Dirçəliş-xxi əsr



Yüklə 192,85 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü192,85 Kb.
#54514


“Dirçəliş-XXI əsr”.-2010.-№143-144.-S.292-297.

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN NİZAMLANMASI

PROSESİNDƏ NÖVBƏTİ MƏRHƏLƏ 

(2003-2006-cı illər)

Alı BALAYEV,

tarix elmləri namizədi

Ümummilli  lider  Heydər  Əliyevin  Azərbaycana  rəhbərlik  etdiyi  1993-2003-cü  illər  ölkəmizin

müstəqilliyinin  qorunması,  siyasi  sabitliyin  təmin  edilməsi,  iqtisadi  tənəzzülün  qarşısının  alınması,  ictimai  və

iqtisadi  həyatın  bütün  sahələrində  köklü  islahatların  aparılması,  dövlətimizin  beynəlxalq  arenada  mövqeyinin

möhkəmlənməsi  ilə  yanaşı, Dağlıq Qarabağ münaqişəsində  atəşkəsə  nail  olunmaqla  problemin  danışıqlar  yolu  ilə

çözülməsi istiqamətində həyata keçirilən səylərlə tarixə düşdü.

2003-cü  ildə  Azərbaycan  Respublikasının  Prezidenti  seçilən  İlham  Əliyev  bütün  digər  sahələrdə  olduğu

kimi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi sahəsində də

Heydər Əliyevin siyasi xəttini layiqincə uğurla davam etdirdiyini təsdiqlədi.

İlham Əliyevin Azərbaycan Prezidenti kimi fəaliyyətinin ilk üç ili göstərdi ki, o, ulu öndər Heydər Əliyevin

siyasi  kursunu  sadəcə  davam  etdirməklə  kifayətlənməmiş,  bu  kursun  dövrün,  zamanın  tələblərinə  uyğun

təkmilləşdirilməsinə  və  siyasi  qətiyyət  göstərərək  ölkəmiz  üçün  taleyüklü  məsələlərin  yoluna  qoyulmasına  nail

olmuşdur.

Üçillik  zaman  kəsiyində  ölkəmizdə  siyasi  hüquqi,  iqtisadi  islahatlar  uğurla  davam  etdirilmiş,  iri

infrastrukturlar,  layihələr  həyata  keçirilmiş,  ölkəmizin  beynəlxalq  əlaqələri  və  nüfuzu  daha  da  güclənmiş,

sosial-iqtisadi inkişafı parametrlərinə görə Azərbaycan dünyanın lider dövlətlərindən birinə çevrilmişdir.

Prezident  İlham  Əliyev  ən  böyük  və  hələlik,  həllinə  nail  ola  bilmədiyimiz  problem  olan

Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  sülh  yolu  ilə  və  Azərbaycanın  ərazi  bütövlüyü

çərçivəsində, beynəlxalq hüquq normaları əsasında nizamlanması üçün son dərəcə aktivlik nümayiş etdirmişdir. Bu

istiqamətdə həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində Ermənistan bir sıra dövlətlər və nüfuzlu beynəlxalq

təşkilatlar tərəfindən təcavüzkar dövlət kimi tanınmışdır.  Lakin dünyadakı ikili standartlar problemin ədalətli həlli

qarşısında sədd çəkir.

Bununla  belə,  Prezident  İlham  Əliyevin  dəfələrlə  qeyd  etdiyi  kimi,  sülh  danışıqları  torpaqlarımızın  azad

edilməsi istiqamətində yeganə vasitə deyil.

İlham  Əliyevin  prezidentliyinin  ilk  üç  ili  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin

nizamlanması ilə bağlı danışıqlar prosesinin sürətlənməsi ilə yadda qaldı.

Hələ  Azərbaycan  Respublikasının  Baş  naziri  işləyərkən,  2003-cü  il  sentyabr  ayının  4-də  İlham  Əliyev

ATƏT-in  Minsk  qrupunun  rusiyalı  həmsədri  Yuri  Merzlyakovla  görüşündə  qətiyyətlə  qeyd  etdi  ki,  XXI  əsrdə,

Azərbaycanın  və  Ermənistanın  BMT,  MDB,  Avropa  Şurası  kimi  beynəlxalq  təşkilatların  üzvü  olduğu,  dünya

strukturlarına inteqrasiya etdiyi bir dövrdə işğalın davam etməsi yolverilməzdir [3, s. 107, 520].

2004-cü  il  fevral  ayının  4-də  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  ATƏT-in  Parlament

Assambleyası sədrinin  Dağlıq  Qarabağ  münaqişəsi  üzrə  xüsusi  nümayəndəsi  Qoran  Lenmarkerin  başçılıq  etdiyi

nümayəndə heyətini qəbul etdi. Prezident qonağın nəzərinə işğal altındakı Azərbaycan ərazilərinin vəziyyətini, ölkə

iqtisadiyyatına  vurulmuş  böyük  zərəri,  1  milyona  yaxın  azərbaycanlının  qaçqın  və  məcburi  köçkün  vəziyyətinə

düşməsini çatdırmış və ATƏT-in səylərinin bu məqamda nəticəsiz qaldığını da vurğulamışdır.

Qonaq  Avropa  strukturlarının  münaqişənin  həllində,  eləcə  də  regionda  sülhün  və  təhlükəsizliyin

möhkəmləndirilməsində  səylərinin  artırılmasının  zəruriliyi  haqqında  Prezident  İlham  Əliyevin  fikirləri  ilə

razılaşdığını bildirmişdi [l, №28 (3643)].

2004-cü il iyul ayının 23-də Azərbaycan Prezidenti ATƏT-in yeni təyin olunmuş sədri Mauritsıo Pavezi ilə

görüşündə  də  16  ildən  çox  mövcud  olan  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  probleminin  həlli  yollarını

müzakirə etdi [10, №170 (3780)].

2004-cü  il  sentyabr  ayının  15-də  [8,  №216  (3831)]  Astanada  keçirilmiş  MDB-nin  zirvə  toplantısında

Azərbaycanın  və  Ermənistanın  dövlət  başçıları  və  xarici  işlər  nazirləri  səviyyəsində  aparılan  danışıqlar  müsbət

qiymətləndirildi.  Həmin  müddətdə  Varşavada  görüş  zamanı  əldə  olunmuş  razılaşmaya  əsasən  keçirilmiş  və  üç

saatdan  çox  davam  etmiş  təkbətək  danışıqlarda  İlham  Əliyevlə  R.Koçaryan  münaqişənin  sülh  yolu  ilə  aradan

qaldırılması ilə bağlı olan müxtəlif məsələləri geniş müzakirə etdilər [9, № 216 (3831)].

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü il sentyabr ayının 22-də BMT Baş Məclisinin

59-cu  sessiyasında  iştirak  etdi  [11,  №224  (3839)].  Cənab  Prezidentin  2004-cü  il  sentyabrın  24-də  Nyu-Yorkda,

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri səfir Stiven Mənnlə görüşündə Ermənistan Azərbaycan, Dağlıq

Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məsələsi müzakirə edildi [7, №158 (4077)].

2004-cü  il  noyabr  ayının  23-də  BMT  Baş  Məclisinin  59-cu  sessiyasının  geniş  iclasında  "Azərbaycanın

işğal  edilmiş  ərazilərində  vəziyyətin  gündəlikdəki  163-cü  maddə  kimi  müzakirə  olunması  Azərbaycan




diplomatiyasının  mühüm  uğuru  oldu.  İclasda  Azərbaycan  Respublikasının  xarici  işlər  naziri  E. Məmmədyarov

bəyanat verdi [12, №272 (3887)].

2001-ci ildə Azərbaycan Respublikası Avropa Şurasına qəbul olunduqdan sonra Ermənistanın işğalçı dövlət

olması  AŞ  PA-nın  tribunasından  bütün  dünyaya  bəyan  edildi.  Böyük  britaniyalı  deputat,  Avropa  Demokratlar

Qrupunun  üzvü  cənab  Devid  Atkinsonun  hazırladığı  və  "Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinə

dair məruzə" adlanan bu sənəd 2004-cü ilin noyabrında AŞ PA-nın Siyasi Komitəsində müzakirə edildi. Sənəddə 20

mindən çox insanın həlak olması, bir milyon insanın qaçqın vəziyyətinə düşməsi faktı göstərilmişdi. Qəbul edilmiş

qətnamədə bəzi qeyri-obyektiv müddəalar nəzərə çarpsa da (məsələn, Dağlıq Qarabağdakı separatçı rejimin ayrıca

tərəf  kimi  təqdim  edilməsi)  nisbətən  ədalətli  sənədlərdən  biri  idi.  D.Atkinsonun  məruzəsində  əks  olunmuş

müddəalar Dağlıq Qarabağ münaqişəsinə dair obyektiv həqiqətləri əks etdirirdi. Bu məruzədə Dağlıq Qarabağın və

Azərbaycan  Respublikasının  7  rayonunun  Ermənistan  ordusu  və  separatçı erməni  hərbi  qüvvələri  tərəfindən  işğal

edilməsi,  həmin  ərazilərdə  genişmiqyaslı  etnik  "təmizləmə"  əməliyyatlarının  aparılması,  monoetnik  ərazinin

yaradılması  planının  həyata  keçirilməsi,  məsələnin  həllində  Azərbaycan  Respublikasının  dövlət  suverenliyinin,

Azərbaycan və erməni icmalarının mənafelərinin qorunmasının zəruriliyi kimi mühüm məsələlər öz əksini tapmışdı

[2, №5 (3924)].

2005-cı  ü  yanvar  ayının  11-də  Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri  Murtuz  Ələsgərov

Yunanıstanın  Azərbaycan  Respublikasında  fövqəladə  və  səlahiyyətli  səfiri  Merkurios  Karafotiası  qəbul  etdi.

Görüşdə  Ermənistan  Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinə  toxunan  səfir  bildirdi  ki,  Dağlıq  Qarabağ

münaqişəsi beynəlxalq hüquq normalan, Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır. Səfir, həmçinin

ATƏT-in fəaliyyətinin daha da gücləndirilməsini vacib saydı [13, №8 (3927)].

2005-ci il yanvar ayının 11-də Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan və Ermənistanın xarici işlər

nazirləri  Elmar  Məmmədyarovun  və  Vardan  Oskanyanın  görüşü  keçirildi.  İki  ölkə  xarici  işlər  nazirlərinin

görüşlərinin  əsası 2004-cü  il  aprel  ayının  16-da  qoyulmuş  və  "Praqa  prosesi"  adını almışdı.  Buradakı görüşlərdə

nazirlərlə yanaşı, ATƏT-in Minsk qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri də iştirak edirdilər.

"Praqa  prosesində"  əsas  məsələ  "mərhələli  həll"  prinsipidir.  Praqa  görüşünə  getməzdən  öncə  Ermənistan

XİN-in  rəhbəri  V.Oskanyan  bəyanatla  çıxış  edərək  bildirmişdi  ki,  "Biz  konkret  məsələləri  və  detalları  müzakirə

edəcəyik. Lakin bu detallara daha dərindən vardıqca, danışıqlar prosesində çətinliklərin meydanaçıxma ehtimalları

çoxdur. Bu halda biz kompromislərə hazır olmalıyıq". Ermənistan tərəfi kompromisə getməmək üçün ciddi cəhdlər

edir-i.  Bu  ölkənin  rəhbərliyi  Dağlıq.  Qarabağın  münaqişədə  tərəf  kimi  qəbul  edilməsinə  çalışırdı.  Bu  vəziyyətdə

separatçıların Azərbaycan Respublikası ilə meydanda tək qaldığını görən R.Koçaryan hakimiyyəti  yenidən "Praqa

prosesi"nə qayıtdı [17, №8 (3927)].

2005-ci il iyul ayının 1-də ABŞ paytaxtında ATƏT-in Parlament Assambleyasının illik sessiyasında Dağlıq

Qarabağ  münaqişəsi  üzrə  xüsusi  nümayəndə  Qoran  Lenmarker  "Ələ  keçməyən  imkan  -  Dağlıq  Qarabağ

münaqişəsinə  dair  bəzi  fikirlər"  adlı  hesabatını  məclis  iştirakçılarına  təqdim  etdi.  Bu  hesabatda  deyilir  ki,

beynəlxalq  ictimaiyyət  "Dağlıq  Qarabağa  müstəqillik  verməyə  hazır  deyildir".  Qafqazda  bir  çox  xalqlar  yaşayır,

bölgəni  kiçik,  müstəqil  dövlətlərə  bölmək  təhlükəli  olardı.  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  vacibdir.  Bu,

beynəlxalq normalara və Avropa dəyərlərinə əsaslanmalıdır.

Q.Lenmarker hesabatda dörd mühüm amilə diqqət yetirmişdi:

1) iştirakçı dövlətlər milli təhlükəsizliklərini risk qarşısında qoyduqlarını anlamalıdırlar;

2) ölkələrdə demokratiya meyarlarına, insan hüquqlarına hörmət olunmalıdır;

3) iqtisadi inteqrasiya möhkəm qarşılıqlı asılılıq yaradır və inkişafa zəmin olaraq bütün əhaliyə təsir edir;

4) gediş-gəliş azadlığı, xüsusilə gənclər arasında, inteqrasiyanı bir qədər artırır [19, №150 (4069)].

2005-ci  il  iyul  ayının  11-də  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  ATƏT-in  Minsk

qrupunun həmsədrləri ilə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  nizama  salınması ilə

bağlı müzakirələr apardı [7, №158 (4077)].

2005-ci  il  avqustun  24-də  RF  XİN-də  ATƏT-in  Minsk  qrupunun  Rusiya,  ABŞ  və  Fransadan  olan

həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi. Elmar Məmmədyarov

və  Vardan  Oskanyan  arasında  ikitərəfli  görüşdə  Rusiya  xarici  siyasət  idarəsinin  başçısı Sergey  Lavrov  da  iştirak

etmişdi.  Danışıqlarda  Azərbaycan  XİN  başçısının  müavini  Araz  Əzimov,  ATƏT-in  monitorinq  qrupunun  rəhbəri

Anjey Kasprşik iştirak etmişdir [16, №196 (4115)].

2006-cı  il  yanvar  ayının  9-da  AŞ  PA-nın  Dağlıq  Qarabağ  problemi  üzrə  alt  komitəsinin  Strasburqda

keçirilmiş  iclasında  Böyük  Britaniya  parlamentinin  üzvü  Lord  Rassel  Consonun  hazırladığı xüsusi  hesabat  qəbul

olundu. Yeni hesabatda Azərbaycan Respublikası ərazilərinin işğalı, Dağlıq Qarabağdakı rejimin separatçı olması,

bir milyon azərbaycanlının yurdundan didərgin düşməsi kimi faktlar öz əksini tapmışdı.  Yeni sənədin Azərbaycan

Respublikasının  maraq  və  mənafeləri  ilə  tam  uzlaşdığını  təkcə  Azərbaycan  Respublikası  nümayəndə  heyətinin

üzvləri deyil, həm də ermənilər də qəbul edirdilər. Nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sözlərinə görə,

AŞ PA-nın Dağlıq Qarabağ problemi üzrə qətnaməsində əks olunmuş bütün məqamlar, Azərbaycan Respublikasının

ərazi  bütövlüyünün  pozulması,  etnik  "təmizləmələr",  məcburi  köçkünlərin  problemləri,  işğal  olunmuş  ərazilərdə

qanunsuz yaşayış məskənlərinin salınması qeyd olunmuşdu [15, №5 (4248)].

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  2006-cı  il  fevral  ayının  11-də  Paris  yaxınlığındakı




Rambuye  sarayında  ATƏT-in  Minsk  qrupunun  həmsədrləri  və  ATƏT  sədrinin  xüsusi  nümayəndəsi  ilə  görüşdü.

Ermənistan  Respublikasının  Prezidenti  Robert  Koçaryanla  təkbətək  görüşündə  Dağlıq  Qarabağ  münaqişəsinin

Praqa prinsipləri əsasında nizama salınması ilə bağlı olan məsələlər müzakirə obyektinə çevrildi. [18, №31(5254)].

2006-cı  il  fevralın  22-də  Rusiya  Federasiyasının  Prezidenti  Vladimir  Putin  Azərbaycan  Respublikasına

səfərə  gəldı.  Prezidentlərin  iştirak  etdiyi  geniştərkibli  yığıncaqda  iki  ölkə  arasında  münasibətlərin  inkişaf  etdiyi

vurğulanmışdı.  İclasda  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  probleminin  aradan  qaldırılması  yolları  da

müzakirə edildi [4, №40(4263)].

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  2006-cı  il  mart  ayının  13-də  Bakıda  Prezident

sarayında  ATƏT-in  Minsk  qrupunun  ABŞ-dan  olan  həmsədri  Stiven  Mənni  qəbul  etdi.  Görüşdə

Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  nizama  salınması ilə  bağlı müzakirələr  aparıldı [6,  №55

(4278)].

Nəzərdən keçirilən dövrdə 2003-2006-cı illər ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Dağlıq  Qarabağ probleminin  aradan  qaldırılması məqsədilə  Ermənistan  prezidenti  ilə  6,  ATƏT-in  həmsədrləri  ilə

20, xarici ölkələrə 57 səfəri zamanı müxtəlif ölkələrin dövlət rəhbərləri ilə çoxsaylı görüşlər keçirmişdir [14, №245

(2519)].

Beləliklə,  İlham  Əliyevin  prezidentliyinin  ilk  üç  ilində  Dağlıq  Qarabağ  münaqişəsinin  ölkəmizin  ərazi

bütövlüyü  və  beynəlxalq  hüquq  normalan  çərçivəsində  nizamlanması  üçün  müasir  təbliğat  metodları  ilə  çevik

diplomatik iş aparılmışdır. Bütün xarici səfərlərində, ikitərəfli və çoxtərəfli görüşlərində İlham Əliyev bu problemi

ön plana çəkmiş, ölkəmizin qətiyyətli və haqlı mövqeyini bəyan etmişdir. Azərbaycanın beynəlxalq münasibətlərdə

rolu  və  yeri  getdikcə  güclənməyə  başlamış,  problemin  ədalətli  həlli  üçün  imkanlar  yaranmışdır.  2005-ci  ilin

yanvarında  AŞ  PA-nın  da  Ermənistanı  təcavüzkar  kimi  tanınması,  bu  dövlətə  qarşı  beynəlxalq  qınağın  və

təzyiqlərin  artması  Azərbaycan  diplomatiyasının  böyük  uğuru  hesab  edilməlidir.  Diplomatik  uğursuzluğu  ilə

barışmaq  məcburiyyətində  qalan  Ermənistan  münaqişənin  "Praqa  prosesi",  yəni  "mərhələli  həlli"  əsasında

nizamlanmasına  razılıq  verməli  olmuşdur.  Prezident  İlham  Əliyevin  dəfələrlə  səsləndirdiyi  kimi,  Azərbaycan  heç

zaman  ərazi  itkisi  ilə  barışmayaraq,  öz  ərazisində  ikinci  erməni  dövlətinin  yaranmasına  imkan  verməyəcəkdir.

Ölkəmizin  getdikcə  artan  iqtisadi  potensialı,  günü-gündən  güclənən  ordusu,  möhkəmlənən  beynəlxalq  nüfuzu,

düzgün qurulan diplomatik siyasəti münaqişənin ədalətli həllinə real imkanlar yaratmışdır. Ermənistan-Azərbaycan,

Dağlıq  Qarabağ  münaqişəsinin  nizamlanması  istiqamətində  bu  gün  həyata  keçirilən  siyasət  bu  nəticənin

düzgünlüyünü biri daha sübut edir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1.  Avropa  strukturları  Ermənistan  Azərbaycan.  Dağlıq  Qarabağ  münaqişəsinin  həllində  səylərini

artırmalıdır // Azərbaycan, №28 (3643), 5 fevral 2004

2.  Avropa  Şurası  Qarabağ  münaqişəsinin  ərazi  bütövlüyü  prinsipi  əsasında  həllinə  tərəfdardır  //

Azərbaycan, №5 (3924), 8 yanvar 2005

3. Azərbaycan 2003 inkişaf strategiyasında yeni mərhələ. Bakı, 2005, 520 s.

4. Azərbaycan və Rusiya prezidentlərinin geniş tərkibdə görüşü // Azərbaycan, №40 (4263), 23 fevral 2006

5.  Azərbaycan  Prezidenti  İlham Əliyev  ATƏT-in  Minsk  qrupunun  ABŞ-dan  olan  həmsədri  Stiven  Mənni

qəbul etmişdir // Azərbaycan, №225 (3840). 26 sentyabr 2004

6. Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Stiven Mənni qəbul

etmişdir // Azərbaycan, №55 (4278). 14 mart 2006

7.  Azərbaycan  Prezidenti  İlham  Əliyev  ATƏT-in  Minsk  qrupunun  həmsədrlərini  qəbul  etmişdir  //

Azərbaycan, №158 (4077), 12 iyul 2005

8. Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya səfəri // Azərbaycan, №216 (3831), 16 sentyabr 2004

9.  Azərbaycan  Prezidenti  İLham  Əliyevin  Ermənistan  Prezidenti  Robert  Koçaryan  ilə  təkbətək  görüşü  //

Azərbaycan, №216 (3831), 16 sentyabr 2004

10. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Bakı ofisinin rəhbərini qəbul etmişdir //

Azərbaycan, №170 (3780), 24 iyul 2004

11. Azərbaycan torpaqlarının işğalı, ərazi bütövlüyünün pozulması və etnik təmizləmənin nəticələri ilə heç

zaman barışmayacaq // Azərbaycan, №224 (3839), 25 fevral 2004

12.  BMT-nin  Baş  Məclisi  Azərbaycanın  işğal  edilmiş  ərazilərində  vəziyyəti  müzakirə  etmişdir  //

Azərbaycan, №272 (3887), 24 noyabr 2004

13. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir // Azərbaycan,

№8 (3927), 12 yanvar 2005

14. Həsənov Əli. Qaçqınların  və məcburi köçkünlərin problemlərinin həlli  Prezident İlham Əliyevin  daim

diqqət mərkəzindədir // Xalq qəzeti, №245 (25419), 31 oktyabr 2006

15. Qaraxanlı R. AŞ PA-dan Koçaryana yeni il sürprizi // Azərbaycan, №5 (4228). 12 yanvar 2006

16.  Moskvada  Ermənistan-Azərbaycan  münaqişəsinin  həllinə  dair  danışıqlar  davam  etdirilmişdir  //

Azərbaycan. №196 (4115), 25 avqust 2005



17. "Praqa prosesi" Praqada davam etdirildi // Azərbaycan, №8 (3927), 12 yanvar 2005

18. Prezidentin mətbuat xidmətinin məlumatı // Azərbaycan, №31 (4254), 12 fevral 2006

19. Şəfəq Akif qızı.  ATƏT PA sədrinin xüsusi nümayəndəsi Dağlıq Qarabağın müstəqilliyini münaqişənin

həllinə alternativ hesab etmir // Azərbaycan, №150 (4069). 2 iyul 2005



ОЧЕРЕДНОЙ ЭТАП В ПРОЦЕССЕ УРЕГУЛИРОВАНИЯ

НАГОРНО-КАРАБАХСКОГО КОНФЛИКТА (2003-2006 гг.).

Алы Балаев.

В  статье  рассмат ривается  целенаправленная  деятельность  руководства  Азербайджана  по

справедли вому  разрешению  нагорно-карабахской  проблемы.  Отмечается,  что  одной  из  причин

неурегулированности  данного  конфликта  является  пассивная  и необъективная  по зиция,  занятая  Минской

группой ОБСЕ. Автором дается подробный анализ всех встреч и обсуждений, которые проводил Президент

Азербайджана Ильхам Алиев в направлении решения этих проблем.



Yüklə 192,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə