Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə63/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   59   60   61   62   63   64   65   66   ...   102

148 
 
Qoca  Eyb  dərc  etdirdiyi  proklamasiyada  Virciniya  da  daxil  olmaqla 
bütün  ştatları  ona  qoşun  göndərməyə  çağırdı.  Bəziləri  isə  buna  gülürdü,  əgər 
Merilend Birlikdən getsə, hökumət Vaşinqtonu tərk etməli olacaqdı. Əgər paytaxt 
qiyamçılara  uduzulsaydı,  Linkolnun  impiçmentini  tələb  edən,  həm  də  bunun 
uğuruna ümid bəsləyən bir hərəkat başlayacaqdı. Əgər Linkoln vəzifədən getsəydi, 
hakimiyyəti  Syuard  ələ  keçirəcəkdi.  Paytaxt  da  Harrisburqdan  şimalda  olan  bir 
yerə  köçürüləcəkdi.  Beləliklə,  Şimali  Amerika  Respublikasındakı  xaosu  heç  bir 
yolla dayandırmaq mümkün olmayacaqdı.  
General Skott, Dövlət katibi Syuard və digərləri ona təlqin edirdilər ki, 
fort  tərk  edilsin.  Syuard  başa  düşürdü  ki,  faktiki  olaraq  fortdan  əl  çəkiləcəkdir. 
Digər tərəfdən, Respublikaçıların çoxu təkid edirdi ki, hansısa bir zəiflik göstərilsə
bu,  partiyaya  və  Birliyə  bədbəxtlik  gətirəcəkdir.  Nəticədə  Linkoln  iki  yüngül 
ekspedisiya  hazırlamağa  göstəriş  verdi,  onlardan  biri  Fort  Samter,  digəri  isə 
Floridadakı  Fort  Pikvis  üçün  idi.  O,  Samter  fortunu  yalnız  ərzaqla  təmin  etmək 
sahəsindəki öz cəhdini Cənubi Karolina qubernatoruna da bildirdi.  
Linkolnun  ekspedisiyası  gələnə  qədər  Konfederat  hökuməti  mayor 
Andersondan tələb etdi ki, qarnizon fortdan çıxsın, o isə  bunu rədd etdi. 12 aprel 
1861-ci  ildə  sübhçağı  Konfederat  batareyaları  limana  atəş  açdı.  4  iyulda  Linkoln 
Konqresslə  görüşəndə,  bunu  hökumətə  qarşı  hücum  kimi  qiymətləndirib,  «silahlı 
münaqişənin  başlandığını»  bildirdi.  Konfederat  nümayəndələri  isə  özlərinin  atəş 
açmalarına baxmayaraq, Linkolnun özünü əsl təcavüzkar kimi ittiham etdilər.  
Linkoln Birliyi qoruyub saxlamaqda qətiyyətli idi. O, Konfederata qarşı 
dayanmalı idi və belə nəticəyə gəldi ki, Samterdə də dayanış gətirmək lazımdır. 
Linkoln  bundan  əvvəl  uzun  müddət  Nümayəndələr  Palatasının  üzvü 
olmuş  qoca  Franklin  Blerlə  söhbət  edəndə  o,  Prezidentə  demişdi  ki,  sən  Fort 
Samteri axıra qədər əldə saxlamalısan. Sən ona ərzaqla kömək edəndə, qiyamçılar 
atəş  açacaqlar.  O  vaxt  sən  güc  vasitəsilə  Birliyi  bərpa  etmək  hüququna  malik 
olacaqsan.  Qoca  siyasətçi  hər  şeyi  əvvəlcədən  düzgün  təsəvvür  etmişdi  və 
bildirmişdi:  
–  Mister  Prezident,  qalib  niyə  və  necə  udduğunu  və  ya  özünün 
təcavüzkar olub-olmadığını izah etməyə heç vaxt ehtiyac duymur.  
Prezident  cavabında  ona  dedi  ki,  mən  azlığın  prezidentiyəm.  İndi  mən 
düşünməliyəm  ki,  bu  azlıq  məni  necə  seçmişdir.  Kanada  və  Meksika  sərhədləri 
arasında yalnız mən tam hüquqlu prezidentəm. Syuardı və Çeyzi seçicilər ona görə 
rədd  etdilər  ki,  ictimaiyyət  onları  düz  və  ya  səhv  olaraq  bir  abolyutsionist, 
müharibəyə  can  atan  adamlar  kimi  gördü.  Ona  görə  də  partiya  və  sonra  millət 
mənə tərəf döndü. Kentukkidən, qul sahiblərindən tutmuş, sərhəd ştatlarında olan 
adamlara qədər – mənim arvadım da Kentukkidəndir – hamı deyirdi ki, o, ( Linkon 
özünü  nəzərdə  tuturdu)  quldarlığın  genişlənməsinə  imkan  verməyəcəkdir.  Lakin 
həm  də  quldarlığın  inkişaf  etdiyi  ştatlarda  onun  ləğv  edilməsi  üçün  hakimiyyətə 
malik  olmayacaqdır.  Məhz  bu  ümidlə  onlar  mənə  səs  verdilər  ki,  mən  öz 
dediklərimə əməl edəcəyəm və sülhü qoruyub saxlayacağam. 
Ancaq  bunu  da  xatırlatmaq  olardı  ki,  üç  il  əvvəl  Linkoln  Senat 
üzvlüyünə namizəd olanda demişdi ki, «mən inanıram ki, bu hökumət yarıqul və 


149 
 
yarıazad olmağa daim dözə bilməz». Linkoln indi bu fikrini onunla izah edirdi ki, 
mən hələ irəlini görmürdüm. Gözləmirdim ki, ev yıxılacaqdır. Bu, o demək idi ki, 
o, Birliyin parçalanmasını gözləmirmiş. 
Linkoln Blerin böyük təcrübəsinə işarə edərək ona dedi:  
– Siz o adamlardan birisiniz və düşünürsünüz ki, mən Friportda hakimə 
qurduğum tələyə o da düşmüşdür. 
Prezident  Duqlasla  olan  debatını  nəzərdə  tuturdu.  Bir  qədər  sonra 
Linkoln  yaxınlaşan  daha  ciddi  təhlükəni  və  reallığı  görməyi  bacardı  və  Çeyzə 
demişdi  ki,  əgər  biz  Fort  Samterə  əlavə  kömək  göndərsək,  mütləq  müharibə 
olacaqdır.  
Fort  Samter  yaxınlığında  baş  verən  hadisə  Cənubda  da,  Şimala  bərabər 
bir effekt yaratdı. Cənub da Şimala qarşı birləşdi. Bir ay tərəddüd etmiş 4 qul ştatı 
ayrılmaq haqqında dekret verdi.  
Ağ  Evin  qırmızı  otağındakı  iclasda  Linkoln  cibindən  bir  sənəd  çıxarıb 
dedi:  
–  Mən  istəyirəm  ki,  siz  bəzi  şeyləri  eşidəsiniz.  Bu  Proklamasiyadır. 
(Həmin sənəd sonralar 13 aprel Proklamasiyası kimi məşhurlaşdı).  
Mən əsas maddələri oxuyacağam. Karolina, Corciya, Alabama, Florida, 
Missisipi  və  Luizianadakı  elementlər  qanunun  icra  edilməsinə  maneçilik 
törətdiklərinə görə onların məhkum edilməsi ilə sənədi başlayacağam. «Execution» 
sözü ingilis dilində həm icra etmək mənasını verdiyi kimi, həm də «edam etmək» 
mənasında  işlədildiyindən,  senator  Duqlas  bu  sözü  eşitdikdə  diksindi.  Duqlasın 
qanunun icra edilməsi barədəki sualına Linkoln cavab verdi ki, bəli, hakim, bu and 
mənim bastionumdur (qalamdır), mənim  qalxanım və  mənim  «qılıncımdır». Mən 
Birliyi  qoruyub  saxlamağı,  mühafizə  və  müdafiə  etməyi  onlara  bəyan  edəndə, 
onların artıq heç bir seçimi yox idi.  
Duqlas  deyəndə  ki,  Virciniya  da  Birlikdən  çıxır,  bəs  Merilend  necə? 
Linkoln  buna  cavab verdi ki,  o,  Merilendi  güc  tətbiq  etməklə saxlamağa  hazırlıq 
görmüşdür. Mən bunu bacarmasam, biz bu şəhəri (Kolumbiya mahalında yerləşən 
Vaşinqtonu  nəzərdə  tuturdu)  itirəcəyik.  Merilendin  qubernatoru  bizimlədir. 
Kentukkinin  qubernatoru  isə  ayrılmağın  xeyrinə  iş  aparır.  Bizim  qəhrəmanımız 
mayor  Anderson  da  Kentukkilidir.  Mayor  Fortu  dünən  rəsmi  olaraq  Birləşmiş 
Ştatlar ordusunun himayəsinə qaytarmışdır.  
Duqlas Linkolna dedi:  
– Sənin mənə Friportda qazdığın dərin qəbirdən sonra  – və mən mister 
Devisə bənzəmirəm, heç də lənətə gəlmiş səfeh də deyiləm, – şübhələnirəm ki, sən 
manevr edirsən. Müharibə gələcəkdir, mister Prezident. 
Linkoln buna belə cavab verdi: 
– Bəli, o, artıq gəlmişdir.  
Duqlas:  
–  Beləliklə,  sən indi respublikanı  yenidən  yaratmaq  üçün  heç bir  şansa 
malik deyilsən.  
Linkoln həmsöhbətinə diqqətlə nəzər yetirib dedi:  


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə