Diplomatik rütbələrdə olmanın müddətləri
10.1. Diplomatik xidmət əməkdaşları üçün diplomatik rütbələrdə olmanın aşağıdakı müddətləri müəyyən edilir:
10.1.1. attaşe, üçüncü katib, ikinci və birinci dərəcəli ikinci katib üçün - 2 il;
10.1.2. ikinci və birinci dərəcəli birinci katib, ikinci dərəcəli müşavir üçün - 3 il;
10.2. Birinci dərəcəli müşavirdən başlayaraq yuxarı diplomatik rütbələrdə olma müddəti müəyyən edilmir.
10.3. Diplomatik xidmət əməkdaşlarının diplomatik rütbələrdə olma müddətlərinə aşağıdakılar daxildir:
10.3.1. müvafiq icra hakimiyyəti orqanında və onun yardımçı təşkilatlarında iş;
10.3.2. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında iş;
10.3.3. keçmiş SSRİ-nin və müttəfiq respublikaların xarici işlər orqanlarında iş;
10.3.4. beynəlxalq təşkilatlarda iş;
10.3.5. müvafiq icra hakimiyyəti orqanının ali təhsil və elmi müəssisələrində elmi və pedaqoji fəaliyyət müddəti;
10.3.6. müvafiq icra hakimiyyəti orqanının göndərişi əsasında həyata keçirilən əlavə təhsilin müddəti;
[9]
10.3.7. ali təhsil müəssisələrinə, aspiranturaya (doktoranturaya) müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilənlərin təhsil müddəti.
M a d d ə 1 1 .
Dostları ilə paylaş: |