Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə4/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   102


 
onların sevgi əhvalatları uzun çəkməmiş, Abelyar vəhşicəsinə zədə almış və təhqir 
olunmuş, Eloizadan ayrılmış, Montanelli Uzaq Şərqə yollanmağa məcbur edilmiş, 
məşuqəsi isə az sonra ölmüş, Ralf ata isə sevgisini gizlətmək yolu ilə və qəflətən 
çox  varlandığına  görə  kardinal  rütbəsinə  yüksəlmiş,  lakin  sevdiyi  Meggini  ağır 
əzablara məhkum etmişdi. Bu üç cütlüyün hər biri ömürlərini viran qoyan fəlakətlə 
üzləşmiş,  nəinki  sevdiklərini,  sevgilərini,  həm  də  özlərini  də  itirdikləri  qənaətinə 
gəlmişdilər.  
Digər  iki  əhvalatdan  fərqli  olaraq,  Abelyarla  Eloizanın  sevgisi  real 
həyatda mövcud olmaqla, Ovidinin dalğalar barədəki təbirindən istifadə etsək, bu 
sevginin  asimana  yüksələn  şiddətini  əks  etdirən  məktubları  qalmışdır.  Məktublar 
çox  səmimi  olmaqla  yanaşı,  dərd  yükü  ilə,  onun  yaratdığı  əzabların  ağrısı  ilə, 
sevgililərin  xatirələrindən  boylanan  coşqun,  solmayan,  zəifləməyən  qızğın 
hisslərinə ağı deməkləri ilə doludur. Bu məktublar o dövrəki yeganə ədəbi dil olan 
latın  dilində  yazılmışdır,  sonralar  fransız  və  ingilis  dillərinə  tərcümə  edilmişdir. 
Onları  orijinal  mətndən  çıxarıb,  öz  sözləri,  ifadələri,  hisslərinin  bilavasitə  təsviri 
olmadan  əks  etdirmək,  nəql  etmək  çox  çətin,  bəlkə  də,  öhdəsindən  gəlinməsi 
mümkün olmayan bir vəzifə olduğundan, bu məktublar məqalə müəllifi tərəfindən 
ingiliscədən  tərcümə  olunmaqla,  xüsusən  dini  məsələlər  üzrə  müəyyən  ixtisarla 
verilir.  Bu  sevgi  macərasının  baş  verməsi  barədə  isə  xırda  həcmli  qeyd  əlavə 
olunur.  
 
 
Abelyar və Eloizanın sevgi əhvalatı 
 
Az qala min il bundan əvvəl baş vermiş bu sevgi, onun şirinini, həmçinin 
həyatın  dözülməz  acısını  dadmış  iki  şəxs  –  Abelyar  və  Eloiza  öz  hisslərinin 
simfoniyası sayılacaq məktubları ilə onlara nəcib ruhlar aləmində abidə qoymuşlar. 
Axı  adamlar  bir  çox  hallarda  cari  həyatda  məhəbbətin  roluna  az  əhəmiyyət 
verməklə,  başqa  işlər  barədə  düşünməyə  üstünlük  verirlər.  Çünki  məhəbbət  öz 
gücünü  düşünülməmiş  bir  qaydada,  həm  də  möhkəm  şəkildə  bəyan  edir.  Onun 
qəflətən baş verməsi isə bu hissin başqaları tərəfindən başa düşülməməsinə, hətta 
təhrif  edilməsinə  səbəb  olur.  Lakin  ali  hisslərin  canlı  təzahürü  kimi  Abelyar  və 
Eloiza  barədə  düşünməyə,  onların  odisseyasına,  ilk  dəfə  məlum  olan  vaxtdan 
etibarən  daim  ehtiyac  duyulur.  Bu  ilahiyyatçı  alim  Eloizaya  məhəbbətini 
avtobioqrafik  “Mənim  bədbəxtliklərimin  tarixi”ndə  təsvir  etmişdi.  Abelyarın 
tezislərindən  və  elmi  işlərindən  əsasən  yalnız  xatirələr  qalır.  Onun  Eloiza  ilə 
məhəbbəti  isə  əsrlərin  arxasından  indiyədək  gur  işıq  salmaqda  davam  edir. 
Eloizanın  yüksək  fədakarlıqdan  xəbər  verən  məhəbbəti  qədim  yunan  şairəsi 
Sapfonun çəhrayı çələngi ilə, həm də bütün sevgililərin ehtiramı ilə taclanmışdır. 
Lesbos adasından olan Sapfo – bizim eradan əvvəl VII-VI əsrlərdə yazıb yaratmış, 
qızlara  təlqin  etdiyi  ülvi  hisslərə  görə  məşhurlaşmışdı.  Kübar  qızların  dərnəyinə 
başçılıq etməklə o, onları musiqiyə, mahnı və rəqs yaradıcılığına öyrədirdi. Onun 



 
lirikasının  mərkəzində  məhəbbət,  rəfiqələrə  necə  yanaşmaq  və  qız  gözəlliyi 
mövzuları  dururdu.  Heç  də  təsadüfi  deyildir  ki,  məhəbbətin  gur  alovlandırdığı 
sətirlərinə  görə  Eloiza  ikinci  Sapfo  hesab  olunur.  Şairə  təsirli  sevgi  şeirlərinin, 
nikah poeziyası  olan  epitalamiyaların  müəllifi  kimi  şöhrət tapmışdı.  Ona görə də 
Platon onu muza – eşq ilahəsi hesab edərək, elm və sənət hamiləri olan muzaların 
məlum sayını doqquzdan ona qaldırmışdı. 
 Bəs  Abelyar  kimdir?  Pyer  (ingiliscə  Piter)  Abelyar  öz  dövrünün  ən 
məşhur  və  ziddiyyətli  müəllimi  olmaqla,  məntiq  və  mənəviyyat  filosofu  və 
ilahiyyətçisi  idi.  O,  həmçinin  istedadlı  orijinal  şair  ,  qadınlar  üçün  məşhur 
monastırın banisi idi. Fransa kilsə şurasının qərarı ilə o, yeretikliyinə (dinsizliyinə) 
görə  iki  dəfə  məhkum  edilmişdi.  Onun  karyerasının  konturları  özünün  məşhur 
“Historia calamitation” – “Mənim bədbəxtliliklərimin tarixi” adlı məşhur əsərindən 
yaxşı  məlumdur.  O,  1079-cu  ildə  Luara  çayının  cənubundakı  Le  Palledə  anadan 
olmuşdu. O. Fransada fəlsəfəni, xüsusən məntiqi öyrənmək naminə özünün varislik 
hüquqlarını  və  perspektivini  qurban  verdi,  Parisdə  yaxşı  təhsil  aldı.  Sonra  onun 
müəllimlik və alimlik fəaliyyəti başlandı. Abelyar məntiqə dair öz yazılarında dilin 
müstəqil fəlsəfəsini ustalıqla təsvir etmişdi.  
 Parisdə o, öz təlimini açıq şəkildə öyrədirdi, həm də özəl tələbəsi, Paris 
kafedral  kilsəsinin keşişi  Fulbertin  qız  qohumu  olan  Eloizaya  vuruldu.  Abelyarla 
Eloizanın  sevgisindən  onların  oğlu  oldu.  Əmisi  Fulbertin  qəzəbindən  yayınmaq 
üçün  Eloiza  Parisdən  kənardakı  qadln  monastırına  girdi.  Abelyar  isə  Fulbertin 
təhriki ilə xədim edilməyindən əzab çəkirdi. Başına gələn biabırçılığa görə o, Paris 
yaxınlığındakı  Sen-Deni  kral  abbatlığındakı  monastır  həyatına  daxil  oldu  və 
Eloizanı da könülsüzlüynə baxmayaraq rahibə etdi. 
 O,  “Thelogia”-“İlahiyyat”  kitabının  birinci  versiyasını  yazdı,  bu  kitab 
rəsmi qaydada 1121-ci ildə Suasson şurası tərəfindən yeretik kimi məhkum edildi. 
Abelyarın Allahın sirrliliyi və Üçlük (Trinity)- (Allah-ata, Allah-oğul və Müqəddəs 
Ruh  kimi  üç  şəxsiyyətin  timsalında  mövcud  olmaqla,  Allahın  öz  mahiyyətə 
etibarilə  vahid  olması  barədə  xristianlığın  mühüm  doqmatlarından  biri  –  məqalə 
müəllifi) barədə dialektik analizi səhv kimi qiymətləndirildi və o, ev dustağı oldu. 
Abelyar  Fransa  kralı  qarşısındakı  məhkəməyə  götürülməkdən  yayınmaq  üçün 
abbatlıqdan  qaçdı.  O,  asket  həyatı  keçirmək  istəyirdi.  Tələbələri  isə  onu  tapıb, 
onlara fəlsəfəni öyrətməyi davam etdirmək məqsədilə ona təzyiq göstərdilər. 
 Bir  qədər  sonra  Eloiza  Paraklet  adlanan  yeni  təşkil  edilmiş  qadın 
monastırının başçısına çevrildi. Abeljar isə himnlər kitablarını və 1130-cu illərdə 
Eloiza ilə birlikdə öz məhəbbət məktublarının kolleksiyasını tərtib etdi. 
 Abelyar  Parisin  kənarındakı  Mon-  Sen-Jenevyevada  dərs  dediyi 
tələbələrdən  bir  çoxu  sonralar  böyük  şərəfə  nail  oldu.  1140-cı  ildə  Sendəki  şura 
onu  məhkum  etdi  və  bu  qərar  Roma  papası  tərəfindən  təsdiq  edidi.  Ona  görə  də 
Burqundiyadakı Klini böyük monastırına çəkildi və dərs verməkdən uzaqlaşdı. Bu 
vaxt  o,  xəstə  və  qoca  idi,  adi  rahib  həyatı  yaşayırdı.  Onun  1144-cü  ildə  öldüyü 
güman  edilir,  cəsədi  Parakletə  göndərildi,  indi  isə  o,  Parisdəki  Per-Laşez 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə