Dini tolerantlıq Azərbaycan xalqının multikultural



Yüklə 77,79 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü77,79 Kb.
#8268


 



Dini tolerantlıq Azərbaycan xalqının multikultural 



dəyərlərindən biri kimi 

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 

                                                                    Şəki filialının elmi işlər üzrə direktor 

                                                     müavini, dos. N.Z.Çələbiyev 

 

Hörmətli yığıncaq iştirakçıları! 

 

Dəyərli qonaqlar! 

 

Azərbaycan  xalqının  milli-mənəvi  dəyərlərinin  tərkib  hissəsi  olan  islam  dini 



xalqın  milli  özünüdərkini,  etnik  identifikasiyasını  müəyyənləşdirən  amillərdən  biri 

olmaqla  yanaşı,  hər  bir  insanı  vahid  islam  dünyasının  və  ya  islam  mədəniyyətinin 

tərkib hissəsi kimi qavramasına imkan verir.  

Dini  dəyərlər  insanın    dəyərləri  sistemində  xüsusi  yer  tutur.  Bu  və  ya  digər 

dərəcədə dünya əhalisinin böyük hissəsi dinə cəlb olunmuş və dini etiqadlarla yaşayır. 

Din  və  dini  dəyərlər  insanları  bütün  dövrlərdə  düşündürən  mühüm  məsələlərdən 

biridir. İnsanların dünyagörüşü, etnik qrupun  üzvlərinin əksəriyyətinin dünyanı dərk 

etməsi  dinə  əsaslanır.  Həyatın  mənası  ilə  əlaqədar  insanlar  onları  narahat  edən 

sualların cavabını dini şüur səviyyəsində məhz dində axtarırlar. Din insanın həyatının 

mənasını,  eləcə  də  onun  mövcudluğunun    məqsədini  və  davranışını  müəyyən  edir. 

İnsanın dünyagörüşünə müvafiq olaraq etnik dəyərləri də din müəyyən edir. Din etnik 

birliyin hakim ideologiyasıdır. Dini dəyərlərin hərəkətverici imkanları güclüdür və o 

insanın həyat fəaliyyətinin bütün digər istiqamətlərini (həyati, sosial, etik, ailə-nikah, 

məişət və s.) özünə tabe edə bilər. Ali hisslər qrupuna daxil edilən dini hisslər və dini 

dəyərlər insanın fəaliyyətini və fəallığını müəyyən edir. 

Dindarlıq  cəmiyyətin  üzvlərinin  böyük  əksəriyyətinin    mənəvi  və  praktik 

fəallığını müəyyən etdiyindən, bu fenomen həmişə tədqiqatçıların diqqət mərkəsində 

olmuş və bu gün də belədir. Fərdin fəallığı onun ideala, mükəmməlliyə can atmasını 

şərtləndirir.    Bu  səbəbdən  də  dini  dəyərlər  dərin  aksioloji  məna  daşıyır.  Dindarlıq 

rasional  düşüncə  üçün  ağlasığmaz  olan  ülvi,  mükəmməl  həyata,  “o  biri  dünya”ya 

istiqamətlənən  dünyagörüşünə  əsaslanır.  Bütün  bunlar  dinin  cəmiyyətdə  aparıcı  rola 



 

malik  olmasını  göstərər.  Xalqın  dini  inamları,  dini  dəyərləri  ölkədə  sabitlik  və  ya 



qeyri-sabitlik  mühitinin  yaranmasında  mühüm  rol  oynayır.  Bu  problemlərin  tədqiqi, 

sözsüz ki, müasir dövrün aktual məsələlərindən biridir. 

 Xalqın  dini  dəyərləri  onun  dünyagörüşü,  dini  abidələri,  dini  bayram  və 

mərasimləri, adət və ənənələridir. İslam dini müsəlmanların həyat tərzi, mədəniyyəti, 

düşüncə  və  davranışını  şərtləndirdiyinə  görə  İslam  dəyərləri  azərbaycanlıların 

məişətində, ümumiyyətlə həyat tərzində aparıcı rola malikdir. Hər bir insan dini inam 

dərəcəsindən  asılı  olmayaraq  dünyaya  gəldiyi  gündən  ölümünədək  bu  və  ya  digər 

dərəcədə dini adət-ənənələri yerinə yetirir.  

XX  əsrin  80-90-cı  illərində  Azərbaycan  Respublikasının  siyasi  və  ictimai 

sisteminin  demokratikləşməsi  prosesi  cəmiyyətdə    tamamilə  yeni  bir  dini  şəraitin 

meydana  çıxmasına  səbəb  oldu.  SSRİ-nin  parçalanması,  hakim  kommunist 

ideologiyasının  böhranı  keçmiş  sovet  xalqlarının  milli  mənlik  şüurunun  oyanmasına, 

milli-mənəvi dəyərlərə, xüsusilə də dini dəyərlərə meyllərin güclənməsinə səbəb oldu. 

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 13 dekabr 1994-cü ildə İslam 

Əməkdaşlıq  Təşkilatının  dövlət  və  hökumət    başçılarının  Kasablanka  sammitində 

çıxışı  zamanı  XX  əsrin  90-cı  illərində  baş  verən  bu  prosesləri  belə  ifadə  etmişdir:  

“Çoxəsrlik tarixi, zəngin mənəvi və maddi irsi olan Azərbaycan hələ miladın yeddinci 

əsrindən  islam dünyasının bir hissəsini təşkil edir. Avropa və Asiya arasında, Qafqaz 

ilə Yaxın Şərq arasında mühüm coğrafi məkanda yerləşən Azərbaycan həmişə bir çox 

dövlətlərin  diqqət  mərkəzində  olmuş,  müxtəlif  sivilizasiyalar  arasında  körpü  rolunu 

oynamışdır.  XIX  əsrin  əvvəllərində  Azərbaycan    uzunmüddətli  dövlətlərarası  körpü 

rolunu  oynamışdır.  XIX  əsrin  əvvələrində  Azərbaycan  uzunmüddətli  dövlətlərarası 

müharibələr nəticəsində öz dövlətçiliyindən məhrum olmuş, sonra  isə keçmiş Sovet 

İttifaqının  bir  hissəsinə  çevrilmişdir.    Bu  illər  ərzində  bizim  müsəlman  məsləkimiz 

ciddi sınaqlardan  çıxmış,  Azərbaycan xalqı  öz dini hissələrini  açıq  şəkildə ifadə  edə 

bilməmişdir.  Amma  bu  hissələri  biz  içimizdə  yaşatmışıq,  qoynumuzda  saxlamışıq, 

hətta  ən  ağır  dövrlərdə  öz  dinimizə  etiqad  etmişik.  Sovet  İttifaqı  dağıldıqdan  sonra, 



 

1991-ci  ildə  istiqlaliyyət  əldə  etməklə  biz  kökümüzə  qayıtmış,  din  azadlığımıza  nail 



olmuşuq”. 

Sovet hakimiyyətinin ilk illərində məscid, kilsə və sinaqoqların, eləcə də digər 

ibadət  evlərinin  bağlanması  xalqın  milli-mənəvi  dəyərlərinə,  mədəni  irsinə  qarşı 

həyata  keçirilmiş  siyasət  idi.  Müxtəlif  mədəniyyətə,  milli-mənəvi  dəyərlərə  məxsus 

xalqları bir dövlətin –Sovet İttifaqının tərkibində birləşdirmək üçün “sovet xalqı” adı 

altında,  xüsusilə  də  yeni,  ümumi  mənəvi    dəyərlərə,  ideologiyaya  məxsus  insanlar 

formalaşdırılmalı idi. Bu məqsədlə də, ölkədə dinə və dini inamlara, sovet xalqlarının 

milli-mənəvi  dəyərlərinə  qarşı  amansız  mübarizə  aparılırdı.  Lakin  SSRİ-nin 

parçalanmasından  sonra  ölkədə  baş  verən  dini  oyanış  bu  mübarizənin 

müvəffəqiyyətsizliyini  göstərdi.  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər 

Əliyevin  30  sentyabr  1998-ci  ildə  Bakıda  keçirilmiş  Beynəlxalq  Konfransda  və 

Qafqaz  Müsəlmanlarının  Qurultayında  çıxışında  bu  barədə  demişdir:”Biz  70  il 

kommunist  ideologiyası  altında  tərbiyələnərək  dinimizdən  və  dinin  bizə  bəxş  etdiyi 

mənəvi    dəyərlərdən  məhrum  olmuşduq.  Kommunist  ideologiyasının  bəşəriyyətə 

vurduğu  zərbələrdən  ən    böyüyü  70  il  müddətində  dinə  qarşı  aparılmış  təbliğat  və 

xüsusən  dinin  qadağan  olunması  və  dinin  təhrif  edilməsi  olmuşdur.  Ancaq    eyni 

zamanda  bu  tarix  onu  da  göstərir  ki,  din  və  o  cümlədən  bizim  mənsub  olduğumuz 

isalam dini o qədər qüdrətə malikdir ki, o qədər gücə malikdir ki, heç bir ideologiya, 

heç bir hakimiyyət, heç bir hökmdar onunla bacara bilməz və 70 illik tarix də göstərdi 

ki, bunu bacara bilmədi. O dövrdə  doğulmuş, həyata atılmış insanlar bəzən dinin nə 

olduğunu  da  bilmədilər  və  onlara  təsir  gücü  xüsusən  artıq  oldu.  Amma  bunlara 

baxmayaraq  insanlar  o,  cümlədən  müsəlmanlar  dini  öz    qəlbində  yaşatdılar.  Hər  bir 

ailədə, hər bir evdə, hər bir ocaqda din yaşadı və dinin insanlara bəxş etdiyi adət və 

ənənələr,  qanun  və  qaydalar  yaşadı  və  onlar  o  hakimiyyət  dövründə  tətbiq  edilən 

qanunlardan və yeni yaranan adət-ənənələrdən hətta güclü oldu. Çünki din və xüsusən 

bizim  İslam  dini  çoxəsrlik  tarixi  boyu  özündə  elə  gözəl  xüsusiyyətlər 

formalaşdırmışdır  ki,  bizim  üçün  müqəddəs  olan  Qurani-Kərim,  həzrəti  Məhəmməd 

Peyğəmbərin  müsəlmanlara  göstərdiyi  yol  və  verdiyi  tövsiyələr  insanların  daxili 




 

mənəviyyatına o qədər uyğun olmuşdur, insanları o qədər səadətə çatdırmışdır ki, bu 



adət-ənənələr, bu dini qanun-qaydalar nəsildən –nəslə yaşamış və heç bir məhdudiyyət 

bunun qarşısını ala bilməmişdir”.  

Müasir dövrdə ölkə dini fəaliyyəti tənzimləyən əsas qanunverici akt Azərbaycan 

Respublikasının Konstitutsiyası və “Dini etiqad azadlığı haqqında” qanunudur. Həmin 

qanunda  deyilir: “Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı 

dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar 

əqidəsini  ifadə  etmək  və  yaymaq    hüququna  malikdir”.  Azərbaycan  Respublikasının 

Konstitutsiyasının  18-ci  maddəsinə  əsasən  “Azərbaycan  Respublikasında  din 

dövlətdən  ayrıdır.  Bütün  dini  etiqadlar  qanun  qarşısında  bərabərdir;  İnsan  ləyaqətini 

alçaldan  və  ya  insanpərvərlik  prinsiplərinə  zidd  olan  dinlərin  (dini  cərəyanların) 

yayılması və təbliği qadağandır; dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır”. 

 

Respublikada dinin əsaslarını  öyrədən tədris müəssisələri – BDU-nun İlahiyyat 



fakültəsi, Bakı İslam Universiteti və onun Sumqayıt, Mingəçevir və Zaqatala filialları, 

eləcə də, xristian və yəhudi  dini tədris müəssisələri, pravoslav kilsələri nəzdində bazar 

məktəbləri, Yevangel xristianlarının İncil kursları fəaliyyət göstərir. 

 

Dini  qurumların  yenidən  dövlət  qeydiyyatına  alınması  prosesi  başlayandan 



(01.09.2009-cu  il)  sonra  588  dini  qurum  qeydiyyatından  keçmişdir.  Konfessional 

baxımdan onların 567-i islam, 21-i isə qeyri-islam (xristian-12; yəhudi – 6; krişna -1; 

bəhai-2)  təmayüllüdür.  Əvvəllər  qeydiyyatdan  keçən  qeyri-islam  dini  icmalarla 

birlikdə, ümumilikdə onların sayı 34-dür. 



 

Dini  abidələr  hər  hansı  bir  bölgənin  tarixi,  həmin  ərazidə  yaşayan  insanların 

mənəvi aləmi haqqında  məlumat verir. Dini abidələr eyni zamanda insanların milli-

mənəvi  dəyərləri,  dünyagörüşü,  əxlaqı,  mədəniyyəti  və  sosial  həyatını  özündə 

təcəssüm  etdirən  memarlıq  abidələridir.  XX  əsrin  90-cı  illərindən  başlayaraq  sovet 

hakimiyyəti dövründə bağlanmış məscid, kilsə və sinaqoqlar bərpa edilməyə, eləcə də 

yeniləri tikilməyə başladı. 1936-cı ilin sentyabrında partladılmış Bibi-Heybət  pirinin 

yerində  14  iyul  2008-ci  ildə  yeni  məscidin  tikilməsi  buna  misaldır.  1990-cı  illərdə 




 

ölkədə  fəaliyyət  göstərən  1300  məsciddən  534-ü    pasportlaşdırılıb  dövlət  balansına 



alınmışdır.  

 

1990-cı  ildən  hazırki  dövrədək  ölkədə  814  məscid  inşa  olunmuşdur.  Hazırda 



ölkədə  306  məscid  dövlət  tərəfindən  tarixi  abidə  kimi    qorunur.  1993-2003-cü  illər 

ərzində  ölkədə  517  məscid  inşa  olunmuş,  200-ə  yaxın  məsciddə  əsaslı  təmir  işləri 

aparılmış,  16  məscidin  fəaliyyəti  bərpa  olunmuşdur.  2003-2013-cü  illər  ərzində  

ölkədə  216  məsciddə  inşa  və  əsaslı    təmir  və  yenidənqurma  işləri  aparılmış,  o 

cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilmiş və ya əsaslı bərpa olunmuşdur.  

 

Azərbaycan  Respublikası  Prezidentinin  müvafiq  Sərəncamlarına  əsasən  Bibi-



Heybət    məscid-ziyarətgah  kompleksində,  Təzəpir  məscidində,  İçərişəhər  Cümə  və 

Həzrət  Məhəmməd  məscidlərində,  Əjdərbəy  məscidində,  Şamaxı  Cümə  məscidində 

Gəncə  şəhər  İmamzadə  ziyarətgahında  əsaslı    təmir,  bərpa  və  yenidənqurma  işləri 

aparılmışdır.  Heydər  Əliyev  Fondu  tərəfindən  7  məscid  və  ziyarətgah  –  Daşkəsən 

şəhər  Cümə  məscidi,  Gəncə  şəhər  Şah  Abbas    və  Həzrət  Zeynəb  məscidləri,  Xəzər 

rayonu  Buzovna  qəsəbəsi  Cümə  məscidi,  Mərdəkan  qəsəbəsi  Pirhəsən  ziyarətgahı, 

Binə  qəsəbəsi  Möhsün  Səlim  və  İmam  Rza  məscidləri  inşa  və  ya  əsaslı  təmir 

olunmuşdur. 

 

Azərbaycanda 1956 məscid 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.  Qeyd edildiyi 



kimi,  respublikada  50-yə  qədər  kilsə,  sinaqoq  və  ibadət  evləri  3  ənənəvi  xristian 

konfessiyası  –  pravoslavlıq,  katolik  və  protestantlığı  təmsil  edən  85  xristian  dini 

icması  fəaliyyət  göstərir.  Onlardan  35-i  dövlət  qeydiyyatına  alınmışdır.  Azərbaycan 

ərazisində  protestantlıq  cərəyanları  –  Yevangel  –lüteran  kilsəsi,  Yevangel  xristian 

baptist  icması,  7-ci  gün  adventistləri,  “Şərqdə  ulduz”  xristian  İncil  dini  icması, 

Molokan  ruhani  xristianların  dini  icması,  Alban-udi  xristian  dini  icması  fəaliyyət 

göstərir.  Hazırda  ölkədə  pravoslavlıq  rus  və  gürcü  pravoslav  kilsələri  ilə  təmsil 

olunmuşdur. 

Müasir  Azərbaycanda dövlət –din münasibətləri modeli çərçivəsində bütün dini 

konfessiyalar  qanun  qarşısında  bərabərdir  və  eyni  statusa  malikdir.  Ölkədə  çoxluq 

təşkil  edən  müsəlmanlarla  yanaşı,  digər  dinlərin  nümayəndələrinin  də  2003-cü  ildə 



 

Şəkidəki  Kiş  Alban  məbədinin  bərpasından  sonra  alban  –udi  xristian  icması  dövlət 



qeydiyyatından keçmişdir. 2006-cı ilin may ayında Qəbələ rayonunun Nic qəsəbəsində 

Müqəddəs Yelisey qədim alban kilsəsinin yerində Çotari alban-udi kilsəsi açılmışdır.  

Azərbaycanda  üç yəhudi icması-dağ yəhudiləri, Avropa (əşkinazi) yəhudilər və 

gürcü yəhudiləri icmaları fəaliyyət göstərir. Dağ yəhudiləri əsasən Bakıda və Qubada, 

Avropa yəhudiləri Bakıda və Sumqayıt şəhərlərində yaşayırlar. Dağ yəhudiləri hazırda 

ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir. Bakıda, Qubada, Oğuzda 

dağ  yəhudilərinin    bir  neçə  sinaqoqu  fəaliyyət  göstərir.  Qubadakı  Qırmızı  qəsəbədə 

bütün  postsovet  məkanında  dağ  yəhudilərinin    kompakt  yaşadıqları  yeganə  yerdir. 

Qəsəbədə üç sinaqoq və ayinçilik məqsədilə tikilmiş mikva fəaliyyət göstərir.  1997-ci 

ildə gürcü yəhudilərinin sinaqoqu bərpa edilmişdir. 2003-cü ilin martın  9-da Bakıda 

yəhudi  sinaqoqu  açılmışdır.  Qeyd  etmək  lazımdır  ki,  həmin  sinaqoq  Avropada  ən 

böyük  sinaqoqdur.  2003-cü  ilin  sentyabrından  Azərbaycanda  ilk  yəhudi  məktəbi 

fəaliyyət göstərir. 

Beləliklə,  XX  əsrin  90-cı  illərində  Azərbaycanın  müstəqillik  əldə  etməsi,  eyni 

zamanda  erməni  işğalına  qarşı  mübarizə  xalqın  özünəqayıdış  meyllərinin 

güclənməsinə, milli və dini hisslərinin oyanmasına  böyük təkan vermişdir. Lakin  70 

illik sovet sistemindən  sonra etnik identikliyin bərpasında din mühüm  rol oynasa da 

yeni  təhlükələr  meydana  çıxmışdır.  Dinin  siyasiləşdirilməsi,  dini  şüarlı  beynəlxalq 

terrorrizm, xarixdən teokratik-avtoritar dini sistemlərin ixracı və s.bu gün Azərbaycan 

cəmiyyətinin  üzləşdiyi  problemlərdəndir.    2015-ci  ilin  noyabr  ayında  Bakı 

kəndlərindən  biri  olan  Nardaranda  respublika  ictimai-siyasi  sabitliyi  pozmağa, 

təxribatlar,  kütləvi  iğtişaşlar,  terror  aktları  törətməyi  planlaşdıran  və  din  pərdəsi 

altında  fəaliyyət  göstərmək  silahlı  cinəyətkar  dəstənin  ifşa  edilməsini  yəqin  ki,  hər 

birimiz  xatırlayırıq.  “Müsəlman  birliyi”  adlı  hərəkat  yaradan  həmin  ekstremist  qrup 

Taleh Bağırovun başçılığı altında xeyli silah-sursat və partlayıcı qurğular əldə edərək 

qəsrbə əhalisini itaətsizliyə çağırışlar etmiş, terror aktları planlaşdırmışlar. 

XX  əsrin  sonu  –XXI  əsrin  əvvəllərində  respublikada  vəhhabilik,  nurçuluq, 

süleymanilər,  ibrahimilər  kimi  qeyri-ənənəvi  islam  dini  cərəyanları  meydana 




 

gəlmişlər.  Bəhailik  öz  fəaliyyətini  ildən-ilə  genişləndirir.  Nurçuluq  əsasən  Bakı, 



Sumqayıt,  Göyçay,  Ağdaş  və  Şəki  şəhərlərində,  Qəbələ  və  Oğuz  rayonlarında 

yayılmışdır. Onu da qeyd etmək lazımdır ki, nurçuluq adı altında Azərbaycanda heç 

bir dini icma rəsmi qeydiyyatda keçməmişdir. Cənub zonasında xristianlığı,nurçuluğu 

yaymaq  cəhdləri  müşahidə  olunsa  da,  bu  cəhdlər  uğurlu  nəticələnməmişdir. 

Respublikada  Məhd  kilsəsi,  Həyatverici  lütf,  Beynəlxalq  Krişna  şüuru  kimi  qeyri-

ənənəvi təriqətlər fəaliyyət göstərir. 

Azərbaycanda  qeyri-ənənvi  islam  və  xristian  təriqətlərinin  bəziləri  mövcud 

qanunvericiliyə,  beynəlxalq  hüquq  normalarına  məhəl  qoymadan  fəaliyyət  göstərir, 

dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununu pozaraq ictimai-

siyasi sabitliyi pozmaq, dini zəmində iğtişaşlar törətmək, hərbi xidmətdən yayınmaq, 

insanların  psixikasına  təsir  etmək  kimi  qanuna  zidd  cəhdlər  göstərirlər.  Belə  hallar 

dövlət suverenliyi və milli təhlükəsizliyinə təhdid yaradır. 

 

Azərbaycanda dini duruma mənfi  təsir göstərən amillər (əsasən xarici amillərin 



təsiri)  çoxdur.  2010-cu  il  məlumatına  əsasən,  respublikada  mövcud olan  məscidlərin 

və  dini  obyektlərin  53,2%-i  cənub  bölgəsinin  payına düşür.  Dini  Qurumlarla  iş  üzrə 

Dövlət Komitəsinin fəaliyyəti nəticəsində həmin bilgədəki dini  təhsil müəssisələrinin 

işi dayandırılmışdır. 

 

XX  əsrin  90-cı  illərinin  əvvəlləri  ilə  müqayisədə  hazırda  dini  durum  sabitdir. 



Azərbaycan cəmiyyəti dini nöqteyi-nəzərdən kifayət qədər tolerantdır və islam radikal 

qüvvələri tərəfindən hər hansı bir ciddi təhlükə gözlənilmir. 

Azərbaycan  ailəsində  dinə  münasibətdə  yaş-cins  faktoru  mühüm  rol  oynayır. 

Azərbaycan  cəmiyyəti  öz  ənənələrini  qoruyub  saxlamışdır.  Müasir  dövrdə  dindarlıq 

60-70  yaşdan  yuxarı  və  30-35  yaşdan  aşağı  insanlar  arasında  müşahidə  olunur.  Əgər 

birincisi, daha çox yaşın gətirdiyi dindarlıqdırsa, ikinci qrupun dindarlığı Azərbaycan 

Respublikası Müstəqilliyini bərpa etdikdən sonra cəmiyyətdə din və etiqad azadlığının 

artması, məscidlərin sayının artması, dini nəşrlərin çoxalması və s.ilə əlaqəlidir. 

Müasir  dövrdə  dinin  ailə  məişətinə  ənənəvi  təsiri  ailə-nikah,  ər-arvad 

münasibətləri,  uşaqların  tərbiyəsi,  dini  bayramların  qeyd  olunması,  əlamətdar  dini 




 

günlərin  anılması,  uşaqlara  adların  qoyulması  və  s.məsələlərdə  özünü  göztərir.  XX 



əsrin  90-cı  illərindən  sonra  yeni  doğulmuş  uşaqlara  qoyulan  adlarda  dini  adlar 

üstünlük təşkil edir. 

Cəmiyyətdə  baş  verən  siyasi-iqtisadi  dəyişikliklərə  baxmayaraq,  Azərbaycan 

xalqının  ailə  məişətində  ənənəvi    olaraq  milli-dini  adət  -ənənələr  öz  təsirini 

saxlamışdır.  Xalqın  ənənəvi  ailə  məişəti  sovet  hakimiyyəti  dövründə,  eləcədə 

qloballaşma  dövründə  müəyyəndəyişikliklərə  uğramışdır.  Cəmiyyətdə  baş  verən 

dəyişikliklər,  əsasən  də  siyasi,  sosial,  iqtisadi  münasibətdəki  dəyişikliklər  ailə 

münasibətlərinə  də  təsir  etmişdir.  Məsələn,  azyaşlı  qızların  ərə  verilməsi  hallarını 

artmasını  göstərmək  olar.  Mövhumatçılıq  artdıqca  ilk  növbədə    qadınlar  və  gənclər 

dini-siyasi ideologiyanın daşıcısına çevrilirlər. Dini fanatizmin qurbanlarına çevrilərək 

Suriyayaaxın  edən  və  orada  ölənlər  heç  də  az  deyildir.  Qadağalara  baxmayaraq, 

müəyyən dini icmalar tərəfindən erkən nikah və dini nikahların stimullaşdırılmasında 

məqsəd  özlərinə  gələcəkdə  dini-siyasi  baza  yaratmaq  cəhdindən  irəli  gəlir.  Erkən 

nikahlar dini nikahla bağlandığından, boşanmalar zamanı əsasən bu cür nikaha girən 

qızların hüquqlarının dövlət tərəfindən müdafiəsi imkanı azalır.  

Dinin  siyasiləşdirildiyi  müasir  dövrdə  bütün    bu  meyllər  cəmiyyətin 

təhlükəsizliyinə  təhdid  yaradır.  Bu  cür  halların  qarşısının  alınması  üçün  ilk  növbədə 

regionlarda  uşaqların,  qızların  və  gənc  qadınların  təhsil  almalarının  əhəmiyyəti 

ictimaiyyətə  daha  geniş  çatdırılmalı,  erkən  nikahların  qarşısının  alınması  ilə  bağlı 

maarifləndirmə  işləri  aparılmalı,  gənc  qadın  və  qızların  ölkənin  ictimai  həyatında 

iştirakı gücləndirilməlidir.  

Bütün bunlara baxmayaraq, Azərbaycan xalqının tarixi ənənlərdən irəli gələrək, 

ölkədə dini dözümlülük qorunub saxlanılır. Cəmiyyətdə dövlət  -din münasibətlərinin 

sivil normalarla tənzimlənməsi və vicdan azadlığı prinsipinin, eləcə də dinlərarası və 

mədəniyyətlərarası  dialoqun,  davamlı  dözümlülük  mühitinin  təmin  edilməsi,  etnik-

mədəni müxtəlifliyin qorunub saxlanılması çoxkonfessiyalı və polietnik cəmiyyətlərdə 

ictimai-siyasi və milli -mənəvi həmrəyliyi şərtləndirən vacib amillərdəndir. 



 

Milli-mənəvi dəyərlər daim inkişaf etdiyindən və digər mədəniyyətlərlə əlaqəyə 



girərək  yeni  dəyərlər  kəsb  etdiyindən,  onun  əsas  təməl  prinsiplərinin  qorunub 

saxlanılmasında,  cəmiyyətin  yüz  illərlə  formalaşmış  əxlaqi-mənəvi  dəyərlərinin  yeni 

nəslə  çatdırılması  və  tərbiyəsində dinin  özünəməxsus  yeri  vardır və  bir  çox  hallarda 

mənəvi  dəyərlərə  yeni süni  çalarlar, qondarma  dəyərlər  gətirmək  bütün dünyaya  əks 

nəticələr vermişdir. Ona görə də dini dəyərlərin qorunub saxlanması cəmiyyətin sabit 

inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. 

Dindən  siyasi,  qrup  və  şəxsi  mənafelər  məqsədilə  istifadə  edilə  bilər.  Bu 

mənada  Azərbaycanın  geosiyasi  mövqeyi  və  bir  sıra  mənfi  qüvvələrin  regionda 

ideoloji  və  siyasi  maraqlara  milli  təhlükəsizlik  naminə  dövlətin  dini  fəaliyyət 

sahəsində  məqsədyönlü  və  tarazlaşdırılmış  strateji  planın  həyata  keçirilməsini    tələb 

edir. 

Ölkədə tolerantlıq mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi üçün 



ilk  növbədə  dövlət  –din  münasibətləri  beynəlxalq  hüquq  normalarına  

uyğunlaşdırılmışdır. Dövlətin həyata keçirdiyi siyasətlə yanaşı, bu sahədə xalqın tarixi 

inkişaf xüsusiyyətləri, tolerantlıq ənənələri, tarixən ölkədə dinlərarası qarşılıqlı hörmət 

prinsipləri də mühüm rol oynayır.  Son 3 ildə dinlərarası dialoq formatı dövlətlərarası 

siyasətdə  və  konfissiyalararası  münasibətlər  müstəvisində  gündəmə  gəlmiş  və 

aktuallaşmışdır. YUNESKO hər ilin 16 noyabrını “Tolerantlıq günü” elan etmişdir. 

Xarici qüvvələrin təsiri vasitəsilə ölkədə dini zəmində separatçılığın artmasının 

qarşısının alınması üçün eyni zamanda dini maarifləndirmə işlərinin genişləndirilməsi, 

dini  etiqad  azadlığının  təmin  edilməsi,  tolerantlıq  ənənələrinin  hərtərəfli  öyrənilməsi 

və  bu  məqsədlə  dini  dözümsüzlüyün  müxtəlif  aspektlərinin  araşdırılması  vacibdir. 

Dini  separatçıların,  xarici  ideoloji  təsirlərin  qarşısının  alınması  məqsədilə  əsasən 

gənclərin  arasında  milli-mənəvi  dəyərlərin  təbliği  və  ideoloji,  eləcə  də  dini 

maarifləndirmənin  gücləndirilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Müxtəlif  dini 

etiqadların  dini  qurumları  arasında    qarşılıqlı  anlaşmanın,  bir-birinə  tolerant  və 

hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi, dini zəmində qarşıdurma və 

ayrı-seçkilik  hallarının,  digər  mənfi  təzahürlərin  qarşısının  alınması  müasir  dövrdə 




 

10 


dövlətin  və  cəmiyyətin  qarşısında  duran  mühüm  problemlərdən  biridir.  Bu  sahədə 

kütləvi informasiya  vasitələri də  mühüm  rol oynayır.  Artıq sivil dünya  yaxşı  anlayır 

ki,  İslam  dünyasında  rüsvayçı  terrorist axtarışların sonu  çatmışdır.  Beynəlxalq terror 

təşkilatları öz mənafelərini təmin etmək, dünyanı yenidən öz nüfuz dairələrinə bölmək 

cəhdlərini reallaşdırmaq üçün etnik və dini münaqişələr törətməkdən belə çəkinmirlər. 

Azərbaycan  zəngin  tolerantlıq  ənənələrinə,  dövlət-din  münasibətləri  modelinə, 

multikultural dəyərlərə, 2007-ci ilin noyabr ayının 17-də Bakıda “Tolerantlıq örnəyi-

Azərbaycan” 

mövzusunda 

keçirilmiş 

konfransda 

tolerantlıq 

dövlətçiliyi 

möhkəmləndirən,  xalqın  birliyini  və  sıralarının  sarsılmazlığını  təmin  edən  mühüm 

amil  kimi  dəyərləndirilmişdir.  Bu  gün  Azərbaycan  Yer  kürəsindəki  ən  demokratik 

dövlətlərə  belə  nümunə  ola  biləcək  bəşəri  bir  tolerantlıq  məkanı,  ənənəvi  dini 

icmalların  konstruktiv  fəaliyyətindən  və  qarşılıqlı  ünsiyyətindən  yaranmış  dünyəvi 

hakimiyyət  və  dövlət  –din  münasibətlərinin  nadir  modelinin  yarandığı  ölkədir. 

Müqəddəs  islami  dəyərlərdən  bəhrələnib,  qarşılıqlı  hörmət,  faydalı  ünsiyyət  və 

sarsılmaz  əməkdaşlığa  söykənən  tolerantlıq  və  multikulturalizm  Azərbaycanda  çox 

qədim tarixi köklərə və zəngin ənənələrə malikdir. XII əsrdə dahi Nizami öz məşhur 

“Xəmsə”sində  30-dan  çox  millətə  mənsub  zəngin  obrazlar  silsiləsi  yaradıb.  Bu  gün 

bəzi dövlətlərin öz ölkələri daxilində tolerantlıq mühiti yaratmaq üçün yollar aradıqları 

bir  dövrdə  Azərbaycanda    tolerantlığın  sarsılmaz  təməl  sütunlarına  söykənib,  dərin 

dayaqlara  istinad  etdiyi,  gündəlik  həyati  reallığa  çevrilib  ölkəmizdə  hakim  mövqe 

tutması  dünyanı  heyrətdə  qoyub.  Səmavi  din  olan  İslam  nəinki  özündən  əvvəlki 

dinlərə qadağa qoymayıb, əksinə, bütün dinlərə hörmətlə, səbr, qayğı, şərəf və izzətlə 

yanaşmağı, ayrı-ayrı dinlərə etiqad edən bəşəri övladlarının vicdan azadlığını, öz dini 

ayın  və  mərasimlərini  sərbəst  icra  etmək  haqqının  toxunulmazlığını  bəyan  edib.  

Ölkədə müxtəlif dinlərə mənsub xalqlar dostluq, qardaşlıq şəraitində yaşayır, sərbəst 

şəkildə öz dinlərinə ibadət edirlər. Bu tarixən formalaşmış dini tolerantlıq, dözümlüklə 

yanaşı aparılan dövlət siyasəti ilə bağlıdır.  



Yüklə 77,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə