Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə14/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   ...   102

27 
 
mən  gözümü  kor  edən  sarğını  cırıb  atmışam  və  əgər  mən  öz  hissiyyatıma 
əsaslanmağa cəsarət etsəm, bu vaxt özümü sənin hörmətinə layiq edəcəyəm. Sən 
mənim  artıq  sevgili  Abelyarım  deyilsən.  Bizim  bədbəxtliklərimiz  sənə  qüsurun 
dəhşətini göstərdi və görünür ki, sən zərurətə hazırlıqla tabe olmusan. Sən mənim 
son  məktublarımda  hiddətimi  gördün,  bu,  heç  şübhəsiz,  mənim  Abelyarıma 
ehtiram  bəsləməkdən  məni  məhrum  edir.  Sən  qabaqcadan  görə  bilməzdin  ki, 
Eloiza elə bir hökmranlıq edən ehtirasa qalib gələcəkdir. Lakin Abelyar, sən səhv 
edirsən,  mərhəmətin  dəstəklədiyi  mənim  zəifliyim  heç  də  qəti  qələbə  çalmağıma 
mane  ola  bilmədi.  Onda  mənə  hörmətini  bərpa  etmə,  öz  möminliyin  sənə  bunu 
zəmanət verəcəkdir.  
Mən məhəbbətim üzərində zəfər çalmadımmı? Xoşbəxt olmayan Eloiza! 
Nə  qədər  ki,  sən  nəfəs  alırsan,  o,  sənə  bəyan  edir  ki,  sən  Abelyarı  sevməlisən. 
Talesiz bədbəxt, ağla, çünki sən heç vaxt belə təsadüfə malik olmayacaqsan. Mən 
qəm-qüssədən ölməyə borcluyam.  Mərhəmət  mənə çatanda vəd etmişdim ki, ona 
sədaqətli olum, lakin indi mən bir daha andı pozmuşam, hətta mərhəmətin özü də 
Abelyara  görə  qurban  getməkdir.  Bundan  sonra  mən  necə  ümid  edim  ki,  Allah 
mənə  öz  mərhəmət  xəzinəsini  açacaqdır.  Çünki  mən  onun  bağışlamasından 
yorulmuşam.  Mən  ilk  dəfə  Abelyarı  görəndən  onu  incitməyə  başladım.  Xoşbəxt 
olmayan  hüsn-rəğbət  bizim  ikimizin  arasında  təqsirkar  məhəbbət  qurdu  və  Allah 
bizi ayırmaq üçün özünün düşməni səviyyəsinə qaldırdı. Mən bizim ürəyimizə işıq 
salan  bədbəxtliyə  ağı  deyirəm.  Mən  öz  ehtirasımın  sönməsini  təmin  etməyə 
borcluyam.  Böyük  Allah!  Mən  məhəbbətin  zəncirlərindən  nə  vaxtsa  azad  ola 
bilərəmmi?  Ancaq  güman  ki,  mən  ağılsız  qaydada  qorxuram.  Abelyar,  mən  səni 
bütün andlarından azad edirəm. Sevgili və ər titullarını unut və yalnız ata titulunu 
saxla.  Mən  səndən  heç  nə  tələb  etmirəm,  ancaq  ruhi  məsləhət  və  bəzi  cəza 
umuram.  Ancaq  müqəddəsliyin  yolu  tikanlıdır,  əgər  sənin  ardınca  dolaşsam,  bu 
qəbul  edilən  olduğunu  göstərəcəkdir.  Daim  sənin  arxanca  getdiyimi  görəcəksən. 
Sən indi cinayətsiz danışmayan ola bilməzsən. Sən mənim səfilliyimdə məni inkar 
edirsən,  yoxsa  mən  səni  qınamaq  üçün  hansısa  bir  şey  etməliyəmmi?  Lakin  indi 
sən heç nədən qorxmamalısan.  
Ürək bütün dünyəvi şadlanmaların arasında şiddətli ağrı hiss edir. Mən 
nifrətamiz divarlarla əhatə olunmuşam. Saatlar illər qədər uzun görünür. Mən min 
dəfələrlə peşman oluram ki, özümü burada dəfn etmişəm. Tənhalıq məlahət verici 
kimi  görünür  və  yerin  dincliyi  mənim  ürəyimə  daxil  olur.  Sakitliyim  mənim 
əzizimin hesabına başa gəlmişdir. Çünki mən onu məhəbbətimin qiymətində satın 
almışam. Lakin əgər mən səni ürəyimdən qoparıb atsam, qısqanc olma. Allah daim 
ona  malik  olmalıdır  ki,  sənin  əvəzinə  ürəyimə  ağalıq  etsin.  Mənim  ağlımda  yer 
tutmağına görə məmnun ol, onu sən heç vaxt itirməyəcəksən. Mən sənin barəndə 
düşünəndə daim gizli həzz alacağam.  
Elə  bu  an  səndən  məktub  aldım.  Sən  məni,  yeni  xəbərləri  yazmağı 
gecikdirdiyimə  görə  məzəmmət  edirsən.  Mənim  xəstəliyim  bunu  üzrlü  etməlidir. 
Sən fikirləşirsən ki, bu yaxınlarda öləcəksən. Sən necə də laqeyd, qəddar adamsan 
ki, mənə elə şeyi deyirsən ki, o, hökmən məni kədərləndirir. Mən sənə ötən dəfəki 


28 
 
məktubumda  yazmışdım  ki,  əgər  sən  ölsən,  mən  necə  bədbəxt  olacağam.  Sən 
özünə  qayğı  göstərməlisən.  Sən  arzulayırsan  ki,  biz  dualarımızda  səni  yaddan 
çıxarmayaq.  Sən  bizim  atamızsan,  biz  isə  sənin  uşaqların.  Sən  yol  göstərənsən, 
göstəriş ver, biz əməl edək. Sənin ağıllı göstərişlərini biz sədaqətlə icra edəcəyik. 
Sən  mənə  bir  şey  demişdin,  o,  məni  çaşdırdı  –  sən  eşitmisənmi  ki,  bizim 
Bacılardan  (Monastırdakı  rahibələri  nəzərdə  tutur  –  tərcüməçi)  bəziləri  pis 
nümunədir  və  onlar  ümumən  kifayət  qədər  ciddi  deyillər.  Bu  səbəbə  görə, 
monastırlar  çox  vaxt  onlara  pis  nüfuz  qazandıran  adamlarla  doludur.  Lakin  mən 
sənə yalvarıram ki, hərdənbir belə şeyləri eşidəndə, mənə onlardan xilas olmağın 
əsl dərmanını göstər. Mən onu alanda, lazımi qayğı göstərməyə borclu olacaqsan. 
Mən Parisin yaxınlığındakı monastırlarda baş verən macəraları xatırlayıram.  
Sən  yazırsan  ki,  belə  cana  doyduran  həyata  son  qoymaq  üçün  ölmək 
istəyirsən. Bu mümkündürmü ki, sənin kimi bir dahi adam öz bədbəxtliklərindən 
yuxarı qalxa bilmir. Əgər sənin tələbələrin hali olsa ki, sən öz ehtiraslarının gizli 
quluna  və  həmin  zəifliklərin  qurbanına  çevrilmisən,  bu  vaxt  sənin  idarəçiliyin 
həmin  adamları  qoruya  bilərmi?  Sən  gözlərini  mənə  dik  və  məhz  sənin  tələbinlə 
mənim özümü qapatdığım barədəki bir qərarla öyün. Biz ayrılanda mən gənc idim 
və (əgər mən sənin daim  mənə dediklərinə inanmağa cəsarət edirdimsə) istənilən 
adamın  sevgisinə  layiq idim.  Əgər  mən  Abelyarın  hissiyyat  həzzindən başqa  heç 
nəyi  sevmirdimsə,  digər  kişilər  onu  itirməyimə  görə  mənə  rahat  şərait  yarada 
bilərdilərmi?  Mən  sənin  göz  yaşlarını  öpüşlərimlə  qurudurdum,  çünki  sən  az 
qüdrətli  idin,  mən  isə  özümü  az  qoruyub  saxlayana  çevirdim.  Mənim  sənə  qarşı 
artan dərəcədə laqeydliyimi görsəydin, sən bir ümidsizlik səbəbinə malik olardın. 
Lakin sən bədbəxtlik hiss edəndən sonra heç vaxt mənim məhəbbətimin ən böyük 
rəmzlərini belə qəbul etmədin.  
Qoy,  mən  sənin  məktublarında,  əziz  Abelyar,  bir  daha  Taledən  belə 
gileylənməyini görməyim. 
Necə  bir  biabırçılıqdır  ki,  hansısa  bir  adam  öz  başına  gələ  biləni  qəbul 
edə  bilməsin.  Özünü  mənim  nümunəmdə  idarə  et,  axı  mən  güclü  ehtiraslarla 
doğulmuşam.  Əgər  sən  taledən  şikayət  edirsənsə,  onun  zərbələri  o  qədər  çox 
deyildir  ki,  onları  hiss  edəsən.  Sən  düşmənlərinə  göstərməyə  çalışırsan  ki,  onlar 
sənə zərbə vurmaq üçün səni necə çox ittiham edirlər.  
Mənim əziz ərim (bu tituldan axırıncı dəfə istifadə edirəm) mən səni bir 
daha  görməyəcəyəmmi?  Ölümündən  əvvəl  səni  qucaqlamaq  həzzinə  heç  vaxt 
malik  olmayacağammı?  Qısası,  heç  bir  qadın  Abelyarın  şəxsinə  təhlükəsiz  bir 
nəzər  sala  bilməz.  Ona  görə  də,  Eloiza,  Abelyarı  görməyi  bir  daha  xahiş  etmə. 
Əgər onun barəsindəki xatirə bu qədər çox narahatlıq yaradırsa, onun canlı iştirakı 
nələr etməyəcəkdir?  
Bəzi  vaxtlarda  sən  mənə  gizli  narahatlıqlar  əhvalatlarını  danışırdın  və 
məndə  kədəri  hiss  etmək  bacarığını  yaradırdın.  Ey  sevincli  xəyallar  və  təklif 
olunan imtiyazlar, siz necə tez qeybə çəkildiniz! 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə