DiNİn sosiyalogiyasi



Yüklə 14,72 Kb.
tarix05.10.2017
ölçüsü14,72 Kb.

DİNİN SOSİYALOGİYASİ

Başlanğıcı insanlıq tarixi qədər qədimlərə uzanan din, tarixin hər dövründə fərdlərə və cəmiyyətlərə təsir edən ən əhəmiyyətli faktorlardan biri olmuşdur. Belə ki, tarixi boyu dinsiz bir cəmiyyətə rast gəlinməmişdir. İnsanlıq tarixində bu dərəcə əhəmiyyətli bir mövqeyə sahib olan dinin ictimai həyatda meydana gətirdiyi təsirlər, indiki vaxtda Din Sosiologiyasının əsas mövzusunu təşkil etməkdədir. Din Sosiologiyasının əsas problemi din ilə cəmiyyət arasındakı əlaqələrin qarşılıqlı təsir halında olduğunu, həmçinin dinin və etiqad azadlığının sivil cəmiyyətdəki rolunu ortaya qoymuşdur. Bu məqaləmizin mövzusunu da bu qarşılılıqlı təsirin xüsusiyyətini meydana gətirməkdədir.

Tarixi boyunca cəmiyyətlərin keçirdiyi dəyişmə müddətləri içində ictimai bir xarakterə sahib olması, inananlarına müəyyən bir sıra etiqadlar və simvollar sistemi verərək bir zehniyyət qazandırdığı üçün mərkəzi bir yer tutan din, bu əhəmiyyəti sayəsində başlanğıcdan bəri sosiologiyanın imtiyazlı mövzuları arasında yerini almışdır. Necə ki, Pozitivist fəlsəfənin ən qabaqda gedən nümayəndələrindən biri olan və sosiologiya elminin atası olaraq qəbul edilən A. Komtenin din sosiologiyası tamamilə dini bir xarakterə malikdir. Belə ki, onun əsərlərində sosiologiya və din anlayışları, sanki bir və eyni şeyi ifadə edən kimi görünməkdədir. Yenə sosiologiya anlayışını “kollektiv şüur” düşüncəsində birləşdirərək, “kollektiv şüur”u müştərək təsəvvürlərin bütünündən ibarət sayan Durkheimə görə “kollektiv şüur”un təməlini dini inanclar meydana gətirməkdədir. Din təşkilatını ictimai həyatın yekunlaşdırılmış yetkin bir nümunəsi şəklində görən Durkheim, dinin qaynağını cəmiyyətə söykəmiş, beləcə, dini ictimai təcrübənin bir inikası olaraq araşdırmaq surətiylə din ilə ictimaiyyətin eyni şeylər olduğunu qeyd etmişdir. Amma o, din kimi insan və cəmiyyəti aşan və ilahi qaynağı olan bir reallığı insana və cəmiyyətə tətbiq etmək surətiylə dinin tapınanla tapınılanını qarışdırmış və səhvə düşmüşdür. Beləcə, Komte və Durkheim sosiologiyanı teologiyayla bir tutaraq cəmiyyətlə üluhiyyəti bir tutmuşlar ki, Vax bunu “gülünc bir səhv anlama” olaraq qiymətləndirməkdədir. Eyni şəkildə Veber də o biri cəmiyyət hadisələri kimi, din hadisələrinə də bir “ideal tip” gözüylə baxmaq surətiylə araşdırmalarını daha çox, dini hadisələr ilə iqtisadi hadisələr arsındaki əlaqəni işıqlandırma üzərinə qoymuşdur. İnsanlığın ən qədim dövrlərindən etibarən ayrılmaz bir parçası olaraq onun həm zehin dünyasında, həm də hərəkətlərində təsirini hiss etdirən din anlayışının başa düşülməsi, xüsusilə onun ictimai səviyyədə nə növ təsirlər yaratdığı mövzusu, indiki vaxtda din sosiologiyasının təməl mövzusunu meydana gətirməkdədir. Bu mənada din sosiologiyası din və cəmiyyət arasındakı qarşılıqlı təsiri, münasibəti sorğulayan və anlamağa çalışan bir elm sahəsi olaraq qarşımıza çıxmaqdadır.

Vax din ilə cəmiyyət arasındakı qarşılıqlı təsirin yaxından və sistematik bir şəkildə araşdırılması halında, bunun birinci dərəcədə, dinin cəmiyyət üzərindəki təsiri formasında var olduğunu ifadə etməkdədir. Fərdi mənada insanların Allahla əlaqə qurmalarını möhkəmlətmək, dünya qurmaq, içində yaşadığı dünyanı tanımaq və bu dünyada insanın özünü müəyyən bir yerə yerləşdirməsinin modeli olmaq kimi bir sıra funksiyaları boynuna götürən din, ictimai səviyyədə də bir çox funksiya yerinə yetirməkdədir.Şübhəsiz hər yeni din az ya da çox dəyişmiş yeni bir cəmiyyət modeli təqdim etməkdədir. Təqdim edilən bu dəyişmə proyekti, ictimai həyatın hətta fərdi davranışların yenidən formalaşmasını tələb etməkdədir. Bu da din-cəmiyyət əlaqəsinin əsasını göstərməsi baxımından əhəmiyyət daşımaqdadır.Dinin ən fundamental funksiyalarının başında cəmiyyətlərə müəyyən bir zehniyyət qazandırma və ya “yeni bir dünya qurma görnüşünü” təmin etməsi gəlməkdədir. Necə ki, Bergerin ifadəsiylə: “Həyata məna və məqsəd qazandıran din, insanın dünya qurmaq cəhdində strateji bir rol oynamaqdadır. Din kainatın hamısını insan baxımından mənalı bir varlıq olaraq qavramanın xarakterik bir cəhdidir.” Hər dinin, xüsusilə də islam dininin həyatın az qala bütün sahələri haqqındakı hökmlərlə, qanunlara və bütün əhəmiyyətli dünyəvi hadisələrə qarşı münasibəti vardır. Bu mənada hər din müəyyən bir ruh ya da zehniyyəti də özü ilə gətirməkdədir.” Qısaca din, həyatda qarşılaşıla biləcək bir çox mühüm məsələlər ilə əlaqəli hal tərzləri, insanları maraqlandıran müxtəlif xüsuslar və problemlərə qarşı bir sıra tutum və davranışlar ehtiva etməkdədir. Mardinə görə din, bu zehniyyət sayəsində insanlara ətraflarındakı dünyanı xüsusi eynəklərlə görməyi təmin edəcək nəzəri görüş imkanları təmin etməkdədir. Bir dinə xas zehniyyətin, o dinə mənsub fərdlər arasında paylaşılması və ya yayılması nəticəsində, insanlar gündəlik işlərini görərkən və hətta təbiəti seyr edərkən belə bu zehniyyətin təsirində qalarlar. Belə ki, onlar, dünyaya qarşı sərgilədikləri rəftarın, mənsub olduqları dindən qaynaqlandığının fərqində olsunlar və ya olmasınlar, özlərindən kənar dünyanı daim dinlərinin işığı altında görərlər. Bu zehniyyət dinin insana mədəniyyət və cəmiyyət həyatının dindən kənarda qalan qisimlərində də davamlı olaraq varlığını hiss etdirməsinin başlıca səbəblərindəndir.



Bergerə görə ictimai həqiqətin ən əhəmiyyətli ünsürlərindən biri olan din, ictimai quruluşun davranışlarının təyin olunmasında mərkəzi bir mövqeyə malikdir. Bu məzmunda din insanın dünya qurmaq, sivil cəmiyyət təşkil etmək cəhdi baxımından strateji bir rol oynamaqdadır. Məlum olduğu kimi, hər din dünyaya qarşı müsbət ya da mənfi bir sıra qanunlara malikdir. Xüsusilə, dinlərin dünyaya qarşı sərgilədikləri qanunlar, mənsublarının bütün ictimai həyatına istiqamət verən ən əhəmiyyətli ünsürlərin başında gəlməkdədir. Necə ki, dinə məxsus zehniyyətin yalnız təbiətə qarşı deyil, eyni zamanda evlilik və ailə, iş və peşə, iqtisad və dövlət kimi bəzi ictimai fakt və hadisələrə qarşı da müəyyən bir rəftar sərgiləməsi gerçəklikdir.

İslam tarixinə bələd olan hər kəsə yaxşı məlumdur ki, öz övladına, ailəsinə və bütövlükdə yaşadığı cəmiyyətə qarşı biganə olan cahil ərəbləri Məhəmməd peyğəmbər (s) yalnız ilahi qanunlarla sivil bir cəmiyyət halına gətirmişdir. O, cəmiyyətin idarə olunmasını yalnız sivil qanunlarda görmüş və bu qanunların həyata keçməsi üçün isə dövlətə, rəhbərə ehtiyac olduğunu vurğulamışdır. Məhz buna görə də 622-ci ildə Məkkədən Mədinə şəhərinə köçən Peyğəmbər (s) orada ilk dəfə olaraq federativ islam dövlətini qurmuşdur. Qurduğu dövlətin 50 maddədən ibarət ilk konstitusiyasını qəbul edən Peyğəmbər (s) onun 25 maddəsini müsəlmanlara, yerdə qalan maddələri isə qeyri-müsəlmanlara həsr etmişdir. Bu da islamın cəmiyyətə, onun necə idarə olunmasına və bir sözlə tolerantlığa verdiyi önəmli qiymətin nəticəsidir.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə