Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə18/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   ...   14   15   16   17   18   19   20   21   ...   102

35 
 
səni  məcbur  edəcəyəm  ki,  ən  pozğun  fahişə  kimi  özünü  satasan,  bunu  isə  yalnız 
zaman göstərəcəkdir.  
Bir  neçə  ildən  sonra  Meggi  artıq  qadına  çevrilmək  metamorfozalarına 
uğrayırdı.  İlk  aybaşısı  olanda  bərk  qorxmuşdu,  güman  edirdi  ki,  bu,  xərçəng 
xəstəliyinin  əlamətidir.  Ralf  onu  başa  saldı  ki,  səndə  heç  bir  xəstəlik  yoxdur,  bu 
qanaxma  bütün  qadınlara  xasdır,  ayda  bir  dəfə  bir  neçə  gün  ərzində  baş  verir. 
Qızlarda bu, 12-13 yaşlarında başlayır, bu vaxt Megginin isə artıq 15 yaşı var idi. 
Hər  ay  qanın  axması  qızın  həddi-buluğa  çatması,  uşaq  doğmağa  qabil  olmasının 
başlanması əlamətidir. Gərək anası Meggiyə bunu başa salaydı. 
Bu yeniyetmə qız üçün Ralf ata sevimli bir büt, Göy qübbəsindəki yeni 
bir Günəş idi. Onlar birgə at çapanda dostluq şüası buraxırdılar, bu isə özlüyündə 
intim  yaxınlığa bərabər idi. Çünki qız keşişi sevirdi, yaşı otuzdan yuxarı olan bu 
kişi  açılmamış  qızılgülə  bənzəyirdi,  yazıq  qız  axı  ondan  başqa  heç  bir  kişini 
görməmişdi.  
Artıq  72  yaşında  olan  Meri  evində  rəqs  gecəsi  təşkil  etmişdi.  Burada 
iştirak  edən  Meggi  keşişə  olduqca  gözəl  göründü.  Qadın  isə  ömrünün  bu  son 
gecəsində  Ralfa  dedi  ki,  əgər  mən  cavan  olsaydım,  səni  hökmən  ələ  keçirərdim. 
Həyatımın  otuz  ilini  pəncərədən  kənara  ata  bilsəydim,  əgər  şeytan  ruhumu  satın 
almaq  istəsəydi,  mən  o  dəqiqəcə  onu  satardım  və  səfeh  Faust  kimi  olmazdım. 
Keşişə müraciətlə dedi ki, səni məhv etməyə sevinərdim. Keşiş isə bildirdi ki, mən 
başqa  qadınlar  barədə  deyil,  yalnız  Meggi  barədə  düşünürəm.  Qadın  patetik 
qaydada  bildirdi  ki,  mən  səni  sevmişəm.  Axı  səfeh  bədənim  içərisində  mən  hələ 
gəncəm. Qoca yaş qısqanc Allahın mənə ünvanladığı ən böyük intiqamdır. Qadın 
qərara aldı ki, Meggi ilə Ralfın birləşməsinə imkan verməyəcəkdir, açıqca dedi ki, 
o qıza, sən onu sevdiyinə görə nifrət edirəm. Bu vaxt keşişə bir məktub verdi və 
onun  öz  meyitini  görməyənə  qədər  məktubu  açmayacağı  barədə  and  içdirdi. 
Səhərisi günü isə Meri Karsonun ölüm xəbəri yayıldı.  
Məktubda qadının mülkiyyətinin keşişə çatması barədə vəsiyyəti var idi. 
Evində isə qardaşının ailəsinin yaşamasına icazə verirdi. Ralf ataya bütövlükdə 30 
milyon funtluq mülkiyyət qalırdı. Bu pulun hesabına o, kardinal ola bilərdi.  
Bu vaxt 17  yaşı olan  Meggi  cəhalətin  və mənəviyyatın qarışığı,  sintezi 
kimi  idi.  Keşiş  onu  sevdiyini  dedi,  həm  də  əlavə  etdi  ki,  bu,  heç  də  kişi  kimi 
sevmək deyildir. Keşiş vəsaitindən Meggiyə və anasına, hər birinə ildə 2 min funt 
məbləğində  olmaqla  pul  ayırdı.  Meridən  miras  qalan  «Roll-Roys»  da  onların 
sərəncamında idi.  
Sonralar  Megginin  ailəsində  faciə baş verdi. Eyni  gündə  yanğında  atası 
Peddi öldü və onun meyitini tapan oğlu Styuartı isə vəhşi qaban parçaladı. Onların 
yanına  gələn  Ralf  ata  Meggini  qucaqlayıb  öpdü.  Bu  vaxt  o,  ağrını  da,  kilsəni  də 
unutmuşdu.  Allah  da  unudulmuşdu.Bir  qədər  sonra  onları  tərk  edərkən  anasından 
xahiş  etdi  ki,  qızını  ərə  getməyə  həvəsləndirsin,  Meggiyə  isə  yalvardı  ki,  onu 
unutsun.  


36 
 
Artıq  Ralf  yepiskop  idi.  Meggi  bu  vaxt  Meridən  miras  qalmış  iri 
sürüdəki  qoyunları  qırxmaqla  məşğul  olub,  muzdla  işləyən  Lyuka  ərə  gedəndə 
onun 23 yaşı var idi. Daha çox pul qazanmaq naminə şəkər qamışı biçmək üçün 
Lyuk  cavan  arvadı  ilə  birlikdə  başqa  əyalətə  yollandı.  Lakin  əri  ona  diqqət 
göstərmirdi.  Yepiskop  Ralfı  isə  bir  müddətdən  sonra  Romaya,  papa  yanına  işə 
dəvət etdilər. O, artıq kardinala çevrilmişdi.  
Lyuk pul qazanmaq dəlisi idi, Meggi hamilə olanda onu ərdən və şikəst 
arvaddan  ibarət  olan  bir  ailəyə  qulluqçu  düzəltdi.  Onların  nikahı  saxta  əsaslar 
üzərində qurulmuşdu. Burada məhəbbətdən heç bir əsər-əlamət yox idi. Lyuk onun 
pulunu  ələ  keçirmək  istəyirdi.  Meggi  isə  Ralfı  yenidən  əldə  etmək  üçün  ondan 
uzaq qaçmağı qət etmişdi. Belə cansıxıcı şəraitdə qız tez-tez Ralfa nifrət bəsləyirdi.  
Meggi  körpə  qızı  doğulanda  Ralf  onun  yaşadığı  evə  gəldi.  Burada  ev 
sahibəsi  Annaya  dedi  ki,  Meggi  mənə  mənəviyyatı  görməyə  kömək  edən  bir 
güzgüdür.  Onun  dilindən  daim  Meggini  sevdiyini  eşitdikdə,  həmin  qadın  bunun 
hər ikisi üçün faciəli olacağını dedi.  
Meggi  Lyukdan  doğduğu  körpə  qəzə  sevmirdi.  O,  hələ  də  protestant 
keşişlərin  evləndikləri  halda,  katolik  keşişlərin  evlənə  bilmədiklərindən  dəhşətə 
gəlirdi, axı bu zalım qayda Ralfı onun əlindən almışdı.  
Xeyirxah  ev  sahibləri  olan  ər-arvad  doğuşdan  sonra  Megginin  çox  zəif 
olduğunu  nəzərə  alıb,  onu  Metlok  adasındakı  kurorta  yola  saldılar.  Bu  ada 
Droqhedadan və yaşadığı yerdən tam fərqli idi. Laqunadakı mərcan rifi sakit suya 
əlavə gözəllik verirdi. Yenidən Meggiyə baş çəkməyə gələn Ralf ata, onun harada 
olduğunu öyrənib, adaya yollandı. Onlar görüşdükdə Ralf qızın məhzun gözlərində 
işıq gölməçəsini gördü. O, artıq fiziki cəhətdən də qızı istəyirdi. Ona görə də onu 
qucaqladıqda, ağlının iradəsi bütünlüklə bədəninin iradəsində söndü. Və o, ilk dəfə 
özünün kişi olduğunu, heç vaxt Allah olmadığını dərk etdi. Bu, şəhvət idi. Qızın 
qolları  və  əlləri  canlı  kəndir  kimi  ona  sarılıb  işgəncə  verirdi.  Uzun  illər  atəşi 
sönməyən  məhəbbətdən  sonra  qızı  özününkü  etmişdi.  Meggi  ağla  sığmayan 
dərəcədə  xoşbəxt  idi.  Onların  intim  yaxınlığı  bədən  poeması  idi,  nəhayətsiz 
həzzdən  xəbər  verirdi.  O,  məhəbbətin  alovunda  yanan  kimi  görünürdü,  lakin 
bundan şikayətlənmirdi, axı uzun illər bu anları arzulamışdı. O, Ralfla yaxınlıqdan 
qeyri-adi ləzzət alırdı. Onun bədən daşqını üzərindəki səbir limiti arxada qalmışdı. 
Ralfın da ağrısında bir ədalətlilik var idi. Onlar bədən yorğunluğunu deyil, könül 
yorğunluğunu hiss edirdilər.  
Müharibədən sonra məğlubiyyəti, təslim olmağı, sülhü anlamaq olduqca 
şirindir.  O,  Meggiyə  yaxşı  döyüş  vermişdi.  Keşiş  qürurunun  saxta  olduğunu  isə 
həyat  özü  göstərmişdi,  Lutsifer  kimi  (Lutsifer  –  yıxılan  mələk,  şeytan  –  məqalə 
müəllifi) o, Allahın tək olduğunu göstərmiş və Lutsifer kimi də yıxılmışdı.  
Ralfa elə gəlirdi ki, bu vaxta  qədər  o, dünyanı  görməmiş, anlamamışdı. 
Bu qızın özü də, ümumiyyətlə, adi adam deyildi, ona xeyli yaxşı təsir göstərmişdi. 
Bir  neçə  gündən  sonra  Ralf  adanı  tərk  etdi,  bundan  sonra  o,  Romada,  bəlkə  də, 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə