DiNİ RƏHBƏr seyid fəzlullaha yöNƏLDİLMİŞ MÜraciƏTƏ MÜƏSSİSƏNİn cavabi tarix: m. 11. 01. 2014, h q. 10 rəbiüləvvəl 1435



Yüklə 278,4 Kb.
Pdf görüntüsü
tarix15.10.2018
ölçüsü278,4 Kb.
#74248


 

 



DİNİ RƏHBƏR SEYİD FƏZLULLAHA YÖNƏLDİLMİŞ 

 MÜRACİƏTƏ MÜƏSSİSƏNİN CAVABI 

Tarix: m. 11. 01. 2014, h. q. 10 rəbiüləvvəl 1435  

 

ŞÜBHƏLİ MÜRACİƏT 

ƏLLAMƏ DİNİ RƏHBƏR SEYİD 

MÜHƏMMƏDHÜSEYN FƏZLULLAHIN 

MÜƏSSİSƏSİNƏ BELƏ BİR SORĞU DAXİL OLMUŞDUR:  

Müsəlman həmyerlilərin birliyi ilə İraklıların birliyi arasında Parisdə media agentliklərinin birində Əmir 

Türki ibn Bəndərin sadəlövhcəsinə verdiyi bir açıqlama hələ də müzakirə olunmaqdadır. Biz nə sizdən, nə də 

“İman” telekanalından, nə də hər hansı bir qəzetdə qeyd olunan açıqlamaya təkzib görmədik. Müsəlmanların 

düşdüyü bu vəziyyətdən sonsuz acı və ağrı hiss edirik. Bu kəlama cavab göndərməyinizi rica edirəm. Belə ki, 

bu Əmir iddia edir ki, o, Səudiyyə kəşfiyyat təşkilatında olduğu zaman Livandan olan bir şiəyə (Dini rəhbər 



Seyid  Fəzlullahı  nəzərdə  tutur.  Sözlərinə  görə  o  (yəni  Seyid),  Səudiyyə  təşkilatının  ən  tanınmış 

agentlərindən biridir). 7 milyon dollar vermiş, habelə onun üçün kosmik kanalın açılması, bir mətbəə, bir 

qəzet və bir verilişin yaradılması həyata keçirilmişdir. Ona təşkilat rəhbərinin irəli sürdüyü şərtlərdən ibarət 

olan siyahı təqdim etmiş, göstərilən bu yardım və verilən əmlak müqabilində siyahının həyata keçirilməsini 

tələb etmişdir. Habelə ondan edilən tələblərdən biri də bu olmuşdur ki, ara-sıra aşağıdakı fikirləri ifadə etsin: 



“Hüseynin  ziyarətçiləri  itdirlər!”,  “Ömər  ibn  Xəttab  Fatimeyi-Zəhranın  qətli  hadisəsində 

günahsızdır!”,  “İmam  Hüseyn  matəmində  nümayiş  etdirilən  mərasimlər  və  şüarlar  farslardan  və 

hindlilərdən gələn bidətlərdir!”“Sərxoş ikən ... namaza yaxınlaşmayın! ...” (“Nisa”, 43) ayəsi Əli ibn 

Əbitalib  haqqında  nazil  olmuşdur!”  və  “Şahidlik  edirəm  ki,  Əli  Allahın  vəlisidir!”  cümləsi  azanda 

deyilməməlidir”. 

Bu  şəxs  Seyid  Fəzlullah  barəsindəki  yalan  dolu  iddialarına  davam  edərək  deyir  ki,  o  (yəni  Seyid 

Fəzlullah), kosmik kanalı, yeni bir mətbəəni və tam mebel döşənmiş qəzet redaksiyasını təhvil aldı. O, belə 

bir fikir də söyləyir ki, Fəzlullah yalnız mediada tanınmış rəhbərə çevrildi. İrak şiələri onu tanımırlar.  

 

SEYİD FƏZLULLAHIN MÜƏSSİSƏSİNİN CAVABI  

Müəssisə  bu  sorğuya  aşağıdakı  bəyanatla  cavab  vermişdir:  “Biz  belə  hesab  edirik  ki,  bir  çox  səbəblərə 

görə  bu  sual  forma  və  məzmun  baxımından  o  qədər  rəzildir  ki,  ona  cavab  verməyə  də  dəyməz.  Lakin  bu 

mövzu ətrafında bizə çoxlu suallar gəldiyi üçün aşağıdakı məqamlara aydınlıq gətirməyə ehtiyac duyuruq: 



Əvvəla:  Bəyanat  1985-ci  il  mart  ayının  8-də  “Birul-Əbd”  qırğınında  Cənab  Seyidin  hiylə  ilə 

öldürülməsinə  cəhd  edilməsi  əməliyyatındakı  böyük  rolu  haqqında  kütləvi  informasiya  vasitələrinin, 

ələlxüsus  “Vaşinqton  Post”  və  digər  Amerika  informasiya  vasitələrinin  danışdığı  şəxs  haqqındadır.  Buna 

görə  də  Cənab  Seyidə  fiziki  baxımdan  sui-qəsd  hazırlamaqda  mənfəəti  olan  şəxsin  ona  mənəvi  sui-qəsd 

hazırlamaqda da mənfəəti vardır. 

İkincisi:  Xanım  Zəhraya  qarşı  törədilən  təzyiqlər  məsələsində  Seyid  Fəzlullahın  yaratdığı  bəzi  suallar 

başqa şiə müsəlman alimləri tərəfindən də təkrarlanmışdır. Şeyx Mühəmmədhüseyn Ali-Kaşifulğita özünün 

“Cənnətül-Məva” adlı kitabında yazır: “Xanım Zəhranın döyülməsi, yanağına sillə vurulması və uşağının 

düşürülməsi hadisəsinə gəlincə əqlim, vicdanım və heysiyyatım bunu qəbul etmir. ...” Şeyx Kaşifulğita 

bunu  demək  üçün,  görəsən,  Səudiyyə  Ərəbistanından  pul  almışdı?!  Burada  alimlərin  razılaşdığı  bir  çox  şiə 




 

 



fikirləri  vardır.  Mühəqqiq  Seyid  Haşim  Məruf  əl-Həsəni,  Şeyx  Mühəmmədcavad  Muğniyə,  hətta  Şeyx 

Mofid, Seyid Əbdülhüseyn Şərəfəddin və digərlərini misal çəkmək olar. ... 

 

XANIM ZƏHRAYA EDİLMİŞ ZÜLMLƏR 

MƏSƏLƏSİNDƏ SEYİDİN RƏYİNDƏN XÜLASƏ 

Sünni və şiə alimləri Xanım Zəhranın qarşılaşdığı zülmləri rəvayət etmişlər. Onun zülmə məruz qalması 

haqqında  danışan  rəvayətlər  mütəzafir

1

  və  müstəfizdir



2

,  –  desək,  fikirləşmədən  danışmış  hesab  olunmarıq. 

Bəlkə, mütəvatirə

3

 yaxındır. Biz bunları inkar etmir və ona zülm edənlərə haqq da qazandırmırıq. Ələlxüsus 



onun  Fədəkdəki  mirasından  məhrum  edilməsi  və  əri  Əmirülmöminin  Əlinin  xilafət  haqqının  inkar 

edilməsində zülmə məruz qalmasını heç cür inkar etmirik. Lakin onun məruz qaldığı bəzi hadisələr vardır ki, 

bizim  üçün  tam  və  qəti  şəkildə  öz  təsdiqini  tapmamışdır.  Bunlara  evin  yandırılması,  qabırğasının 

sındırılması, uşağının düşürülməsi, üzünə sillə vurulması, döyülməsi və s. aiddir. Bunlar və bunlar kimi bir 

çox  rəvayətlər  ətrafında  sənəd  və  ya  mətn  baxımından  bəzi  sual  işarələri  qoymaq  mümkündür.  Xüsusilə 

İmam  Əlinin  Peyğəmbərin  əmanəti  olan,  onun  sevimli  bir  parçası  hesab  olunan  və  öz  məqamında  məsum 

olan zövcəsini (həyat  yoldaşını) ona əziyyət verərək öldürmək və döymək istəyənlərdən müdafiə etməməsi 

qətiyyən ağlabatan deyildir. Həm də o halda ki, evdə bir çox haşimilər var idi və Xanımı qorumaq da onların 

şəri  vəzifəsi  idi.  Peyğəmbərin  vəfatından  sonra  başqalarına  zor  tətbiq  etməmək  barəsində  Peyğəmbər 

tərəfindən  vəsiyyət  edilməsi  və  buna  görə  də  Xanım  Zəhranın  ona  hücum  edən  şəxslərdən  müdafiə 

edilməməsi  sözü  çox  əsassız  və  dəyərsiz  bir  fikirdir,  çünki  Peyğəmbərin  öz  qızını  və  bir  parçası  olan  əziz 

Zəhranı  müdafiə  etməmək  tövsiyəsi  şüura  və  ağıla  sığmır.  Bu,  özünə  və  ailəsinə  hörmət  edən  heç  bir  şəxs 

tərəfindən qəbul edilə bilməz. Hamı yaxşı bilir ki, həyat yoldaşını, xüsusilə Xanım Zəhra müstəvisində olan 

bir  həyat  yoldaşını  müdafiə  etmək  İslam  cəmiyyətində  fitnənin  yaranmasına  səbəb  olmazdı,  çünki  insanlar 

bunu təbii, şəri və insani haqq hesab edirlər. 

Bu  barədə  bəzi  qədim  dövr  alimlərimiz  –  Allah  onlardan  razı  olsun!  –  bizimlə  həmrəydirlər.  Məsələn, 

Şeyx Mofid “İrşad” kitabında uşağın düşürülməsinə, bəlkə, onun varlığına şübhə ilə yanaşır. Baxmayaraq ki, 

biz  ikinci  fikirdə,  yəni  uşağın  varlığına  şübhə  məsələsində  onunla  razılaşmırıq.  Şeyx  Mühəmmədhüseyn 

Kaşifulğita onun döyülməsi və sillələnməsi məsələsini “Cənnətül-Məva” kitabında qəbul etmir. Baxmayaraq 

ki,  o,  bu  fikirləri  qəti  şəkildə  inkar  edir,  biz  yenə  də  onunla  razılaşmırıq,  çünki  isbat  dəlilə  möhtac  olduğu 

kimi,  inkar  da  dəlilə  möhtacdır.  Seyid  Möhsün  əl-Əmin  də  özünün  “Əyanuş-Şiə”  kitabında  bu  fikirlə 

həmrəydir.  Lakin  müstəfiz,  bəlkə,  icmali  mütəvatir

4

  rəvayətlərdən  dəqiq  bilinən  məlumat  budur  ki,  evinin 



                                                           

1

 Çox və saysız-hesabsız 



2

  Hər  təbəqədə  ravilərinin  sayı  iki  nəfərdən,  bir  fikrə  əsasən  üç  nəfərdən  çox  olan,  lakin  təvatür  həddinə  çatmayan  və  reallığı  qəti  şəkildə  və 

yəqinliklə ifadə etməyən xəbərə müstəfiz hədis deyilir. Bəzi üsulçular müstəfiz hədisi mütəvatir hədis və xəbəri-vahidlə yanaşı üçüncü növ hədis 

hesab edirlər, lakin çox hallarda onu xəbəri-vahidin bir növü kimi qəbul edirlər.   

3

  Hədisin  məsuma  qədər  uzanan  ravilər  silsiləsi  əgər  hər  bir  təbəqədə  adətən  yalan  üzərində  birləşməsi  (təvafuqu  və  razılaşması)  mümkün 



olmayacaq həddə olub elmə (qətə) səbəb olarsa, ona “mütəvatir xəbər” deyilir. Başqa bir ifadə ilə desək, mütəvatir hədis yalan olması ehtimalını 

qəti şəkildə aradan aparacaq və bütün rəvayətlərin səhv ola biləcəyi ehtimalını etibarsız edəcək qədər çoxlu ravi tərəfindən rəvayət edilmiş olan 

hədisdir. Bu da məzmunu tamamilə doğru olan hədisdir. Mütəvatir hədis elə bir hədisdir ki, nəfsin, yəni daxili aləmin sakinliyini ifadə etsin. Belə 

ki, insanın daxili aləmində heç bir növ şəkk və şübhə olmasın və qəti sabitlik və sakinlik gətirsin.   

4

 Bir mövzuda gəlib-çatmış bir neçə hədisin səhihliyi barəsində “icmali elm”in (içində şübhə və tərəddüd olan elmin) yaranmasıdır. Baxmayaraq 



ki, tək-tək onların kökünü qazımaq mümkündür, lakin onlardan birinin süduru icmali təvatürlə sübuta yetir. 

“Fərhənge-təşriheye-estelahate-usul”  kitabında  “icmali  təvatür”ə  belə  tərif  verilir:  “Məsumdan  müxtəlif  ləfzlərlə  geniş,  yaxud  məhdud/dar 

dəlalətlərlə  nəql  olunan  məsələyə  “mütəvatiri-icmali”  deyilir.  Məsələn,  bir  yerdə  Məsumdan  belə  nəql  olunur:  “Mömin  şəxsin  verdiyi  xəbər 

dəlildir”. Digər bir yerdə isə deyilir: “Siqə (yalan danışmayan, etimadlı) insanın verdiyi  xəbər dəlildir”. Üçüncü bəyanda isə: “Ədalətli insanın 

verdiyi xəbər dəlildir”, – deyilir. Bu rəvayətlərin məcmuyundan elmi-icmali yaranır ki, o sözlərdən bəziləri Məsumdan sadir olmuşdur. Ən aşağı 

həddə məzmunu digər rəvayətlərdən daha məhdud və daha dar olan rəvayətin südur barəsində elmi-icmali sübuta yetir ki, yuxarıdakı ifadələrdə 

bu “Ədalətli insanın verdiyi xəbər dəlildir” cümləsindən ibarətdir”.       



 

 



örtüyünü  açmaqla  ona  hücum  edilmiş  və  evini  yandırmaqla  təhdid  edilmişdir.  Bu,  baş  vermiş  cinayətin 

həcmini sübuta yetirmək üçün kifayətdir.  

 “Biharul-Ənvar”da  Əmirülmöminin  Əlinin  Əbubəkr  və  Ömərlə  söhbəti  qeyd  edilmişdir:  “...  Fatimə 

haqqında onu deyə bilərəm ki, o, sizin onun yanına gəlməyinizə icazə verən bir qadındır. Artıq onun 

sizə  dediyi  sözü  eşitdiniz.  And  olsun  Allaha  ki,  xanım  mənə  vəsiyyət  etdi  ki,  siz  onun  cənazəsində  və 

namazında iştirak etməyəsiniz. Mən sizin barənizdə onun əmrinə və vəsiyyətinə zidd gedə bilmərəm”. 

Ömər  dedi:  “Bu  zəvzəkliyi  burax.  Mən  qəbiristanlığa  gedəcəyəm  və  ona  namaz  qılmaq  üçün  onun 

qəbrini açacağam. İmam Əli (ə) ona dedi: “And olsun Allaha ki,  əgər belə bir hərəkətə yol  versən və 

qəbiristanlığa getməyə cəhd göstərsən, bu işi yerinə yetirməmişdən əvvəl başını bədənindən ayıracam 

və səninlə qılıncla danışacağam”. Bu sözləri deyən və Zəhranın qəbrini açacağı təqdirdə Ömərin boynunu 

vurmağa  hazır  olan  şəxs  mümkündürmü  ki,  həyatda  olduğu  vaxt  Zəhranı  müdafiə  etməsin?!  Peyğəmbərin 

vəsiyyəti  barədə  deyilənlər  isə  mövcud  olmayan  bir  şeydir.  Heç  cür  inanmaq  olmaz  ki,  Peyğəmbər  Əliyə 

deyə ki, Zəhranı vursalar, sən onu müdafiə etmə. Axı Zəhra Peyğəmbərin bir parçası və Əlinin yanında onun 

əmanəti idi

5



Üçüncüsü:  Seyid  Fəzlullah  İmam  Hüseyni  ziyarət  etməyə  böyük  önəm  vermiş,  sözü  və  əməli  ilə 

möminləri  İmam  Hüseynin  ziyarətinə  çağırmışdır.  O,  İmam  Hüseynin  məqbərəsi  qarşısında  aşağıdakı  şeri 

demişdir: 

Burada ovsunlayıcı xatirə yatır  

Uyuyarkən İslama dəvət edir    

Ruhundan bütün kainat feyz alır. 

Mərhəmət yağdırmaq istəsə, 

Yerə-göyə sığmaz. 

Qənşərində qadınlar ağı deyir 

Hıçqıraraq sinə vururlar. 

Onu (məqbərəni) müsəlmanların Kəbəsi sanırsan 

Hər kəs ehram bağlamaq üçün ziyarətdədir.  

Heç düşünmək olarmı ki, Seyid Fəzlullah Hüseynin ziyarətçilərinə “İtlər”, – desin. Lakin Seyid Fəzlullah 

daim  imamların  məqbərələri  qarşısında  sürünməyin  əleyhinə  olmuş,  bənzər  adətləri  rədd  etmişdir.  Hesab 

edirdi ki, bu hərəkətlər Əhli-Beyt yoluna uyğun deyil, onların yolu ilə gedənlərə yaraşmır. 

Oxşar  bir  sual  barəsində  Seyidin  cavabı  belə  olmuşdur:  “Əhli-Beyti  və  Seyyidüşşühədanı  (Şəhidlərin 

Ağası İmam Hüseyni) sevən o ziyarətçilərdən qaynayan imanın xoş ətrinin yayılması təqdirə layiqdir, 

Allah-Taalanın  nəzdində  böyük  bir  əməldir  və  böyük  bir  mükafata  çağırışdır.  Lakin  biz  bəzi 

söhbətlərimizdə özlərini itə oxşadanları tənqid etmişik. Bunu bizə Məqami-Mütəhhərə (pak məqama) 

daxil olan bəzi mütəqqilər nəql etmişlər. Onların etiqadı budur ki, bu hal Allahın razılığını qazandırır 

və vəlayətə olan bağlılığı möhkəmləndirir. Halbuki pak şəriətlər və peyğəmbərlərin və vəsilərin cihadı 

və fədakarlıqları yalnız möminə izzət və kəramət bəxş etmək üçün olmuşdur. Allah-Taala və Əhli-Beyt 

imamları heç razı olarmı, onların tərəfdarları bu şəkildə zillətə düşsünlər?! ...” 

Dördüncüsü:  O  ki  qaldı  Seyidin  “Sərxoş  ikən  ...  namaza  yaxınlaşmayın.  ...”  –  ayəsinin  Əli 

əleyhissəlam haqqında nazil olmasını deməsinə, bu söz yalnız gülüş doğurur və Seyidə atılan iftiralardandır. 

Bu  qəti  olaraq  düzgün  fikir  deyil.  Seyid  Fəzlullah  “Təfsirun  Min  Vəhyil-Quran”  adlı  kitabında  iki  yerdə  o 

                                                           

5

  Bu  barədə  ətraflı  məlumat  almaq  istəyənlər  Seyid  Fəzlullahın  “Zəhraya  Edilmiş  Zülmlər”  kitabına  müraciət  edə  bılərlər. 



www.sabiqun.az

 

“NƏŞRLƏRİMİZ” bölməsi  




 

 



rəvayətə  (yəni  bu  ayənin  Əli  əleyhissəlam  haqqında  nazil  olduğunu  göstərən  rəvayətə)  cavab  vermişdir. 

Camaat Allahdan qorxmadan yalan danışır. Seyid bu rəvayəti şərh etmiş və belə demişdir: “Əqli olan şəxs 



bu rəvayəti yaraşdırmaz. Bunu deməyi özünə yaraşdırarsa, o şəxsin əqli olmaz”. “Təfsirun Min Vəhyil-

Quran” kitabı hamının əlində vardır. İstəyən şəxs bu mövzuda Seyidin fikrilə tanış ola bilər.  



Beşincisi:  Azanda  “Əliyyun  Vəliyyullah”  ifadəsinin  işlənməsi  barədə  Seyidin  mövqeyi  böyük  şiə 

alimlərinin mövqeyindən fərqlənmir. Onlar bildirirlər ki, bu şəhadət imanın həqiqətlərindəndir, lakin azanın 

tərkib hissəsi deyil.  

Üşüncü  şəhadət  (“Əşhədu  ənnə  Əliyyən  Vəliyyullah”)  haqqında  Seyidin  rəyi:  “Mövlamız 



Əmirülmöminin Əlinin vəlayətinə şəhadət vermək haqq əqidələrdəndir, lakin Peyğəmbər və onun pak 

ailəsindən varid olan (gəlib-yetişən) dini mətnlərdəki azan və iqamənin fəsillərində (sözlərin arasında) 

onun  deyilməsi  qeyd  olunmamışdır.  Qədim  fəqihlərin  kitablarında  da  onun  deyilməsi  qeyd 

olunmamışdır,  hətta  Şeyx  Səduq  kimi  bəzi  fəqihlər  o  şəhadətin  azan  və  iqamədə  deyilməsinə  yasaq 

qoymuşlar,  çünki  Şeyx  Səduqa  görə  bu  şəhadətin  deyiməsi  qulat

6

  və  müfəvvizə

7

  cərəyanının 

uydurmasıdır. Şəhid Sani “Lumuə” kitabında bildirir ki, o, imanın həqiqətlərindəndir, azanın tərkib 

hissəsi  deyil.  Əsrlərlə  bu  şəkildə  qalmış,  nəhayət,  3-4  əsr  əvvəl  bəzi  alimlər  qeyd  etmişlər  ki,  bu 

şəhadəti  azan  və  iqamədə  demək  mütləq  müstəhəb  olaraq  yaxşı  bir  əməldir,  lakin  qanunvericiliyin 

əslində tələb olunan bir iş deyildir. Bəzi alimlər də bu rəylə razılaşmış və beləliklə, bu məsələ onların 

və  camaatın  arasında  yayılmağa  başlamışdır.  Baxmayaraq  ki,  bu  məsələdə  onların  nəyə  istinad 

etməkləri  böyük  fiqhi  müzakirə  obyektidir,  çünki  azan,  iqamə  və  onlar  kimi  digər  işlər  xüsusi  bir 

keyfiyyətlə  müəyyənləşən  (təyin  olunan)  zikrlərdəndir  ki,  onun  olduğu  vəziyyətini  dəyişdirməyimiz 

mümkün deyil. Ona özü kimi bir zikr artırılmasına baxmayaraq, ona nə bir şey artıra bilərik, nə də 

ondan  bir  şey  əskildə  bilərik.  Məsələn,  biz  sübh  namazını  üç  rükət  edə  bilərikmi?  Yaxud  “Fatihə” 

surəsini bir rükətdə bir dəfədən artıq oxuya bilərikmi? Yaxud hər rükətdən sonra təşəhhüd əlavə edə 

bilərikmi? Yaxud azan və iqamədə Allahın təkliyinə üç və ya beş dəfə şahidlik edə bilərikmi? Bu əsasa 

görə üçüncü şəhadətin də azan və iqaməyə əlavə olunmasını inkar edirik. Baxmayaraq ki, biz Həzrət 

Əlinin  imamətinə  qəti  şəkildə  inanırıq,  onun  Peyğəmbərdən  dərhal  sonra  xilafətə  keçməsinin 

Peyğəmbərin  söylədiyinə  də  əminik.  İnanırıq ki,  bu  işdə  onunla  mübahisə  edən  şəxs  qəsdən  və  zülm 

edərək onun haqqını qəsb etmişdir və Peyğəmbərin həqiqi və qəti vəsiyyəti olduğunu bildiyi bir şeylə 

israrla müxalifət etmişdir”. 

Bütün bunlardan əldə edilən nəticə belədir ki, azan və iqamədə üçüncü şəhadətin deyilməsi nə vacibdir, nə 

də  müstəhəb.  Kim  bunu  haqq  əqidə  olaraq söyləmək istəyirsə, namazdan sonra Peyğəmbəri və pak ailəsini 

ziyarət edərkən söyləsin.  

                                                           

6

 “Həddi aşmaq” mənasını verən “qülüvv” (“ğülüvv”) kökündən alınmış “qali” (“ğali”) “həddi aşan, təyin edilmiş həddi keçən” mənasını verir. 



“Həddi  aşanlar”  mənasını  verən  “qaliyyə”  (“ğaliyyə”)  və  ya  “qulat”  (“ğulat”)  İslama  mənsub  olduqlarını  iddia  etdikləri  halda  dinin  zəruri 

məsələlərindən birini və ya bir neçəsini inkar edən və ya inkarla nəticələnən bir tərzdə təvilə (yozuma) sapan qruplara deyilir. Qulatlar əsasən Əli 

və onun övladları barəsində mübahisə edib həddi aşmış və onları insanlıq mərtəbəsindən çıxarıb Allahlıq mərtəbəsinə qaldırmışlar. İmamlardan 

hər hansı birini ilaha bənzətdikləri kimi, İlahı da insana bənzətdikləri görünmüşdür. On iki imamçı şiə alimləri imamları ilahlaşdıran qulatların şiə 

olmasını qətiyyətlə təkzib etmiş və yekdilliklə onların küfrünə fitva vermişlər.   

7

  Müfəvvizənin  müşrikliyinə  hökm  olunmuşdur.  İmam  Rza  əleyhissəlamdan  qulat  və  müfəvvizə  haqqında  soruşduqda  dedi:  “Qulatlar  kafir, 



müfəvvizə isə müşrikdir. Kim onlarla bir yerdə oturarsa, yaxud onlarla dostluq edərsə, yaxud onlarla bir yerdə yemək yeyərsə, yaxud 

onlarla  bir  yerdə  bir  şey  içərsə,  yaxud  onlarla  münasibətlərini  davam  etdirərsə,  yaxud  onları  evləndirərsə,  yaxud  onlardan  biri  ilə 

evlənərsə, yaxud onlara aman verərsə (onların təhlükəsizliyini təmin edərsə), yaxud onlara əmanət edərsə, yaxud onların sözünü təsdiq 

edərsə  və  yaxud  da  sözdə  onlara  yardım  edərsə,  Allahın,  Onun  Elçisinin  və  biz  Əhli-Beytin  vəlayətindən  xaric  olar!”  (“Üyunu  Əxbarir-

Rza”, “Babu ma caə ənir-Rza fi vəchi dəlailil-əimməti vər-rəddi ələl-ğulat vəl-müfəvvizə lənəhumullah”, 4-cü hədis) 

  



 

 



Altıncı:  Onu  da  əlavə  etmək  olar  ki,  Seyid  təqlid  edilməsi  təsdiqlənmiş  şəxslərdəndir,  o,  əhli-xibrə 

(ekspertlər) tərəfindən dini rəhbərlik və fəqihlik dərəcəsi almışdır. Bütün ölkələrdə möminlər arasında təqlidi 

yayılmışdır. Otuz ildən artıq magistr və doktorantura (dərsi-xaric) səviyyəsində dərs demiş və 10-dan artıq 

deduktiv  (istidlali)  fiqhi  tədqiqatları  nəşr  edilmişdir.  Bu  qədər  əsərlər  isə  insanların  təqlid  etdiyi  digər 

müctəhidlərdə  mövcud  deyildir.  Bütün  bunlar  onun  yüksək  və  fərqli  ictihadı  və  layiqli  fəqahəti  haqqında 

insanda yəqinlik  yaratmış olur. Onun elmi, cihadi, təqvai, mədəni, ictimai və sair tarixi sübut edir ki, o, əsl 

tədqiqatçı rəhbər olmuşdur.  

Yeddinci:  Hamı  bilir  ki,  Seyid  Fəzlullahın  müəssisələrinə  bağlı  olan  “İman”  kosmik  kanalı  sağlığında 

deyil,  onun  vəfatından  sonra  fəaliyyətə  başlamışdır.  Həmçinin  hamı  bilir  ki,  Seyidin  təşkilatlarından  heç 

birisi heç bir dövlətdən kömək və yardım görməmiş və onlardan bir qəpik belə almamışdır. Şahidlər vardır 

ki, Seyidin təklif edilən 10 milyonlarla dolları rədd etdiyini görmüşdür. Onun cavabı belə olardı: “Mən elə 



gizli iş görmürəm ki, aşkarda ondan utanam”. Hər halda Seyidin həyatı, bütün bu təşkilatları qurması və 

bu  yolda kimsənin  yardımı olmadan Allahın  yardımı  ilə  ciddi şəkildə  cəhd göstərməsi  ona  əngəl törətməyə 



can atanlara böyük cavab və zərbədir. Şairin dediyi kimi:  

Allah bir fəziləti yaymaq istəsə, sürətlə yayılar, dillər ona həsəd aparar.  

S. M. Fəzlullahın müəssisəsindəki şəri büro 

“Milli Görüş-Sabiqun” Hərəkatı  

Yüklə 278,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə