Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə70/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   66   67   68   69   70   71   72   73   ...   102

162 
 
Syuardın arzuları da bir qədər dumanlı idi. Səkkiz il keçdikdən sonra o, 
70  yaşına  yaxın  olacaqdı,  yaxud  da  ona  qədər  öləcəkdir.  Digər  tərəfdən,  əgər 
Prezident özünün yenidən seçilmək imkanını axtarmasa, Syuard üçün daha bir şans 
yarana bilərdi.  
Artıq  təcrübə  qazanmaqda  olan  prezident  kimi  Linkoln  təkcə 
opponentləri  ilə  mübarizəyə  qoşulmamışdı,  həm  də  öz  partiyası  daxilindəki 
fraksiya  bölüşmələrinə  və  şəxsi  rəqabətə  qarşı  dururdu,  bunlar  da  ona  çoxlu 
narahatlıqlar  gətirirdi.  Onun  razılığı  ilə  Respublikaçılar  himayəedici  tarifə,  milli 
bank  sistemini  qaydaya  salmağa,  xüsusən  Sakit  okean  sahilinə  dəmir  yolu 
çəkilməsinə  kömək  göstərilməsini  işə  saldılar.  Respublikaçılar  partiyasında 
radikallar  və  «mühafizəkarlar»  mövcud  idi.  Linkoln  özü  mühafizəkarlara  meyil 
edirdi. Lakin radikallar arasında da onun dostları var idi. O, çalışırdı ki, hər ikisi 
üzərində öz liderliyini saxlasın. Kabinetə təyinatlar olanda, o, 1860 yerə namizəd 
göstərmək üçün müxtəlif rəqibləri seçdi və onların hamısı birlikdə hər bir partiya 
qrupuna  təmsilçilik  vermək  idi.  Müdriklik  göstərərək  o,  Kabinetin  tərkibinə 
görkəmli mühafizəkar Syuardı və görkəmli radikal Çeyzi daxil etmişdi. O, kabinet 
böhranından  yan  keçə  bilirdi  və  bu,  iki  müxalif  şəxsi,  Çeyzin  1864-cü  ildəki 
istefasına qədər özünün rəsmi müşavirləri kimi işlətdi.  
 Digər bir müdrikliyi isə o, «Trent» gəmisi hadisəsində nümayiş etdirdi. 
Konfederasiyanın Prezidenti Cefferson Devis London və Parislə əlaqə yaratmağa 
çox  can  atırdı.  Ona  görə  də  1861-ci  ilin  oktyabrında  iki  nümayəndəsini  bu 
hökumətlərlə  danışıq  aparmağa  göndərdi.  Havanaya  gəlib  çatdıqdan  sonra  onlar 
Britaniyanın «Trent» buxar gəmisinə oturdular. Gəmi Baham boğazından keçəndə 
Şimala  məxsus  olan  amerikan  kateri  Konfederat  elçilərini  əsir  götürdü.  Onlar 
«Trent» gəmisi ilə birlikdə Boston limanına gətirildi və dustaqxanaya salındılar.  
Şimal radikalları buna çox sevindilər. Müdrik və uzağı görən Linkoln isə 
ümumi sevincə qoşulmadı. O qorxurdu ki, əsirlər «ağ fil» olduqlarını sübut edəcək 
və hüququn tələbinə görə, onları ittiham etmək mümkün olmayacaqdır. İngiltərədə 
də bu hadisənin hiddət doğuracağına o, şübhə etmirdi. İngilis hüquqşünasları belə 
qərara  gəldilər  ki,  «Trent»  gəmisi  Boston  limanına  qanunsuz  gətirilmişdir  və  bu, 
yalnız məhkəmənin hökmü əsasında icra edilə bilərdi. Qəzəb o yerə gəlib çatmışdı 
ki,  hətta  30  min  ingilis  Konfederata  kömək  etmək  üçün  Çarlstona  yola  düşmək 
istəyirdi.  
Britaniya  elçisi  vurulan  ziyanı  ödəmək  üçün  ABŞ-a  rəsmi  tələb  tərtib 
etdi və bəyənilməsi üçün sənədi kraliçaya göndərdi. Kraliça Viktoriyanın əri Prints 
Albert bütün gecəni bu sənəd üzərində keçirdi və onun tonunun kəskinliyini xeyli 
dəyişdi. Bu Prints Albert tərəfindən yazılan sonuncu sənəd idi. Tezliklə o, oğlunun 
oxuduğu məktəbdəki tədbirdə tutulduğu tif xəstəliyindən öldü.  
Linkoln güzəştə getməklə, həm də Cənubu çaşdırdı. O demişdi ki, eyni 
vaxtda  iki  müharibə  aparmaq  olmaz.  Bu  qərar,  güman  ki,  millətin  həyatını  xilas 
etdi. Bu, həmin nəslin ən böyük dühası olan Linkolnun əməli idi.  
Prints  Albert  öləndə  Linkoln  kraliçaya  baş  sağlığı  məktubu göndərmək 
istədi. Məktubda «Trent» gəmisinin işi ilə əlaqədar hər iki hökumətin məsuliyyəti 
yada  salınırdı.  Prints  Albert  Şimal  radikallarını  məyus  edən  barışdırıcı  cavab 


163 
 
hazırlamışdı.  Albertin  öz  ölümündən  qabaq  yazdığı  bu  son  məktub  iki  dövlət 
arasında münaqişənin yaranmasına yol verməmişdi. 
 Müharibədə  vuruşlar  Federal  qüvvələrin  xeyrinə  proqressləşdikcə 
Linkon  hökuməti  belə  nəticəyə  gəldi  ki,  qulların  azad  olunması  hərbi  qələbənin 
əldə edilməsi üçün vacibdir. Bu vaxt azadlıq Respublika partiyası üzvlərinin ikinci 
müharibə  məqsədinə  çevrildi.  Bu  da  Linkolnun  müdrikliyinin  daha  bir  nümayişi 
idi. 
 Linkolna  qarşı  hücumlar  da  az  deyildi.  Prezidentə  qarşı  loyalığa  mane 
olan  səbəblərə  gəldikdə,  Şərq  şəhərlərində  olan  irland  immiqrantlar  və  Şimal 
ştatlarında yaşayan, ancaq Cənubda doğulmuş sakinlər zəncilərə xüsusən düşmən 
idilər.  Sabitliyin  pozulması  halları  da  az  deyildi.  Nyu  Yorkda  baş  verən  dəhşətli 
iğtişaşı hərbi gəmilərdən atılan top atəşləri ilə yatırtmaq mümkün olmuşdu. İğtişaş 
çox  sayda  adamın  həyatını  itirməsinə  səbəb  olmuşdu.  İnzibati  sahədə  də  xoşa 
gəlməyən hadislər baş verirdi. Federal adminstasiyaya ştat qubernatorları cəsarətlə 
hücum edirdilər, onlar güclü yerli muxtariyyətə malik olmaq istəyirdilər. 
1864-cü  ilin  avqustunda  Linkoln  özünün  prezident  seçilməsinə  ümid 
bəsləmirdi  və  Demokrat  namizəd,  general  Corc  Makklellanın  onu  məğlub 
edəcəyini gözləyirdi. Lakin Federalın hərbi qələbələri, xüsusən Şermanın Atlantanı 
işğal  etməsi,  Linkolnu  xeyli  dərəcədə  gücləndirdi  və  müharibə  Şimal  üçün  zəfər 
qaydasında başa çatdı. Bu Linkolnun populyarlığını xeyli yüksəklərə qaldırdı.  
  
 
 
 
Müharibədən sonra Cənubun yenidən qurulması perspektivi 
 
 
 
 
Linkolnun  hazırladığı  «Cənubun  yenidən  qurulması»  layihəsi 
Konqressin müzakirəsinə verilən böyük məsələ idi. Ayrılmış ştatlar olan Luiziana, 
Arkanzas  və  Tennessi  əsasən  Federal  ordular  tərəfindən  sağlamlaşdırılmışdı. 
Linkoln 1863-cü ildə özünün «on faizlik plan»ını təklif etdi, buna müvafiq olaraq 
seçicilərin on faizi Birləşmiş Ştatlara gələcəkdə loyal olacağına and içdiyi təqdirdə
yeni ştat öz hökumətini formalaşdıra bilərdi. Radikallar Linkolnun təklifini, həddən 
ziyadə  güzəştli  olduğuna  görə  rədd  etdilər  və  Konqressə  Ueyd-Devis  Billini 
gətirdilər.  Bu  layihəyə  görə,  yalnız  hər  bir  Cənub  ştatının  ağ  kişi  cinsindən  olan 
vətəndaşlarının  çoxlugu  loyallıq  andı  içdikdən  sonra  həmin  ştatın  Birliyə  qəbul 
edilməsinə icazə veriləcəkdi. Onlar təkcə gələcək üçün deyil, həm də keçmişdəki 
loyallıqları barədə and içməli idlər. Linkoln qanun layihəsinə veto qoyduqda, onun 
müəllifləri prezidenti acı tənqid edən «manifest» çap etdirdilər. Radikallar onu ən 
kəskin qaydada məhkum edirdilər.  
Artıq  o,  «Birlik»  (Respublikaçılar)  partiyasından  prezidentliyə  yenidən 
seçilmək  üçün  namizəd  idi  və  Ueyd-Devis  Billi  ilə  əlaqədar  manifest  əslində 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə