Diplomatik xidmət haqqında


[31]   M a d d ə   2 2 .   Diplomatik  xidmət  əməkdaşlarının



Yüklə 266,65 Kb.
Pdf görüntüsü
səhifə22/52
tarix13.01.2022
ölçüsü266,65 Kb.
#82850
1   ...   18   19   20   21   22   23   24   25   ...   52
Diplomatik xidmet haqda qanun

 [31]

 

M a d d ə   2 2 .



  Diplomatik  xidmət  əməkdaşlarının 

və  diplomatik  xidmət  orqanlarının  inzibati-texniki  xidmətini  həyata  keçirən  şəxslərin 

əmək

münasibətlərinin tənzimlənməsi

 [32] 

 

Diplomatik  xidmət  əməkdaşlarının  və  diplomatik  xidmət  orqanlarının  inzibati-texniki  xidmətini  həyata  keçirən  şəxslərin  əmək  münasibətləri  "Dövlət  qulluğu



haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə

tənzimlənir.

 

M a d d ə   2 3 .



  Diplomatik  xidmət  əməkdaşlarının 

və  diplomatik  xidmət  orqanlarının  inzibati-texniki  xidmətini  həyata  keçirən  şəxslərin 

əməyinin

ödənilməsi

 [33] 

 

23.1.  Azərbaycan  Respublikasının  ərazisində  işləyən  diplomatik  xidmət  əməkdaşlarının  və  diplomatik  xidmət  orqanlarının  inzibati-texniki  xidmətini  həyata  keçirən



şəxslərin əməyinin ödənilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

23.2. Xaricdə işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin əməyinin ödənilməsi,

habelə maddi və maliyyə təminatı, olduqları dövlətin sosial-iqtisadi və maddi-məişət şəraiti nəzərə alınmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq

həyata keçirilir.

23.3. Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən

şəxslərin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında aldıqları əmək haqqının 50 faizi saxlanılır.

23.4. Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini hə-yata keçirən

şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir, vergi tutulması müvafiq qanunvericiliklə tənzimlənir.

 

KMQ

23.5.


  

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında dövlət qulluğunda olmayan şəxs Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və

ya konsulluğunda "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 6.3.1-ci və 6.3.2-ci maddələrində göstərilən vəzifələrə təyin olunduqda, həmin şəxs

üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında bu orqanın aparıcı idarə rəisinin vəzifə maaşının, digər diplomatik vəzifələrə və ya inzibati-texniki

xidmətin həyata keçirilməsi ilə bağlı vəzifələrə təyin olunduqda isə həmin vəzifələrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında uyğun gələn vəzifələr

üçün müəyyən edilmiş vəzifə maaşının 50 faizi həcmində əmək haqqı saxlanılır.

23.6. Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən

şəxslərə  vəzifəyə  təyin  olunduqları  Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəliyində  və  ya  konsulluğunda  alacaqları  aylıq  əmək  haqqının  50  faizi  məbləğində

birdəfəlik müavinət ödənilir.

 [34]

 

M a d d ə   2 4 .




Yüklə 266,65 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə