Diplomatik xidmət haqqında


Diplomatik  nümayəndəliklərdə



Yüklə 266,65 Kb.
Pdf görüntüsü
səhifə21/52
tarix13.01.2022
ölçüsü266,65 Kb.
#82850
1   ...   17   18   19   20   21   22   23   24   ...   52
Diplomatik xidmet haqda qanun

  Diplomatik  nümayəndəliklərdə 

və  konsulluqlarda 

işlədikləri  dövrdə  diplomatik  xidmət  əməkdaşlarına  verilən  təminatlar  və

kompensasiyalar

 [28] 

 



11.01.2022, 16:21

137-IIQ - Diplomatik xidmət haqqında

file:///C:/Users/Eli/Desktop/XIN/QANUNVERICILIK/137-IIQ%C2%A0-%C2%A0Diplomatik xidmət haqqında.html

5/10


21.1. Diplomatik xidmət əməkdaşlarına və onların onlarla birlikdə yaşayan ailə üzvlərinə (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti

olmayan uşaqlar) təminatlar, xidmət şəraitinin mürəkkəbliyi, xidmət keçməklə bağlı risk, habelə müvafiq xarici dövlətin spesifik xüsusiyyətləri nəzərə alınmaqla verilir.

21.2. Diplomatik xidmət əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar)

müvafiq tibbi xidmətlə təmin olunurlar.

21.3. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin olunan, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində

və ya konsulluğunda fəaliyyətini başa çatdırıb Azərbaycan Respublikasına qayıdan diplomatik xidmət əməkdaşının və onunla birlikdə yaşayan ailə üzvlərinin (ər, arvad, 18

yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) müvafiq nəqliyyat xərcləri dövlət hesabına ödənilir.

21.4. Ödənilən illik məzuniyyət və ya diplomatik xidmət əməkdaşı ilə birlikdə yaşayan onun ailə üzvlərindən (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı

əmək qabiliyyəti olmayan uşaqlar) birinin ölümü ilə əlaqədar, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət

əməkdaşının və onunla birlikdə yaşayan ailə üzvləri (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) Azərbaycan Respublikasına

gəlməsi və işlədiyi dövlətə qayıtması üçün nəqliyyat xərcləri müvafiq qaydada ödənilir.

21.5. Diplomatik xidmət əməkdaşı və onunla birlikdə yaşayan ailə üzvləri (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar),

onun tutduğu vəzifə və yerli şərait nəzərə alınmaqla, xaricdə yaşayış yeri ilə təmin olunmalıdırlar.

21.6. Diplomatik xidmət əməkdaşının ümumtəhsil məktəbində oxuyan ailə üzvlərinin təhsil haqqı dövlət tərəfindən ödənilir.

21.7. Hərbi və ya mülki münaqişələr və yaxud təbii fəlakətlər və digər fövqəladə hallar baş verdikdə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və

ya  konsulluqlarının  və  onların  heyətinin  təhlükəsizliyi  üçün  qorxu  yarandıqda,  müvafiq  icra  hakimiyyəti  orqanları  diplomatik  xidmət  əməkdaşlarının  və  onlarla  birlikdə

yaşayan ailə üzvlərinin (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) təhlükəsizliyinin təmin olunması və qorunması üçün zəruri

tədbirlər görür.

21.8. Xaricdə işlədiyi dövrdə öz xidməti vəzifələrini yerinə yetirərkən diplomatik xidmət əməkdaşına və ya onunla birlikdə yaşayan ailə üzvlərinə (ər, arvad, 18 yaşına

qədər  uşaqlar  və  18  yaşdan  yuxan  əmək  qabiliyyəti  olmayan  uşaqlar)  dəymiş  zərər  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada  ödənilir.

Diplomatik xidmət əməkdaşının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxsin və onlarla birlikdə yaşayan ailə üzvlərinin (ər, arvad, 18

yaşına  qədər  uşaqlar  və  18  yaşdan  yuxarı  əmək  qabiliyyəti  olmayan  uşaqlar)  cəsədinin  Azərbaycan  Respublikasına  gətirilməsi  və  bununla  bağlı  xərclər  dövlət  büdcəsi

vəsaitləri hesabına ödənilir.

 [29] 

21.9.  Diplomatik  xidmət  əməkdaşlarının  xaricdə  işlədikləri  dövrdə  əldə  etdikləri  vəsaitin  və  əmlakın  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada

Azərbaycan Respublikasına gətirilməsinə görə gömrük ödənişləri tutulmur.

 [30] 

21.10. Bu maddənin müddəaları diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə də şamil olunur.

21.11. Bu maddədə nəzərdə tutulmuş təminat və kompensasiyaların verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan

qaydalarla tənzimlənir.




Yüklə 266,65 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə