Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə17/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   ...   102

33 
 
də Bolla həbs edilir. Həbsdən azad olan Artura keşişlə söhbətdə təşkilatı satdığı və 
ona  görə  də  həbs  olunduqları  aydın  olur.  Həm  də  bu  vaxt  o,  Montanellinin  oğlu 
olduğunu öyrənir. (Britonların V-VI əsrlərdə yarıməfsanıvi kralı olmuş Arturun adı 
da  yəqin  ki,  uşağa  bu  biabırçılığı  ört-basdır  etmək  üçün  qoyulubmuş  –məqalə 
müəllifi). Ögey qardaşı ona ölən anasının keşişlə birgə imzaladığı ərinə ünvanlanan 
etiraf  məktubunu  göstərir.  Artur  üstünə  yağan  bədbəxtliklərdən  qaçmaq  üçün 
şlyapasını kanala atmaqla özünə qəsd etməsi səhnəsini yaradır və gəmi ilə Cənubi 
Amerikaya  yollanır.  13  il  sonra  İtaliyaya  qayıdıb,  Rivares  adı  altında  yenə 
mübarizəyə  qoşulur,  Avstriya  işğalçılarına,  katolik  kilsəsinə,  birbaşa  yepiskop 
Montanelliyə  qarşı  sərt  məzmunlu  pamfletlər  yazır.  İnqilabçı  dəstə  yeni  qəsd 
hazırlayır  və  onun  icrasını  Artur  öz  üzərinə  götürür.  Əməliyyat  vaxtı  isə  həbs 
olunur.  Bioloji  atası,  Montanelli  həbsxanada  onun  yanına  gəlir,  hər  şeyi  etiraf 
etməsini  məsləhət  görür,  onun  xilas  yolunu  bunda  görür.  Lakin  Artur  atası 
qarşısında sərt bir şərt qoyur. Keşiş öz Allahından üz döndərsə, ona oğul olacağına 
razılıq  verəcəyini  deyir.  Yepiskop  ona  nə  qədər  yalvarsa  da,  Artur  öz  tələbindən 
dönmür. O, hərbi-səhra məhkəməsində mühakimə edilir və məhkəmənin hökmü ilə 
güllələnir. Bu, həm də oğluna xəyanət edib, sonra isə dinə sədaqətinə görə ondan 
imtina edən Montanellinin mənəvi və fiziki sonluğuna çevrilir.  
Montanelli oğlunun qətlinə görə dəli olur, kilsəyə gələn dindarları adam 
yeyənlər,  meyitlə  qidalanan  quzğunlar  adlandırır,  onlara  görə  oğlunu  qurban 
verdiyindən  şikayətlənir.  O,  dini  rəmzi  döşəməyə  çırpıb  sındırır.  Bir  neçə  gün 
sonra Lorentso Montanelli ürək partlamasından öldü.  
Artur ilk dəfə keşişlər tərəfindən aldadılmaqla, öz mübarizə yoldaşlarına 
xəyanətə  yol  vermişdi.  Bu  xəyanətin  də  bünövrəsini  guya  nəcib  məqsəd  naminə 
birbaşa öz atası qoymuşdu. Ata ikinci dəfə yenə ona öz mübarizəsindən əl çəkmək 
barədə  yalvarırdı.  Dinin  aliliyinin  öz  xadimlərini  kölə  vəziyyətinə  salması  belə 
qeyri-humanist, hər cür əxlaqdan kənar münasibətlərə və faciəvi hadisələrə gətirib 
çıxarır.  Bunun  insanlığa  zidd  olduğunu  duyanlar  az  sayda  olsalar  da,  onlar  hətta 
Allaha  qarşı  da  üsyana  qalxmağa  hazır  olduqlarını  bildirirlər.  Axı  çoxları 
Bibliyadakı  İov  deyil  ki,  Allahın  ona  hər  cür  xəstəliklər  və  bədbəxtliklər 
göndərdiyini  bilə-bilə,  ona  sədaqət  göstərməkdə  davam  etsin  ki,  nə  vaxtsa  Allah 
onun  sədaqətini,  hər  cür  bəlalara  etiraz  etmədən  dözdüyünü  qiymətləndirəcək, 
çəkdiyi əzablara görə mərhəmət göstərməklə onu lazım olduğundan artıq dərəcədə 
mükafatlandıracaqdır.  İnsanı  taqətdən  salan  sınaq  ağır  olduğundan  və  onun 
mükafatı böyük qiymətə başa gəldiyindən, belə mərhəmət nəticə etibarilə hətta öz 
əhəmiyyətini, əslində mahiyyətini də itirir.  
İnsanlar  çox  vaxt  digərinə  bəslədikləri  ülvi  hisslərini  heç  nəyə,  hətta 
hansısa bir müqəddəsliyə də qurban vermək istəmir, axı o, özünün məhz insana xas 
olan  təbiətinin  qeyri-adi  sevinc  bəxş  edən  təntənəsinə,  zəfərinə  nail  olmuş,  fəth 
etdiyi  bu  zirvəni  axirət  dünyasında  vəd  edilən  hansısa  Yelisey  çölünə,  cənnətə 
dəyişmək  istəmir.  Real  həyatda  qədəm  qoyduğu  və  cənnət  meyvəsi  hesab  etdiyi 
bəxt hədiyyəsi ilə o, xudahafizləşməlidir ki, həyatdan köçdükdən sonra hansısa bir 
təxəyyül  olunan  cənnətdə,  müqəddəsliyin  mərhəməti  və  köməyi  ilə  məskunlaşa 


34 
 
bilsin.  Axı  heç  kəs  əlindəki  arıquşunu  göydəki  durnaya  dəyişmək  istəmir,  axı 
ənginliklərdə pərvazlanan durnaya sahib olmaq olduqca müşkül məsələdir, əslində, 
xəyaldan  başqa  bir  şey  deyildir.  Kim  Yer  üzərində,  şəxsi  həyatında  qazandığı 
xoşbəxtliyi hansısa ehtimala qurban verməklə, o dünyadakı güman edilən və dini 
rəvayətlərdən  başqa,  real  olaraq  heç  nəyə  əsaslanmayan  cənnətlə  dəyişməyə 
razılaşar.  Axı  burada  tələb  olunan  qurban  elə  bir  nəcib  məqsədə,  mənəvi 
fədakarlığa  görə  deyil,  yalnız  dinin  irəli  sürdüyü,  obrazının  da  mövcud  olmadığı 
vədlərə  əsaslanır.  Bu  vədlərin  həyata  keçməsi  imkanları  və  vasitələri  aydın 
olmamaqla,  hindlilərin  ənənəsindəki  adamın  gələcək  taleyində  rol  oynayacaq 
karma  kimi  qeyri-müəyyənlik  rəmzindən  başqa  bir  şey  deyildir.  Dinin  bir  sıra 
tələblərinə  kor-koranə  tabe  olmaq  ağıl,  şüur  köləliyinə  yaxınlaşmağa  bənzəyir. 
Axirət  dünyasına  ifrat  inam  bəsləməklə,  real  həyatın  real  fərəhli  cəhətlərini 
kiçiltmək  daha  çox  ağılın  qüsurluluğundan  və  ya  deformasiyaya  uğramasından 
xəbər verir.  
   
 
Qaratikan quşunun intiharı 
 
Avstraliya  yazıçısı  Kollin  Makkalounun  «Qaratikan  quşu»  əsəri  həm 
oxucuların,  həm  də  Hollivudun  çəkdiyi  uğurlu  kinofilm  hesabına  tamaşaçıların 
böyük  marağına  səbəb  olmuşdu.  Roman  keşiş  Ralf  ata  ilə  gənc  qız  Megginin 
sönməz  məhəbbətindən  bəhs  edir  və  bu  cütlüyün  taleyinə  dinin  ağır  zərbə 
vurduğunu göstərir.  
11 yaşlı Meggi adlı qızcığazın valideynləri uşaqları ilə birlikdə XX əsrin 
əvvəllərində  Yeni  Zelandiyadan  Avstraliyaya,  onun  ziyadə  isti  guşəsi  olan 
Droqhedaya gəlirlər. Buradakı varlı qadın Meri Karson qardaşı Peddini öz yanında 
yaşamağa və öz təsərrüfatında uşaqları ilə birlikdə işləməyə dəvət etmişdi. Dəniz 
səyahətindən sonra ailə qatarla həmin əyalətə gəldi və Meggi burada ilk dəfə onları 
vağzalda qarşılayan keşişi gördü. Qızcığazin özü də ilk baxışdan Ralf atanın çox 
xoşuna gəlmişdi.  
65  yaşlı  varlı  qadın  olan  Meri  Karson  cavan,  qəddi-qamətli  keşişə 
vurulmuşdu,  onu  ələ  keçirmək  istəyirdi.  Həm  də  yaxşı  bilirdi  ki,  başqaları  kimi, 
Ralf  da  onun  özünə  deyil,  puluna  ehtiram  bəsləyir.  Qadın  Ralfa,  onu 
şirnikləndirmək üçün minik atları və avtomobil bağışlamışdı.  Keşiş bu cəhənnəm 
timsalı olan, tozu, milçəyi və qızmar istisi ilə şöhrət tapmış Droqhedaya yepiskopu 
təhqir  etdiyinə  görə  gəlib  düşmüşdü.  Qadın  inanırdı  ki,  o,  gələcəkdə  kardinal 
olacaqdır.  Ralf  isə  belə  möcüzənin  baş  verəcəyinə  inanmırdı.  Keşiş  həm  də  öz 
davranışı ilə regionda yaxşı nüfuz qazanmışdı.  
Malikanə sahibi olan qadın öz şəhvət istəyinə nail olmaq üçün hər şeyə 
əl atırdı, bəzən keşişə hiddətlənib acı sözlər də işlədirdi. Bir dəfə ona demişdi ki, 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə