Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə20/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   16   17   18   19   20   21   22   23   ...   102

39 
 
Meggi şikayətlənməyə başladı ki, acgöz Allah, yaxşı olanları yığıb aparırsan, qalan 
bizlərlə isə dünyanı çürüməyə qoyursan.  
Meggi Romaya, Vatikana gəlib, Ralfla görüşdü. Axırıncı dəfə onlar 13 il 
əvvəl görüşmüşdülər. Kardinal Ralf onu güclə tanıdı. Meggi ona Denin öldüyünü 
dedi.  Ralf  özünü  itirmişdi,  təkrar  edirdi  ki,  o,  ölə  bilməz.  Sonra  Göyə  müraciət 
etdi:  Ey  əziz  Allah!  Meggi  bu  sözləri  eşidəndə  qeyzlə  dedi:  «Ralf,  sənin  əziz 
Allahın  barədə  narahat  olma!  Mən  sənə  kömək  barədə  xahişə  gəlmişəm,  sənin 
dərdinə  şərik  olmağa  yox!»  Bildirdi  ki,  sənin  dərdin  mənə  təsir  etmək  gücündə 
deyil,  oğlum  Kritdə  dəfn  olunmuşdur,  ancaq  onun  cəsədini  Droqhedara  götürüb, 
orada dəfn etmək lazımdır. Ralf bu qərarın düzgün olduğunu bildirdi, axı o, özü də 
öləndə Droqhedada dəfn olunmağını istəyirdi. 
Meggi  Ralfın  onunla  birlikdə  Yunanıstana  getməli  olduğunu  bildirdi, 
onun  köməyilə  oğlunu  geri  ala  bilərdi.  Ralf  onun  oğlunu  öz  doğma  oğlu  kimi 
sevdiyini dedi və əlavə etdi ki, çox mühüm konqress keçirildiyinə görə o, bu vaxt 
Romanı tərk edə bilməz.  
Meggi cavabında dedi ki, Den həm də sənin oğlun idi, Metlok adasında 
mən  hamilə  olmuşdum.  Den  sənin  idi,  Lyukunku  deyildi.  Denin  ölüsünə  and 
içirəm  ki,  o,  sənin  oğlun  idi.  Ralf  bu  sözləri  eşitdikdə,  ağlamağa  başladı.  Meggi 
ona dedi: uzun illər idi ki, sənin oğluna malik idim, sən isə bunu bilmirdin, anam 
isə elə uşaq  doğulan  vaxt bunu bilmişdi. Denin  təkcə  saçı səninkindən  fərqli idi, 
qalan  hər  şey  səninki  idi.  Axı  mən  məktubumda  yazmışdım:  «Mən  oğurladığımı 
geri qaytarıram.” Sonra əlavə etdi ki,sənin Allaha and içdiyini biz oğurlamışdıq və 
hər ikimiz haqqı ödəməli idik.  
«Mən səni sevmişdim. Ralf, ancaq sən heç vaxt mənim olmamışdın. Den 
mənim  səndən  alacağım  hər  şeyin  bir  hissəsi  idi.  Mən  onu  sənə  bir  silah  kimi 
verdim  ki,  özündən  olduğunu  biləsən.  Artıq  o,  heç  birimizə  məxsus  deyildir, 
Allaha məxsusdur». Bu sözlər Megginin ağır kədərini və itirilmiş dünyasını ifadə 
edirdi.  
Kardinal  de  Brikassar  Meggi  və  onun  qızı  ilə  Denin  meyitini  Kritdən 
Droqhedaya apardı. Bədbəxt Ralf Meggiyə olan məhəbbətinin taclandırdığı həmin 
şərəf barədə heç vaxt bir şey bilməmişdi. 
Kitaba  Kelt  əfsanəsindən  götürülmüş  bir  epiqraf  seçilmişdir:  «Bu 
ömründə bir dəfə oxuyan quş barədə əfsanədir. Bu quş öz ömründə yalnız bir dəfə 
oxuyur, Yer üzərində başqa heç bir canlı belə şirin oxumur. Hansısa bir an gələndə 
o  yuvasını  tərk  edib,  qaratikan  kolunu  axtarır,  onu  tapana  qədər  heç  bir  rahatlıq 
bilmir. Sonra yabanı budaqlar arasında oxuyub, özünü uzun, şiş uclu tikanın üstünə 
atır. Və öləndə o, öz aqoniyasından da yuxarı qalxır ki, nəğməsi ilə torağayın və 
bülbülün  şən  şərqilərini  də  ötüb  keçsin.  Bir  fövqəl  səviyyəli  şərqi,  qiymət 
qazanmağın mövcudluğu. Və bütün dünya sakit dayanır ki, onu dinləsin. Allah da 
öz  Göyündə  buna  gülümsəyir.  Ən  yaxşı  olan  bir  şey  yalnız  böyük  ağrı  hesabına 
əldə edilir. 
… Və ya əfsanə belə deyir».  


40 
 
Əsər  də  əfsanədən  gələn  belə  sözlərlə  bitir:  “Quş  döşündəki  tikanla 
dəyişilməz bir qanunla hərəkət edir. O bilir ki, heç nə hiss etməyəcəkdir və oxuya-
oxuya da ölür. Bir müddətdən sonra tikan döşdə elə yerə girir ki, quş ölüm gələndə 
bundan  hali  olmur.  O,  sadəcə  həyatı  tərk  edənə  qədər  axırıncı  notu  da  vurmaqla 
oxuyur.  Lakin  biz  tikanı  öz  döşümüzə  sıxanda,  bunu  hökmən  bilirik.  Biz  başa 
düşməklə yanaşı, indiyədək bunu edirik.”  
(Əsəri məqalə müəllifi orijinaldan ixtisarla tərcümə etməklə, əsasən, eşq 
macərasının iki qəhrəmanının həyatına həsr olunmuş epizodlara diqqət yetirilmiş, 
romanın yaratdığı dolğun təəssüratı qəsa bir şəkildə qələmə almağa çalışmışdır.)  
 
 
İnsanlar sərt dini qaydalarla barışmaq istəmirlər 
 
Dinin  yaranması  insanlara  cəmiyyəti  müəyyən  ideologiya  ətrafında 
birləşdirmək  məqsədi  güddüyündən,  əsasən  nəcib  bəşəri  dəyərləri  təbliğ 
etdiyindən, onun nüfuz dairəsi  getdikcə genişlənir, inam gətirənlərin din uğrunda 
fədakarcasına  mübarizəsi,  dinə  sitayiş  edənlərin  sayının  çoxalmasına  səbəb  olur. 
Qədim  Romada  xristian  icmalarına  qarşı  sərt  təbdirlər  görülür,  xristianlar 
qəddarcasına  təqib  edilirdi.  Lakin  bu  xristianlığın  yayılmasının  qarşısını  ala 
bilmirdi.  IV  əsrin  əvvəllərində  Roma  imperatoru  Konstantin  nəhəng  Roma 
imperiyasının – imperiya Britaniyadan Afrikanın şimalınadək uzanırdı, Avropanın 
yarısını  və  Kiçik  Asiyanı  əhatə  edirdi,  vahid  ideya  altında  birləşdirmək  üçün 
xristian  dinini  seçdi  və  əsrin  sonunda  bu,  dövlət  dini  elan  olundu.  İslamın 
yaradıcısı  Məhəmməd  peyğəmbər  də  doğma  şəhərinin  əhalisini  və  bədəviləri 
birləşdirmək  məqsədini  güdməklə  yeni  dini  təbliğ  etməyə  başladı  və  az  müddət 
keçdikdən  sonra  islam  geniş  yayılmaqla  xristianlıqdan  sonra  ikinci  böyük  dünya 
dininə çevrildi.  
Dini  qaydalar,  cəmiyyəti  nizamlama  prinsipləri  sərt  xarakter  daşımaqla 
sotsiumun idarə olunmasında, heç şübhəsiz, müsbət rol oynadı. Lakin həm də bu 
idarəçiliyin mənfi tərəfləri, sərt, bəzən amansız qaydalarının tətbiqi özünü büruzə 
verməyə  başladıqda  dinə  qarşı  narazılıq,  din  xadimləri  tərəfindən  sui-istifadə 
halları isə ciddi etiraza səbəb olmaqla, ona qarşı mübarizə dalğası yaratdı. Papanın 
başçılıq  etdiyi  katolik  kilsəsinin  Romada  Müqəddəs  Pyotr  kilsəsinin  tikintisinin 
xərclərini  ödəmək  məqsədilə  indulgensiyanın  tətbiqi  həddləri  aşıb,  din 
xadimlərinin  varlanma  mənbəyinə  çevrildikdə,  XVI  əsrin  əvvəllərində  alman 
islahatçı  ruhanisi  Martin  Lyuterin  başladığı  mübarizə  dinin  parçalanmasına, 
protestantizmin  meydana  gəlməsinə  səbəb  oldu.  İngiltərədə  isə  kral  VIII  Henri 
vurulduğu  Anna  Boleynə  evlənmək  üçün  arvadı  Yekaterina  Araqonlunu 
boşamasına  Roma  papası  icazə  vermədikdə,  katolitsizmlə  əlaqəni  kəsdi  və  öz 
başçılığı  altında olan  anqlikan kilsəsi  yaratdı.  Protestantizm  Avropada  yayılmağa 
başladı.  Xristian  dini  üç  məzhəbə  katolik,  protestant  və  pravoslav  (ortodoks) 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə