Dini torelantliq indd



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə20/52
tarix22.07.2018
ölçüsü0,8 Mb.
#57814
1   ...   16   17   18   19   20   21   22   23   ...   52

65
ğulayan tədbir iştirakçıları aşağıdakı məzmunda Prezidentə 
müraciət  etmişlər:  “Bununla  belə,  ümumiyyətlə,  regionda 
dini problemlərin mürəkkəb olduğu və həlli müəyyən zaman 
tələb etdiyi üçün ölkəmizdə uzun müddət ərzində siyasiləş-
miş  radikal  dini  qrupları  və  təriqətləri  birdəfəlik  zərərsiz-
ləşdirmək, eləcə də dini maari ləndirmə sahəsində mövcud 
boşluqları tamamilə aradan qaldırmaq hələ də mümkün ol-
mayıb.”(58) 
Azərbaycan prezidenti İ.Əliyevə ünvanlanan bu müraciə-
tin məzmunundan məlum olur ki, ölkəmizdə dini təhlükəsiz-
liklə bağlı hələ də müəyyən problemlər mövcuddur. Məhz bu 
cür problemlərin aradan qaldırılması və milli təhlükəsizliyə 
təhdidlər  yaradan  məsələlərin  həll  edilməsi  hazırda  qarşı-
da duran mühüm vəzifələrdən biridir. Sosioloji müşahidələr 
göstərir  ki,  insanlar  ölkəmizin  indiki  inkişaf  səviyyəsində 
mənəviyyatımıza zərər vuran dini radikalizmi məqbul hesab 
etmir, dinin siyasiləşdirilməsinin əleyhinə çıxır, milli və dini 
ekstremizmə qarşı tədbirlər görülməsini tələb edirlər.
Sosioloji müşahidələrə və elmi ədəbiyyatın araşdırılma-
sına əsaslanaraq müstəqil Azərbaycan respublikasının milli 
təhlükəsizliyinə dinlə bağlı təhdidləri aşağıdakı kimi qrup-
laşdırmaq olar:
1. Müxtəlif yollarla xaricdən gətirilən zərərli dini kitabla-
rın, audio-video vəsaitlərin əhali arasında yayılması;
2.  İnformasiya  müharibəsində  din  amilindən  istifadə 
edilməsi;
3.  Azərbaycanda  rəsmi  qeydiyyatdan  keçməyən,  lakin 
icazəsiz  fəaliyyət  göstərən  bəzi  dini  icmaların,  dini-siyasi 
qrupların, din pərdəsi altında qruplaşan terrorçu dəstələrin 
qanunazidd fəaliyyətinə son qoyulmalıdır.
Yuxarıda  qeyd  olunduğu  kimi,  milli  təhlükəsizliyimizə 
dinlə  bağlı  təhlükə  yaradan  amillərdən  biri  xarici  ölkələr-
dən Azərbaycana bəzi dini-siyasi ədəbiyyatların gətirilməsi 


66
və müxtəlif yollarla respublikamızda yayılmasıdır. Çox təəs-
süf ki, dəfələrlə aşkar edilmişdir ki, bu cür dini-siyasi ədə-
biyyatlarda  və  audio-video  vəsaitlərdə  dövlətçiliyimizə  və 
xalqımızın milli maraqlarına zidd olan radikal dini çağırışlar, 
dini dözümsüzlük təbliğ edən ideyalar, dini ayrıseçkilik yara-
dan prinsiplər, gənclərimizin şüuruna mən i təsir edə bilən 
müxtəlif çağırışlar öz əksini tapır.
Göstərmək lazımdır ki, ölkəmizdə fəaliyyət göstərən bəzi 
radikal dini qruplar dini ədəbiyyatların metroda satışına qa-
dağa  qoyulmasına  qarşı  hay-küy  salaraq  KİV-də  bu  haqda 
dövlət qurumlarına qarşı əsassız iradlar bildirməklə məşğul-
durlar. Bu məsələlər bəzi dini qrupların dinlə bağlı qanunve-
ricilikdən xəbərsiz olduqlarından irəli gəlir. Məsələn, metro 
stansiyasında  dini  ədəbiyyatın  satışına  qadağa  qoyulması 
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının 
qanununun 22-ci maddəsinin 3-cü hissəsinə əsasən, (qanu-
na edilmiş əlavələrdən sonra) dini təyinatlı ədəbiyyatın, əş-
yaların  və  dini  məzmunlu  başqa  materialların  satışı  yalnız 
ixtisaslaşdırılmış satış yerlərində həyata keçirilə bilər.
Qanunda  göstərilən  bu  hüquqi  tədbirləri  dindarla-
rın  hüquqlarının  pozulması  kimi  başa  düşmək  lazım  deyil. 
Təəssüf ki, hüquqi savadı az olan bəzi adamlar bu tədbirlə-
ri  dindarların  hüquqlarının  pozulmasına  yönəlmiş  norma-
tiv-hüquqi qaydalar kimi başa düşürlər. Əslində bu tədbirlər 
vətəndaşlar arasında dini mənsubiyyətinə görə nifaq salan, 
cəmiyyətdə dinlərarası ayrıseçkiliyi təbliğ edən radikal məz-
munlu dini ədəbiyyatın və zərərli təbliğat vasitələrinin yayıl-
masının qarşısını almağa kömək edir.
Qeyd etmək lazımdır ki, bu cür kitabların və audio-video 
vasitələrin  ölkəmizə  gətirilməsinə  və  yayılmasına  məhdu-
diyyət qoyulması, təhlükəsizlik baxımından müva iq orqan-
lar  tərə indən  atılan  normal  addımlar  kimi  qiymətləndiril-
məlidir. 


67
Faktlar  göstərir  ki,  cəmiyyətdə  ictimai  asayişi  pozan, 
əhalinin rahatlığına qarşı təhlükə törədən, milli təhlükəsiz-
liyə  təhdid  yaradan  hallar  ölkəmizə  qarşı  yönəlmiş  infor-
masiya  müharibəsidir.  Azərbaycanın  sürətli  sosial-iqtisadi, 
mədəni inkişafını gözü götürməyən bəzi ölkələr informasiya 
müharibəsində din amilindən ölkəmizə qarşı vaxtaşırı istifa-
də edirlər. 
Məsələn, orta məktəbdə şagird qızların hicab qalmaqalı, 
qeydiyyatdan keçməmiş İslam partiyasının üzvlərinin guya 
dövlət qurumları tərə indən sıxışdırılması və s. bu kimi böh-
tan  xarakterli  məlumatların  qonşu  ölkələrin  kütləvi  infor-
masiya  vasitələrində  işıqlandırılmasını  Azərbaycana  qarşı 
informasiya müharibəsinin bir forması kimi dəyərləndirmək 
olar. 
Azərbaycanın  sosial-iqtisadi  və  mədəni  sahədə  yük-
sək inkişafını gözü götürməyən bəzi ölkələr öz KİV-lərində 
guya Azərbaycanda islam dininin sıxışdırılması, dindarların 
hüquqlarının  pozulması  və  s.  haqqında  böhtan  xarakterli 
müxtəlif informasiyalar yayırlar.
Böhtan  xarakterli  bu  cür  informasiyalara  cavab  olaraq 
respublikamızda  tanınmış  şərqşünas  alim,  Milli  Məclisin 
üzvü,  AMEA-nın  Şərqşünaslıq  İnstitutunun  direktoru,  ilo-
logiya  elmləri  doktoru,  professor  Gövhər  Baxşəliyeva  ölkə-
mizdəki dini durumun vəziyyəti, dindarlara yaradılmış nor-
mal şəraiti və dövlət-din münasibətlərinin hüquqi əsaslarını 
şərh  edərək  yazmışdır:  “Bu  gün  Azərbaycanda  dindarların 
islami  ayinləri  icra  etməsində  heç  bir  maneə  yoxdur,  buna 
hər  cür  şərait  yaradılmışdır.  Bununla  belə  dinin  dövlətdən 
ayrı  olması  barədə  ölkə  Konstitusiyasında  əksini  tapmış 
prinsip dönmədən həyata keçirilir. Dini Qurumlarla iş üzrə 
Dövlət Komitəsinin yaradılması və fəaliyyəti zərərli təriqət-
lərin,  missioner  təşkilatların  qarşısını  almaqla  cəmiyyəti-
mizdə islamın layiqli yer tutmasına şərait yaratmışdır.”(59)


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə