Diplomatik xidmət haqqında


Diplomatik xidmət əməkdaşlarının



Yüklə 266,65 Kb.
Pdf görüntüsü
səhifə14/52
tarix13.01.2022
ölçüsü266,65 Kb.
#82850
1   ...   10   11   12   13   14   15   16   17   ...   52
Diplomatik xidmet haqda qanun

 Diplomatik xidmət əməkdaşlarının 

və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin 

rotasiyası

 [12] 


 

13.1. Diplomatik xidmət orqanlarında əməkdaşların rotasiyası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

13.2. Rotasiya çərçivəsində diplomatik xidmət əməkdaşları, və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər peşəkar hazırlıqları və

ixtisasları nəzərə alınmaqla, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin oluna və ya öz fəaliyyətlərini müvafiq icra hakimiyyəti

orqanında həyata keçirə bilərlər.

13.3.  Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliyində  və  ya  konsulluğunda  fəaliyyəti  başa  çatmış  diplomatik  xidmət  əməkdaşı  və  diplomatik  xidmət

orqanlarının  inzibati-texniki  xidmətini  həyata  keçirən  şəxs  yenidən  diplomatik  nümayəndəliyə  və  ya  konsulluğa  işə  təyin  olunmazdan  əvvəl  müvafiq  icra  hakimiyyəti

orqanında, bir qayda olaraq, azı bir il işləməlidir.

13.4. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin başçısı təyin olunmuş şəxsin müvafiq dövlətdə və ya beynəlxalq təşkilatda fasiləsiz iş müddəti, bir

qayda olaraq, beş ildir. Səfir müavini, daimi nümayəndənin müavini və ya baş konsul təyin edilmiş şəxsin xaricdə fasiləsiz iş müddəti dörd ildir. Bu müddətlər Azərbaycan

Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən uzadıla bilər.

 [13]

13.5.  Digər  diplomatik  xidmət  əməkdaşlarının  və  diplomatik  xidmət  orqanlarının  inzibati-texniki  xidmətini  həyata  keçirən  şəxslərin  müvafiq  diplomatik

nümayəndəliklərdə  və  ya  konsulluqlarda  fasiləsiz  iş  müddəti  üç  ildən  artıq  olmamalıdır.  Bu  müddət,  xidməti  zərurətlə  əlaqədar  və  diplomatik  xidmət  əməkdaşının  və

diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin razılığı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ildən artıq olmayan müddətə

uzadıla bilər.

13.6. Diplomatik xidmət əməkdaşının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin Azərbaycan Respublikasının diplomatik

nümayəndəliyinə və ya konsulluğuna işə getməkdən üzürlü səbəblər olmadan imtina etməsi intizam pozuntusu hesab edilir və intizam tənbeh tədbirinin tətbiqi üçün əsasdır.

 

M a d d ə   1 4 .




Yüklə 266,65 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə