Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə60/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   56   57   58   59   60   61   62   63   ...   102

142 
 
irəlidə  idi.  Linkoln  ikinci  yeri  tutmuşdu.  Üçüncü  səsvermədə  Linkoln  namizəd 
göstərildi. Çikaqo çox sevinmişdi. Syuardın adamları isə olduqca kədərlənmişdilər.  
Linkoln vəkillik praktikasını kənara atıb bütün vaxtını öz kampaniyasına 
həsr  etdi.  O,  Respublikaçıların  parçalanmasına  qarşı  hasar  çəkməyə,  ona  mane 
olmağa çalışırdı və buna da nail olurdu.  
6  noyabrda  prezident  seçkiləri  keçirildi,  bu  böyük  siyasi  döyüşdə 
Linkoln  Nyu  Cersi  istisna  olmaqla,  bütün  Şimal  ştatlarının  səsini  aldı.  Həmin 
ştatda isə o, 7 elektordan 4-nün səsini qazanmışdı, qalan 3-ü Duqlasın xeyrinə idi. 
Cənubun içəri regionlarından heç kəs ona səs verməmişdi. Linkolnun elektorlarının 
sayı  180-ə  çatdı,  seçilmək  üçün  isə  152  elektor  kifayət  idi.  Digər  namizəd  Con 
Brekinric  72  elektor  səsi  almışdı.  Viq  Con  Bell  üç  qul  ştatının  –  Virciniya, 
Kentukki  və  Tennessini  götürmüşdü,  bu,  39  elektor  səsi  edirdi.  Vaxtilə  Senata 
seçkilərdə  Linkolnu  məğlub  edən  Duqlas  daha  populyar  olmasına  baxmayaraq, 
vur-tut  20  elektoral  səs  almışdı,  onlar  da  bütünlüklə  Missuri  ştatının  səsi  idi. 
Xalqın  müdafiəsini  gözləyən  Linkoln,  seçkidəki  qələbəsinə  baxmayaraq,  heç  də 
buna nail ola bilmədi. 
Ümumilikdə 4,5 milyon səsdən o, yalnız 1,2  milyonunu almışdı, bu da 
seçicilərin  sayının  40  faizindən  çox  deyildi.  Linkoln  azlığın  prezidenti  olsa  da, 
ancaq  əsas  məqsəd  həyata  keçirilmişdi,  o,  prezident  seçilmişdi.  Bu  vaxt  o, 
Axillesin Odisseyə dediyi sözü xatırlaya bilərdi: «Bütün ölülərin kralı olmaqdansa, 
yaşayanların arasında bir təhkimçi olsaydım, daha yaxşı olardı». O, həm də böhran 
tufanında  boğulan  bir  ölkəyə  demokratik  yolla  prezident  seçilmişdi,  heç  də  kral 
deyildi.  Keçmişin  mirası  olan  monarxiyadakı  kral  taxt-tacına  deyil,  dünyaya 
demokratik İntibah bəxş edən bir dövlətə başçılıq edəcəkdi. 
 
 
 
Linkoln prezident seçilir  
 
Linkoln  prezident  seçildikdən  sonra  və  onun  inauqurasiyasından  əvvəl 
Cənubi  Karolina  ştatı  özünün  Birlikdən  çıxmasını  bəyan  etdi.  Digər  Cənub 
ştatlarının  buna  bənzər  hərəkətlərinin  qarşısını  almaq  üçün  Konqressdə  müxtəlif 
kompromisslər təklif edildi. Onlardan ən mühüm sayılanı Qritenden Kompromissi 
özündə quldarlığın artıq mövcud olduğu ştatlarda onun qorunmasını və Ərazilərin 
quldarlıq və azadlıq arasında bölünməsini əhatə edirdi. Linkolnun bu düzəlişlərdən 
birincisinə  etirazı  olmasa  da,  ikincinin  əleyhinə  idi.  O,  özəl  qaydada  yazmışdı: 
«Mən sarsılmazam». O, qorxurdu ki, plantasiya imperialistləri Amerikanın cənub 
sərhədində yeni qul əraziləri axtarmağa həvəslənəcəklər və bu, «bizi yenidən qul 
imperiyasının baş yoluna çıxaracaqdır». 
Linkoln  Sprinqfilddəki  öz  evindən  Konqressdə  Respublikaçılara 
məsləhət görürdü ki,  Ərazilərin quldarlıq və  azadlıq üzrə  bölünməsi  əleyhinə səs 
versinlər.  Təklif  komitədə  ləğv  olundu.  Birliyi  qoruyub  saxlamaq  cəhdləri  də 
uğursuzluqla başa çatdı. Altı əlavə ştat Birlikdən ayrıldı və onlar Cənubi Karolina 
ilə birlikdə Amerika Konfederat Ştatlarında birləşdilər. 


143 
 
1861-ci  il  fevralın  4-də  ayrılmış  ştatların  təyin  etdiyi  nümayəndələr 
Alabamadakı Montqomeridə qurultaya toplaşdılar. Onların məqsədi Konfederasiya 
üçün  icra  orqanı  seçmək  idi.  Bir  neçə  həftə  əvvələ  qədər  Missisipidən  Birləşmiş 
Ştatların  senatoru  olan  Cefferson  Devis  Konfederatın  prezidenti  seçilmişdi,  iki  il 
əvvələ  qədər  Corciyadan  federal  Nümayəndələr  Palatasının  üzvü  olan  Aleksandr 
Stefens  vitse-prezident  oldu.  Mart  ayında  isə  Konfederatın  Konstitusiyası  qəbul 
olundu. 
Prezident seçilmiş Linkolnun Vaşinqtona gəlməsi də maraqlı əhvalatlarla 
dolu  idi.  O,  paytaxta  gələndə  Şimalın  iri  şəhərlərindən  keçməli  idi  və  bu 
şəhərlərdəki qısa müraciətlərində o, elə bil ki, bütün ölkə ilə danışırdı. Elan edirdi 
ki,  qorxmaq  üçün  əsas  yoxdur  və  heç  bir  qan  tökülməsi  baş  verməyəcəkdir.  22 
fevralda  Filadelfiyada  o,  Syuarddan  və  general  Skottdan  məktublar  aldı,  onlar 
məsləhət  görürdü  ki,  onun  dərc  edilmiş  səfər  proqramı  dəyişdirilsin.  Çünki  o, 
həmin proqram üzrə Baltimordan keçən vaxt onun qətlə yetiriləcəyi barədə ciddi 
hədələr gəlib çatır.  
Həqiqətən  də,  Baltimorda  qəsd  törədiləcəyinə  heç  bir  şübhə  yox  idi. 
Lakin buna cəhd olunmadı, çünki hamıya Linkolnun artıq şəhərdən keçib getməsi 
məlum olmuşdu.  
Həm də onu xəbərdar etmişdilər ki, Vaşinqtona gecə gəlsin ki, heç kəs 
bunu  bilməsin.  Linkoln  bildirdi  ki,  mən  bununla  razılaşa bilmərəm.  Gecə  oğrusu 
kimi paytaxta gizlin girən prezident barədə millət nə düşünəcəkdir? Lakin dostları 
onun  həyatına  təhlükə  olmasına  görə  Vaşinqtona  gecə  çatmasını  təkid  etdikdə, 
Linkoln  razılaşmalı  oldu.  Pennsilvaniyanın  paytaxtı  Harrisburqda  yuxusuz  gecə 
keçirən  dostları  səhər  tezdən  şifrə  teleqramı  aldılar  ki,  «Palmalar  sağlam  bar 
gətirmişdir».  Bu,  ona  işarə  idi  ki,  Linkoln  artıq  Vaşinqtondadır.  «Star»  qəzeti 
seçilmiş Prezidentin şəhərə gizli gəlməsi əhvalatını yazmışdı, lakin məqalədə heç 
bir fakt göstərilməmişdi. Doğrudan da, missis Linkoln (Meri Todd) və onların üç 
oğlu günortadan sonra Vaşinqtona gəlməli idilər. Hansısa bir səbəb bilinmirdi ki, 
niyə  Linkoln  və  onu  müşayiət  edən  iki  xəfiyyə  faytonu  paytaxta  gecə  yarısı 
gəlmişdir. 
Linkoln Vaşinqtonda Ağ Evin yaxınlığında yerləşən «Uilyard» hotelində 
(bu  hotel  indi  də  mövcuddur)  məskunlaşdı.  Onu  burada  mister  Prezident  kimi 
salamlayanda  o,  bu  səhvi  düzəldib,  özünün  «seçilmiş  Prezident»  olduğunu  dedi. 
Əlavə  etdi  ki,  taleyi  gəlin  şirnikləndirməyək.  Hələ  on  gün  keçməlidir  ki, 
fəaliyyətdə olan Prezident Ceyms Byukenen Ağ Evi tərk etdikdən sonra onun özü 
ora köçə bilsin.  
 Linkolnun gələcək Dövlət katibi Syuardla oteldə etdikləri söhbətdə ona 
dedi  ki,  o,  heç  vaxt  belə  aşağı  səviyyədə  olmamışdır,  paytaxta  oğru  kimi  gizlin 
şəkildə  gəlmişdir.  Hələ  Cikaqodan  yola  düşəndə  onu  xəbərdar  etmişdilər  ki, 
Vaşinqtonda sui-qəsd baş verə bilər. Siyasi məsələlərin müzakirəsinə keçəndə isə 
Syuard  bildirdi  ki,  sən  demisən  ki,  hətta  6  ştat  Birliyi  tərk  etsə  də  və  hətta  daha 
çoxu hökuməti bu qaydada hədələsə də, Birliyə elə bir xətər toxunmamışdır. Elə bu 
vaxt isə qiyamçılar  Floridadan tutmuş  Şimali  Karolinaya  qədər  hər  yerdə  federal 
mülkiyyəti  qəsb  etməklə  məşğul  idilər.  Floridada  Ki  Uesti  və  Pensakoladakı 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə