Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə21/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   17   18   19   20   21   22   23   24   ...   52

68
Respublikamızda  dini  vəziyyət  və  dindarlara  münasi-
bətlə  bağlı  reallığı  əks  etdirməyən  yazıların  bəzi  yerli  qə-
zetlərdə  işıqlandırılması  da  bu  qəbildəndir.  Yəni  KİV-lərdə 
Azərbaycanın reallığını əks etdirməyən bu cür məqalələrin 
dərc olunması da xaricdə fəaliyyət göstərən antiazərbaycan 
qruplarına  ölkəmizə  qarşı  informasiya  müharibəsində  din 
amilindən istifadə etmək üçün təkan vermiş olur. Professor 
G.Baxşəliyevanın  fəlsə i  məntiqə  və  real  faktlara  əsaslanan 
bu  ikirlərini Azərbaycanda mövcud olan dini duruma qar-
şı böhtanlar yağdıran daxildə və xarici ölkələrdəki KİV-lərin 
böhtan dolu iddialarına qarşı tutarlı cavab kimi qiymətlən-
dirmək olar.
Yuxarıda yazılanlardan göründüyü kimi, ölkəmizin milli 
təhlükəsizliyinə  dinlə  bağlı  olan  təhdidlər  müxtəlifyönüm-
lüdür. Bunların içərisində hazırki şəraitdə maddi və mənəvi 
cəhətdən  xarici  ölkələr  tərə indən  dəstəklənən  və  icazəsiz 
fəaliyyət göstərən bəzi dini-siyasi qrupları ən təhlükəli he-
sab etmək olar. Beynəlxalq təcrübə göstərir ki, bu cür qrup-
lar milli və dini ekstremizmə və terrorizmə meyilli olduqları-
na görə onların fəaliyyəti cəmiyyətin sabitliyi üçün daha çox 
təhlükə yaradır ki, bunları da milli təhlükəsizliyimizə qarşı 
təhdid hesab etmək olar. 
Azərbaycan dünyəvi, sivil bir dövlət olaraq həmişə dini 
ekstremizmə qarşı çıxmış, dini dözümsüzlüyü pisləmiş və bu 
sahədə  başqa  dövlətlərlə  əməkdaşlıq  etmiş  və  etməkdədir. 
Azərbaycan  terrorizmə,  dini  ekstremizmə  qarşı  mübarizə 
aparan ölkələrlə əməkdaşlığa üstünlük verir. 
Azərbaycan  Prezident  Administrasiyanın  rəhbəri,  aka-
demik R.Mehdiyev 2011-ci il sentyabrın 21-də Rusiyanın Ye-
katerinburq  şəhərində  keçirilən  təhlükəsizlik  məsələlərinə 
cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşün-
də  iştirak  etmişdir.  Dünyanın  65  ölkəsinin  nümayəndələ-
rinin  iştirak  etdiyi  bu  beynəlxalq  toplantıda  bir  çox  aktual 


69
məsələlər, o cümlədən beynəlxalq informasiya təhlükəsizliyi, 
təbii və texnogen fəlakətlər zamanı əməkdaşlıq, transmilli ci-
nayətkarlığa qarşı mübarizə məsələləri müzakirə edilmişdir. 
Bu beynəlxalq görüşdə akademik R.Mehdiyev “Millətlərarası 
düşmənçilik və dini dözümsüzlüklə əlaqədar böhranlı vəziy-
yətlərdə  ekstremizmin  təzahürlərinə  qarşı  mübarizə  sahə-
sində beynəlxalq əməkdaşlığın fəallaşdırılması problemləri” 
mövzusunda məruzə ilə çıxış etmişdir. Öz məruzəsində eks-
tremizmin mahiyyətini elmi cəhətdən izah edən R.Mehdiyev 
qeyd etmişdir ki, “Ekstremizmə ən ümumi formada müxtəlif 
məsələlərə ifrat baxışların tərəfdarı olmaq kimi tərif verilir. 
Lakin ekstremizm, sadəcə, radikal baxışların ifadəsi deyildir. 
Çox vaxt o ciddi cinayətlər törədilməsinə səbəb olur.”(60) 
R.Mehdiyev  ekstremizmin  çoxsaylı  formaları  arasında 
milli  və  dini  ekstremizmi  ən  təhlükəli  forma  hesab  edərək 
bunu  aşağıdakı  kimi  əsaslandırmışdır:  “Ekstremizmin  çox-
saylı formaları arasında ən təhlükəli formalar kimi milli və 
dini ekstremizmi qeyd etmək lazımdır. Onların dağıdıcı po-
tensialı olduqca böyükdür, çünki onlar böyük insan qrupları-
nı, hətta bütöv xalqları da əhatə edə bilər.”(61)
Dini  ekstremizmin  genişlənərək,  radikal  qruplarla  bir-
ləşərək  cəmiyyətdə  sabitliyi  pozmağa,  ictimai  təhlükəsizli-
yin təmin olunmasına mən i təsir göstərərək sosial vəziyyəti 
kəskinləşdirməyə  çalışdığını  vurğulayan  akademik  dini-si-
yasi ekstremizmin cəmiyyət üçün yaratdığı təhlükəni aşağı-
dakı kimi şərh etmişdir: “Bu gün müxtəlif ekstremist qruplar 
öz məqsədləri üçün radikal dini ideyalardan istifadə etməklə 
dünyəvi və demokratik dövlət quruluşunu dəyişməyə yönəl-
miş fəaliyyəti həyata keçirməyə çalışırlar. Onlar cəmiyyətdə 
sabitliyi pozmağa, dini və sosial vəziyyəti kəskinləşdirməyə 
çalışırlar.”(62)
Qeyd edək ki, dinin siyasiləşdirilməsi, yaxud siyasi fəa-
liyyətdə  dindən  istifadə,  dini  ayrıseçkiliyi  yaratmaq,  başqa 


70
dinlərə qarşı nifrət təbliğ edilməsi bir çox ölkələrdə, o cüm-
lədən Avropanın inkişaf etmiş ölkələrində də müşahidə olu-
nur. Məsələn, 2011-ci il 22 iyul tarixində Norveçdə 32 yaşlı 
Andreas Breyvikin törətdiyi dini-siyasi xarakter daşıyan ter-
ror aktını buna misal göstərmək olar. İnformasiya agentlik-
lərinin  məlumatına  görə,  əvvəlcə  Oslo  şəhərinin  hökumət 
binasının  yerləşdiyi  məhəllədə  böyük  partlayış  törədən 
A.Breyvik,  sonradan  polis  paltarı  geyərək  Utoya  adasında 
yerləşən gənclərin yay düşərgəsinə gələrək düşərgədə top-
lantı keçirən çoxsaylı gəncləri güllələmişdir. 
Bu  terror  aktı  zamanı  80-a  yaxın  adam  qətlə  yetiril-
miş, 100-dən çox isə itgin düşmüşdür. Siyasi müşahidəçilə-
rin  ikrinə  görə,  Avropada  müsəlmanların  sayının  artma-
sını  təhlükə  kimi  qəbul  edən  32  yaşlı  terrorçu,  qeyri-Qərb 
ölkələrindən gələn müsəlmanlara Norveçdə sığınacaq verən 
Sosial-Demokrat  partiyasını  düşmən  hesab  etdiyinə  görə, 
onlara  qarşı  terror  törətmişdir.  Siyasi  müşahidəçilərin  rə-
yinə görə, terrorçu özü bu  ikri məhkəmədə etiraf etmişdir.
Qeyd  edək  ki,  Norveçdə  islamofobiyanı  dəstəkləyən  si-
yasi təşkilatlardan biri Tərəqqi Partiyasıdır ki, bu partiyanın 
siyasi baxışları A.Breyvikin siyasi baxışları ilə üst-üstə düşür. 
A.Breyvik  vaxtilə  həmin  partiyanın  üzvü  olmuş,  sonradan 
partiya sıralarından çıxmışdır. Terrorçu öz siyasi baxışlarını 
törətdiyi cinayətdən bir az əvvəl Londonda çap etdirdiyi 630 
səhifəlik “Avropa müstəqillik deklarasiyası” (2011) adlı kita-
bında şərh etmişdir. 
Məhkəmə  zamanı  A.Breyvik  Qərbi  Avropanın  müsəl-
manların əlinə keçməsinin qarşısını almaq üçün bu cinayəti 
törətdiyini bildirmişdir. O, Avropanı xilas etmək üçün öldür-
mək  istədiyi  adamların  siyahısında  Böyük  Britaniyanın  sa-
biq baş naziri Toni Bleyer, Britaniya şahzadəsi Çarlz, Almani-
ya kansleri Anqela Merkel, o vaxtkı Fransa prezidenti Nikola 
Sarkozi və digər nüfuzlu şəxslərin adları olduğunu vurğula-


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə