizim ehtirasımıza yenidən qəsd edildi 
və o nikahdakı sığınacağa götürüldü. Və sənin cəzan necə də bir barbarlıq idi. Gör, 
qəddar  əmimin  bizim  üzərimizdə  necə  bir  hüququ  var  imiş?  Biz  hətta  mehrab 
qarşısında  bir-birimizə  qovuşduq  ki,  bu,  bizi  düşmənlərimizin  hiddətindən 


24 
 
qorusun. Əvəzində bizi ayırdılar. Sən mühazirələr oxumaqla  məşğul olanda, mən 
sənə  qulaq  asıb,  monastıra  getdim.  Burada  da  bütün  günümü  sənin  barəndə 
fikirləşməkdə keçirdim. Bu birgə cəza bizi haqlayanda və sən barbar adamın bütöv 
qisasının obyektinə çevriləndə daha az təqsirkar idin. Mən bədbəxtəm, səni məhv 
etdim  və  sənin  bütün  bədbəxtliklərinin səbəbi oldum.  Bizim  cins tərəfindən hissi 
oyadılan  böyük  adam  üçün  bu  necə  təhlükəlidir!  Bizim  bütün  lətafətlərimizin 
əksinə, o, elə bil ki, körpəliyindən həssas ürəyindən yaralanmağa borclu imiş.  
Mən  uzun  müddət  bəzi  şeylərə  yaxın  idim  və  belə  qənaətə  gəldim  ki, 
ölüm  gözəllikdən  daha  az  təhlükəlidir.  Bu,  azadlığın  gəmi  qəzasıdır,  məhvedici 
tələdir,  ondan  azad  olmaq  da  qeyri-mümkündür.  Bu,  ilk  kişini  göylərin  onu 
yerləşdirdiyi  şərəfli  mövqedən  başı  aşağı  yuvarlayan  qadın  idi.  Bu  qadın  onun 
xoşbəxtliyində iştirak etmək üçün yarandığı halda, onun məhvinin yeganə səbəbi 
oldu.  Samsonun  (Bibliyadakı  həmin  yəhudi  qəhrəmanı  filistimli  qadın  Dəliləyə 
sevgisinə  görə  məhv  olunmuşdu  –  tərcüməçi)  şərəfi,  onun  ürəyi  əgər  Dəlilənin 
məlahətləri  ilə  sınağa  çəkilməsəydi,  necə  də  parlaq  idi.  Qadın  onu  filistimlilərin 
silahlarına qarşı silahsız etməklə, düşmənlərinə satdı. Qadının tərk-silah etdiyi bu 
adam  orduların  qalibi  idi,  lakin  düşmənlərinin  məkr  körfəzcikləri  onun  könülünə 
soxuldu.  Qadınlarla  yaxınlıqdan  şadlanmağı  bacaran  Solomon  (  İsrailin  b.e.ə.  X 
əsrdəki  məşhur  çarı,  Yerusəlimdə  dini  ibadət  üçün  olan  tarixi  məbəd  Solomon 
məbədi  adını  daşıyırdı  –tərcüməçi)  Allahı  sevindirməyi  tərk  etdi.  O,  özünün 
tikdirdiyi mehrablar qarşısında səcdə qılmağını atdı, bütlərə ətirli buxur yandırdı. 
Eyni  şeytan  ruhu  Eloizanı  da  Abelyarı  məhv  etmək  üçün  alətə  çevirdi. 
Ancaq  mən  sənin  bədbəxtliklərinin  heç  də  könüllü  olaraq  səbəbi  olmadım.  Mən 
səni  satmadım.  Lakin  mənim  dəyişilməyən  qalmağım  və  məhəbbətim  səni  məhv 
etdi. Əgər mən səni daim sevməklə cinayət işlətmişəmsə, mən buna görə tövbə edə 
bilmərəm.  Mən  sənin  sevginə  tezliklə  əmin  olduqda  qorxumu  azaltdım.  Öz 
nəhayətsiz ehtiramıma səni inandırmaqdan başqa, mənim heç bir niyyətim yox idi. 
Özümü  bütünlüklə  məhəbbətimə  qurban  verdim.  Əgər  məni  dayandırmağa  qadir 
olan hansısa bir xəbərdarlıq olsaydı, bu, heç şübhəsiz, mənim məhəbbətim olardı.  
Mənim  hələ  də  sevinclə  yada  saldığım  həmin  həzzlərin  xatirəsini  göz 
yaşlarım  yuya  bilsəydi,  necə  də  xoşbəxt  olardım.  Ən  azı,  səni  məhkum  etməyə 
cəhd etsəm də, mən Allahın acığını soyuda bilmərəm.  
Cinayəti  söndürmək  üçün  cəzanı  çəkmək  kifayət  deyildir.  Biz 
gördüyümüz çox sayda adam öz səhvlərini etiraf etmişdir. Sonra isə yeni həzzlər 
onları  öz  təsiri  altına  almışdır.  Ürəyin  tövbə  etməsi  dilin  etiraflarını  müşayiət 
etməyə  borcludur,  ancaq  bu,  çox  nadir  hallarda  baş  verir.  Səni  sevməklə  çoxlu 
həzzlər  aldımsa,  hiss  edirəm  ki,  mən  özümün  əksinə  tövbə  edə  bilmərəm.  Sakit 
gecələrimdə  mənim  ürəyim  ən  böyük  qayğıları  dayandıran  bir  yuxuya  dalmalı 
olduğu  halda,  mən  öz  ürəyimin  illüziyalarından  uzaqlaşa  bilmirəm.  Mən  xəyal 
edirəm  ki,  hələ  də  əziz  Abelyarımlayam.  Mən  onu  görür,  onunla  danışır,  onun 
cavablarını dinləyirəm. Mən sənin düşmənlərinə qarşı çıxıram, yazıq gələn şəkildə 
ağlayıram  və  bəzi  anlarda,  göz  yaşları  içərisində  də  oyanıram.  Hətta  müqəddəs 
yerlərdə,  mehrab  qarşısında  da  bizim  məhəbbətimizi  daşıyıram,  şirnikləndirici 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə