3
meydana gəldi, hətta bir uzaq valideynini yəhudi olmasına görə, belə adamlarla
əlaqəyə, nikaha yasaq qoyuldu. Bu yolla guya ari irqinə mənsub olanların təmiz
qanı qorunub saxlanacaqdı. Bu faraonların təmiz qanı mühafizə etmək naminə öz
bacıları ilə evlənmələrini yada salır.
İslam dini də özündən əvvəl meydana gəlmiş dünya dinlərinin məhəbbət
barədəki qeyri-humanist addımlarını təkrar etmək yolunu tutdu. Zinakarlıqla
mübarizə adı altında ən rəhmsiz cəza növlərinə əl atıldı. İslamın müqəddəs kitabı
olan Quranda belə cəzaların tətbiqi təsbit edilmişdir. Quranın «Ən-Nisa» surəsində
zinakarlığa görə ağır cəzalar nəzərdə tutulur. Subaylar belə əxlaqsızlıqla məşğul
olduqda, onların hər ikisinə 100 qamçı vurulması, evli kişi və qadın zinakarlıq
etdikdə isə onların daş-qalaq edilib öldürülməsi qaydası qoyulmuşdur. Təqsirin
sübutu üçün dörd şahidin olması tələb olunurdu. Əgər bu şahidlər öz iyrənc
məqsədləri ilə günahsız adamları cəzalandırmaq, hətta məhv etmək niyyətini
güdürlərsə, onda necə olsun? Ciddi mühakimə, həqiqi məhkəmə prosesi olmadan
adamları necə cinayətkar hesab etmək olar, çünki şəriətə görə, zinakarlıq ağır
cinayət hesab olunur. Bəs sonralar hüquqda meydana gələn təqsirsizlik
prezumptsiyası necə olsun? Belə sərt cəzalar yenə də hərbəndir özünü büruzə versə
də, zinakarlıq heç də öz mövqelərini vermək istəmir. Ona yol verən adamlara həm
də cəmiyyətdə tutduqları mövqeləri və maddi imkanları qalxan xidməti göstərir və
onlar nəinki cəzadan, hətta ictimai qınaqdan da yayına bilirlər. İslamda genderlər
arasında nikah məsələsində bəzi fərqlər mövcuddur. Kişilər başqa dindən olanlarla
maneəsiz qaydada nikah kəsdirib, ailə qurduqları halda, müsəlman qızların və
qadınların xristiana və iudeylərə ərə getməsi nadir hallarda baş verir və cəmiyyət
də buna heç də loyal münasibət göstərmir.
Dinin məhəbbət əlaqələrinə, sevgililərin taleyinə əsassız qaydada
müdaxilə etməsi, çox hallarda isə qənim kəsilməsi salnaməsi olduqca geniş və
həcmcə böyükdür. Din nədənsə bu məsələdə təbiətin qanunlarına məhəl qoymur,
öz sərt qaydaları ilə əslində əxlaqın pozulması üçün də müəyyən şərait yaratmış
olur. Xristian dinindəki nikahsızlıq təbiətin bütün canlılara, o cümlədən
məməlilərə, onun ali növü olan insana bəxş etdiyi nəsli artırmaq instinktinə qarşı
çıxmaqla, bu təbii prosesə mane olur, onun həyata keçirilməsinin qarşısını kəsir.
Axı din xadimlərinin, rahiblərin hamısı dinin bu barədəki qaydasını icra etmək
üçün dəmir iradəyə malik deyillər. Ona görə də bu qadağanın pozulması daha
eybəcər şəkillər alır. Roma papalarının qadınlarla yaxınlıq etməsi faktları vardır.
XV əsrin sonunda Roma papası olmuş VI Aleksandrın (dünyəvi soyadı Borcia idi)
üç uşağı var idi, oğlu Cezare qətllər törətmək ustası idi. Qızı Lukretsiya ilə papanın
intim əlaqədə olması barədə versiya da mövcuddur.
Əvvəllər də mövcud olan pedofiliyanın XX əsrin sonunda və bizim
dövrümüzdə keşişlər, hətta yepiskoplar arasında yayılmasına dair çoxlu faktlar
aşkara çıxmışdır. Vaxtilə bu iyrənc əlaqəyə cəlb olunmuş oğlan uşaqları yaşa
dolduqdan sonra özlərinin təhqir olunması əhvalatlarını açaraq, kilsə xadimlərini
ifşa etməkdən çəkinmədiklərindən, bu iyrənc hadisələr ictimaiyyətə məlum
olmuşdur.
4
İslam ölkələrində isə xəlifələrin, şahların, sultanların hərəmxana
saxlaması heç də sirr deyildir. «Min bir gecə» nağılları şahın qadınlara qarşı
qəddarlığını açıb göstərir. İtalyan yazıçısı Bokkaçço isə özünün «Dekameron»
əsərində xristian din xadimlərinin şəhvət düşkünü olduqlarını ifşa edir.
Xristian dinində İslama xas olan məhdudiyyətlər mövcud olmadığından,
bu dinə mənsub olanlar məhəbbət məsələlərində daha azad və sərbəstdirlər, ona
görə də öz ülvi hisslərinə dinin müdaxilə etməsi ilə çox hallarda barışmır, bəzən
hətta üsyana qalxırlar. Din xadimlərinin eşqə, onun bəhrəsi olanlara qarşı
etibarsızlığına biganə qala bilməyən qadınlar dinin postulatları, hətta Allahın özü
barədə şikayətlənməkdən, öz bədbəxtlikləri üçün ona ittiham irəli sürməkdən də
çəkinmirlər. Axı məhəbbət bir ali hiss kimi bütün canlılar arasında yalnız insana
xasdır, ona sədd çəkmək istəyənlər məhəbbətin daşıyıcılarının kəskin etirazı, hətta
nifrəti ilə üzləşməli olurlar. Bəzi canlılar arasında, çox sayda quşlar arasında, hətta
canavarlarda nikah sədaqəti mövcud olduğu halda, onlarda məhəbbət hissləri
yoxdur. Qədim Roma şairi Ovidinin «Məhəbbət elmi» (“Ars amandi”) əsərində
yazdığı kimi, başlanğıcda ibtidai insan öz həyat tərzi və qidalanması ilə
heyvanlardan fərqlənmirdi. İnsanlar ot üstündə yatır, özlərini yarpaq yorğanı ilə
örtürdülər. Yalnız qadınla kişi arasında məhəbbət hisslərinin rüşeymi oyandıqda,
bu metamorfoza onları insan olmağa, başqa canlılardan əsaslı qaydada
fərqlənməyə gətirib çıxardı. Bu hisslər onların könlündə yuva salmaqla özlərini də
bir insan kimi tanımalarına şərait yaratdı. Böyük alman filosofu Hegelin yazdığı
kimi «Həqiqi sevmək – bu, özündən imtina etməklə özünü tapmaq və başqasında
özünün qeyb olmasıdır». Sevən şəxs məhəbbət sobasında əridikdə özündən
imtinaya sevinərək, bu hissi yaşamaqla xoşbəxtliyə qovuşduğu qənaətinə gəlir.
Ona görə də məhəbbətə arzu olunmayan müdaxilə, guya bu məsələdə
insanların səhvini düzəltmək məqsədi özünün tam yararsızlığını göstərir. Çünki
məhəbbət bir hiss kimi insanın malik olduğu heç bir hisslə müqayisə oluna bilməz,
axı məhəbbət süni olmayıb, həqiqidir, onun surroqatı, əvəzedicisi də yoxdur. Onun
hökmünə tabe olmayan ürək, könül də yoxdur və hətta ağıl da onun hücumu
qarşısında öz gücsüzlüyünü göstərir. Məhəbbət insanlar arasındakı münasibətdə
aysberqi də əridə bilir, onun yanan odunda ən möhkəm filiz də əriyib, öz
xüsusiyyətini əsaslı surətdə dəyişdirir. Rus yazıçısı F.M.Dostoyevskinin «nifrət-
məhəbbət» prinsipi yada salınsa, hətta bir az əvvəl nifrət etdiyin adamı da sevə
bilərsən. Bunun müasir nümunələrindən biri olan «Stokholm sindromu» da
meydana gəlmişdir. Bu sindromda qız onu zorlayan, bəkarətini pozan adama bu
hadisə baş verdikdən bilavasitə sonra nifrət etməyə başlayır və güman edir ki, bu
nifrət uzun müddət onu tərk etməyəcəkdir. Lakin bir müddətdən sonra qız həmin
zorlayan şəxsə vurulur və bu hiss əvvəlki nifrəti də yoxa çıxarır.
Məhəbbət elə bir dünyadır ki, onun başlanğıcı olsa da, sonrakı, artıq
yaddaşa hopan ömrü nəhayətsizdir. İnsan məhəbbət aləminə qədəm qoyduqda
özünü dünyanın seçilmiş adamı hesab edir, çünki onun hissi cavabsız qalmamış,
özü də sevilmək sevincini yaşamaqdan qeyri-adi həzz almışdır. Həyatın bütün
çətinlikləri onun gözündə kiçilir, çünki o, digərlərinin sevincsiz yaşadığı bir
Dostları ilə paylaş: |