11.01.2022, 16:21
137-IIQ - Diplomatik xidmət haqqında
file:///C:/Users/Eli/Desktop/XIN/QANUNVERICILIK/137-IIQ%C2%A0-%C2%A0Diplomatik xidmət haqqında.html
4/10
14.1. Diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada üç
ildə bir dəfədən çox olmayaraq xidməti attestasiya keçirlər.
[15]
Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin attestasiyası zamanı
onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini
həyata keçirən inzibati vəzifə tutan şəxslərin fəaliyyətinin qiymətləndirilməsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada
həyata keçirilir.
[16]
14.1-1. Yalnız müvafiq vəzifələrdə azı bir il çalışan diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən
inzibati vəzifə tutan şəxslərin attestasiyası keçirilə bilər. Hər bir diplomatik xidmət əməkdaşının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən
inzibati vəzifə tutan şəxsin attestasiyası beş ildə bir dəfədən çox olmayaraq keçirilir.
[17]
14.2. Diplomatik nümayəndəliyə və ya konsulluğa işə təyin olunmuş diplomatik xidmət əməkdaşları və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini
həyata keçirən şəxslər xidməti attestasiyanı Azərbaycan Respublikasına qayıtdıqdan sonra keçirlər.
14.3. Xidməti attestasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
[18]
M a d d ə 1 5 .
Dostları ilə paylaş: