Diplomatik xidmət haqqında


Diplomatik xidmət orqanlarının vəzifələri



Yüklə 266,65 Kb.
Pdf görüntüsü
səhifə3/52
tarix13.01.2022
ölçüsü266,65 Kb.
#82850
1   2   3   4   5   6   7   8   9   ...   52
Diplomatik xidmet haqda qanun

 Diplomatik xidmət orqanlarının vəzifələri

 

3.1. Diplomatik xidmət orqanlarının əsas vəzifələri aşağıdakılardır:



3.1.1.  Azərbaycan  Respublikasının  xarici  siyasətinin  konsepsiyası  və  əsas  istiqamətləri  üzrə  təkliflərin  hazırlanması  və  Azərbaycan  Respublikasının  müvafiq  icra

hakimiyyəti orqanına təqdim edilməsi;

3.1.2. Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsinin təmin edilməsi;

3.1.3. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərində vahid siyasət xəttinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə

digər müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;

3.1.4.  Azərbaycan  Respublikasının  suverenliyinin,  təhlükəsizliyinin,  ərazi  bütövlüyünün  və  sərhədlərinin  toxunulmazlığının,  onun  siyasi,  iqtisadi  və  digər  sosial

maraqlarının diplomatik üsul və vasitələrlə təmin olunması;

3.1.5. beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına diplomatik üsul və vasitələrlə kömək göstərilməsi;

3.1.6. Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi şəxslərinin xaricdə hüquq və maraqlarının müdafiə olunması;

3.1.7. Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla diplomatik və konsul əlaqələrinin həyata keçirilməsi;

3.1.8. Azərbaycan Respublikası dövlət protokolunun təmin edilməsi.

3.2. Diplomatik xidmət orqanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq digər vəzifələri də həyata keçirə bilər.

 

M a d d ə   4 .




Yüklə 266,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə