41
kilsələrinə parçalanmaqla, bir-birinə qarşı barışmaz mövqedə dayandılar. İslam
dini də parçalanmaya məruz qaldı – sünnilər və şiələr meydana gəldi.
Dinin məhəbbət, eşq əhvalatlarına tez-tez və zəruri bir səbəb olmadan
müdaxiləsi onun nüfuzunu möhkəmləndirmək əvəzinə əks effekt verməyə başladı.
Xristianlıqda sevgililərin müxtəlif bəhanələr altında cəzalandırılması, bir-
birlərindən ayrı salınması, din xadimlərinin kilsə qaydalarını – tselibatı pozaraq,
qadınlarla yaxınlıq etməsinə qarşı həyata keçirilən tədbirlərdən qorxu, həmçinin
belə yaxınlıqdan meydana gələn uşaqların taleyi dinin nüfuzuna xələl gətirən
amillərə çevrildi. Bir qayda olaraq, sevgililər bir-birindən ayrılırdılar. Keşişlər öz
məhəbbətlərini gizli saxlamağa məcbur olmaqla, əslində, onlarda şəxsiyyətin
ikiləşməsi baş verirdi. Çünki kilsəyə guya sədaqətlə xidmət etdiklərini nümayiş
etdirməklə yanaşı, sevgi macəralarında iştirak etməkdən də imtina etmirdilər.
Abelyar, Montanelli və de Brikassar
kilsə xadimləri olsalar da, sevmiş və
sevilmişdilər, onlar dinin qadağasını pozaraq, eşq həzzini dadmış və bu
yaxınlıqdan isə axırıncılar dünyaya bastardlar – nikahdan kənar uşaqlar
gətirmişdilər. Makkiavellinin Florensiya tarixi haqqındakı əsərindəki hökmdar
Lorentso Mediçinin özünün bastard olması barədəki ittihamlara verdiyi – əgər mən
bastardamsa, burada mənim heç bir günahım yoxdur, günahkar yalnız xəyanətə yol
vermiş valideynlərim ola bilər, – cavab ən azı, həmin uşaqların taleyinə ədalətli
qaydada yanaşmaq lüzumunu yada salır. Bəs keşişlərin təqsiri nədə idi, onların
pozduğu qadağa nəyə əsaslanırdı, hansı bəşəri prinsipdən doğmuşdu? Axı Bibliya
peyğəmbərləri də məhəbbətə biganə qalmamışdılar. Bibliyanın «Şərqilər şərqisi»
kitabı çar Solomonla kəndli qızı Sulamitin sevgisinə həsr olunmaqla yanaşı,
məhəbbəti tərənnüm edən ən qədim yazılı ədəbi nümunələrdən biridir. “İncil”in
özündə də qeyd edilir ki, “Beləliklə, bu üç şey qalır: inanc, ümid və məhəbbət,
onlardan ən böyüyü məhəbbətdir.”
Diqqətlə baxdıqda görürük ki, din öz xidmətçilərini kütlədən ayırıb,
onlara xüsusi saflıq haləsi vermək, ancaq Allaha sədaqət, həsr olunmaq məqsədi
altında təbiətin qanununa belə bir zidd qadağa tətbiq etmişdi. İudaizm dini saysız-
hesabsız, sayı yüzlərlə ölçülən qadağaları ilə dinin nüfuzunu yüksəltmək, onun
tələblərinə danışıqsız əməl olunması üçün onların hər birinə müəyyən səbəblər də
irəli sürmüşdü. Xristian dini isə tselibatı tətbiq edərkən əslində təbiətin insana bəxş
etdiyi bir xüsusiyyəti inkar etməklə, bu məhdudiyyətin təbiətin çağırışı qarşısında
hökmən pozulacağı ehtimalını nəzərə almamışdı. Ona görə də tselibat müxtəlif,
bəzən isə hətta ən eybəcər yollarla pozulur, keşişlər şəhvətlərin ödəmək üçün öz
andlarını pozmağı məqbul hesab edirlər.
Tselibat – nikahsızlıq təbiətin qanunlarına ziddir, axı kişi və qadının
yaxınlığından uşaq doğulur, beləliklə, bir seqmentdə nəslin artması dayandırılır.
Digər tərəfdən dövlətin kiçik hüceyrəsi olan ailənin yaranmasının qarşısı alınır.
Əgər bu qayda geniş yayılsaydı, doğumun azalması, təbii artımın aşağı düşməsi
hesabına bəşəriyyət üçün arzuolunmaz problem yaranardı. Sirakuza tiranı
Dionisinin (b.e.ə. V-IV əsr) bu barədəki ifadəsi ibrətamizdir. Saray əyanları qorxa-
qorxa ona anasının ərə
getmək istədiyini bildirdikdə, hökmdar belə cavab vermişdi: