Din və məhəbbət – faciələrə aparan ziddiyyət



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə6/102
tarix17.11.2018
ölçüsü7,12 Mb.
#80667
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   102

11 
 
etmir, çünki bu hissə xidmət edənlər onun qaydalarına və prinsiplərinə heç də tabe 
olmurlar.  Bəhrəsiz,  qeyri-münbit  torpaqdakı  şirin  su  kimi  o,  insanların  həyatının 
içərisinə  yayılır,  hətta  onun  müəyyən  olunmamış  formulu  adamları  daha  dolğun 
azadlıq üçün ilhama gətirir.  
XIX  əsrin  birinci  onilliyində  Napoleonun  imperatriçəsi  Jozefina 
Abelyarla  Eloizanın  məktublarını  oxuduqda  riqqətə  gəldi,  onların  tənhalıqda 
uyuması  ilə  razılaşmayıb,  cəsədlərinin  gətirilib  Parisin  məşhur  Per-Laşez 
qəbiristanlığında dəfn edilməsini istədi. Lakin bu arzu onun özünün ölümündən üç 
il  sonra,  1817-ci  ildə  həyata  keçdi.  Həmin  qəbiristanlığa  gələnlər  bu  məhəbbət 
divanələrinə  hörmət  əlaməti  olaraq,  onların  sərdabəsini  ziyarət  edir,  bu  ölməz 
rəmzə  təzim  qılırlar.  Per-Laşez  bu  xoşbəxtlikləri  miqyasında  bədbəxt  olanlara 
uyumaq  üçün  yer  verməklə  yanaşı,  həm  də  onların  qövsü-qüzehi  andıran 
şöhrətlərinə də şərik oldu.  
Onların  məhəbbətinin  simvolları kimi  yazdıqları  məktublar  isə  dünyanı 
dolaşmaqda  davam  edir.  bu  sevgi  ifadələrinin  sevinci  və  hüznü  ilə  tanış  olanlar 
onların  qəbirlərini  ziyarət  edənlərdən  heç  də  geri  qalmırlar,  bəlkə  də,  bu  hisslər 
sərgisinə  heyranlıqla  tamaşa  etdikdən  sonra  məhəbbət  dünyasını  daha  yaxından 
tədqiq  etmiş  olurlar.  Çünki  bu  tanışlıq,  bu  sehrli  dünya  ilə  ünsiyyət  məhəbbət 
qurbanlarının taleyinə biganə qalmaq istəməyən adamlara çox şey verir. 
Bu  məktublarda  ifadə  olunan  döyünən  ürəklərin  nəbzində  öz 
öyrəndiklərini  unudub,  məşuq  rolunda  daha  böyük  şöhrət  tapan  Pyer  Abelyarın 
buna görə böyük haqq ödədiyi məlum olur. Sakit bir həyatı yaşadığı halda, böyük 
elm adamı sayılan bir adamın dərslərindən yalnız öyrənməyi arzulayan Eloiza da 
qızğın  bir  məhəbbətlə  qarşılaşır.  Lakin  bu  sevgi  Abelyara  olduğu  kimi,  ona  da 
bədbəxtlik  zəhərinin  qədəhini  içdirdi  və  uzun  illər  ərzində  onu  qəm  dünyasında 
yaşamağa məcbur etdi. 
 Eloizanın Abelyara birinci nəktubu 
Bu  məktubu  Eloiza  öz  Ağasına,  atasına,  ərinə,  qardaşına  onun 
nökəri,arvadı, bacısı kimi bütünlüklə özünün ehtiram bəslədiyi və sevdiyi Abelyara 
öz itaətini ifadə etmək üçün yazır. 
Sənin dostuna təskinlik üçün yazdığın məktub ondan bir neçə gün sonra 
mənim  əlimə  düşdü.  Yazılanı  bilmək  üçün  və  əlimdəki  həmin  məktub  bir 
məhəbbət nişanəsi olduğundan məndə ona maraq oyandı. Çatdığım azadlığa haqq 
qazandırmaq  naminə  səndən  gələn  hər  şey  üzərində  mütləq  imtiyaza  malik 
olmağıma görə qürur hissi duydum. Əsla yaxşı tərbiyə qaydalarını pozmaq yolu ilə 
hərəkət  etməyi  deyil,  sadəcə  Abelyardan  gələn  xəbərləri  eşitmək  istədim.  Lakin 
mənim marağım necə də baha başa gəldi! Mən məktubun bizim bədbəxtliyimizlə 
əlaqədar olan təfsilatlarla və melanxoliya (depressiya, tibbdə kədərli, məyus əhval-
ruhiyyə  -  tərcüməçi)  ilə  dolu  olduğunu  gördükdə  təəccübləndim!  Mən  öz  adıma 
yüz dəfələrlə rast gəldim. Mən onları heç vaxt qorxu hiss etmədən görmədim, axı 
bu  adı  daim  bir  sıra  ağır  bədbəxtliklər  müşayiət  etmişdir.  Mən  həmçinin  səni  də 
bərabər  qaydada  bədbəxt  gördüm.  Bu  kədərli,  lakin  əziz  olan  xatirələr  mənim 


12 
 
ürəyimi  elə  güclü  döyünməyə  məcbur  etdi  ki,  mən  düşündüm  ki,  onlar  sənin  öz 
dostuna,  az  da  olsa  ruhi  rahatlıq  vermək  üçündür,  lakin  belə  qeyri-adilik  həm  də 
bizim əzablarımızın və inqilabımızın timsalı mənasını verir.  
Mən bütün olanları təzədən qiymətləndirməyə başladım və özümün səfil 
olmağıma  qədəm  qoymağımı  kədər  yükünün  təzyiqi  ilə  başa  düşdüm.  Zaman 
məsafəsinin  uzunluğu  mənim  yaralarımı  bağlamağa  borclu  olduğu  halda,  ancaq 
sənin  öz  əlinlə  yazdıqlarını  təsadüfən  görməyim,  onların  hamısının  qərtməyini 
qoparmaqla,  təzədən  qanaması  üçün  kifayət  idi.  Hətta  sənin  yazdıqlarında  ifadə 
olunan özünü müdafiə naminə əzab çəkməyin də mənim xatirəmə heç də ləkə sala 
bilməz.  Qəddar  əmim  və  təhqir  olunmuş  sevgilim  daim  ağrı  çəkən  nəzərim 
qarşısında  dayanmalıdır.  Mən  sənin  bilik  verdiyin  düşmənlərini  və  şöhrətinlə 
əlaqədar sənə qarşı yönəlmiş paxıllığı unutmayacağam. Mən heç vaxt sənin haqq 
yolu  ilə  qazandığın  nüfuzunun  xırda  hissələrə  parçalandığını  unutmayacağam. 
Sənin İlahinin haqqında traktatın ( “İlahiyyat” kitabı və “Üçlük” barədə Abelyarın 
təlimini nəzərdə tutur – tərcüməçi) yandırılmağa məhkum edilmədimi? Səni daim 
həbs cəzası ilə qorxutmadılarmı? Düşmənlərinin sənin nəzərdə tutduqlarından tam 
fərqli olan öz rəylərini sənin üstünə yıxmalarına qarşı sən də müdafiə olunmağında 
əbəs yerə inadkarlıq göstərirsən. Əbəs yerə sən onların rəylərini məhkum edirsən; 
onların  hamısı  sənin  haqq  qazanmağın  üçün  heç  bir  effekt  vermədi,  onlar  sənin 
yeretik  (dinsiz) olmağın  barədə  qərara gəldilər.  Satqın  rahibələr,  sən onlara  şərəf 
göstərib,  qardaş  adlandırdığın  halda,  sənə  qarşı  necə  bir  tufan  qaldırdılar.  Bizim 
bədbəxtliklərimizin bu tarixi, həqiqətən olanlarla o qədər əlaqədardır ki, ürəyimin 
qan  axıtmasına  səbəb  olur.  Mən  göz  yaşlarımı  saxlaya  bilmirəm,  onlar  sənin 
məktubunun  üzərinə  tökülüb,  yarısını  pozmuşdur.  Sənin  bu  məktubunu  qısa 
müddətə  də  olsa,  özümdə  saxlamaqdan  məmnunluq  duyacağam,  lakin  o,  çox 
tezliklə məndən geri alınacaqdır.  
Etiraf  etməliyəm  ki,  sənin  məktubunu  oxuyandan  əvvəl  ağlım  xeyli 
yüngülləşmişdi.  Yəqin  ki,  sevgililərin  bədbəxtlikləri  onlara  gözlər  vasitəsilə 
çatdırılır. Sənin məktubunu oxuyanda mən hiss edirəm ki, bütün olanlar təzələnir, 
mən  kədərlərimi  uzun  müddət  ifadə  etmədiyimə  görə  özümü  məzəmmət  edirəm. 
Bu vaxt isə bizim düşmənlərimizin qəzəbi belə quduzcasına od saçır. Onlar sənin 
ləyaqətinə daim hücum edəcəklərini, hətta sən qəbirdə sığınacaq tapana qədər səni 
təqib  edəcəklərini  bəyan  edirlər  və  güman  ki,  o  vaxt  hətta  sənin  külünə  də  rahat 
uyumağa  imkan  verməyəcəklər.  Qoy  mən  sənin  bədbəxtliklərin  barədə  daim 
düşünüm, qoy dərc edib bütün dünyaya onları agah edim, əgər bu mümkündürsə, 
sənin qiymətini bilməyən dövrün özünü də biabır edim (Eloizanın bu sözləri böyük 
Roma filosofu Tsitseronun Milonun müdafiəsinə həsr olunmuş nitqindəki məşhur 
«O  tempera,  o  mores»  –  «Ar  olsun  bizim  dövrümüzə  və  onun  qaydalarına» 
sözlərini yada salır – tərcüməçi).  
Təəssüf  ki,  mənim  yaddaşım  ötüb-keçən  bədbəxtliklərin  xatirələri  ilə 
doludur.  Mənim  Abelyarımı  nə  vaxtsa  göz  yaşları  axıtmadan  xatırlaya 
bilməcəyəmmi? Onun əziz adını nə vaxtsa ah çəkmədən söyləyə bilməyəcəyəmmi? 
Yalvarıram  sənə,  məni  necə  bədbəxt  şəraitə  gətirib  çıxardığına  nəzər  yetir.  Əgər 


Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə