Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə39/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   35   36   37   38   39   40   41   42   ...   102

88 
 
daxil olub, fransız qoşunlarından onu azad etdi və referendumun qərarı ilə Roma 
birləşmiş İtaliyanın paytaxtı oldu. Papa təklif olunanla razılaşmayıb, Vatikanda bir 
dustaq kimi qalmaq variantını seçdi.  
Faşizmin  banisi  Benito  Mussolininin  hakimiyyəti  dövründə  –  1920-30-
cu  illərdə  Roma  müasir  paytaxta  çevrildi,  şəhərdə  möhtəşəm  binalar  tikildi,  yeni 
prospektlər salındı. Mussolini klassik Romanın çox sayda abidələrini açmağa nail 
olan  və  qoruyub  saxlayan  arxeoloji  qazıntıların  aparılmasını  dəstəkləyirdi.  XX 
əsrdə Roma bütünlüklə böyük inzibati paytaxt olmaqla, turizm mərkəzinə çevrildi. 
Faşizm  bütün  eybəcərlikləri  ilə  yanaşı,  əlbəttə,  italyan  faşizmi  Hitler  nasizminin 
dəhşətlərindən,  ölüm  düşərgələrindən,  dinc  əhalinin  qırğınından  istifadə 
etməmişdi, iqtisadi inkişafa nail olur, geniş yollar şəbəkəsi yaradır, sənaye sıçrayışı 
meydana gətirir. Hitler də öz iqtisadi inkişaf proyektlərinə avtobanlardan başlayıb, 
qısa  müddətdə  ölkə  sənayesini  sürətlə  inkişaf  etdirmişdi.  Yunanıstanda  faşizm 
təmayüllü «qara polkovniklər» 1967-ci ildə qiyam vasitəsilə hakimiyyətə gəldikdə, 
Krit adasında və ölkənin digər regionlarında geniş yol şəbəkəsi yaratmışdılar. Axı 
faşizm öz cinayətlərini nə iləsə ört-basdır etməli, xalqın şüuruna populizmə xidmət 
edən nümunələrlə geniş yol tapmalıdır. 
  
 Roma – tarixi abidələr şəhəri 
 
Roma  yeddi  təpə  üzərində  yaranmışdır,  xəzinələr  və  turist  şəhəri 
olmaqla,  fəvvarələrin  və  qübbələrin  heyranedici  rənglərinə  bürünməklə  köhnə 
divarlar arasında yerləşir. Servi divarı hələ qalların Romanı xaraba qoyduqlarından 
bir  dekada  sonra  çəkilmişdi.  Köhnə  şəhər  yüzlərlə  hotelə,  saraya,  onlarla  kilsəyə 
malik  idi.  İndi  də  Roma  Qərb  dünyasının  ən  gözəl  paytaxtlarından  biridir.  Şəhər 
hələ də səs-küylü olması ilə fərqlənir. 1955-ci ildən burada metro işləyir, onun ilk 
stansiyası Mərkəzi dəmiryol vağzalı (Termini) idi. Bu möcüzələr şəhərində elə bil 
ki, heç nə qurtarmır və heç nə dəyişmir. Romalılar öz şərhləri ilə haqlı olaraq fəxr 
edirlər.  Romalı  və  ya  bu  şəhərin  sakini,  «Romano  di  Roma»  olmaq  indiyədək 
xüsusi şərəf sayılır.  
Roma  bütün fərqləndirici xüsusiyyətləri ilə  yanaşı, başlıca olaraq  tarixi 
abidələr  şəhəridir.  Yəqin  ki,  hətta  Misir  və  Yunanıstan  kimi  ölkələr  də  qədim 
abidələrinin  sayına  və  daha  uzun  bir  tarixi  dövrü  əhatə  etdiyinə  görə  bu  şəhərə 
uduzurlar.  Axı  Roma  imperiyası  memarlıq  incilərini  təkcə  özündə 
mərkəzləşdirməyərək  Avropanın,  Asiyanın,  Afrikanın  çox  sayda  ərazilərinə  də 
səpələnmişdi.  Şəhərin  özü  isə  bütövlükdə  antik  dünyaya  həsr  olunmuş  muzeyi 
xatırladır.  Hər  addımda  antik  dövrün  hansısa  incisi  ilə  qarşılaşırsan.  Sonralar, 
xüsusən  Renessansdan  başlayaraq  abadlıq,  gözəllik  yaratmaq  eşqi  daha  gur 
alovlanmağa başlamış, bu sahədəki yarış bir neçə əsr davam etmişdi. Renessansın 
özü Romaya qiymətinin ölçülməsi mümkün olmayan memarlıq və sənət inciləri  – 
saraylar, kilsələr, heykəllər, abidələr bəxş etmişdir.  
Görkəmli  İngiltərə  kraliçası,  dövlətini  dənizlərin  ağasına  çevirən  I 
Elizabet  haqqında  obrazlı  qaydada  deyirdilər  ki,  «Günəşsiz  qövsü-qüzeh  olmur». 


89 
 
Roma  da  şəhərlər  kralıdır və  abidələrinin  timsalında bir günəş  kimi  nadir qövsü-
qüzeh effekti yaradır.  
Romanın qərar tutduğu yeddi təpədən bəziləri qədim tarixə baş vurmaq, 
yaxından  tanış  olmaq  imkanı  yaratdığından,  onlar  haqqında  ayrıca  söhbət  açmaq 
olar.  Tarix  Şumerdən  başlanan  kimi,  Roma  da  Palatin  təpəsindən  başlanır. 
Romanın  mənşəyi,  bütün  digər qədim  şəhərlər kimi  əfsanəyə  büründüyündən, bu 
məsələdə Palatinin də rolu az deyildir. Romul və Rem çaya atıldıqda, bu təpənin 
aşağısında  qalmışdılar.  Onlar  dişi  canavarı  əmib,  böyüməklə,  sonralar  Romanın 
əsasını qoymağa qadir olmuşdular. 
 
  
 
 
Palatin təpəsi 
 
 
Bu təpədəki sütunlar və yoxa çıxmış saraylar çöllərdəki yabanı çiçəklər 
kimi müqayisə olunmayan bir gözəllikdə boylarını qaldırmışdılar və zaman onları 
tarixin tozuna çevirmişdi. İmperatorlar sıradan çıxandan əvvəl təpə bütövlükdə bir 
virtual  geniş  saray  idi.  Bura  uzun  müddət  baş  iqamətgah  mahalı  idi.  İmperator 
Avqust  burada  doğulmuş,  taxt-taca  sahib  olduqdan  sonra  da  orada  yaşamışdı. 
Tiberinin  tikməyə  başladığı  saraya  isə  Kaliqula,  Neron,  Trayan,  Hadrian  və 
Septimi  Sever  öz  əlavələrini  etmişdilər.  Ən  böyük  və  dəbdəbəli  binanı  isə 
Domitsian tikdirmişdi. Bədxərcliklə başa gələn bu tikinti zəngin qaydada mərmərlə 
örtülmüşdü.  Nahar  otağının  divarları  mərkəzi  qaydada  qızdırılırdı.  İndiyədək 
qalmış kürsülərdə papalar imperatorları əvəz etmişdilər. Daha sonra təpə artıq tərk 
edilmişdi.  Xeyli  fasilədən  sonra  böyük  Roma  ailələri  buraya  qayıtdılar,  təpədə 
bağlar  salındı,  köhnə  şöhrəti  ötüb-keçən  pavilyonlar  meydana  gəldi.  Avropadakı 


90 
 
ilk  Botanika  bağı  da  burada  yaradılmışdı.  İndi  isə  köhnə  sarayların  xatirəsi  kimi 
onların xarabalıqları qalır. 
 
 
Kapitoli təpəsi 
  
Kapitoli  təpəsi  isə  Roma  hökumətinin  yeri  olmaqla,  sonralar 
Mikelancelonun  dizaynı  əsasında  onun  mənzərəsi  bir  qədər  dəyişdirilmişdi.  Üç 
sarayın  yerləşdiyi  meydanın  mərkəzində  Mark  Avrelinin  (bu  imperator  həm  də 
böyük filosof idi, 50 cildlik fəlsəfi əsərin müəllifi idi) at üzərindəki bürüncdən olan 
heykəli ucalır. Xristianlar inanclarının dövlət dininə çevrilməsindən sonra (IV əsrin 
sonu)  bütpərəst  abidələri  dağıtmağa  başladılar.  Bu,  vaxtilə  onların  təqib 
olunmasına görə almaq istədikləri qisasın özünəməxsus əlaməti idi. Bu heykələ isə, 
ilk  dəfə  onlara  ibadət  sərbəstliyi  verən  imperator  Konstantinin  onda  təsvir 
olunduğunu hesab etdiklərindən, toxunmamışdılar.  
Kapitoli  meydanındakı  iki  sarayın  layihəsinin  müəllifi  olmaqla  yanaşı, 
pilləkən və fəvvarə də Mikelancelonun istedadının məhsullarıdır. Pilləkən yamaca 
çıxan yola bənzəyir, virtual pilləkənləri isə ağ cızıqlar bildirir. Təbiətə yaxınlıq bir 
üslub  kimi  görkəmli  fransız  arxitektoru  Le  Korbyuzeyə  məxsus  idi.  Moskvada 
Mərkəzi  Statistika  İdarəsinin  onun  layihəsi  əsasında  tikilən  binasında  mərtəbələr 
arasındakı pilləkənləri enişə-yoxuşa gedən yol əvəz edirdi. Göründüyü kimi, dahi 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə