Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə41/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   37   38   39   40   41   42   43   44   ...   102

93 
 
olunmasının  tərəfdarı  olaraq  qalırdı.  Bunları  da  inkar  etməməklə,  o,  nəcib 
imperator adını bütünlüklə doğruldurdu. 
 
 
Kolizey 
 
Neronun gölünün yerində tikilən Kolizey (Colosseo), daha dəqiq olaraq 
Flavi  amfiteatrı  adlanmaqla,  əyləncə  yeri  idi.  Kolizey  adını  amfiteatr  Neron 
dövründəki  Koloss  heykəlinə  yaxın  olduğuna  və  nəhəngliyinə  görə  almışdı.  Bu 
tikinti Roma sivilizasiyasının ən böyük möcüzələrindən biri idi. Onun tikintisinin 
imperator  Vespasian  başlatdırmış,  istifadəyə  isə  Titin  dövründə,  80-ci  ildə 
verilmişdi.  Bu  gələcək  imperator  70-ci  ildə  bir  sərkərdə  kimi  öz  ordusu  ilə 
Yerusəlimi yerlə yeksan etmişdi.  
Oval  stadionun  dairəsi  1/3  min  idi,  xarici  ölçüləri  415  futdan  615  futa 
qədər  idi.  160  futluq  (49  m)  hündürlüyündəki  fasadı  üçmərtəbəli  olmaqla,  80 
tağdan ibarət idi, həmçinin onun çardaq mərtəbəsi də var idi. Heyranedici sütunlar 
Martsell  teatrı  binası  qaydasında  tərtib  edilmişdi.  Çardaq  mərtəbəsi  50  min 
tamaşaçını  günəşin  istisindən  qorumaq  üçün  tentlə  örtülürdü.  Burada  təkcə 
qladiator döyüşləri getmirdi, həm də onlar yırtıcı vəhşi heyvanlarla vuruşurdular. 
Səhnə su ilə doldurulduqda isə dəniz döyüşü tamaşası gedirdi. İspaniyanın Merida 
şəhərinin  kənarında  mən  b.e.ə.  I  əsrdə  mərmərdən  olan  gözəl  Roma  teatrının 
yanındakı  meydanda  qazılmış  və  divarları  daşla  örtülmüş  kanalları  görmüşdüm, 
onlarda  da  həmin  dövrlərdə  dəniz  döyüşlərinin  qladiatorlar  vasitəsinə  təqlidi 
nümayiş etdirilirmiş.  
Amfiteatrın  struktur  çərçivəsi  və  fasadı  travertindən  idi,  ikinci  divar 
vulkan tufundan ibarət olmaqla, daxili divardakı çökək boşluq və sütunlar qübbəsi 
betondan idi.  
Ümumilikdə isə Kolizey min ildən çox bir müddətdə rahat daş karxanası 
rolunu  oynamışdı,  yalnız  XIX  əsrin  əvvəllərində  papanın  göstərişi  ilə  bu 
vandalizmə  son  qoyulmuşdu.  XVII  əsrdə  Barberini  ailəsi  (indi  şəhərdə  Barberini 
meydanı vardır) öz sarayını tikmək üçün Kolizeydən sökülən tikinti materialından 
xeyli  faydalanmışdı.  Bu  ailədən  olan  papa  isə  material  əldə  etmək  naminə 
Panteonun  sökülüb  dağıdılmasında  iştirak  etmişdi.  Oradan  sökülən  sütunlardan 
Müqəddəs  Pyotr  kilsəsinin  tikintisində  istifadə  olunmuşdu.  Buradan  da  belə  bir 
kəlam meydana gəlmişdi. «Barbarlar edə bilmədiyini, Barberinilər etdilər».  


94 
 
Konstantin  315-ci  ildə,  Mulviya  körpüsü  üstündəki  qələbəsindən  üç  il 
sonra bayram etmək üçün öz tağını ucaltmışdı. Onun yanında bir əsr əvvəl tikilmiş 
Karakalla hamamları qaynar, isti, soyuq otaqlardan ibarət idi. Oradakı üzgüçülük 
hovuzu çox iri idi, divarları isə mərmərlə örtülmüşdü. Hamamın ətrafı bağla əhatə 
olunmuşdu. Digər binada kitabxana, mühazirə salonları, rəssamlıq qalereyaları var 
idi.  Ondan  sonra  tikilən  Diolektian  hamamı  isə  11  hektar  sahəni  tuturdu. 
Ümumiyyətlə, hamam tikintisi başqa ictimai binaların tikintisindən geri qalmırdı. 
Avropanın digər xalqları hələ ibtidai insan kimi primitiv həyat sürəndə, təmizliyə 
fikir vermirdilər, romalılar isə şəxsi gigiyenalarına böyük diqqət göstərirdilər. Yuli 
Sezar  «Qalleya  müharibələri haqqında  qeydlər”  kitabında ilk dəfə qədəm  basdığı 
Britaniya adasındakı yerli sakinləri vəhşi kimi təsvir edir, bataqlıqda gizlənən bu 
adamlar  suyun  altına  girib  qamış  çubuqlarla  nəfəs  alırdılar.  Hətta  1,6  min  il 
keçdikdən  sonra  da  ingilislər  şəxsi  təmizliklərinə  fikir  vermirdilər,  kraliça  I 
Elizabetin sarayında çalışan bir məmur yazırdı ki, ömründə iki dəfə çimmişdi, bir 
dəfə anadan olanda, ikinci dəfə isə evlənəndə təzə gəlinin çimdiyini görüb, onun 
hərəkətini  təkrar  etmək  istəyəndə.  Düzdür,  Krit  adasındakı  Knossos  sarayının 
otaqlarına  hələ  b.e.ə.  XVII  əsrdə  isti  və  soyuq  su  gəlirdi.  Axı  Krit-Minoy 
mədəniyyəti  Avropa  sivilizasiyasının  beşiyi  hesab  olunur.  Romalılar  isə, 
Avropanın  digər  aşağı  həyat  tərzinə  malik  olan,  mədəni  yaşayışın  yad  olduğu 
xalqlardan xeyli irəlidə olmaqla, onlar üçün nümunə obyekti ola bilərdilər.  
Romanın  hərbi  qüdrəti,  böyük  ərazi  işğal  etməsi  onun  sakinlərinin 
yüksək intizamına, iradəsinə, döyüş bacarığına, başqa xalqlarla  müqayisədə xeyli 
inkişaf  etməsinə  əsaslanırdı.  Romalıların  heç  də  yeni  silah  növü  yox  idi,  çünki 
yeddi əsr ərzində döyüş silahları inkişaf etməmiş, təkmilləşməmişdi. Deməli, hərbi 
qələbələr birinci növbədə insan faktoru ilə əlaqədar idi. Sərkərdələr strategiya və 
taktikadan  yaxşı  baş  çıxardıqları  kimi,  əsgərlər  də  fədakarlıqla  döyüşməyi 
bacarırdılar.  Çünki  Roma  nizami  orduya  malik  idi,  döyüşçülər  dinc  dövrlərdə  də 
intensiv  məşq  edirdilər,  kotan  şumlanmayanda  paslandığı  kimi,  əsgərlər  də  məşq 
etməyəndə tənbəlliyə öyrəşir, yemək-içmək və istirahət onları pozurdu. Bunu Kann 
qələbəsindən  sonra  Kampaniya  əyalətində  qışı  keçirən  Hannibalın  ordusunun  acı 
təcrübəsi sübut etdi. 
 
 
Roma Forumu 


95 
 
 
Romanın  məşhur  abidələrindən  biri  Forumdur  (Foro  Romano).  Forum 
çar  və  respublika  Romasının  dini,  mülki və  kommersiya  mərkəzi  idi.  Yeddi  təpə 
tərəfindən əhatə olunan kiçik, bağlı bir vadidə yerləşirdi. Komitə və Sosial Forum 
üçün iki iclas yeri var idi. Vadinin digər qurtaracağında isə müqəddəs odu qoruyub 
saxlayan Vestal qızlarının – vestalkaların məbədi yerləşirdi. Çar Numa Pompilinin 
iqamətgahı kimi təsvir olunan Regia da buradadır. Sosial Forumun yanında Aralıq 
dənizi  ətrafının  üç  mühüm  bitkisi  –  üzüm,  əncir  və  zeytun  ağacları  yüksəlirdi. 
Forumun geniş qurtaracağında natiqlər üçün tribuna qoyulmuşdu, hərb gəmisindən 
qənimət  kimi  götürülmüş  qoç  başı  şəklindəki  platforma  (rostra)  ilə 
bəzədildiyindən,  ona  Rostra  deyirdilər.  Buradan  təkcə  natiqlər  çıxış  etmirdilər, 
rostra  həm  də  qisas  nümayişi  üçün  istifadə  olunurdu.  B.  e.  ə.  43-cü  ildə  ikinci 
Triumviratın  üzvü  olan  Mark  Antoni  öz  düşməni,  böyük  mütəfəkkir  Tsitseronu 
öldürtdükdən  sonra  xalqı  qorxutmaq  üçün  onun  başını  və  əllərini  rostra  üzərində 
qoydurmuşdu. Yəqin ki, çoxları Sankt-Peterburqun Vasilyevski adasındakı Rostra 
adlanan  iki  qülləni  xatırlayırlar,  həmin  qüllələrdə  də  rostranı  andıran  əlamətlər 
vardır.  Senatın  iclasları  gedən  bina  isə  Kuriya  adlanırdı.  Yuli Sezar  Kuriya  üçün 
yeni və xeyli böyümüş bina tikdirmişdi.  
Sezar  öz  Forumunu  dükanlar  və  məbədlər  üçün  tikdirdi,  onun  yanında 
sonralar Avqustun, Nervanın, Trayanın və Vespasianın forumları cərgələnirdi. İlk 
teatrlara gəldikdə isə Tibrin yanındakı Pompey teatrı Romada daşdan tikilmiş ilk 
bina  idi.  B.e.ə.  44-cü  ilin  mart  idilərində  –  15  martda  Senat  burada  toplaşmışdı. 
Orada Sezar 23 xəncər zərbəsi alıb, Pompeyin heykəlinin ayağına yıxılıb, həyatla 
vidalaşmışdı. Pompey teatrından sonra isə Martsell teatrı gəlirdi. 
 
 
Sant Ancelo qəsri 
  
Ölümündən  sonra  allaha  çevrilən  Sezarın  məbədi  Forumla  Regia 
arasında  ucalırdı.  Onun  tərəfdarları  b.e.ə.  42-ci  ildə  Makedoniyadakı  Filippidə 
əleyhdarlarını məğlub edib, Sezarın qatilləri olan Brutu və Kassini öldürdülər. 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə