DiNŞÜnasliq, İslamşÜnasliq və SİyasəTŞÜnasliğin bəZİ aktual məSƏLƏLƏRİ



Yüklə 93,78 Kb.
Pdf görüntüsü
tarix22.11.2017
ölçüsü93,78 Kb.
#11328


«Dövlət və Din».-2011.-№6(26).-S.49-60.

DİNŞÜNASLIQ, İSLAMŞÜNASLIQ VƏ SİYASƏTŞÜNASLIĞIN 

BƏZİ AKTUAL MƏSƏLƏLƏRİ

(PROBLEMLƏR, MÜLAHİZƏLƏR VƏ TƏKLİFLƏR)



ƏSƏDULLA QURBANOV,  BDU-nun İslamşünaslıq Elmi-Tədqiqat  Mərkəzinin  rəhbəri,  AMEA-nın İnsan

Hüquqları İnstitutunun Din və ictimai təhlükəsizlik şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor



Açar sözlər: dinşünaslıq, islamşünaslıq, dini ekstremizm, dini terrorizm.

Ключевые  слова:  религиоведение,  исламоведение,  религиозный  экстремизм,  религиозный

терроризм.



Key words: religious studies, islamic studies, religious extremism, religious terrorism.

Xəbər verildiyi kimi, bu ilin sentyabr ayının 21-22-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində

müasir  dövrdə  təhlükəsizliyin  müxtəlif  problemlərinə  həsr  olunmuş  beynəlxalq  tədbir  keçirilmişdir.

Tədbirdə  Azərbaycan  Respublikası  Prezidenti  Administrasiyasının  rəhbəri,  akademik  Ramiz  Mehdiyevin

başçılıq  etdiyi  nümayəndə  heyəti  iştirak  etmişdir.  Akademik  Ramiz  Mehdiyevin  "Beynəlxalq  informasiya

təhlükəsizliyinin  möhkəmləndirilməsinə  ümumi  yanaş malar"  və  "Millətlərarası  düşmənçilik  və  dini

dözümsüzlüklə  əlaqədar  böhranlı  vəziyyətlərdə  ekstremizm  təzahürlərinə  qarşı  mübarizə  sahəsində

beynəlxalq  əməkdaşlığın  fəallaş dırılması  problemləri"  mövzusuna  həsr  olunmuş  məruzələri,  orada  irəli

sürülən mülahizə və təklifləri beynəlxalq miqyasda aktualdır.

Hər  iki  məruzədə  dinşünaslığın  və  islamşünaslığın,  ümumiyyətlə  siyasətşünaslığın  ən  aktual  məsələləri,

elmi-nəzəri  və  əməli  əhəmiyyət  daşıyan  ayrı-ayrı  problemləri  geniş  və  dərindən  təhlil  edilmiş,  şərh  olunan

problemlərlə  əlaqədar  Azərbaycanda  görülən  və  gələcəkdə  görüləsi  işlərlə  bağlı  qarşıda  duran  mühüm  vəzifələr

barədə elmi-nəzəri xarakterli mülahizə və əməli əhəmiyyətli konkret təkliflər irəli sürülmüşdür.

Ümumiyyətlə, "dini ekstremizm", "dini separatçılıq", "dini terrorçuluq", habelə "dini dözümsüzlük" və s. bu

qəbildən olan çoxsaylı anlayışların şərhi "siyasətşünaslıq", "dinşünaslıq" və "islamşünaslıq" elmlərinin predmetinə

aid mühüm və ən vacib məsələlərdəndir. Öncə, "dinşünaslıq" və "islamşünaslıq" istilahlarının elmilik, obyektivlik,

məntiqilik  və  dünyəvilik  baxımından  qısa  şərhini  vermək  istərdik.  "Dinşünaslıq"  ümumbəşəri  fəlsəfi  biliklərin

mühüm  istiqamətlərindən  biridir.  Bu  elm  ictimai  şüurun  mühüm  və  spesifik  formalarından  olan  dinin  mənşəyini,

mahiyyətini  və  meydana  çıxmasını  şərtləndirən  amilləri,  onun  fəlsəfəsini,  sosiologiyasını,  psixologiyasını  və

fenomenologiyasını elmilik,  obyektivlik,  məntiqilik  və  dünyəvilik  baxımından  şərh  və  izah  edir.  Qeyd  olunan  bu

fikri demək olar ki, tam mənasında "islamşünaslıq" elminə də şamil etmək olar.

Qeyd  olunan  mülahizələrdən  göründüyü  kimi,  "dinşünaslıq"  və  "islamşünaslıq"  elmləri  ümumbəşər,  o

cümlədən  şərq,  eləcə  də  Azərbaycan  ictimai-fəlsəfi  fikrinin  mühüm  və  aparıcı istiqamətlərindən  biridir.  Təsadüfi

deyildir  ki,  xalqımızın  Ümummilli  Lideri  Heydər  Əliyev  başda  məşhur  "91"lər  olmaqla,  xalqın  təkidli  xahiş  və

tələbi  ilə  ikinci  dəfə,  yəni  1993-cü  ilin  ikinci  yarısında  Azərbaycanda  siyasi  hakimiyyətə  gəldikdən  sonra  dinə,  o

cümlədən  İslam  dininə  və  müqəddəs  Qurana  həqiqi  dinşünas  və  islamşünas  alim,  mütəxəssis  alim  kimi  yüksək

qiymət  vermişdir.  Aşağıda  Ulu  Öndərin  din,  o  cümlədən  İslam  dini,  islamşünaslıq,  habelə  müqəddəs  Quran

haqqında  aforizm  mahiyyətli  bəzi  fikirlərinə  diqqət  yetirmək  fikrin  əsaslılığına  kifayət  edər:  "İnsanların  mənəvi



sərvətlərinin  hamısından  dinin  fərqi  ondadır  ki,  o,

 dini  mənsubiyyətindən  asdı  olmayaraq  həmişə  insanları



dostluğa,  həmrəyliyə, birliyə dəvət etmişdir"

 (1, 77-78). "İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasmı



təşkil  etmiş,  müsəlmanların  dünyada  layiqli  yer  tutmasını  təmin  etmişdir"  

(1,  93).  "Qurani-Kərimin  bütün



kəlamları  bu  gün  Azərbaycanda  Allahın  yolu  ilə  getməyimiz  üçün  məşəldir.  Biz  azərbaycanlılar  bu  sonradan

gələcək  bütün  nəsillərə  də  tövsiyə  olunur  heç  vaxt  inamımızdan,  dinimizdən  uzaqlaşmayacaq  və  bu  mənəvi

mənbələrimizdən  istifadə  edərək  gələcəyimizi  quracağıq"

 (1,  93-94).  ...Azərbaycanda  islamşünaslıq  sahəsində



XX əsr demək olar, tamam itiribdir.

Bu işləri görmək üçün Azərbaycanda islamşünaslıq elminin inkişaf etdirmək lazımdır. Azərbaycan Elmlər

Akademiyası,  Bakı  Dövlət  Universiteti  və  elmi-tədqiqat  institutları...  bəlkədə  bu  sahə  üçün  xüsusi  təşkilatlar,

orqanlar  və  elmi  mərkəzlər  yaratmalıdırlar...  Belə  təşəbbüslər  olsa,  mən  onları  dəstəkləyəcəm,  bunlar  üçün

şərait də yaradacağam. Buna arxayın olun "

 (2, 47).

Göründüyü kimi, Ulu Öndərimiz  Heydər  Əliyev  müstəqil  ölkəmizdə  dinşünaslıq  və  islamşünaslıq  elmlərini

inkişaf  etdirmək  üçün  respublikamızın  elm  və  təhsil  ocaqlarının,  habelə  siyasi-ideoloji  idarə  və  təşkilatların  və

orada  bu  sahədə  çalışan  mütəxəssislərin  qarşısına  çox  mühüm  vəzifələr  qoymuşdur.  Həmin  vəzifələrin  yerinə

yetirilməsi sahəsində respublikamızda təhsil və elmi müəssisələrində bir sıra önəmli işlər görülmüşdür.

Məsələn,  bunlardan  Heydər  Əliyev  Fondunun  Prezidenti,  YUNESKO-nun  və  İSESKO-nun  xoşməramlı

səfiri,  millət  vəkili  Mehriban  xanım  Əliyevanın  bilavasitə  təşəbbüsü  və  təşkilatçılığı  ilə  son  zamanlar  Bakıda

keçirilən  mədəniyyətlərarası,  sivilizasiyalararası,  dinlərarası dialoqa  dair  beynəlxalq  simpoziumları,  konfransları,



forumları, Bakı Dövlət Universitetində yaradılan İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzini, Azərbaycan Milli Elmlər

Akademiyasının  Fəlsəfə,  Sosiologiya  və  Hüquq  İnstitutunda  "Dinşünaslıq  və  mədəniyyətin  fəlsəfəsi",  AMEA-nın

İnsan Hüquqları Elmi-Tədqiqat İnstitutunda bu ilin fevral ayında yaradılan "Din və ictimai təhlükəsizlik" şöbəsini

və  s.  buna  misal  göstərmək  olar.  Başda  Heydər  Əliyev  Fondu  olmaqla  digər  əlaqədar  qurumların  ölkəmizdə  son

zamanlar  keçirdikləri  mədəniyyətlərarası,  sivilizasiyalararası  və  dinlərarası  dialoqun  inkişaf  etdirilməsinə  həsr

olunmuş  beynəlxalq  simpoziumlar,  konfranslar,  dəyirmi  masalar  və  forumlar  bir  daha  göstərdi  ki,  müstəqil

Azərbaycan  bütün  dünyada  tolerantlığın  nümunəsi  və  örnəyidir.  Buna  aid  çox  xarakterik  olan  konkret  misal

gətirmək istərdik. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə  İSESKO təşkilatı 2009-cu  ildə

rəsmi  olaraq  unikal  şəhərimiz  olan  Bakını  "İslam  mədəniyyəti  paytaxtı"  elan  etmişdir.  Daha  bir  önəmli  misal

çəkmək  istərdik.  Bakı  Dövlət  Universitetində  səmərəli  fəaliyyət  göstərən  İslamşünaslıq  Elmi-Tədqiqat  Mərkəzi

tərəfindən  "Müasir  dövrdə  islamşünaslığın  aktual  problemləri"  mövzusunda  elmi-nəzəri  və  əməli  xarakterli

konfrans keçirilmiş, islamşünaslığın Azərbaycan Konsepsiyası işlənib hazırlanmışdır.

Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Fəlsəfə,  Sosiologiya  və  Hüquq  İnstitutunun  Dinşünaslıq  və

mədəniyyətin  fəlsəfəsi  şöbəsinin  təşəbbüsü  ilə  adı  çəkilən  institutda  00.09.13  indeksi  üzrə  "Dinşünaslıq  və

mədəniyyətin  fəlsəfəsi"  müdafiə  şurası  yaradılmışdır.  Həmçinin  AMEA-nın  İnsan  Hüquqları  Elmi-Tədqiqat

İnstitutunda yaradılan "Din və ictimai təhlükəsizlik" şöbəsinin təşəbbüsü ilə 19 iyul 2011-ci ildə institutda "Din və

ictimai  təhlükəsizliyin  aktual  problemləri"  mövzusunda  respublika  miqyaslı  elmi-nəzəri  və  əməli  konfrans

keçirilmişdir.

Akademik  Ramiz  Mehdiyevin  yuxarıda  adları çəkilən  məruzələrində  toxunulan  "dini  terrorçuluğun",  "dini

ekstremizmin", "dini separatçılığın" mürtəce mahiyyətinin şərhi dinşünaslıq və islamşünaslıq elmlərinin predmetinə

daxil olan problemlərdəndir. Həmçinin qeyd edək ki, beynəlxalq miqyaslı dini terrorçuluq qloballaşmanın "nankor

övladıdır".

Akademik  Ramiz  Mehdiyevin  məruzələrində  müasir  qloballaşma  şəraitində  dini  terrorçuluğun,  dini

ekstremizmin  və  dini  separatçılığın  fəsadları  haqqında  çox  qiymətli  elmi-nəzəri  və  əməli  əhəmiyyət  daşıyan

mülahizələr yer almış, həmin neqativ halların qarşısının alınmasına dair çox gərəkli, tövsiyə xarakterli təkliflər irəli

sürülmüşdür.  Akademikin  "Millətlərarası  düşmənçilik  və  dini  dözümsüzlüklə  əlaqədar  böhranlı  vəziyyətlərdə

ekstremizmin  təzahürlərinə  qarşı  mübarizə  sahəsində  beynəlxalq  əməkdaşlığın  fəallaşdırılması  problemləri"

mövzusundakı məruzəsində  deyilir:  "Müasir  ekstremizmin  xüsusiyyətləri  arasında  aşağıdakıları  fərqləndirmək



olar:

- Müxtəlif ekstremist qrupların regional və qlobal proseslərə təsirinin artması;

- Ekstremistlərin fəaliyyətində qəddarlığın artması;

-  Ən yeni texniki nailiyyətlərdən, o cümlədən sosial şəbəkələr, internetdə forumlar kimi  kommunikasiya

sistemlərindən istifadə edilməsi;

- Ekstremist fəaliyyət formalarının müxtəlifliyi.

Ekstremizmin çoxsaylı formaları arasında ən təhlükəli formalar kimi milli və dini ekstremizmi qeyd etmək

lazımdır.  Onların  dağıdıcı  potensialı  olduqca  böyükdür,  çünki  onların  səbəb  olduğu  böyük  insan  qırğınları,

hətta bütöv xalqları da

 əhatə edə bilər.



Təəssüflə qeyd etməliyəm ki, ekstremizmin dağıdıcı nəticələri Azərbaycandan da yan keçməmişdir"

 (3).


Müasir dövrdə müstəqil Azərbaycanın görkəmli filosofu olan akademik Ramiz Mehdiyev xüsusi olaraq qeyd

edir ki, məhz millətçi ekstremizm və ondan qidalanan təcavüzkar separatizm ucbatından bu gün ölkəmizin 20 faizi

bədnam  və  işğalçı Ermənistan  Respublikası tərəfindən  zəbt  edilmişdir.  Erməni  ekstremitslərinin,  separatçılarının

dövlət  siyasəti  ilə  müşayiət  olunan  inhilist,  məkrli  niyyətləri  nəticəsində  bir  milyonadək  Azərbaycan  vətəndaşı,

İslam ardıcılı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, erməni terrorçularının ölkəmizdə törətdikləri 30-dan

artıq terror aktları sayəsində 20 mindən çox azərbaycanlı-müsəlman qətlə yetirilmiş, həlak olmuşdur. Azərbaycanın

erməni faşistləri, təcavüzkarları tərəfindən işğal olunmuş ərazilərində, o cümlədən 1992-ci ilin fevral ayının 25-dən

26-na keçən gecə Xocalı şəhərində törədilən faciə zamanı azərbaycanlıların müsəlmanların kütləvi şəkildə qırılması

dünya ictimaiyyətini hədsiz dərəcədə hiddətləndirmişdir.

Ermənilərin  uydurma,  qondarma  "Dağlıq  Qarabağ  problemi"nin  əsasını  ekstremizm,  separatizm,  etnik

təmizləmə,  ərazi  iddiası  siyasəti  təşkil  edir.  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  bütün  Cənubi

Qafqaz regionunda təhlükəsizliyə və sabitliyə təhdid mənbəyidir.

11 sentyabr 2001-ci ildə ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində törədilmiş  dəhşətli  və çoxsaylı insan

tələfatına  səbəb  terror  aktlarından  sonra  müstəqil  Azərbaycan  beynəlxalq  miqyaslı  terrora  qarşı  koalisiyaya

qoşulmuş ilk dövlətlərdən olmuşdur. Bu münasibətlə çox xarakterik bir faktı diqqətə çəkmək istərdik.

2005-ci ildə İslamın tarixi vətəni olan Səudiyyə Ərəbistanı Krallığında, Məhəmməd peyğəmbərin (s) anadan

olduğu  müqəddəs  Məkkə  şəhərində  2001-ci  il  sentyabr  ayında  ABŞ-da  törədilmiş  terroru  pisləyən  və  onun  mənfi

nəticələrinin  aradan  qaldırılmasına  həsr  olunmuş  İslam  Konfransı Təşkilatının  (indi  bu  beynəlxalq  qurum  İslam

Əməkdaşlığı  Təşkilatı  adlanır)  3-cü  fövqəladə  toplantısı  keçirilmişdir.  Burada  ölkəmizin  başçısı,  hörmətli

prezidentimiz  İlham Əliyev  də  iştirak  etmiş, nitq  söyləmişdir.  O,  forumun  rəhbəri  İslam  Əməkdaşlıq  Təşkilatının

baş  katibi  Ekmələddin  İhsanoğluna  bildirmişdir  ki,  belə  analoji  toplantının  Bakıda  da  keçirilməsi  daha

məqsədəuyğun  olardı.  Bu  müraciət  çox  böyük  məmnunluqla  qarşılanmış,  2006-cı  ilin  payızında  paytaxt  Bakıda

keçirilmişdir.



Prezidentimiz  cənab  İlham Əliyev  ev  sahibi  kimi  həmin  forumda  dərin  məna,  məzmun  və  mündəricəli  nitq

söyləmişdir.

Bakıda  keçirilən  İslam  Əməkdaşlıq  Təşkilatına  üzv  ölkələrin  xarici  işlər  nazirləri  şurasının  33-cü

sessiyasında  dövlət  başçımızın  nitqində  deyilir:  "Dünyada  gedən  proseslər  bəzi  hallarda  bizi  narahat  edir.  İlk



növbədə, bəzi ölkələrin kütləvi informasiya vasitələrində və müəyyən siyasi dairələr tərəfindən Islamı terrorizmlə

eyniləşdirmək  cəhdləri  bizi  çox  üzür,  narahat  edir  və  hiddətləndirir.  Biz  buna  heç  cür  imkan  verə  bilmərik.

İslamı  terrorizmlə  eyniləşdirmək  olmaz,  İslam  sülh  dinidir,  mehribanlıq  dinidir,  dözümlülük  dinidir.

Azərbaycan özü terrorun qurbanıdır.  Erməni  terrorçu təşkilatları bizə qarşı 30-daıt çox terror aktı törətmişlər.

Bu terror aktları nəticəsində 2 mindən artıq azərbaycanlı həlak olmuşdur. Ancaq biz bu terrorçu təşkilatları hər

hansı dinə bağlamırıq. Bu, düzgün deyildir. Terrorizmin nə dini var, nə də milliyyəti. Ona görə biz bu məsələlərə

öz  etirazımızı  daha  da  inamla  bildirməliyik,  öz  sözümüzü  deməliyik.  Eyni  zamanda,  gərək  bütün  təbliğat

imkanlarımızdan  istifadə  edərək,  çox  böyük  narahatlıq  doğuran  bu  mənfi  meyilə  münasibətimizi  bildirək,  öz

hərəkətlərimizlə bunun qarşısını alaq

" (4, 24-25).

Göründüyü  kimi,  burada  dini  terrorçuluğa,  dini  ekstremizmə,  dini  separatçılığa  qarşı  mübarizə  sahəsində

qarşıya çox mühüm və təxirəsalınmaz vəzifələr qoyulmuşdur.  Bu vəzifələr akademik Ramiz Mehdiyevin yuxarıda

adları çəkilən məruzələrində də bir daha konkretləşdirilmişdir. "Millətlərarası düşmənçilik və dini dözümsüzlüklə

əlaqədar  böhranlı  vəziyyətlərdə  ekstremizm  təzahürlərinə  qarşı  mübarizə  sahəsində  beynəlxalq  əməkdaşlığın

fəallaşdırılması  problemləri"  adlı  məruzədə  deyilir  ki,  Qafqaz  regionunda  digər  ekstremist  qüvvələr  də

millətçilik kartı ilə oynamağa çalışırlar. Həmin qüvvələr müxtəlif kütləvi informasiya vasitələrinin və internetin

köməyillə  millətçi  dözümsüzlük,  milli  azlıqlar  arasında  ekstremist  və  separatçı  əhvali-ruhiyyələrin

qızışdırılmasına  yönəlmiş  ideoloji  xarakterli  təbliğat  və  təxribat  işləri  aparırlar.  Bəzi  hallarda  həmin  qüvvələr

transsərhəd xarakteri daşıyır.

Bununla  yanaşı,  müstəqil  Azərbaycan  Respublikasının  üzləşdiyi  erməni  vəhşiliyi  nəticəsində  xalqımızın

üzləşdiyi  ekstremizmin  yeganə  forması  deyildir.  Dini,  daha  dəqiq  desək,  dini-siyasi  ekstremizm  də  durmadan

genişlənməkdədir.  Bu  gün  müxtəlif  təmayüllü  ekstremist  qruplar  öz  məkrli  niyyətlərinə  çatmaq  üçün  radikal  dini

baxışlar,  o  cümlədən  vəhhabilik,  radikal  şiəlik  kimi  mənfi  meyillərdən  istifadə  etməklə  müstəqil  Azərbaycanda

dünyəvi,  hüquqi,  demokratik  dövlət,  humanist,  sivilizasiyası  və  vətəndaş  həmrəyliyi  cəmiyyəti  quruculuğunu

dini-teokratik dövlət və cəmiyyətlə əvəzləməyə yönəlmiş fəaliyyətini bərqərar etmək kimi kökündən yanlış iddiaya

düşmüşlər.  Onlar  baş  memarı  Heydər  Əliyev  olan  müstəqil  ölkəmizdə  ilk  demokratik  konstitusiyamızda

qanunçuluqla  təsbit  olunmuş  dünyəvi,  hüquqi,  demokratik  dövlət,  humanist,  sivilizasiyalı və  vətəndaş  həmrəyliyi

cəmiyyəti qurmaq kimi ali missiyanı əngəlləməyə, dini və sosial durumu gərginləşdirməyə cəhd edirlər.

Dini  terrorçuların,  dini  ekstremistlərin  və  dini  separatçıların  məkrli  niyyətlərini  əhatə  edən  fəaliyyətləri

nəticəsində yaranan təhlükəni artıra biləcək bəzi riskli amilləri qeyd etmək çox vacibdir.

Məlum, real gerçəklik bundan ibarətdir ki, ölkəmizdə sovet-kommunist rejimi dövründə dinini,  o  cümlədən

xüsusilə  İslam  dininin  milli  və  ümumbəşəri  mənəvi  dəyərlərini  elmilik,  obyektivlik,  məntiqilik  və  dünyəvilik

baxımından tədqiqi, tədrisi və təbliği sahəsində çox ciddi ideoloji boşluq yaranmış, mütərəqqi mahiyyətli milli-dini

adət-ənənələri nəsildən-nəsilə keçirilməsində əlaqə, demək olar ki, tamamilə kəsilmişdir. Bu, son nəticədə əhalinin

müxtəlif  sosial  təbəqələri,  o  cümlədən  xüsusilə  gənclər,  qadınlar,  təqaüdçülər  və  başqaları arasında  savadsızlığın,

mövhumat, xurafat, fanatizm, fatalizm, asketizm, mistisizm kimi mənfi halların artmasına səbəb olmuşdur.

Ekstremist,  terrorçu,  separatçı dini  təşkilatlar,  xarici  missionerlər,  vəhhabilər,  nurçular,  radikal  şiələr  və  bu

qəbildən olan digər dini qurumlar, habelə təşkilatlar, birliklər də bundan istifadə etməyə çalışırlar. Onlar çox zaman

sözü-gedən məsələdə maraqlı olanlar, o cümlədən xarici dövlətlərin xüsusi xidmət orqanlarına işləyən missionerlər

həmin qurumlar tərəfindən maliyyələşdirilirlər.

Sözügedən  qruplar  daha  incə  mətləblərə  əl  atırlar.  Başqa  sözlə  desək,  dini  ekstremistlər  maddi  ehtiyacı

olanları  xüsusilə  erməni  faşistləri  tərəfindən  öz  yurd-yuvalarından  zorla  məcburi  köçkünə  və  didərginə  çevrilən

insanlara humanitar yardım göstərməklə onları öz təsirləri altına sala bilirlər.

Doğrudur,  son  illərdə  respublikamızda  dini  ekstremizmə,  terrorçuluğa  və  separatçılığa  qarşı  mübarizədə

ölkəmizin  hüquq-mühafizə  orqanları, xüsusilə  Milli  Təhlükəsizlik  Nazirliyi  tərəfindən  bir  sıra  qabaqlayıcı, təsirli

kompleks  tədbirlər  görülmüş  və  bu  iş  ardıcıl olaraq  davam  etdirilir.  Lakin  dini  terrorçuluğa,  dini  ekstremizmə  və

separatçılığa qarşı mübarizədə başqa təsirli tədbirlər də görmək çox vacibdir. Bu sıraya dinin, o cümlədən İslamın

ümumbəşəri mənəvi dəyərlərini əhali arasında yaymaq üçün aşağıdakı tövsiyə xarakterli təkliflərimizi də bildirmək

istərdik:

Birincisi,  respublikamızın  ali  məktəblərində  "Dinşünaslıq"  və  "İslamşünaslıq"  fənlərinin  tədrisi  faydalı

olardı.


İkincisi,  dövlət  sistemindəki  humanitar  yönümlü  ali  məktəblərdə,  akademiyamızın  Fəlsəfə,  sosiologiya  və

hüquq,  A.A. Bakıxanov  adına  Tarix,  akademik  Ziya  Bünyadov  adına  Şərqşünaslıq,  habelə  İnsan  Hüquqları

Elmi-Tədqiqat  İnstitutlarının  dinşünaslıq  və  islamşünaslıq  sahəsində  çalışan  alimlərinin  qüvvəsindən  istifadə

etməklə respublikamızda sözügedən sahədə yüksək ixtisaslı milli mütəxəssis kadrların hazırlanması vacibdir.



Üçüncüsü, dinin, o cümlədən İslamın ümumbəşəri mənəvi dəyərlərini maarifçilik yolu ilə təbliğ etmək üçün

müntəzəm olaraq KİV-də elmi-nəzəri və əməli əhəmiyyətli materiallar dərc etmək daha məqsədəuyğundur.

Akademik Ramiz Mehdiyevin yuxarıda adları çəkilən müasir dövr üçün çox önəmli və aktual məruzələrindən



sonra  ölkəmizin  əksər  aidiyyəti  orqan,  qurum  və  təşkilatlarında  həmin  məruzələrdə  ehtiva  olunan  mühüm

vəzifələrin yerinə yetirilməsi məqsədilə kompleks xarakterli tədbirlər həyata keçirilməyə başlandı. Məsələn, Qafqaz

Müsəlmanları İdarəsinin  (QMİ)  Bakıda  Moskva  Dövlət  Linqvistika  Universiteti  (MDLU)  ilə  birlikdə  "Qafqazda

ekstremizm  ideologiyasının  yayılmasına  qarşı  mübarizə"  

mövzusunda  elmi-əməli  konfrans  keçirmişdir.

Konfransda ölkəmizin və Rusiyanın din xadimləri, dövlət və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.

Qafqaz  Müsəlmanları  İdarəsinin  sədri,  Bakı Dövlət  Universitetinin  İlahiyyat  fakültəsinin  professoru,  tarix

elmləri  doktoru  Hacı  Allahşükür  Paşazadə  konfransı  açaraq  qeyd  etmişdir  ki,  iki  qonşu  dövlət  Azərbaycan  və

Rusiya  bütün  sahələrdə  olduğu  kimi,  cəmiyyətdə  mənəviyyatın,  dini  dəyərlərin  tərəqqisi  istiqamətində  sıx

əməkdaşlıq  edir.  Qafqaz  müsəlmanlarının  lideri  qeyd  etmişdir  ki,  Azərbaycan  müasir  dövrün  ən  tolerant

ölkələrindən  biri  kimi  məşhurdur.  Yeri  gəlmişkən,  onu  da  vurğulamaq  lazımdır  ki,  ölkəmizin  bütün  dünyada

tolerantlıq  nümunəsi  kimi  tanınmasında  xalqımızın  Ümummilli  Lideri  Heydər  Əliyevin,  bütün  sahələrdə  olduğu

kimi, sözügedən sahədə də əldə olunan uğurlarda dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun

prezidenti,  YUNESKO-nun  və  İSESKO-nun  xoşməramlı  səfiri,  millət  vəkili  Mehriban  xanım  Əliyevanın  da

misilsiz xidmətləri vardır. Bu onu göstərir ki, ölkəmizdə dinin dövlətdən ayrılması qanunvericiliklə təsbit olunsa da,

sözügedən sahədəki siyasət ölkəmizdə milli-dini və ümumbəşəri mənəvi dəyərlərin dünyəvi dövlətimizlə qarşılıqlı

münasibətlərin tərəqqisinə yönəlmişdir.

Konfransda  çıxış  edən  Azərbaycan  Prezidenti  Administrasiyasının  İctimai-siyasi  məsələlər  üzrə  şöbəsinin

müdiri,  tarix  elmləri  doktoru,  professor  Əli  Həsənov  qeyd  etmişdir  ki,  Cənubi  Qafqazda  tarixən  məskunlaşan

müxtəlif xalqlar və millətlər arasında mövcud münasibətlər qloballaşma, inteqrasiya və informasiya texnologiyaları

proseslərinin geniş vüsət aldığı hazırkı dövrdə bütün bölgənin, o cümlədən Xəzər dənizi hövzəsinin və Avrasiyanın

sosial-siyasi  vəziyyətinə,  durumuna  güclü  təsir  edir.  Məhz  buna  görə  də  Qafqazda  ekstremizm,  o  cümlədən  dini

ekstremizm problemlərinə həsr edilən həmin bu konfrans xüsusi aktuallıq daşıyır.

Professor  Əli  Həsənov  daha  sonra  çıxışında  qeyd  etmişdir  ki,  Cənubi  Qafqaz  müasir  dünyanın  ən  zəngin

milli-etnik,  dini  tolerantlıq  mərkəzlərindən  biridir.  Burada  tarixən  məskunlaşan  müxtəlif  xalqlar  arasında  əsrlər

boyu  sıx  əlaqələr  mövcud  olmuş,  mədəniyyətlərarası,  sivilizasiyalararası  və  dinlərarası  münasibətlər  qarşılıqlı

hörmətə  söykənmişdir.  Bizcə,  əgər  belə  demək  mümkündürsə,  Ermənistan  Respublikası  istisna  olunursa,  bu

bölgədəki hər dövlətin siyasi durumu ilk növbədə həmin ölkələrin xalqları, onlarda mövcud olan və rəsmi fəaliyyət

göstərən dinləri, o cümlədən müstəqil Azərbaycanda rəsmi fəaliyyət göstərən İslam, Xristianlıq  və İudaizm dinləri

və  mədəniyyətləri  arasındakı  münasibətlərdən  çox  asılıdır.  Əgər  İslama  etiqad  edən  Azərbaycan,  Xristianlığa

inanan slavyan və İudaizmi özünə inanc mənbəyi seçən yəhudi xalqları, habelə ölkəmizdə mehriban, səmimi bir ailə

kimi  yaşayan  avarlar,  ləzgilər,  udinlər,  tatarlar,  tatlar,  talışlar  və  başqaları  arasında  qarşılıqlı  hörmət,  ehtiram,

etimad,  tolerantlıq  hökm  sürürsə,  məsələn,  Azərbaycan  və  Gürcüstan  dövlətlərinin  siyasi  durumları  da  güclü  və

dayanıqlıdır və bu, belə davam edə bilər. Lakin Cənubi Qafqazda yaşayan digər xalqlar, (burada əsasən ermənilər

nəzərdə  tutulur  Ə.Q.)  Erməni  Qriqoryan  Kilsəsi,  çoxlu  münaqişələr,  qarşıdurmalar,  etnik  təmizləmə  kimi  məkrli

siyasət  yeridirsə, Ermənistan Respublikasının ekstremistləri iki  qardaş  respublika  Azərbaycan  və  Gürcüstana  olan

münasibəti  pozur,  hətta  qarşıdurma,  separatçılıq,  terrorçuluğa  gətirib  çıxarırlar.  Unutmaq  olmaz  ki,  erməni

ekstremistlərinin bu hərəkətləri beynəlxalq ictimaiyyət tərəfindən mənfi qarşılanır.

Məlum  olduğu  kimi,  Azərbaycan  çoxmillətli,  çoxkonfessiyalı,  müxtəlif  mədəniyyətli  respublikadır.

Azərbaycanda  yaşayan  xalqların  azərbaycanlıların,  slavyanların,  yəhudilərin,  eləcə  də  milli-etnik  qrupların

avarların,  ləzgilərin,  talışların,  kürdlərin,  tatların...  hər  birinin  öz  dilləri,  dinləri,  adət-ənənələri,  mədəniyyətləri

vardır.  Bütün  bunlar  ideoloji  baxımdan  azərbaycançılıq  ideologiyasını  zənginləşdirir,  inkişaf  etdirir.  Yeri

gəlmişkən, onu da xüsusi qeyd etmək lazımdır ki, ölkəmizdəki bu xalqlar, milli-etnik qurumların və onların dinləri

arasında  qarşıdurma,  münaqişə  halları  baş  verməmişdir.  Onlar  çox  tolerantlıq  şəraitində  mehriban  ailə  kimi

yaşayırlar (5, maddə 48).

Müstəqillik  illərində  Azərbaycan  cəmiyyətinin  zəngin  mənəvi  dəyərlərinin  qorunub  saxlanılması və  inkişaf

etdirilməsi  Ulu  Öndərimiz  Heydər  Əliyevin,  İlham  Əliyevin  və  Mehriban  Əliyevanın  adları  ilə  bilavasitə  sıx

bağlıdır (6, 311).

Konfransda Rusiyada kilsə və cəmiyyətin qarşılıqlı münasibətləri üzrə Sinodal şöbəsinin sədri Protonyeryey

Vsevolod,  Azərbaycan  Respublikası Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsinin  sədri  Hidayət  Orucov,  Moskva

Dövlət Linqvistika Universitetinin dosenti, Şimali Qafqaz Federal Dairəsinin Hüquqi Müdafiə Mərkəzinin rəhbəri

Rolan Silantiyev və başqaları da çıxış etmiş, tolerantlığın inkişafında müxtəlif dinlərin və millətlərin nümayəndələri

arasında dostluğun və qarşılıqlı əlaqələrin, anlaşmanın mühüm töhfələr verdiyi vurğulanmış, dini icmalar arasında

dözümsüzlüyün əleyhinə çıxaraq ekstremizmin mənfi təzahürlərinin aradan qaldırılması üçün hər şeydən əvvəl, bu

mühüm məsələyə sırf vətəndaşlıq mövqeyindən daim prinsipiallıqla yanaşmağın vacibliyini bildirmişlər (7, 204).

Akademik  Ramiz  Mehdiyevin  "Beynəlxalq  informasiya  təhlükəsizliyinin  möhkəmləndirilməsinə  ümumi

yanaşmalar"  

mövzusundakı  məruzəsində  haqlı  olaraq  belə  bir  irad  var  ki,  sözügedən  forumun  müzakirəsinə

çıxarılan məsələlər mütərəqqi dünya ictimaiyyətinin, xüsusən də terrorçuluq, separatçılıq və ekstremizm təhlükəsi

barəsində  bir  çox  hallarda  ümumiləşdirilmiş  şəkildə  söhbət  açılır.  Onların  harada  və  hansı  şəraitdə

formalaşdığından  söhbət  getmir.  Unutmaq  olmaz  ki,  bu  təhlükəli  hadisələrin  hər  birinin  yaranmasının  konkret

məqsədi vardır.




Keçən  əsrin  sonu,  hazırkı  əsrin  əvvəllərində  elmi-texniki  tərəqqi  postsənaye  informasiya  cəmiyyətinin

yaranmasına  gətirib  çıxarmış,  bununla  da,  dünyanın  adi  mərkəzi  dövlət  modeli  dəyişmişdir.  Hazırki  yeni

informasiya-kommunikasiya  texnologiyaları  olmadan  sosial-siyasi  prosesləri  səmərəli,  məqsədyönlü  idarə  etmək

qeyri-mümkündür.  İnformasiya  məkanının  qloballaşması  və  kütləvi  kommunikasiya  vasitələri  təbəqəsinin  təsiri

altında  cəmiyyətdə  baş  verən  dəyişikliklər  yalnız  müəyyən  üstünlüklər  və  mənfəətlərlə  məhdudlaşmayıb,  həm  də

sosial-siyasi  sahədə  informasiya  mübarizəsi  aparmaq  üçün  geniş  və  hərtərəfli  imkanlar  yaradır.  Bu  da,  öz

növbəsində milli və beynəlxalq təhlükəsizliyə təhdid doğurur.

Qeyd  etmək  lazımdır  ki,  belə  bir  vəziyyət  milli  təhlükəsizlik,  hər  şeydən  əvvəl,  informasiya  təhlükəsizliyi

kimi  önəmli  sahənin  problemlərinə  ənənəvi  yanaşmaların  ciddi  transformasiyasına  gətirib  çıxarmışdır.  Bir  qayda

olaraq,  formalaşmaqda  olan  yeni  informasiya-kommunikasiya  mühiti  istənilən  ölkənin  siyasi-iqtisadi  və  müdafiə

təhlükəsizliyinə fəal təsir göstərir.

Şübhəsiz  ki,  informasiya  daim  ən  başlıca  resurs  olmuşdur.  Lakin  məhz  qloballaşma,  inteqrasiya  və

informasiya texnologiyaları proseslərinin geniş vüsət aldığı XXI əsrdə bu resurs istər ayrıca, konkret bir dövlətin,

məsələn,  Azərbaycan  Respublikasının,  istərsə  də  bütövlükdə  beynəlxalq  münasibətlər  sisteminin  dayanıqlı,  sabit

inkişafının  təmin  olunması  üçün,  həqiqətən,  həyati  zərurətə  çevrilmişdir.  Bundan  savayı,  hazırda  hamı  qlobal

informasiya  mübadiləsinin  iştirakçısı  kimi  yeni  informasiyanı  təhlil  etmək,  ondan  istifadə  etmək,  onu  yaratmaq

üçün əməli olaraq qeyri-məhdud imkanlar qazanmış, onu hamıdan ötrü əlverişli etmişdir.

Beləliklə,  elmi-texniki  durum  müasir  informasiya  texnologiyalarını  siyasi  silaha  çevirmişdir.  Kütləvi

informasiya  vasitələrindən,  o  cümlədən  internetdən  terrorçular  da,  ekstremistlər  də,  hətta  separatçılar  da  istifadə

edirlər.  Bu  istifadə  xüsusilə  2001-ci  ilin  11  sentyabrında  ABŞ-ın  Nyu-York  və  Vaşinqton  şəhərlərində  törədilən

dəhşətli, çoxsaylı insan tələfatına səbəb olan terror aktlarından sonra daha geniş miqyas almışdır.

Dini  ekstremizm,  terrorçuluq  və  separatçılıqdan  dünyada  baş  verən  hadisələrin  bir  çox  hallarda  ikili

standartlarla  qiymətləndirilməsində  gen-bol  istifadə  olunur.  Yeri  gəlmişkən,  bir  məsələyə  də  toxunmaq  istərdik.

İkili  standartlardan  istifadə  edən  dairələr  bəzən  internet  azadlığı  ilə  söz  azadlığını  səhv  salırlar,  halbuki,  bunlar

mahiyyət etibarilə fərqlənirlər.

Akademik Ramiz Mehdiyev məruzəsində bu məsələdən bəhs edərkən çox haqlı olaraq qeyd etmişdir: "Təbii



ki,  kompüter  texnologiyaları  özlüyündə  prinsip  etibarilə  nə  siyasəti,  nə  də  beynəlxalq  münasibətlər  sistemini

transformasiya  etmir.  Bununla  bərabər  aşkardır  ki,  beynəlxalq  informasiya  təhlükəsizliyi,  ilk  növbədə,

informasiya  texnologiyalarından  düşmənçilik  məqsədilə  istifadə  edilməsi  təhlükəsinin  azaldılması  hesabına

möhkəmlətmədən milli və qlobal təhlükəsizliyin səmərəli təmin edilməsi mümkün deyildir".

Burada  qarşıya  çox  mühüm  vəzifələr  qoyulmuşdur.  Onların  müvəffəqiyyətlə  yerinə  yetirilməsinə  xidmət

məqsədilə  bəzi  məsələlərə  toxunmaq  istərdik.  Məsələn,  radikal  müxalifətin  tabeçiliyindəki  kütləvi  informasiya

vasitələri,  о  cümlədən  qəzetlər,  haqlı-haqsız  ölkəmizin  ünvanına  qeyri-obyektiv  xarakterli,  hətta  şantaj,  böhtan

səpkili  materiallar  dərc  edirlər.  Xüsusilə  də  Dağlıq  Qarabağla  bağlı  respublikamızın  ünvanına  ifrat  dərəcədə

böhtanlar,  həqiqətə  uyğun  olmayan  təhdidlər  irəli  sürürlər.  Bu  qüvvələrə,  eləcə  də  xarici  missionerliyin,

vəhhabiliyin,  nurçuluğun  və  radikal  şiəliyin  məkrli  siyasətinə  qarşı  ölkəmizin  KİV-i  layiqincə  qarşılıq  verməli,

faktlardan  təkzibini  operativ  reallaşdırmalıdırlar.  Bu  sahədə  son  zamanlar  respublikamızda  bir  sıra  uğurlu  işlər

görülsə də, onu yüksəltmək üçün Prezident İlham Əliyevin 2011-ci ilin sentyabr ayının sonunda Varşavada (Polşa)

Avropa  İttifaqının  "Şərq  tərəfdaşlığı" sammitindəki  nitqində  və  Bakıda  "XXI  əsr:  ümidlər  və  çağırışlar"  devizini

Beynəlxalq  Humanitar  Forumdakı  dərinməzmunlu  məruzəsindən  irəli  gələn  məsələlərə  xüsusi  diqqət  yetirmək

lazımdır.

Məlum olduğu kimi, Şərq tərəfdaşlığına  aid sammitin keçirilməsində başlıca  məqsəd bu beynəlxalq birliyin

üzvü  olan  ölkələrin,  о  cümlədən  Şərqin  müsəlman  ölkələrinin,  о  cümlədən  müstəqil  Azərbaycanın  Avropaya

inteqrasiyasını genişləndirməkdən ibarətdir. Şübhə yox ki, bu  işdə  Azərbaycanın kütləvi  informasiya  vasitələrinin

üzərinə mühüm vəzifələr düşür.

Akademik  Ramiz  Mehdiyev  də  belə  bir  strateji  məsələyə  toxunaraq  demişdir:  "Azərbaycan  həm  də  "Şərq

tərəfdaşlığı  Avropa  Şurası  mexanizmi"  proqramı  çərçivəsində  Şərqi  Avropada  həyata  keçirilən  kibernetik

cinayətkarlığa  qarşı  mübarizə  sahəsində  əməkdaşlıq  layihəsində  iştirak  edir.  Bu  layihənin  həyata  keçirilməsi

gedişində  Avropa  və  beynəlxalq  normativ  vasitələrindən  və  praktikadan  istifadə  edilməklə  kibercinayətkarlığa

qarşı mübarizə sahəsində əməkdaşlığın səmərəli  həyata keçirilməsi  üçün potensialın möhkəmləndirilməsi  üzrə

məsələlər həll edilir. Növbəti regional konfransın Bakıda keçirilməsi planlaşdırılır"

 (8).


Faktlar onu göstərir ki, Azərbaycan sözügedən problemlərin müsbət həlli üçün, xüsusilə də dini terrorçuluğa,

ekstremizmə və separatçılığa qarşı mübarizədə özünün bütün imkanlarından maksimum səmərəli istifadə edəcəkdir.



ƏDƏBİYYAT

1. Əliyev H. Müstəqillik yolu. Bakı, 1997.

2. Əliyev H. Dinimiz xalqımızın milli-mənəvi sərvətidir. Bakı, 1999.

3. "Azərbaycan" qəzeti, 25 sentyabr 2011-ci il.

4. "Dövlət və din " (ictimai fikir toplusu), 2006-cı il, noyabr.

5. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, 1999.

6. Qurbanov Ə. Beynəlxalq münasibətlərdə din İslam amili. Bakı, 2000.



7. Əliyev  H.  Azərbaycanda  din  siyasəti:  gerçəkliklər  və  perspektivlər  (3-4aprel,  2007),  Beynəlxalq

konfransın materialları. Bakı, 2007.

8. "Azərbaycan " qəzeti, 25 sentyabr 2011-ci il.

Асадулла Курбанов

Некоторые актуальные вопросы религиоведения, исламоведения и политологии

РЕЗЮМЕ

Автор  затрагивает  некоторые  актуальные  вопросы  религиоведения,  исламо ведения  и  политологии,

излагает современные научно-философские концепции, их теоретические и практические признаки.  Кроме

того,  он  определяет  науку  религи оведения  и  исламоведения  как  одну  из  неотъемлемых  частей

общечеловеческих  ценностей  и  даёт  критическую  оценку  политизации  религии,  в  том  числе  и  Ислама,

которые являются одной из специфических и важнейших форм общественного со знания.

Подводя  итог  своим  исследованиям,  автор  даёт  конкретные  рекомендации  для  развития  научных

исследований в сфере религиоведения и исламоведения в совре менном Азербайджане.



Asadullah Gurbanov

Some actual matters of religious, Islamic studies and political science

SUMMARY

Some  actual  issues  of  religious,  Islamic  studies  and  political  science  are  mentioned,  modern  scientific  and

philosophical concepts are described, their theoretical and practi cal significance are highlighted in the article. As

well as, the author defines the science of religion and Islamic studies as one of the integral parts of human values

and  provides  a  critical  assessment  of  the  politicization  of  religion,  including  Islam,  which  is  one  of  the  most

important and specific forms of social consciousness.

Author,  summing  up  his  research,  makes  specific  recommendations  for  the  develop ment  of  scientific

researches in the field of religious and Islamic studies in modern Azer baijan.



Yüklə 93,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə