Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə21/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   17   18   19   20   21   22   23   24   ...   102

41 
 
kilsələrinə  parçalanmaqla,  bir-birinə  qarşı  barışmaz  mövqedə  dayandılar.  İslam 
dini də parçalanmaya məruz qaldı – sünnilər və şiələr meydana gəldi.  
Dinin  məhəbbət,  eşq  əhvalatlarına  tez-tez  və  zəruri  bir  səbəb  olmadan 
müdaxiləsi onun nüfuzunu möhkəmləndirmək əvəzinə əks effekt verməyə başladı. 
Xristianlıqda  sevgililərin  müxtəlif  bəhanələr  altında  cəzalandırılması,  bir-
birlərindən  ayrı  salınması,  din  xadimlərinin  kilsə  qaydalarını  –  tselibatı  pozaraq, 
qadınlarla  yaxınlıq  etməsinə  qarşı  həyata  keçirilən  tədbirlərdən  qorxu,  həmçinin 
belə  yaxınlıqdan  meydana  gələn  uşaqların  taleyi  dinin  nüfuzuna  xələl  gətirən 
amillərə çevrildi. Bir qayda olaraq, sevgililər bir-birindən ayrılırdılar. Keşişlər öz 
məhəbbətlərini  gizli  saxlamağa  məcbur  olmaqla,  əslində,  onlarda  şəxsiyyətin 
ikiləşməsi  baş  verirdi.  Çünki  kilsəyə  guya  sədaqətlə  xidmət  etdiklərini  nümayiş 
etdirməklə yanaşı, sevgi macəralarında iştirak etməkdən də imtina etmirdilər.  
Abelyar, Montanelli və de Brikassar kilsə xadimləri olsalar da, sevmiş və 
sevilmişdilər,  onlar  dinin  qadağasını  pozaraq,  eşq  həzzini  dadmış  və  bu 
yaxınlıqdan  isə  axırıncılar  dünyaya  bastardlar  –  nikahdan  kənar  uşaqlar 
gətirmişdilər.  Makkiavellinin  Florensiya  tarixi  haqqındakı  əsərindəki  hökmdar 
Lorentso Mediçinin özünün bastard olması barədəki ittihamlara verdiyi – əgər mən 
bastardamsa, burada mənim heç bir günahım yoxdur, günahkar yalnız xəyanətə yol 
vermiş  valideynlərim  ola  bilər,  –  cavab  ən  azı,  həmin  uşaqların  taleyinə  ədalətli 
qaydada  yanaşmaq  lüzumunu  yada  salır.  Bəs  keşişlərin  təqsiri  nədə  idi,  onların 
pozduğu qadağa nəyə əsaslanırdı, hansı bəşəri prinsipdən doğmuşdu? Axı Bibliya 
peyğəmbərləri  də  məhəbbətə  biganə  qalmamışdılar.  Bibliyanın  «Şərqilər  şərqisi» 
kitabı  çar  Solomonla  kəndli  qızı  Sulamitin  sevgisinə  həsr  olunmaqla  yanaşı, 
məhəbbəti  tərənnüm  edən  ən  qədim  yazılı  ədəbi  nümunələrdən  biridir.  “İncil”in 
özündə  də  qeyd  edilir  ki,  “Beləliklə,  bu  üç  şey  qalır:  inanc,  ümid  və  məhəbbət, 
onlardan ən böyüyü məhəbbətdir.” 
Diqqətlə  baxdıqda  görürük  ki,  din  öz  xidmətçilərini  kütlədən  ayırıb, 
onlara  xüsusi  saflıq  haləsi  vermək,  ancaq  Allaha  sədaqət,  həsr  olunmaq  məqsədi 
altında təbiətin qanununa belə bir zidd qadağa tətbiq etmişdi. İudaizm dini saysız-
hesabsız,  sayı  yüzlərlə  ölçülən  qadağaları  ilə  dinin  nüfuzunu  yüksəltmək,  onun 
tələblərinə danışıqsız əməl olunması üçün onların hər birinə müəyyən səbəblər də 
irəli sürmüşdü. Xristian dini isə tselibatı tətbiq edərkən əslində təbiətin insana bəxş 
etdiyi bir xüsusiyyəti inkar etməklə, bu məhdudiyyətin təbiətin çağırışı qarşısında 
hökmən  pozulacağı  ehtimalını  nəzərə  almamışdı.  Ona  görə  də  tselibat  müxtəlif, 
bəzən  isə  hətta  ən  eybəcər  yollarla  pozulur,  keşişlər  şəhvətlərin  ödəmək  üçün  öz 
andlarını pozmağı məqbul hesab edirlər.  
Tselibat  –  nikahsızlıq  təbiətin  qanunlarına  ziddir,  axı  kişi  və  qadının 
yaxınlığından  uşaq  doğulur,  beləliklə,  bir  seqmentdə  nəslin  artması  dayandırılır. 
Digər  tərəfdən  dövlətin  kiçik  hüceyrəsi  olan  ailənin  yaranmasının  qarşısı  alınır. 
Əgər  bu  qayda  geniş  yayılsaydı,  doğumun  azalması,  təbii  artımın  aşağı  düşməsi 
hesabına  bəşəriyyət  üçün  arzuolunmaz  problem  yaranardı.  Sirakuza  tiranı 
Dionisinin (b.e.ə. V-IV əsr) bu barədəki ifadəsi ibrətamizdir. Saray əyanları qorxa-
qorxa ona anasının ərə getmək istədiyini bildirdikdə, hökmdar belə cavab vermişdi: 


42 
 
«Mən  dövlətin  qanunlarını  dəyişə  bilirəm,  təbiətin  qanunlarını  dəyişməyə  isə 
gücüm çatmaz». 
Misal  çəkilən  hər  üç  din  xadimi  kilsənin  gözündə  təqsirkar  olsalar  da, 
bəşəri,  insan  təbiəti  nöqteyi-nəzərindən  yalnız  ürəklərinin  hökmü  ilə  qadınlara 
vurulmuş, eşq hissini kilsənin münasibətindən, din qaydalarından üstün tutaraq, bir 
insan  kimi  bu  hökmü  icra  etməli  olmuşdular.  Onlar  dinə  görə  böyük  qəbahət 
işlətdiklərini  başa  düşürdülər,  Allahın  cəzasından  qorxurdular,  lakin  məhəbbətin 
hakim kəsildiyi ürək onları idarə etdiyindən, ağılın diqtəsini rədd edərək, bu anda 
məhz ürəyə məxsus olan iradə ilə hərəkət etmişdilər. Məhəbbət anı sevinc, bağlılıq 
və  arzu  aysberqinin  zirvəsidir.  Onlar  buna  can  atmışdılar,  məqsədlərinin  həyata 
keçməsini  özlərinin  müqayisəyə  gəlməyən  zəfəri  kimi  qəbul  etmişdilər.  Hər  üçü 
həm də sevdiyi qadınlardan qarşılıqlı münasibəti qəbul etmişdi, məhəbbət daşqını 
isə kilsə bəndlərini bütünlüklə uçurub dağıtmışdı.  
Məgər  sevginin  qurbanı  olan  bədbəxt  qadınlar  keşişlərə  vurulduqlarına 
görə  Yer  üzündə  cəhənnəm  əzabı  çəkilməli  idilərmi?  Axı  onlar  hansısa  eqoistik 
məqsəd, fayda götürmək xatirinə deyil, həmin kişiləri öz aləmlərində səmimiyyət, 
alicənablıq  simvolları,  hətta  etalonları  kimi  qəbul  edərək,  onlara  vurulmuşdular. 
Burada hansısa mənfəət güdən haqq-hesab yox idi. Onlar da öz hisslərini şiddətlə 
alovlanmağa  sövq  edən  cavab  aldıqları  üçün,  vurulduqları  bu  kişilərdə  hansısa 
saxtakarlığı  ya  görməmiş,  ya  da  görmək  istəməmişdilər.  Axı  məhəbbət  əks 
tərəfdəki qüsurları bir qayda olaraq sezmir və ya onlara qarşı bilərəkdən biganəlik 
göstərir.  
Məhəbbət  daim  poezianın  başlıca  mövzusu  olaraq  qalmışdı,  onun 
tərənnümü  çox  sayda  üslublar  yaratmışdı.  Dantenin  və  Petrarkanın  lirikasında 
platonik  məhəbbət  vəsf  edilir,  onlar  vurulduqları  Beatriça  və  Lauranı  ilahə 
səviyyəsinə  qaldırırlar.  Trudaburlar  isə  rıtsar  sevgisini,  həyatın  gözəlliyini 
tərənnüm edirdilər. Ümumiyyətlə, şairlər məhəbbət haqqında yazmağa min illərlə 
ölçülən zaman sərf etmişlər. Psixoloqlar və bütün növlərdən olan müəlliflər isə bu 
müəmmalarla dolu hiss haqqında çox yazmışlar.  
Məhəbbətin ilk mərhələsində ən başlıcası ehtiras meylinin yaranmasıdır. 
Xırda qığılcım iri tonqalın yanmasına səbəb olur. Eloiza, Qledis və Meggi heç də 
ateist deyildilər, dinə bağlı idilər, lakin onlar məhəbbəti daha böyük qüvvə hesab 
edərək,  ona  baş  əymiş,  dinə  itaətlərini  pozmağa  cəsarət  etmişdilər.  Onlar  məlum 
yasaqdan hali olduqları halda, keşişlərə vurulmuşdular. Bu qadınlar öz sevgilərinin 
zirvəsinə  çatdıqları  anı  həyatlarındakı  ən  xoşbəxt  gün  hesab  edirdilər.  Və  axıra 
qədər öz hisslərinə sadiq qalmaları ilə də fərqləndilər. Həmin sevgi dünyaya uşaq 
gətirsə  də,  bu,  onları  xoşbəxt  edə  bilmədi,  birgə  keçirdikləri  anın  şirin  xatirələri 
istisna  olmaqla,  onlar  sonralar,  ümumiyyətlə,  bədbəxtlik  dənizində  üzməkdən 
başqa, heç bir fərəh hiss etmədilər. Bu övladlar da xoşbəxtlik şirinliyini dadmağa 
nəsib  olmadılar.  Abelyarla  Eloizanın  oğlunu  onlardan  ayırdılar  və  onun  sonrakı 
taleyi  barədə  heç  nə  məlum  deyildir.  Montanelli  arvadı  ilə  yaxınlıq  etdiyi  ingilis 
Berton tərəfindən Çinə yollanmağa məcbur edildi. Məşuqəsi xəyanətini ərinə etiraf 
etdi  və  bir  qədər  sonra  öldü.  Onların  dünyaya  gətirdiyi  Artur  öz  doğma  atasının 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə