DiNİn məDƏNİYYƏT ‎ÜZƏRİNDƏ TƏSİRİ (əxlaqi və mədəni)‎



Yüklə 112,2 Kb.

tarix15.04.2018
ölçüsü112,2 Kb.
növüXülasə


 

 



DİNİN MƏDƏNİYYƏT ‎ÜZƏRİNDƏ TƏSİRİ 

(əxlaqi və mədəni)‎ 

Müəllif: Səadət Məmmədova

1

 



Elmi nəzarətçi: Dr. Tofiq Əsədov

2

 



Alınan tarix: 05/01/2016             qəbul tarixi: 28/02/2016 

 

Məqalənin xülasəsi 

Tarix  boyu  hər  cəmiyyət  öz  zaman  və  məkan  şərtlərinə  görə 

həyat  ‎yaşamışdır.  Yaşadıqları  müddətdə  həyatlarını  maddi  və 

mənəvi  ‎baxımdan  inkişaf  etdirməyə  çalışmışlar.  Hər  cəmiyyət 

təbii olaraq, ‎böyümək, inkişaf etmək və irəliyə getmək istəyər. 

Tarix  boyunca  ‎bəzi  cəmiyyətlərin  digərlərinə  nisbətən  daha 

çox  yol  qət  edib,  iz  ‎qoyduqlarını  görmək  olar.  Bir  cəmiyyətin 

inkişaf  edib  mədəniyyət  ‎yaratması  çox  vacib  bir  mərhələdir. 

Heç şübhə  yoxdur ki, din  ‎sivilizasiyanı zənginləşdirir və daha 

da  gözəlləşdirir.  Əlbəttə  belə  ‎də  deyil  ki,  hər  bir  din  özü  ilə 

bəşərin  mədəniyyətinə  zidd  bir  ‎mədəniyyət  gətirir.  Əksinə  hər 

bir  din  müəyyən  dəyərlər  yaradır  və  ‎ya  onları  açıqlayır.  İslam 

dininin  dünya  mədəniyyətindəki  ‎əvəzolunmz  təsirləri  vardır. 

Bu məqalədə elə onun bəzi təsirlərini ‎araşdırırıq.‎ 

Açar sözlər: İslam, sivilizasiya, mədəniyyət, bəşər, hüquq 

 

                                                           



1.  Əl-Mustafa  Beynəlxalq  Virtual  Universiteti,  İslam  araşdırmaları 

fakültəsi, Magistr, ‎

seadetmuhemmedi@gmail.com 

 ‎ 


2.  Əl-Mustafa  Beynəlxalq  Virtual  Universitetinin  Əsas  Elmi-heyətinin  üzvü, 

tofiq.asadov@inbox.ru

 



 

 



Giriş 

Ərəbcə  “mədinə”  sözündən  götürülən  mədəniyyət  kəlməsi 

‎‎“şəhərləşmək”,  “şəhər  həyatını  mənimsəmək”  deməkdir.  Qərb 

‎dillərində  istifadə  olunan  civilisation  kəlməsi,  latın  dilində  ci-

vitas  ‎kəlməsindən  yaranan  ingiliscə  city,  fransızca  çite  (şəhər) 

sözləri  ilə  ‎və  ingiliscə  civic  (şəhərə  aid),  civit  (kübar)  sözləri 

ilə eyni mənaları ‎daşımaqdadır.‎ 



 

 



Cəmiyyətdə  inkişaf  və  irəliləmədə  dinin  çox  vacib  yeri  vardır.  Çünki,  ‎din  insanları 

bir-birinə  bağlayan  ən  önəmli  dəyərdir.  Bu  hiss  və  ‎inanc  həmin  cəmiyyəti  daha  güclü 

edər.  İbn  Xaldun  bu  barədə  belə  ‎deyir:  “Əgər  qəlblər  batil  şeylərə  və  dünyəvi 

mənfəətlərə yönəlsə, ‎rəqabət başlayar və anlaşılmazlıqlar artar.  

Ancaq  haqqa  yönələr,  batil  ‎olan  şeyləri,  dünyəvi  mənfəətləri  rədd  edərsə  və  sadəcə 

Allahın  ‎razılığını  hədəf  bilərsə,  (haqq  ətrafında)  birləşərlər,  rəqabət  aradan  ‎gedər, 

anlaşılmazlıqlar  azalar  və  bir-biri  ilə  yardımlaşma  və  ‎mübarizənin  ən  gözəl  forması 

görünər. Beləcə... hakimiyyət ‎genişlənər və dövlət böyük bir gücə sahib olar.”‎ 

Əbəttə mədəniyyətlər coğrafi və iqlim şəraitinə görə fərqlənir və ‎bərabər deyildirlər. 

Mədəniyyətlərin  bəzisi,  məsələn  cahiliyyət  ‎dövründəki  qız  uşaqlarını  diri  -  diri 

basdırmaq  adəti,  cəmiyyətlərdə  ‎bidət  və  xurafatlar  yayıb  və  zaman  keçdikcə  o 

cəmiyyətin  ‎mədəniyyətinə  çevrilmişdir.  Təbiidir  ki,  belə  mədəniyyətlər  və  dinin 

‎arasında heç bir əlaqə yoxdur.‎ 

Din  o  zaman  zühur  edir  ki,  özündən  əvvəl  olan  dindəki  sistemin  ‎forması  fəsada 

çevrilsin,  ya  da  əxlaqi  -  ictimai  yoldan  çıxma  ‎yaransın.  Hər  halda,  din  adətən 

cəmiyyətdə əsaslı dəyişiklik ya ‎inqilab yaradır ki, mədəniyyətlərin silkələnməsinə, bəzi 

ünsürlərin ‎dağılmasına və yeni dəyərlərə uyğun yeni ünsürlərin yaranmasına ‎səbəb olur. 

‎ 

Heç  şübhə  yoxdur  ki,  din  sivilizasiyanı  zənginləşdirir  və  daha  da  ‎gözəlləşdirir. 



Əlbəttə  belə  də  deyil  ki, hər bir din özü ilə  bir  ‎mədəniyyət gətirir. Əksinə  hər bir  din 

müəyyən  dəyərlər  yaradır  və  ‎ya  onları  açıqlayır.  Bu  dəyərlər,  bir  mədəniyyət 

formasında, bu ‎dəyərlərə uyğun olmayan qədim mədəniyyəti aradan aparır.  

İslamın  ‎zühur  etməsi  və  qız  uşaqlarını  diri-diri  dəfn  etmək  adətini  aradan  ‎aparması 

kimi.  Bəzi  formalar  var  ki,  məna  cəhətdən  dəyərsiz  və  yeni  ‎dəyərlərin  əksidir,  amma 

yeni  dəyərlərə  əsasən  onda  ruh  üfürüb,  ‎fəsaddan  xaric  edib.  Məsələn,  İranda  islamdan 

qabaqkı və ondan ‎sonrakı Novruz bayramı kimi.‎ 

Əslində  yeni  din,  yeni  mədəniyyət  gətirmir.  Əksinə  yeni  dəyərlər  ‎açıqlanır  və 

cəmiyyət  bu  dəyərlər  əsasında  yeni  mədəniyyəti  yaradır.  ‎Yəni  dinin  əsasında,  yeni 

mədəniyyət  zühur  edəndən  sonra,  artıq  o  ‎din  cəmiyyətin  mədəniyyətinin  bir  hissəsi 

sayılır.‎ 

Peyğəmbərimizin  (s.a.a)  dönəmindən  indiyə  qədər  müsəlmanlar  öz  ‎inancları 

çərçivəsində mədəniyyət yaratmışlar. Müsəlmanların fərqli ‎zaman və fərqli məkanlarda 

mədəniyyət  yaratmaqlarına  baxmayaraq,  ‎bu  mədəniyyətlərin  təməl  qaynaqları  eyni 

olmuşdur.  

İslam və sivilizasiyalar 

İslam  mədəniyyətini  digər  mədəniyyətlərdən  fərqləndirən  təməl  ‎xüsusiyyətlər  vardır. 

Hər  şeydən  əvvəl  İslam  dini  ilhamını  vəhydən  ‎almışdır.  Andre  Miquelin  dediyi  kimi, 

“İlhamını dindən alaraq ‎şəkillənən bir toplumda şübhəsiz dinin təsiri daha dərin və bu 

sosial ‎həyatda daha aydın görülməkdədir.” Müsəlmanların tarixinə ‎baxarkən hər sahədə 

dinin  təsirini  görmək  mümkündür.  Belə  ki,  ‎təhsildən  mədəniyyətə,  incəsənətdən  sosial 

həyata, memarlıqdan ‎tutmuş hər sahəyə qədər dini dəyərlər hiss edilir.‎ 



 

 



İslam  dini,  inanclılara  bəzi  vəzifələr  müəyyən  etmişdir.  Bu  vəzifələr  ‎fərd  və 

cəmiyyətin  xeyri  üçündür.  İslam  dininin  özünə  məxsus  ‎dünya  görüşü  və  həyat  tərzi 

vardır. 

Hər şeydən öncə, İslam ‎mədəniyyəti maddə ilə məna, ruh ilə bədən, dünya ilə axirət, 

vəhy və ‎ağılla ayrılmaz bir bütünlük təşkil edir. Bunlarla bərabər, İslam ‎mədəniyyətində 

fərqli irq, rəng, dil, mədəniyyət, coğrafiya və.s ‎faktorları ayırıcı ünsürlər hesab edilmir.  

Çünki,  İslam  dini  insanı  ‎fərqli  dində  olsa  belə,  onunla  insan  kimi  rəftar  etməyi, 

hörmət ‎etməyi tapşırmışdır. Əli ibn Əbu Talibin Malik Əştərə göndərdiyi ‎məktubda bu 

məsələyə  işarə  edilmişdir:  “Sənin  üçün  ən  yaxşı  xəzinə  ‎xeyir  əməllərin  xəzinəsi 

olmalıdır.  Bəs  öz  nəfsinə  qalib  gəl.  Nəfsinə  ‎rəva  görmədiyin  məsələdə  xəsislik  et  ki, 

nəfsin  istədiyi  şeylərdə  ‎xəsislik  etmək  insafdandır.  Rəiyyət  ilə  mehribanlıq  etməyi, 

onları  ‎sevməyi  və  lütfkarlığı  özünə  şüar  qərar  ver.  Yırtıcı  bir  heyvan  kimi  ‎olma  ki, 

onları ovlamağı özünə qənimət biləsən.  

Çünki, onlar iki  ‎qrupdurlar. Ya səninlə eyni  dindən olanlardırlar. Ya da,  yaradılışda 

‎səninlə  eynidirlər.  Onlar  səhvə  yol  verəcəklər,  bilərəkdən  və  ya  ‎bilmədən  yanlışlığa 

düçar  olacaqlar.  Onları  öz  mərhəmətin  və  ‎mehribanlığından  nəsibsiz  etmə.  Necə  ki, 

Allah Təalanın sənə qarşı ‎mehriban və bağışlayan olmasını istəyirsən.”‎ 

İslam mədəniyyətində insan başda olmaqla, canlı və cansız hər ‎varlıq yaradılış statusuna 

uyğun olaraq öz həyatını davam etdirmək ‎hüququna malikdir. Həmçinin fərdin ailə həyatı, 

qonşularla ‎münasibəti, elm və təhsil, iqtisadiyyat, sosial, mədəni, incəsənət və.s ‎sahələrdə 

İslamın tövsiyə etdiyi hüquqi və əxlaqi qanunlar ‎mövcuddur.‎ 

‎"Tarixdəki  Yüz  Böyük  İnsan"  adlı  kitabıyla  bütün  dünyada  əks-‎sədaya  səbəb  olan 

Amerikalı elm adamı professor Michael Hart'a  ‎kitabın ilk nəşr olunduğu tarixdən on il 

sonra,  Qahirədə  çağırıldığı  ‎bir  mükafat  mərasimində,  Əl-Əhram  qəzeti  müxbirinin; 

"Kitabınızın ‎nəşrindən 10 il keçdi demək olar.  

“100 Məşhur Adam”  adlı  ‎kitabınızda birinci  yeri Həzrət Məhəmmədə  ayırmışdınız, 

hələ də bu ‎fikrinizdə israrlısınız? " sualına bu cavabı vermişdi:‎ 

"Bu məşhurların ilk siyahısıdır. Bu say 200-300 belə olarsa, Həzrət ‎Məhəmmədin (s) 

siyahının  başındakı  yeri  sabitdir.  Mən  məşhurları  ‎araşdırarkən  bəzi  sabit  meyarlar 

ortaya qoydum. Bunlardan biri də, ‎məşhurların insanlıq tarixində buraxdıqları geniş və 

dərin  izlərdir.  ‎Mənim,  məşhurların  ən  məşhuru  olaraq  Həzrət  Məhəmmədi  ‎seçməyim 

isə,  Onun  həm  peyğəmbərliyi,  həm  də  dini  və  dünyəvi  ‎səviyyədə  fövqəladə  şəkildə 

müvəffəqiyyətli  olmasıdır.  Bəşər  -  ‎əxlaqi,  fəlsəfi  və  hüquqi  olaraq  İslamdan  daha 

mükəmməl bir din ‎görməmişdir.  

Həzrət  Məhəmmədin  vəfatından  sonra  da  İslam,  ‎dünyanın  şərqində  və  qərbində 

yayılmağa  davam  etdi.  Dünyada  hələ  ‎bir  çox  insan  ürəkləri  və  ağılları  ilə  İslama 

yönəlir.  Həzrət  ‎Məhəmmədin  dəvət  etdiyi  din,  14  əsr  əvvəl  mədəniyyətin  və 

‎mədəniyyət mərkəzlərinin xaricindəki bir bölgədə doğulmuşdu. Və ‎çətin şərtlər altında 

yol aldı. Buna baxmayaraq İslam, dünyanın hər ‎istiqamətinə yol tapdı. Və inanıram ki 

Həzrət  Məhəmməd  kimi,  hər  ‎istiqamətiylə  mükəmməl  bir  insan,  bir  daha  gəlməz.  " 

Professor Dr. ‎Michael Hart.‎ 



 

 



Bir  toplumun  mədəniyyət  yarada  bilməsi  üçün  bəzi  xüsusiyyətlərə  ‎malik  olması 

lazımdır.  Bu  xüsusiyyətlər  həmçinin,  toplumu  bir  yerə  ‎toplayır  və  onu  daha  da 

gücləndirir.  İnsanları  bir  yerə  toplayan,  ‎aralarında  qardaşlıq,  səmimiyyət  və  dostluq 

yaradan ünsürlər ‎maddiyatdan daha çox, mənəviyyatla əlaqədardır.  

Mənəvi  ünsürlər  ‎mədəniyyətlərin  əmələ  gəlməsində  çox  böyük  rol  oynayıblar.  Şəhid 

‎Mütəhərrinin  dili  ilə  desək:  “Şübhə  etmək  olmaz  ki,  bir  cəmiyyətin  ‎inkişafı  nəinki 

münaqişələrin,  dava-dalaşların,  ixtilafların,  ‎ziddiyyətlərin,  əksinə,  həmfikirliyin, 

uyğunluğun, bərabərliyin, ‎qarşılıqlı köməyin vasitəsilə gerçəkləşir.  

Həqiqətdə cəmiyyətdə ‎çoxluqlar, ayrılıqlar, ixtilaflar vəhdətə hər nə qədər yaxın olarsa 

və ‎mübahisələr, ziddiyyətlər öz yerini hər nə qədər köməyə, həmrəyliyə ‎daha çox verərsə, 

o cəmiyyət daha kamil olar.”‎ 

Qurani-Kərimdə  buyurulur:  «Hamılıqla  Allahın  ipindən  yapışın,  bir-‎birinizdən 

ayrılmayın.  Allahın  sizə  bəxş  etdiyi  nemətləri  yada  salın  ‎ki,  bir  zaman  siz  düşmən 

olarkən  O,  qəlblərinizi  bir-birinizə  ‎mehriban  etdi  və  Onun  bu  nemətinə  görə  qardaş 

oldunuz.» (Ali-‎İmran\103)‎ 

Allahın Peyğəmbəri (s):«Ey insanlar! Birliyə, bütövlüyə üz tutun və ‎parçalanmaqdan 

çəkinin.» (Knzül-ümmal, hədis 1028)‎ 

İmam Əli (ə) da xütbələrində də təfriqə və parçalanmaq pislənilir: ‎ 

‎«Cəmiyyətin əksəriyyəti ilə birgə olun. Çünki Allahın əli ‎camaatladır. Bir-birinizdən 

ayrılmayın  ki,  sürüdən  ayrı  düşən  qoyun  ‎canavara  yem  olduğu  kimi  insanlardan  ayrı 

düşən  də  şeytana  yem  ‎olar.  Allah-taala  heç  kimi  təfriqə  ilə  xeyirə  və  səadətə 

çatdırmaz.» ‎‎(Nəhcül-Bəlağə, xütbə 127)‎ 

Təfriqə,  ixtilaf,  uyğunsuzluq  olan  cəmiyyətdə  birlikdən  və  ‎inkişafdan  söz  gedə 

bilməz.  E.  Durkheimın  da  dediyi  kimi  ‎toplum  üzvlərinin  eyni  dəyərlər  çərçivəsində 

düşünməkləri və  ‎anlaşmaları “kollektiv şüuru” yaradır. Kollektiv şüurun güclü  ‎olduğu 

cəmiyyətlərdə çətinliklər qarşısında müqavimət, inkişaf ‎etmək daha asan və sürətli olur. 

Sosial,  mədəni  və  dini  dəyərləri  ‎güclü  olan  cəmiyyətlər  hər  nə  qədər  maddi  ünsürlər 

baxımından ‎zəif olsa da, dinamik sosial quruluşa sahibdirlər.  

Çünki, onları ‎bir yerə toplayan dəyərlərdir. Bir toplumun mədəniyyət qurması  ‎üçün 

bir-birinə sıx bağlanmış fərdlərə sahib olması lazımdır. ‎ 

Fərdləri  bir-birinə  bağlayan  ən  mühüm  ünsürlərin  başında  ‎mənəvi  dəyərlər 

gəlməkdədir. Mənəvi dəyərlər deyərkən ‎ağlımıza ilk olaraq sosial, mədəni, əxlaqi, dini 

və.s dəyərlər gəlir. ‎ 

Həzrət  Adəmdən  etibarən  göndərilən  dinlərin  hamısında  əxlaq  çox  ‎önəmli  yer 

tutmuşdur. Bu əxlaqi dəyərləri bu gün dünyadakı dinlərin ‎çoxunda görmək mümkündür. 

“Əxlaq” “xülq” sözünün cəmidir. ‎‎“Xülq” insanın daxili xüsusiyyətləri, «xəlq» isə zahiri 

forma  ‎deməkdir.  İnsanlarda  müşahidə  olunan  hər  bir  əməl,  daxili  keyfiyyət,  ‎hərəkət 

əxlaq və əxlaqi rəftar adlanır.‎ 

Əxlaq universaldır. Buna görə də hər millətin, cəmiyyətin və dinin ‎bir əxlaq anlayışı 

vardır.  Buna  baxmayaraq,  dünyadakı  ilahi  dinlərin  ‎bəzi  ortaq  əxlaqi  qanunları  vardır. 

Məsələn:  doğruluq,  təmizlik,  ‎yaxşılıq  etmək,  böyüklərə  hörmət,  zərər  verməmək, 

günahsız birini ‎öldürməmək, oğurluq, zina və yalançı şahidlik və.s.‎ 




 

 



•  Doğruluq  –  İnsanın  digər  insanlarla  əlaqələrində  təməl  əxlaqi  ‎davranışlardan 

biridir.  Eyni  zamanda  insanın  kimliyini,  davranışını  ‎ortaya  qoyan  bir  xüsusiyyətdir. 

Doğruluq  –  yalan,  hiylə,  ikiüzlülük,  ‎riyakarlığın  ziddidir.  Bütün  dinlər  doğruluğa, 

dürüstlüyə çox böyük ‎dəyər vermişlər. ‎ 

İslam  dini  doğruluğa  çox  dəyər  vermişdir.  Necəki,  Qurani  Kərimdə  ‎‎“Sənə  əmr 

edildiyi  kimi,  düz  (yolda)  ol.  Səninlə  birlikdə  iman  ‎gətirənlər  (tövbə  edib  ardınca 

gedənlər) də düz (yolda) olsunlar.” ‎‎(Hud - 112), “Ey iman gətirənlər! Allahdan qorxun 

və  doğru  söz  ‎söyləyin!”  (Əhzab  -  70)  ayələri  Peyğəmbərin  şəxsində  bütün  ‎möminlərə 

doğru olmağı əmr etməkdədir. ‎ 

İslam  ancaq  doğru  danışmağı  yox,  həmçinin  rəftar  və  davranışlarda  ‎da  doğruluğun 

mühümlüyünü qəbul edir.  

Ey iman gətirənlər! ‎Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla 

‎olun! (Tövbə - 119)‎ 

Xristianlıqda  da  doğruluğa  əhəmiyyət  verilmişdir.  İncillərdə  ‎doğruluq  bu  cür  ifadə 

edilmişdir:  “Ən kiçik işlərdə etibar edilə ‎biləcək insan, böyük işdə də etibarlı olar.  

Ən kiçik işdə dürüst ‎olmayan adam, böyük işdə də dürüst olmaz.” (Luka İncili 16/10) 

‎‎“Həyatdan zövq almaq istəyən dilini pislikdən, dodaqlarını yalandan ‎qorusun... . Çünki, 

Rəbbin nəzəri doğru insanların üzərindədir” ‎‎(İncil, Peterin 1-ci məktubu – 3/ 10 – 12)‎ 

İslam  və  xristianlıqda  olduğu  kimi  doğruluq  yəhudiliyində  dəyər  ‎verdiyi  bir 

məsələdir. Bu məsələ Tövratda bu cür ifadə edilmişdir: ‎‎“Oğurluq etməyəcəksiniz. Hiylə 

işlətməyəcəksiniz.  Bir-birinizə  ‎yalan  deməyəcəksiniz.  Mənim  adımdan  yalandan  and 

‎içməyəcəksiniz...”  (Müqəddəs  kitab,  Levlilər  19/1-12)  “...Sən  ‎yaxşıların  yolu  ilə  get. 

Doğruların  izi  ilə  get.  Çünki,  ölkədə  ‎yaşayacaq  olanlar  doğrulardır.  Orada  qalacaq 

olanlar dürüst ‎adamlardır.” (Tövrat, Süleymanın sözləri – 3/ 20-21)‎ 

Budizm  və  Hinduzimdə  də  doğruluq  əxlaqi  ucalıqlardan  biri  hesab  ‎edilir. 

Hinduizmdəki  karma  inancı  -  insanın  keçmişdə  etdiklərinin  ‎gələcəkdə  qarşılığını 

görəcəyi  inancı  əsasındadır.  Buna  görə  də  ‎doğruluq  insanın  karma  inancını  müəyyən 

edən  ən  vacib  əxlaqi  ‎qanundur.  “Hər  buddistin  doğru  bir  insan  olması  üçün  5  şərtə 

riayət ‎etməsi və 5 qadağadan qaçması lazımdır. Həmin qanunlar bunlardır: ‎Can daşıyan 

varlıqları  öldürməmək,  özünə  aid  olmayan  şeyləri  ‎götürməmək,  başqasının  xanımına 

toxunmamaq,  doğru  olmayan  şeyi  ‎söyləməmək,  sərxoşluğa  səbəb  olan  içkilərdən 

istifadə etməmək” ‎‎(Qautama Budda)‎ 

Konfuizmdə  isə  doğruluq  insanın  mükəmməl  əxlaqının  göstəricidir.  ‎Bu  xüsusiyyətə 

sahib olan insanın bir çox şeyin öhdəsindən ‎gələcəyinə inanılır.‎ 

Doğruluq  həm  fərdi,  həm  ictimai  həyatda  müsbət  nəticələr  doğuran  ‎əxlaqi 

xüsusiyyətdir.  

Doğru  davranışlar  cəmiyyətin  səviyyəsini  ‎qaldırar,  həyatın  daha  sakit  və  mehriban 

olmasına  şərait  yaradar.  Sırf  ‎bu  səbəbdən  bütün  dinlər  doğruluğu  öz  ardıcıllarına 

tövsiyyə ‎etmişlər.‎ 

 

 




 

 



•  Təmizlik - bütün dinlərin ortaq əxlaqi qaydalarından biri sayılır. ‎Bəşər tarixində 

ortaya  çıxan  bütün  dinlər  təmizliyə  çox  önəm  ‎vermişlər.  Dinlərdə  təmizlik  deyərkən 

əsasən 2 şey - zahiri və batini ‎təmizlik nəzərdə tutulur. Bəzi dinlər batini təmizliyə daha 

çox fikir ‎verərkən, bəzi dinlər hər ikisinin vacibliyini vurğulamışlar. ‎ 

İslam dini həm zahiri, həm mənəvi təmizliyə diqqət etmiş və bunu ‎ibadətlə əlaqələndirmişdir. 

Peyğəmbərimizə (s.a.a) gələn ilk ayələrdə ‎də təmizlik vurğulanmışdır: “Ey (libasına) bürünüb 

sarınan! Qalx ‎‎(qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut! Libasını ‎təmizlə! (Nəfsini 

günahlardan pak et!) (Əzaba səbəb olacaq) pis ‎şeylərdən uzaqlaş! (Müddəsir 1- 5)‎ 

Zahiri və batini təmizliyə dəyər verən İslam dini, zahiri təmizliyi bir ‎çox ibadətlərin 

əsas  şərtlərindən  saymışdır:  dəstəmaz  və  qüsl  kimi.  ‎Həmçinin  bədən,  paltar,  yemək, 

məkan və ümumi yerlərin təmizliyi ‎barədə İslamın göstərişləri vardır. ‎ 

Pis  davranış,  pis  fikirlər  və  duyğular  mənəvi  çirkinliyi  ifadə  edir.  ‎İslam  dini 

çirkinliklərdən  qorunaraq  mənəvi  baxımdan  da  ‎təmizlənməyi  əmr  etmişdir.  “Allah 

(günahından) tövbə edənləri, ‎‎(təmiz və) pak olanları sevər!” (Bəqərə - 222). Buna görə 

dua, ibadət, ‎tövbə insanı mənəvi çirkinliklərdən təmizləyir.‎ 

Xristianlıqda  zahiri  təmizlikdən  daha  çox  mənəvi  təmizliyə  üstünlük  ‎verilmişdir. 

Necə  ki,  İncildə  daha  çox  zahiri  təmizliyə  üstünlük  ‎verənlərə  bu  cür  bənzətmə 

verilmişdir: “Siz zahirdən gözəl görünən, ‎amma içi cəsəd sümükləri və hər cür pisliklə 

dolu olan bəzədilmiş ‎məzarlara bənzəyirsiniz.  

Zahirdən  insanlara  gözəl  görünürsüz,  amma  ‎daxildə  ikiüzlü  və  pisliklərlə 

dolusunuz.”  (Matta  İncili  23/27,28)  ‎Xristianlıqda  pis  söz  və  davranışlar  insani  maddi 

şeylərdən  daha  çox  ‎çirkləndirir.  Bu  haqda  İncildə:  “İsa  xalqını  yanına  çağırıb  onlara: 

‎‎“Dinləyin və bunu bilin ki,  ağızdan girən şey insanı çirkləndirmək. ‎İnsanı çirkləndirən 

ağızdan çıxandır.” (Matta İncili 15/10,11)‎ 

Yəhudilikdə isə həm zahiri, həm  mənəvi təmizliyə önəm verilsə də, ‎daha çox zahiri 

təmizlik vurğulanır. Tövratda buyurulur: “Yuyunub  ‎təmizlənin, pislik etdiyinizi gözüm 

görməsin.  Pislik  etməkdən  ‎çəkinin.  Yaxşılıq  etməyi  öyrənin.”  (Müqəddəs  kitab, 

Yeşeya, ‎‎1/16,17) Yəhudilikdə ibadət üçün təmizlik vacibdir. İbadət edən ‎insanlar əl və 

ayaqlarını  yuyarkən,  ibadətə  rəhbərlik  edən  şəxslər  isə  ‎bədənlərini  tamamilə 

təmizləməklə vəzifələndirilmişlər.‎ 

Buddizm  və  Hinduizmdə  zahiri  təmizlikdən  daha  çox  mənəvi  ‎təmizliyə  üstünlük 

verilmişdir. Hinduizmdə insanın qəlbinin hər cür ‎pisliklərdən təmizlənməsi əmr edilir. 

Bir  hindu  günəş  doğmadan  ‎öncə  oyanar,  tanrını  zikr  edər  və  yuyunar.  Beləliklə  sabah 

‎ibadətindən əvvəl su ilə təmizlənmiş olar.‎ 

İnsanlar  üçün  maddi  təmizliklə  bərabər  mənəvi  təmizlikdə  ‎mühümdür.  Qəlbini, 

ruhunu  hər  cür  pisliklərdən  təmizləmiş  insan,  ‎həm  də  zahiri  təmizliyinə  də  fikir 

verməlidir.  Buna  görə  də  bütün  ‎dinlər  insanı  həm  batini,  həm  zahiri  təmizliyə 

səsləmişdir.‎ 

•  Yaxşılıq  etmək  -  bütün  dinlərin  ortaq  dəyərlərindən  hesab  olunur.  ‎Dinlər  öz 

ardıcıllarına  yaxşılıq  etməyi,  insanlara  xidmət  etməyi  əmr  ‎etmişdir.  Çünki,  yaxşılıq 

etmək dindarlığın bir nişanəsidir. ‎ 



 

 



İslamda  yaxşılıq  etmək  dinin  əsaslarından  biri  hesab  olunur.  ‎‎“Mömin  olmaqla 

bərabər, yaxşı işlər görən kişilər və qadınlar ‎Cənnətə daxil olarlar.  

Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!” ‎‎(Nisa – 124) Kim yaxşı bir iş görsə, 

xeyiri özünə, kim də bir pislik ‎etsə, zərəri özünə olar! (Casiyə - 15).‎ 

İslam  dini  yardım  etməyi  və  yaxşılığı  kimsəni  incitmədən,  Allaha  ‎xatir  etməyi  əmr 

etmişdir.  “Ey  iman  gətirənlər!  Sədəqələrinizi,  ‎malını  riyakarlıqla  (özünü  xalqa 

göstərmək  üçün)  sərf  edən,  Allaha  ‎və  axirət  gününə  inanmayan  şəxs  kimi,  minnət 

qoymaq və əziyyət ‎verməklə puça çıxarmayın.” (Bəqərə - 264) ‎ 

İslam dinində  yaxşılıq etmək çox yönlü bir davranışdır. Yolda  ‎qalmış birinə kömək 

etməkdən  xəstə  ziyarətinə,  bir  yetimin  başına  ‎sığal  çəkməkdən  bir  insana  təbəssüm 

etməyə, ehtiyac sahibinə ‎kömək etməkdən heyvanlara şəfqət göstərməyə qədər bir çox 

gözəl ‎davranışları özümdə cəmləmişdir. ‎ 

Yaxşılıq etmək yəhudiyilin də diqqət etdiyi vacib əxlaqi ‎qanunlardandır. Yəhudilərin 

kitabı  Tövratda  hər  yəhudinin  imkanı  ‎daxilində  yardım  etməsi  buyurulub.  “Əlindən 

gəldiyi qədər ehtiyacı ‎olanlardan yaxşılığı əsigəmə” (Müqəddəs kitab, Süleymanın sözləri 

‎‎3/ 27) “Bir qardaşın yoxsullaşıb möhtac olarsa, ona kömək ‎etməlisən.” (Levlilər 25/ 35)‎ 

Xristianlıqda yaxşılıq və yardım etmə əbədi xoşbəxtliyin yollarında ‎biri olaraq qəbul 

edilir.  

Ancaq  edilən  yaxşılıqların  gizli  olması  ‎tövsiyə  edilir. İncildə  bu  haqda  buyurulur:  “ 

Birinə  sədəqə  ‎verdiyiniz  zaman  şeypur  çalaraq  elan  etməyin.  Siz  sədəqə  verərkən  ‎sol 

əliniz sağ əlinizin nə etdiyini bilməsin. Verdiyiniz sədəqələr gizli ‎qalsın. Gizli edilənləri 

görən atanız sizə mükafatlandıracaqdır.” ‎‎(Matta İncili 6/2,4)‎ 

Buddizm  və  Hunduizm  kimi  Şərq  dinlərində  də  yaxşılıq  etmək  əmr  ‎edilmiş  və 

səadətə çatmağın yolu kimi qəbul edilmişdir.  

Məsələn  ‎Buddizmə  görə,  bütün  canlılara  fərq  qoymadan  sevgi  və  xoş  niyyətlə 

‎yaxınlaşmaq,  hər  canlıya  mərhəmət  etmək  və  başqalarının  uğurlarına  ‎sevinmək  insanı 

səadətə  çatdıran  yollardır.  Buna  görə  də  bir  buddist  ‎bütün  canlılarla,  məxsusən 

insanlarla yaxşı davranmalıdır. 

Konfuizmdə  başqalarının  çətinliklərini  bölüşmək,  onlara  şəfqət  ‎göstərmək  təməl 

əxlaqi qanunlardandır.‎ 

•  Böyüklərə  hörmət  -  Böyüklərə  yaş  və  həyat  təcrübələrindən  dolayı  ‎hörmət 

edilməlidir.  Qocalıq  hər  insanın  bir  gün  yaşlanıb  sevgiyə,  ‎şəfqətə  ehtiyaclı  olduğu  bir 

dönəmdir. Buna görə bütün dinlər ‎böyüklərə hörməti əmr etmişlər. ‎ 

İslam  dininə  görə  böyüklərə  hörmət  etmək  əxlaqi  keyfiyyətlərdən  ‎sayılır.  “Rəbbin 

yalnız  Ona  ibadət  etməyi  və  valideynlərə  yaxşılıq  ‎etməyi  (onlara  yaxşı  baxıb  gözəl 

davranmağı)  buyurmuşdur.  Əgər  ‎onların  biri  və  ya  hər  ikisi  sənin  yanında  (yaşayıb) 

qocalığın ən ‎düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı ‎söz 

söyləmə.  Onlarla  xoş  danış!”  (İsra  -  23)  “Biz  insana  ata-anasına  ‎‎(yaxşılıq  etməyi, 

valideyninə  yaxşı  baxmağı,  onlarla  gözəl  ‎davranmağı)  tövsiyə  etdik.  Anası  onu 

(bətnində)  çox  zəif  bir  halda  ‎daşımışdı.  (Uşağın  süddən)  kəsilməsi  isə  iki  il  ərzində 

olur.  (Biz  ‎insana  buyurduq:  )  “Mənə  və  ata-anana  şükür  et.  Axır  dönüş  ‎Mənədir!” 

(Loğman - 31)‎ 




 

 



Xristianların  müqəddəs  kitabı  olan  İncildə  böyüklərə  hörmət  və  ata-‎anaya  xoş 

davranmaq çox mühümdür. “Rəbb yolunda ana-atanızın ‎sözünü dinləyin. Çünki, doğru 

olan  budur.  Yaxşı  həyat  sürmək,  ‎uzun  ömürlü  olmaq  üçün  ana,  atana  hörmət 

edəcəksən.”‎ 

Böyüklərə hörmət etmək yəhudillikdə də çox vacibdir. Yəhudiliyin ‎müqəddəs kitabı 

Tövratda  buyurulur:  “  Ağ  saçlı  insanların  ‎qarşısında  ayağa  durub,  yaşlılara  hörmət 

edəcəksən” (Müqəddəs ‎kitab, Levlilər 19/32)‎ 

Ata  anaya  hörmət  etmək  Həzrət  Musaya  verilən  “10  Əmr”dən  biridir  ‎Tövratda  bu 

barədə  buyurulur:  “Hər  kəs  ata-anasına  hörmət  etsin.”  ‎‎“Tanrının  buyuruğuna  əsasən 

ana-atana hörmət et. Ömrün uzun ‎olsun.”‎ 

Konfuizmdə  böyüklərə  hörmət  etmək,  ana-ataya  yaxşı  davranmaq  ‎müdrikliyin 

nişanələrindəndir. Buddizm və Hinduizmdə də ‎böyüklərə hörmət etmək əxlaqdan hesab 

edilir.‎ 

•  Başqalarına  zərər  verməmək  -  Bütün  insanlar  dünyaya  gəldiyi  ‎vaxtdan  bir  çox 

haqlara sahib olurlar: yaşamaq, mülkiyyət, inanmaq, ‎düşüncə, namus və.s. Bütün dinlər 

insanların  sahib  olduğu  təməl  ‎haqları  qorumaq  üçün,  onlara  təcavüz  edən  hər  cür 

hücumu  qadağan  ‎etmişdir.  İnsanların  canına,  malına,  namusuna  dair  hər  cür  təhdid 

‎dindarlığa və gözəl əxlaqa ziddir. ‎ 

İslam  dini  bütün  canlılara  şəfqət  və  mərhəmətlə  davranmağı  əmr  ‎etmiş  və  zülmü 

böyük  günahlardan  hesab  etmişdir.  İslam,  yəhudilik,  ‎xristianlıq,  budizm  və  konfuizm 

kimi dinlərin hamısı insanlara və ‎digər canlılara zülm etməyi düzgün hesab etməmişlər. ‎ 

Buddizmə  görə  bütün  canlılar  bir-birinə  qohum  sayıldığı  üçün  hər  ‎hansı  bir  canlını 

incitmək  doğru  deyldir.  Bu  səbəbdən  bir  buddistin  ‎qan  tökməsi  və  canlılara  xətər 

yetirməməsi  çox  mühümdür.  Buddist  ‎mətnlərinə  görə  “bütün  varlıqlar  təhlükə 

qarşısında  qorxarlar  və  ‎həyat  hamısı  üçün  qiymətlidir.  Bu  vəziyyəti  qəbul  edən  bir 

insan, ‎onları öldürməz və öldürülmələrinə də səbəbkar olmaz.”‎ 

‎“Bir  insan  özü  üçün  istədiyini  qardaşı  üçün  istəmədikcə  həqiqi  ‎mömin  olmaz”  – 

(İslam)‎ 

‎“İnsanların  sənə  necə  davranmağını  istəyirsənsə,  sən  də  onlara  o  cür  ‎davran”  – 

(Xristianlıq)‎ 

‎“Sənin  üçün  xoş  olmayan  şeyləri  dostların  üçün  də  etmə.  Bu  ‎Tövratın  əslidir.” 

(Yəhudilik)‎ 

‎“Bir  şəxs  dünyadakı  bütün  yaradılanların  ona  necə  davranmasını  ‎istədiyi  kimi 

davranmalıdır.” (Caynizm)‎ 

‎“Həyat hər kəs üçün əzizdir. Digərlərini özünlə müqayisə edərək nə ‎onlarla mübahisə 

et, nə də mübahisəyə səbəbkar ol.” (Budizm)‎ 

‎“Özün üçün istəmədiyin şeyi başqalarına etmə.” (Konfuzim)‎ 

‎“Yaxşı  insan  digərlərinin  qazancını  öz  qazancı,  digərlərinin  itkisini  ‎də  öz  itkisi 

olaraq görər.” (Taoizm)‎ 

 

 




 

10 


 

•  Öldürməmək  -  Bütün  dinlərin  qadağan  etmiş  olduğu  davranışların  ‎birincisi  insan 

canına  qəsd  etməməkdir.  Çünki,  insanın  sahib  olduğu  ‎təməl  haqlardan  birincisi  yaşamaq 

haqqıdır.  Hər  hansı  bir  insanı  ‎haqsız  yerə  və  qəsdən  öldürmək  böyük  bir  günahdır.  Bu 

səbəblə ‎cinayət törətmək bütün dinlərdə böyük günah sayılıb və qadağan ‎edilmişdir. ‎ 

İslam dininə görə hər insan yaşamaq haqqına malikdir. Bu səbəbdən ‎əgər bir səbəb 

olmazsa,  bir  insanı  öldürmək  bütün  insanları  ‎öldürməkdir.  Həmçinin,  bir  insanı  xilas 

etmək, bütün insanları xilas ‎etmək deməkdir.  

Bu Qurani Kərimdə bu cür söylənmişdir: “Hər kəs ‎bir kimsəni öldürməmiş (bununla 

da  özündən  qisas  alınmağa  yer  ‎qoymamış)  və  yer  üzündə  fitnə-fəsad  törətməmiş  bir 

şəxsi  öldürsə,  o,  ‎bütün  insanları  öldürmüş  kimi  olur.  Hər  kəs  belə  bir  kimsəni  diriltsə 

‎‎(ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur.” (Maidə - ‎‎32) Digər bir ayədə 

də  bu  cür  buyurulmuşdur:  “Yoxsulluqdan  ‎qorxub  (Cahiliyyət  dövründə  olduğu  kimi) 

övladlarınızı  (xüsusilə,  ‎qız  uşaqlarını)  öldürməyin.  Biz  onların  da,  sizin  də  ruzinizi 

veririk. ‎Onları öldürmək, həqiqətən, böyük günahdır!” (İsra – 31)‎ 

Xristianlığa  görə  sonsuz  həyata  qovuşmağın  və  xoşbəxtliyin  ‎şərtlərindən  biri  də 

öldürməməkdir. Şərq dinlərində də öldürmək ‎böyük günahlardan hesab olunur. 

Buddaya  görə  insanı  nirvanaya  ‎çatdıran  yollardan  biri  də  heç  bir  canlını 

öldürməməkdir.  Buddizmin  ‎müqəddəs  mətnlərində  bu  mövzu  bu  cür  ifadə  edilir:  “ 

Bütün  ‎insanlar  cəzalandırılarkən  titrəyərlər,  bütün  insanlar  ölümdən  ‎qorxarlar,  sən  də 

onlara bənzədiyini xatırla və nə öldür, nə də ‎öldürülməsinə səbəb ol.”‎ 

•  Oğurluq  etməmək  -  Dinlərin  ortaq  əxlaqi  qanunlarından  biri  də  ‎oğurluq 

etməməkdir.  İslam  dini  oğurluq  etməyi  böyük  günahlardan  ‎hesab  etmişdir.  Çünki, 

oğurluq  həm  insanların  zəhmətinə  qarşı  bir  ‎hörmətsizlik,  həm  də  haqqa  riayət 

etməməkdir. Qurani Kərimdə ‎insanların mallarına haqsız yerə əl uzatmaq bu cür qadağan 

‎edilmişdir:  “Ey  iman  gətirənlər!  Qarşılıqlı  razılıqla  edilən  alış-veriş  ‎müstəsna  olmaqla, 

bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız ‎yerə) yeməyin.” (Nisa - 29)‎ 

Oğurluq  xristianlıqda  da  qadağan  edilmişdir.  İncilə  görə  oğurluq  ‎doğru  bir  davranış 

deyildir və qadağan edilmişdir. ‎ 

Yəhudilikdə  “10  Əmr”dən  biri  də  oğurluq  etməməkdir.  Tövratda  ‎insanların  mallarına 

göz  dikmək,  onları  haqsız  yerə  almaq  günah  ‎sayılmış  və  bu  günahı  işləyənlərə  qarşı  sərt 

cəzalar  tətbiq  edilmişdir.  ‎‎“Oğurluq  etməyəcəksiniz,  hiylə  işlətməyəcəksiniz.  Oğru 

oğurladığı  ‎şeyin qarşılığını  mütləq  ödəməlidir. Heç  nəyi  yoxdursa,  oğurluq  ‎etdiyinə  görə 

qul olaraq satılacaqdır.” (Müqəddəs kitab. Levlilər 19/ ‎‎11)‎ 

Hinduizm  və  Buddizmdə  də  oğurluq  qadağan  edilmişdir.  Buddizmin  ‎‎5  qanunundan 

biri  də  oğurluq  etməməkdir.  Bu  dinlərdə  oğurluq  ‎etmək  insanın  mənəvi  yolunda  bir 

maneədir. Nəfslərinə uyub ‎başqalarının mallarını göz dikənlər çirklənmiş insanlar hesab 

edilir.‎ 

•  Zina  etmək  -  İnsan  nəslini  təhdid  edən,  fərdlərin  iffət  və  namus  ‎dəyərlərini  yox 

edən  zina,  tarix  boyunca  cəmiyyətlər  və  dinlər  ‎tərəfindən  zərərli  bir  davranış  hesab 

edilmişdir. Hüquqi, əxlaqi və ‎bəzi siyasi sistemlər zinanın qarşısını almaq üçün qanunlar 

və ‎cəzalar müəyyən etmişlər.‎ 




 

11 


 

İslam  dini  də  zinanı  əxlaqsızlıq  və  böyük  günahlardan  hesab  edir.  ‎Bu  səbəbdən 

Qurani  Kərimdə  zinaya  səbəb  ola  biləcək  düşüncə,  söz  ‎və  davranışlar  qadağan 

edilmişdir. Belə ki, buyurulmuşdur: “Zinaya ‎da yaxın düşməyin. Çünki o, çox çirkin bir 

əməl və pis bir yoldur!” ‎‎(İsra - 32)‎ 

Yəhudilikdə  də  zina  pis  və  qadağan  edilmiş  davranışlardandır.  “10  ‎Əmr”  dən  biri 

olan “zina etməyəcəksən” (Müqəddəs kitab) əmri hər ‎yəhudinin əməl etməsi vacib olan 

əsas qanunlardandır. Tövratda ‎zinanın hər növü qadağan edilmiş və bu işi görənlər sərt 

şəkildə ‎cəzalandırılmışlar. (Müqəddəs kitab, Levlilər 18/1, 30)‎ 

Xristianlıqda da zina böyük günahlardandır. Xristianlıqda zina ‎etmək haram olduğu 

kimi, hər hansı bir qadına pis nəzərlə baxmaq ‎da zina etmək sayılır. İncilə görə birinin 

əxlaqsızlıq istisna olmaqla, ‎öz yoldaşını boşaması düzgün deyildir. (Matta İncili 5/ 37, 

32)‎ 

Hind  dinlərində  də  zina  qadağan  edilmişdir.  Ailəyə  dini  və  sosial  ‎baxımdan  dəyər 



verən  hinduizmə  görə  cinsi  ehtiyaclar  qeyri-qanuni  ‎yollarla  təmin  edilməməli  və 

zinadan  uzaq  durulmalıdır.  Buddizmdə  ‎isə  zina  etməmək,  əməl  edilməsi  lazım  olan  5 

qanundan  biridir.  Bir ‎buddist  nəfsini  və  bədənini  kontrol  etməli,  hər  növ  şəhvətdən  və 

pis  ‎hisslərdən  özünü  qorumalıdır.  Çünki  cinsi  ehtiyacları  təmin  etmək  ‎hər  növ 

çirkinliyin qaynağıdır.‎ 

•  Yalançı  şahidlik  -  Doğruluğa  əmr  edən  dinlər  yalan  danışmağı  və  ‎yalançı 

şahidliyi  qadağan  etmişlər.  Yalan  danışmaq  insanlar  ‎arasından  güvən  və  etibar 

duyğusunu  zədələyir.  Yalançı  şahidlik  isə  ‎ədalətin  bərqərar  olunmasının  qarşısını  alar 

və günahsız insanların ‎nahaq yerə cəzalandırılmasına səbəb olar. ‎ 

İslam  dini  yalançı  şahidliyi  qadağan  etmiş  və  bu  barədə  Quranda  ‎buyurulmuşdur: 

“Yalan sözlərdən də çəkinin.” (Həcc - 30)  

Yalançı  ‎şahidliyin  qadağan  edilməsi  Qurani  Kərimdə  bu  cür  ifadə  edilir:  “Ey  ‎iman 

gətirənlər!  Allah  qarşısında  (borcunuzu  yerinə  yetirməkdə)  ‎sabitqədəm  və  ədalətli 

şahidlər olun. Hər hansı bir camaata qarşı  ‎olan kininiz sizi  ədalətsizliyə sövq etməsin. 

Ədalətli  olun.  Bu,  ‎təqvaya  daha  yaxındır.  Allahdan  qorxun.  Allah  etdiklərinizdən 

‎xəbərdardır!” (Maidə - 8) ‎ 

Yalançı  şahidlik  etməmək  yəhudiyin  “10  Əmr”indən  biridir.  ‎‎“Qonşuna  qarşı 

yalandan  şahidlik  etməyəcəksən!”  “Yalandan  ‎xəbərçilik  etməyəcəksiniz.  Yalançı 

şahidlik  edərək  haqsız  yerə  pis  ‎adamın  tərəfini  tutmayacaqsınız!”  (Müqəddəs  Kitab) 

Rəbbinin nifrət ‎etdiyi 6 şey, iyrəndiyi 7 şey vardır: Qürurlu gözlər, yalançı dil, ‎günahsız 

qan tökən əllər, kələkbaz qəlb, pisliyə tələsdirən ayaqlar,  ‎yalan qoxan yalançı şahid və 

qardaşlar arasında düşmənçilik yaradan ‎insan.” (Tövrat. Süleymanın sözləri 6/19 - 19)‎ 

Xristianlıqda da yalançı şahidlik qadağan edilmişdir: “Yalan yerə ‎şahidlik etməyin.” 

(Matta İncili 19/ 18, 19) “Düşmənlərinizi sevin, ‎sizdən nifrət edənlərə yaxşılıq edin, sizi 

lənətləyənlərə  yaxşılıq  ‎diləyin.  Sizi  təhqir  edənləri  dua  edin...  Sizə  yaxşılıq  edənlərə 

‎yaxşılıq etsəniz, bu sizə nə tərif qazandırar? Günahkarlar da bu cür ‎edər.” (Luka İncili 

6/27-33)‎ 

 



 

12 


 

Dini  dəyərlərin  olmadığı  bir  cəmiyyət  və  mədəniyyət  təsəvvür  etmək  ‎çətindir.  Bir 

dəstə  din  və  mədəniyyət  arasındakı  bütün  əlaqələri  ‎inkar  ediblər,  amma  bu  baxış 

düzgün  deyil.  Əlbəttə  bu  məsələ  ‎aydındır  ki,  mədəniyyətlərin  bəzisi  təkamülə 

yetişməkdə  olan  ‎səmavi  dinlərin  uca  hədəflərinə  qarşı  olduqlarına  görə,  dinlə  uyğun 

‎olmaya bilirlər. Ona görə də din onları qəbul etmir. Amma ‎mədəniyyətlərin çoxu, dinin 

proqramları ilə uyğundurlar. Ona görə ‎də din onları təsdiqləyir. Digər tərəfdən, çox vaxt 

mədəniyyətlər ‎dinlərin gətirdiyi qaydalar əsasında, dinlərin vasitəsilə yaranırlar.  

‎Hər mədəniyyətin yaranmasında az ya çox, birbaşa ya dolayısı ilə ‎din və əxlaqın rolu 

vardır.  Ola  bilər,  bəzi  mədəniyyətlərdə  din  ‎faktoru  daha  zəif,  daha  fərqli  ola  bilər. 

Amma  ortaya  çıxan  sosial  ‎gerçək  budur  ki,  dinlə  heç  bir  əlaqəsi  olmayan 

mədəniyyətdən ‎danışmaq çox çətindir.‎ 



Mənbələr 

1.

 



Qurani-kərim. 

2.

 



Kənzül-ümmal. 

3.

 



Qədim-əhd (Müqəddəs kitab)‎. 

4.

 



Nəhcül-bəlağə. 

5.

 



‎"Tarixdəki Yüz Böyük İnsan", Michael Hart. 

6.

 



Yeni-əhd (İncilllər)‎. 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə